Bu xəbərimdə sizlərə bəzilərimizin başına gələn və hələ də gəlməkdə olan reallıqlardan danışacağam. Bəlkə də bir çoxlarınızın avtobus səyahətində və ya ümumilikdə hansısa bir səyahətdə başınıza gələn belə maraqlı hallar olub. O zaman buyurub bizimlə paylaşa bilərsiniz. ![]()
Bəlalı Cəmil
Cəmil kimiləri oturduğunuz yerdən görən kimi "Aha, bəla gəlir" dedirdəcək tiplərdir. Gəlib yanınıza oturan kimi deyinməyə başlayar: "Mən əslində pəncərənin yanında oturmaq istəmişdim. Bu oturacaq arxaya getmir. Bu avtobusda oturacağın arxasında ekran yoxdur. Bu pərdəni çəkər bilərsən? Oturacaq çox narahatdır. Sürücü avtobusu çox pis sürür. Yollar da pisdir. Bu firmadan şikayət edəcəyəm" kimi deyinmələrin ardı-arası kəsilməz. İki yol var: ya meditasiyaya keçib dünyayla əlaqəni kəsmək, ya da "Allah bəndəsidir" deyib səbr etməkdənsə onu o ki var döymək.
Allah göstərməsin, belə hallarla qarşılaşanlar bunun acısını yaxşı bilir. Allah səbr versin.
Xoruldayan Zakir
Zakir kasıbçılıq üzündən opera sənətçisi ola bilməmişdir, amma gizli bir qabiliyyəti var. Yuxuya getdiyi zaman bir xoruldayar, bir xoruldayar ki, nəinki qulaq pərdəsi, hətta beyniniz zərər görər. Əslində bu, avtobusda olan bütün sərnişinlər üçün bir əziyyətdir. Yəni siz tək deyilsiniz. Ancaq onun yanında oturduğunuz üçün bütün avtobusun "Allah səbr versin" duaları həmişə sizinlə olar. Hər səfərə gedəndə qulaqcıqla yola çıxmaqda fayda vardır.
Yola salınmayan Murad
Murad kimiləri kədərli olur, yola salanı olmasa da yenə bir ümidlə pəncərəyə baxıb təkliyinə ağlayar. Bütün həyatını sizə danışmağa başlayar və özünü elə aparar ki, guya siz onun 70 illik dostusunuz. Siz isə məcburən ona qulaq asıb azca təsəlli verirsiniz. Amma bir də görərsiniz ki, söhbət bitmək bilmir ki, bilmir, elə danışdıqca danışır. Yanında oturub qulaq asdığınıza, ağınızı açıb təsəlli etdiyinizə peşman olarsınız
Adamı zorla yedizdirən Seymur
Seymur əslində çox yaxşı adamdır. Mehribandır, hər kəsin sevimlisidir. Amma onunla səfərə çıxdıqda adama əziyyət verər. Yanında həmişə həyat yoldaşının, anasının hazırladığı yeməklər olar. Qabın içindən tortlar, kökələr, börəklər çıxar. Təbii ki, bunların hamısını təkbaşına yeyib qurtara bilməz. Yaxşı insan olduğu üçün yanındakına və ətrafında olan hər kəsə təklif edər. Səfər 10 saat çəkəcəksə, deməli, 10 saat boyunca oturduğun Seymurla birlikdə yemək yeyəcəksən. Yəqin ki, gedib çatana qədər 5 kq kökəlmiş olarsan. Mədəndə yanma, ağzında xəmir qoxusu... Avtobus səfəri dəhşət olar.
