2013-cü il də ötən illər kimi yadda qalan illərdən biri olub həyatımda. İlk öncə illər boyu arzuladığım arzuma çatdım. Namaz qılmağa başladım. Artıq namaz qılan, ibadət edən bir xanımam. Allah hər bir musəlmana nəsib etsin. Sonra ailəmlə ilk dəfə başqa ölkəyə gəzməyə getdim. Təyyarəyə ilk dəfə mindim. İkinci dəfə bibi oldum. Yoldaşım isə əmi oldu. Ən pisi isə dayım rəhmətə getdi. Sonra yoldaşımın dayısı oğlu üçün nişan aparırdıq, həm də qız toyu idi. Bəyin maşını qəzaya düşdü və yaralananlar çox oldu. Çox şükür ki, ölən olmadı. Ağrısı ilə, acısı ilə, pisi ilə, yaxşısı ilə hər günümüzə şükürlər olsun. Allah sevdiklərimi bizlərə çox görməsin.
HEYAT YAWIL YARPAQ SONU QARA TORPAQ
2013-cü il mənim üçün elə də yaxşı keçməyib. Ailəmdə çox problemlər olub bu il, çox gərgin və depressiyalı il olub. Sadəcə və sadəcə bir gözəl şey - dostumu tapmaq olub. Çox gözəl insanı bu il həyatıma, dostluğuma qəbul etdim... 2013-cü il əsasən bu gözəl anımla yadda qalacaq. İnşaAllah yeni il hər kəsə, o cümlədən də mənə düşərli olar...
Happiness lady
Hər ildə olduğu kimi, 2013-cü ildə də narahat və çox yaxşı günlərim oldu. Sevdiyimlə nişanlandığım üçün gözəl ilim oldu. Allahıma min şükür, indiyə qədər həyatımdan çox razı olmuşam, sevincli günlərim də olub, kədərli günlərim də. Ancaq hər zaman Allahıma şükür etmişəm. Sevdiyim insan həyatıma girəndən sonra hər saniyəm sevinclə keçir. Nişanlım Allahımın mənə göndərdiyi ən böyük, ən dəyərli varlığımdır. İnşaAllah, Allah qismət edərsə 2014-cü ilin ilk həftələrində toyum olacaq.
Bu saytda mənim çox rəfiqəm oldu. Sizləri çox sevirəm. Allahdan hər birinizə xoşbəxtlik və cansağlığı arzulayıram. Allah hər birinizin arzusunu çin eləsin, hər zaman xoşbəxt olasınız və gözlərinizdən axan yaş ancaq xoşbəxtlik göz yaşı olsun, Amin inşaAllah. Qarşınıza sizi sevən və xeyirli birisi çıxsın. Övlad arzusunda olanlar arzunuza çatasınız inşaAllah tezliklə, uşaq gözləyənlər sağ-salamat qucağınıza alasınız, Amin inşaAllah.
Pervane
İllər illəri əvəz etdikcə ömrümüzdən azalır. Hər bir keçən il mənim beynimdə "Bir addım da axirətə yaxınlaşdım" deyə iz buraxır. İllər keçdikcə ömrümüzə acılı-şirinli xatirələr yazılır. Bir neçə gündən sonra 2013-cü ili də yola salarıq inşaAllah. "Bu ili mən necə keçirdim" deyə fikirləşdim və xatırladım ki, həmişəki kimi çox sevdiyim Novruz bayramını yüksək səviyyədə qeyd etdik, uşaqların məktəbdə kiçik də olsa uğurları oldu, yayı gözəl və maraqlı istirahətlərlə keçirdik, mən və yoldaşım namaz qılmağa başladıq, kiçik qardaşım təzə mənzilinə köçdü, böyük qardaşım çox arzuladığı Paris və Cenevrə şəhərlərində oldu. Ən nəhayət, bu ilin son günlərində inşaAllah yoldaşım Kərbəla ziyarətinə gedib Kərbəlayi olacaq. Sonda fikirləşdim, Allaha şükürlər olsun ki, 2013-cü ili salamatlıq və xoş günlərlə yaşamışıq maşaAllah.
