Qadin.NET / Səyahət zamanı qarşılaşdığımız kabuslar

Səyahət zamanı qarşılaşdığımız kabuslar

Bu xəbərimdə sizlərə bəzilərimizin başına gələn və hələ də gəlməkdə olan reallıqlardan danışacağam. Bəlkə də bir çoxlarınızın avtobus səyahətində və ya ümumilikdə hansısa bir səyahətdə başınıza gələn belə maraqlı hallar olub. O zaman  buyurub bizimlə paylaşa bilərsiniz. dance1

Bəlalı Cəmil

 

 

Səyahət zamanı qarşılaşdığımız kabuslar

 

Cəmil kimiləri oturduğunuz yerdən görən kimi "Aha, bəla gəlir" dedirdəcək tiplərdir. Gəlib yanınıza oturan kimi deyinməyə başlayar: "Mən əslində pəncərənin yanında oturmaq istəmişdim. Bu oturacaq arxaya getmir. Bu avtobusda oturacağın arxasında ekran yoxdur. Bu pərdəni çəkər bilərsən? Oturacaq çox narahatdır. Sürücü avtobusu çox pis sürür. Yollar da pisdir. Bu firmadan şikayət edəcəyəm"  kimi deyinmələrin ardı-arası kəsilməz. İki yol var: ya meditasiyaya keçib dünyayla əlaqəni kəsmək, ya da "Allah bəndəsidir" deyib səbr etməkdənsə onu o ki var döymək. diablo  Allah göstərməsin, belə hallarla qarşılaşanlar bunun acısını yaxşı bilir.  Allah səbr versin.

Xoruldayan Zakir 

Səyahət zamanı qarşılaşdığımız kabuslar

Zakir kasıbçılıq üzündən opera sənətçisi ola bilməmişdir, amma gizli bir qabiliyyəti var. Yuxuya getdiyi zaman bir xoruldayar, bir xoruldayar ki, nəinki qulaq pərdəsi, hətta beyniniz  zərər görər. Əslində bu, avtobusda olan bütün sərnişinlər üçün bir əziyyətdir. Yəni siz tək deyilsiniz. Ancaq onun yanında oturduğunuz üçün bütün avtobusun "Allah səbr versin" duaları həmişə sizinlə olar. Hər səfərə gedəndə qulaqcıqla yola çıxmaqda fayda vardır. crazy 

Yola salınmayan Murad 

Səyahət zamanı qarşılaşdığımız kabuslar

Murad kimiləri kədərli olur, yola salanı olmasa da yenə bir ümidlə pəncərəyə baxıb təkliyinə ağlayar. Bütün həyatını sizə danışmağa başlayar və özünü elə aparar ki, guya siz onun 70 illik dostusunuz. Siz isə məcburən ona qulaq asıb azca təsəlli verirsiniz. Amma bir də görərsiniz ki, söhbət bitmək bilmir ki, bilmir, elə danışdıqca danışır. Yanında oturub qulaq asdığınıza, ağınızı açıb təsəlli etdiyinizə peşman olarsınız  dash 

Adamı zorla yedizdirən Seymur 

Səyahət zamanı qarşılaşdığımız kabuslar

Seymur əslində çox yaxşı adamdır. Mehribandır, hər kəsin sevimlisidir. Amma onunla səfərə çıxdıqda adama əziyyət verər. Yanında həmişə həyat yoldaşının, anasının hazırladığı yeməklər olar. Qabın içindən tortlar, kökələr, börəklər çıxar. Təbii ki, bunların hamısını təkbaşına yeyib qurtara bilməz. Yaxşı insan olduğu üçün  yanındakına və ətrafında olan hər kəsə təklif edər. Səfər 10 saat çəkəcəksə, deməli, 10 saat boyunca oturduğun Seymurla birlikdə yemək yeyəcəksən. Yəqin ki, gedib çatana qədər  5 kq kökəlmiş olarsan. Mədəndə yanma, ağzında xəmir qoxusu... Avtobus səfəri dəhşət olar.  bad 

Baş bəlası ailə və baş bəlası yeganə uşaqları 

Səyahət zamanı qarşılaşdığımız kabuslar

Avtobus bileti əlinizdə oturmaq üçün yerinizi axtarırsınız. Yavaş addımlarla ağıllı birinin yanında oturacağınıza ümid edərək irəliləyirsiniz və bəxtiniz sizə surpriz edir. Şən ailə və təkbaşına oturan yeganə uşaqları Kamal sizi gözləyir. Artıq səfər bitənə qədər Kamalın sevimli böyük qardaşı olmaq məcburiyyətindəsiniz. Arxa oturacaqda oturan ana və atanın diqqəti isə yolboyu üzərinizdən əskik olmaz. Bunu başlarına gələnlər daha yaxşı bilər  dash  

Pis qoxu və avtobus 

 

 

Səyahət zamanı qarşılaşdığımız kabuslar

 

Pis qoxulu insan hər yerdə başa bəladır. Amma avtobus səfərindəki qoxulu insanla həmsöhbət olmaq kimi pis bir şey yoxdur. Hələ qış ayıdırsa, deməli bir fəlakətlə qarşılaşmısınız. Kondisioner işləməz, pəncərəni aça bilməzsiniz ki, soyuq olar. Hələ istilik sisteminin işləməsi qoxunu beş qat artırar. Bu qoxu burnunuzun ən dərin nöqtələrinə qədər nüfuz edər. Allah göstərməsin, hələ o ayaqlar ayaqqabıdan çıxarsa hang  

Əli küt Şakir

 

Hörmətlə xatırladığımız böyük ustad Kamal Sunalın canlandırdığı “Əli küt Şakir” xarakterini sizə məsəl çəkə bilərəm. Bəlkə də bir çoxlarınız bu filmə baxmısınız və məzmununun nədən ibarət olduğunu bilirsiniz. Film xarakteri olmasına baxmayaraq, bu, kədərli  bir həqiqətdir. Yəni belələri həyatda da var və yetəri saydadırlar. Avtobusda adamın yanında oturar, əvvəl üstünüzə çay tökər, sonra yatarkən başı boşluğa düşüb sizin başınıza dəyər, oturacağı endirərkən qırar və s. kimi bir çox fəlakətlər törədər. Avtobus qəza törədib özünüz rəhmətə gedənə qədər belələrindən xilas ola bilməzsiniz   biggrin 

22 aprel 2014
GO BACK