Baş bəlası ailə və baş bəlası yeganə uşaqları
Avtobus bileti əlinizdə oturmaq üçün yerinizi axtarırsınız. Yavaş addımlarla ağıllı birinin yanında oturacağınıza ümid edərək irəliləyirsiniz və bəxtiniz sizə surpriz edir. Şən ailə və təkbaşına oturan yeganə uşaqları Kamal sizi gözləyir. Artıq səfər bitənə qədər Kamalın sevimli böyük qardaşı olmaq məcburiyyətindəsiniz. Arxa oturacaqda oturan ana və atanın diqqəti isə yolboyu üzərinizdən əskik olmaz. Bunu başlarına gələnlər daha yaxşı bilər
Pis qoxu və avtobus
Pis qoxulu insan hər yerdə başa bəladır. Amma avtobus səfərindəki qoxulu insanla həmsöhbət olmaq kimi pis bir şey yoxdur. Hələ qış ayıdırsa, deməli bir fəlakətlə qarşılaşmısınız. Kondisioner işləməz, pəncərəni aça bilməzsiniz ki, soyuq olar. Hələ istilik sisteminin işləməsi qoxunu beş qat artırar. Bu qoxu burnunuzun ən dərin nöqtələrinə qədər nüfuz edər. Allah göstərməsin, hələ o ayaqlar ayaqqabıdan çıxarsa
Əli küt Şakir

Hörmətlə xatırladığımız böyük ustad Kamal Sunalın canlandırdığı “Əli küt Şakir” xarakterini sizə məsəl çəkə bilərəm. Bəlkə də bir çoxlarınız bu filmə baxmısınız və məzmununun nədən ibarət olduğunu bilirsiniz. Film xarakteri olmasına baxmayaraq, bu, kədərli bir həqiqətdir. Yəni belələri həyatda da var və yetəri saydadırlar. Avtobusda adamın yanında oturar, əvvəl üstünüzə çay tökər, sonra yatarkən başı boşluğa düşüb sizin başınıza dəyər, oturacağı endirərkən qırar və s. kimi bir çox fəlakətlər törədər. Avtobus qəza törədib özünüz rəhmətə gedənə qədər belələrindən xilas ola bilməzsiniz
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Qırmızı mətbəx dekorasiyası
Bu körpənin beyni burnundadır
Məktəblər açılsa, hansı şərtlərə əməl olunmalıdır?
ABŞ-da iğtişaşlar başladı
Rusiyalı qadın həbsxanaya piroqun içərisində 11 telefon keçirmək istədi
Avropa Oyunları ilə əlaqədar şokoladdan hazırlanmış 3D rəsmin təqdimatı keçiriləcək
Manna piroqu (foto resept)
Məşhurların uşaqlarına hədiyyələri
Xınalıq yaxınlığındakı 2783 metr yüksəkliyə 2783 şəhidimizə həsr olunan xatirə lövhəsi quraşdırılıb
Gəlin toyda qızılların ağırlığından yeriyə bilmədi
İbrahim Tatlıses əmlak üstündə küsdüyü oğlu ilə barışdı
Gecə Bakıda yürüş oldu
Planetimizin iki yeni peyki kəşf edildi
“The Beatles”ın 20 ildən sonra kitabı hazırlanır
Qonaq otağı dizaynı
Əlillərə iş verməyənlər cəzalanacaq
Aprel döyüşlərindən Vətən Müharibəsinə: Qardaşlar düşmənin canına qorxu salıb - VİDEO
Kanye Uestdən qəribə açıqlama
Bu gün ilk çərşənbədir!
Qadın omba əməliyyatında öldü-FOTO
Ramazan ayı - 2-ci günün duası
Seda Sayanın ifasını ələ saldılar
Hər növ saç üçün maskalar
"Rafaello" tortu (foto resept)
Vanilli pudinq (foto-resept)
Sabah yağış gözlənilir - PROQNOZ
Qadın.Netlilər 2013-cü ili necə keçirib? (2)
Şokoladlı yumşaq qrilyaj (foto resept)
HAVA necə olacaq?- 10 Mart
İlham Əliyevdən yeni təyinat
Azərbaycan telekanallarında ədəbi dilin istifadəsi ilə bağlı aparılan monitorinqin ilkin nəticələri açıqlandı
Bu gün bir neçə rayon qazsız qalacaq
Qarabağın həlli üçün yeni yol
Günün qoroskopu: əlverişli tanışlıq olacaq
Bezdirici SMS-lərdən canımız qurtaracaq
Düşməndən etiraf: Azərbaycan Ordusu daha 51 erməni hərbçisini məhv etdi
Ali Sunal göz yaşlarını saxlaya bilmədi - VİDEO
Şərq Tərəfdaşlığı Sammitinin bəyannaməsi qəbul olundu
“WhatsApp”dan xoş xəbər
2021 yaz gəlinlik dəbi
Məşhur model gözəllik sirrini AÇIQLADI-FOTO
Kakaolu, fındıqlı muffin (video-resept)
Abituriyentlər keçirilən imtahanlardan narazıdırlar - VİDEO
18 yaşlı müğənninin albomu İlin Ən Yaxşısı seçildi-FOTO
Ramin Bayramlıdan koronavirusun mutasiyası ilə bağlı MÜHÜM AÇIQLAMA
Azərbaycanda boşanmaların sayı artıb
Qurama (Dərs-3)
Dünyanın ƏN TÜKLÜ QADINI - Yeni görünüşü hamını təəccübləndirdi - FOTOLAR
Gilas sapının faydaları
Musiqi ilə ağıl yola getmir?















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]