Bibixanim
Bu ilim deməzdim ki, pis keçib. 2013-cü il heç sevmədiyim rəqəm olub bizim üçün, 13 rəqəminə ailəlikcə nifrət edirik. Çünki qardaşımın rəhmətə getdiyi gün 13-ü idi. Bu il yoldaşımın işi ilə əlaqədar olaraq altı ay ayrı qaldıq. Sonra yoldaşım məni də özü ilə xaricə aparmalı oldu. Bir də Qadın.Net.-də 2013/03/28 tarixində qeydiyyatdan keçmişəm - bu da mənim üçün ən yadda qalan günüm oldu ki, sizin kimi bacıları tanıdım. Şükür ki, xətasız-bəlasız bu ildən çıxdıq. Gələn ilimiz uğurlu və düşərli olsun, Amin!
Hacət-i Vuslat
2013-cü ildə hər şey əvvəlki illərdə olduğu kimi davam etdi, amma bir önəmli fərqlə - əsil xoşbəxtliyi dərk edərək. Əslində önəmli bir dəyişiklik baş verməsə də (bəzi hadisələr oldu, amma adi qarşılanacaq hallardır, dünya ilə bağlı olması lazım olan hadisələr - qeyd etməyə lüzum yoxdur) xoşbəxtliyimi tapdım. Sadəcə ona görə ki, düşüncəm dəyişdi, Haqqı tapdım... Dünya axırət üçündür - 2013-də belədir, ondan əvvəl də belə idi, hər zaman da belə olacaq... Rəbbim təvəkkülümüzü əskik etməsin.
♥A.Ravana♥
Əvvəlcə belə maraqlı xəbər hazırladığınız üçün sizə təşəkkür edirəm. Demək olar ki, 2013-cü il mənim üçün elə də düşərli olmadı. Ən böyük arzum ana olmaq, sağlam övladımın olmağıdır. Üç il sonra yəni, 2013- cü ilin may ayında hamilə olduğumu öyrəndim. Amma təəssüf ki, sevincimiz yarımçıq qaldı. Onu itirdim. Bacımın çox xəstə olduğunu öyrəndim. Allaha çox şükür, çətin günlərdən sonra yaxşı nəticə əldə etdik. Bacım indi yaxşıdır. Allahıma çox şükürlər olsun, neyləmək olar. Artıq gümanım 2014-cü ilədir. Deyilənə görə, at muraddır. Allah qarşıdan gələn yeni ildə hamının, mən də daxil olmaqla arzularımız həyata keçər.
ARiEL_ViViAN(SaMiRə)
2013-cü il... Artıq demək olar ki, başa vururuq bu ili. Bu ildə sevincli günlərim də olub, kədərli günlərim də. Amma sevincli günlərim daha çox olub. Bacımın qızı dünyaya gəlib. Həmin gün hər evdə olduğu kimi, bizim evdə də bayram oldu. Allah olmayanlara qismət etsin. İlin ortalarında nənəm dünyasını dəyişdi. Fani həyat... Əlimizdən heç nə gəlmir. Amma çox heyfslənirəm ki, Azərbaycanda olmadığım üçün görə bilmədim nənəmi. Evə gələndə isə ev çox boş görünürdü mənə. Hələ də o boşluq davam edir... Bir ildə olan 365 günü təbii ki, bu 4-5 cümləyə sığışdırmaq olmaz. Bu ildə başıma gələn hadisələr də çox olub. Daha sonra bu ilin sonunda nişanlım əsgərliyini bitirib gəldi çox şükür. Hər ayımızı, hər günümüzü, hər saatımızı beləcə başa vurduq. Çox şükür Allaha hər günümüz üçün...
Asi
Bu il gözəl keçdi. Gözlədiyim də olub, gözlədiyimin əksi də, sevindiyim də, kədərləndiyim də, güldüyüm də, ağladığım da olub. Amma heç nəyə görə heyfslənmirəm, çünki hər şey Allahdandır, o belə doğru bilir. Ən əsası sevincli anımızda da, kədərli anımızda da Allahı unutmamaqdır. Bu ilin unudulmaz hadisələrindən biri sevdiyim insana qovuşmağım, digəri isə dekabrın 26-sı sevimli saytımda 1 yaşım tamam olmağıdır.
Fatime eliyeva
2013 məni doğmalarımdan, sevdiklərimdən ayırıb soyuq bir şəhərə sürüklədi gələr-gəlməz... İncidim qəlbimin dərinliklərində 2013-cü ildən... Yad şəhər, tanımadığım insanlar, bir cümlə belə ifadə edə bilmədiyim bir dil. Təsəvvür edin, bütün günü dord divar arasında oturub axşamın gəlişini gözləmək çox dözülməz həddə çatmışdı... Lakin birdən-birə gözləmədiyim bir xəbər həyatımı elə dəyişdi ki... Men ana olacaqdım. Doğrudur, sevincimi doğmalarımla telefon vasitəsiylə bölüşdüm, amma... Mən 2013-cü ili çox sevdim. Çox şükür olsun Allahıma. İllərin fərqi yoxdur əzizlərim, təki Tanrı hər keçən gündə ömrümüzə bir anlıq da olsa xoşbəxtlik izi qoysun... Gələn ilin də hamımıza sevinc, bol ruzi, firavanlıq gətirməsi diləyi ilə...
(Ardı var)
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Peyvəndin tərkibindəki koronavirus hissəcikləri COVİD-19-a səbəb ola bilər?
Beyin xərçənginin müalicəsində yeni üsul tapıldı
20 il yararlılıq müddəti olan batareyalar hazırlanıb
Bəhram Bağırzadənin uşaqlar üçün “İstanbul” kitabı nəşr edildi
Gəliniklərin tarixi
İspaniya uçan taksilərin xidmətindən istifadənin vaxtını elan etdi
Prezident xanımı ilə ziyafətdə - FOTO
Daha gözəl göz makiyajı üçün tövsiyələr
Günün qoroskopu: Münaqişə etməyin!
Məktəb binalarına bir neçə giriş təşkil ediləcək
"Alibaba"nın təsisçisi Azərbaycana gələ bilər
Bu cihazla bütün evi elektriklə təmin etmək mümkündür - İXTİRA - VİDEO
SQ-in nümayəndələri beynəlxalq tədbirlərdə
"Facebook" məşhur səhifələri yoxlamağa başlayacaq
Bekhemin malikanəsinin tikintisi dayandırıldı - FOTO
Xəzərdə Qara leylək, Qafqaz və Talış qırqovullarının nəsli kəsildi
15 iyun-Milli Qurtuluş Günüdür!
Döyüş oyunlarında Cenevrə Konvensiyası
Sabahın HAVAsı
Dünyanın ən nazik smartfonu bilindi
Azərbaycanda yağış yağacaq
Bulvara yeni kater-restoran gətirildi - FOTO
Azərbaycan sərhədçiləri Səudiyyə Ərəbistanından olan həmkarlarına dərs keçdilər - FOTO
Hollivudun məşhur cütlüyü ayrıldı
"Bizim Tarla" - Közlənmiş məhsullar
Şəhid bu gün dəfn olunacaq
Qar yağacaq
Kredit borcuna görə özünüzü öldürməyin: AİLƏNİZDƏN ALACAQLAR
HAVA necə olacaq?-2 Noyabr
Ronaldo 5-ci dəfə ata olacaq - FOTO
Azərbaycan tarixindən yüz şəxsiyyət-40
Niderlandda azərbaycanlı tibb işçisi və oğlu koronavirusa yoluxdu - VİDEO
Gəlin toy günü həyəcandan öldü
Şimal bölgəsinin sakinləri Qusarda səyyar "ASAN xidmət"dən yararlana biləcəklər
Melaniya Trampın bioqrafiyası nəşr olunur-ŞOK Faktlar
60 yaşlı kişinin ideal bədən quruluşu TƏƏCCÜBLƏNDİRDİ - FOTO
Bakıya erməni idmançılar gəlir
Bakıda inanılmaz dükan: Nə alsan, 1 manata...
Beyin silkələnməsi ilə intihar arasında əlaqə varmı?
Kosmosa misilsiz uçuş təklif olunur
Konqres Pentaqonu yenidən tənqid atəşinə tutdu
Bu gün ali məktəblərə qəbul imtahanı keçirilir - II və III ixtisas qrupları üzrə
Alyonanın gəlinliyi qiyməti ilə diqqət çəkib-FOTO
Miqreni sağaldan bildirçin yumurtası
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Oyuna geçikən komandaya şok cəza verildi
Azərbaycanda yay vaxtına nə vaxt keçiləcək?
Çəki azaltma və sağlam yaşamaq üçün 4 tövsiyə
Avqust ayının 12-də Azərbaycan manatının dünya valyutalarına nisbətdə məzənnəsi
Bu gün ölkəmizdə Bilik Günüdür!















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]