“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Avropa Parlamentinin prezidenti Martin Şultsun noyabrın 26-da Avropa Parlamentinin plenar iclasındakı Azərbaycana qarşı növbəti qərəzli çıxışını təəssüflə qarşılayır, bunu ölkəmizin daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirir.
Milli.Az-ın məlumatına görə, TUMİB-in Trend-ə daxil olan bəyanatında deyilir ki, "Avropa Parlamentinin prezidenti olan Martin Şultsun başlıca vəzifəsi Avropanın bütün ölkələrinə bərabər və ədalətli münasibət sərgiləməkdir: "Lakin cənab Şults ayrıseçkilik edərək, ölkəmiz haqqında həqiqətə uyğun olmayan fikirlər yaymaqla məşğuldur. Martin Şultsun noyabrın 26-da Avropa Parlamentinin Strasburqda keçirilmiş plenar iclasında səsləndirdiyi fikirlər onun qərəzli olduğunu bir daha sübut edir. Martin Şults guya Azərbaycanda ictimai fəaliyyətinə görə həbs edilmiş Leyla Yunusovanın hüquqlarının pozulması haqqında hüquqa zidd olan fikirlər səsləndirməklə ölkəmizin daxili işlərinə qarışmışdır. Şults bu cür qeyri-ciddi fikirləri ilə Azərbaycanda, ümumiyyətlə, insan haqlarına guya əməl edilməməsi təəssüratı yaratmağa cəhd edib".
Qeyd olunur ki, konkret cinayət əməllərində, o cümlədən vətənə xəyanətdə ittiham olunan şəxsləri söz, mətbuat və fikir azadlığının pozulması bəhanəsi ilə müdafiə etməyə çalışmaq Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın obyektivliyinə kölgə salır, Avropa İttifaqı kimi qurumun qeyri-ciddi və qərəzli siyasi mövqeyindən xəbər verir: "Çünki sözügedən şəxslərin həbsinin səbəbləri ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən dəfələrlə ətraflı izahat verilib. Təəssüflə qeyd etmək lazımdır ki, cənab M.Şults indiyə qədər heç bir çıxışında Ermənistandan deportasiya edilmiş, özlərinin Qarabağdakı doğma yurd-yuvalarından qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarından bircə dəfə də olsun danışmayıb, erməni separatçılarının qətlə yetirdiyi günahsız insanlardan, müxtəlif fiziki və mənəvi zorakılıqlara məruz qoyulan müsəlmanlardan bəhs etməyib. Azərbaycan hökumətinin uzun illərdən bəri həyəcan təbili çalmasına baxmayaraq, cənab Şultsun 25 ildir təcavüzkar Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları haqqında bir dəfə də olsun səsini və fikrini eşidən olmayıb, eyni zamanda Avropada hər gün dini və insani hüquqları tapdanan milyonlarla müsəlmanın diskriminasiyaya məruz qalması Avropa Parlamentinin prezidentini qətiyyən narahat etmir.
Bütün bunlar onu göstərir ki, cənab Şultsu Azərbaycanın əldə etdiyi nailiyyətlərə kölgə salmaq, Azərbaycan xalqını demokratik dəyərlərdən uzaq bir xalq kimi qələmə vermək daha çox maraqlandırır. Fikrimizcə, Avropa Parlamentində Azərbaycana qarşı qərəzli, həqiqətə uyğun olmayan belə fikirlərin səslənməsi Qərbin Cənubi Qafqaz siyasətinin zəifliyindən xəbər verir, bu təşkilatın hələ də region dövlətlərinin bölgədəki rolunu real qiymətləndirə bilmədiyini bir daha təsdiq edir.
Biz, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin üzvləri M.Şultsun ölkəmizlə bağlı söylədiyi qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edir və Avropa ictimaiyyətini ikili standartlara xidmət edən bu siyasətə qarşı etiraz bildirməyə səsləyirik".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Aybaşı gününü hesablama
Yer kürəsi üçün təhlükə
Erkən yaşlarda qeydə alınan abortlar
İki gün toz-duman olacaq
Bakının mərkəzi yolları bağlanır - SİYAHI
Bakıda mənzil bahalaşıb
Daraqları tanıyaq
Neft yenidən ucuzlaşdı
Sarı saç modelləri kimlərə yaraşır?
Multivarkanın hansı növünü seçək?
Avropa birinciliyindən 6 medalla!
Bu ölkədə kabab yeyənlər dövlətə vergi verirlər
Bakıda qırmızıyaylıq kişilərin parkomat kələyi
Bu ət qaraciyər xərçənginin qarşısını alır
Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib
Cansu Dere 10 milyona ev aldı
Şakiranın konsertinə ulduzlar toplaşdı-FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva: "Əsrlər boyu sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan tarixən xalqlararası birliyin gücləndirilməsinə səy göstərib"
Dünyanını "lənətləyən" rəssam
Günün ulduz falı
Zeynəb Xanlarovanın yeni görüntüsü-VİDEO
Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb - RƏSMİ
Gülməli heyvan şəkilləri
Alimlər koronavirusdan qoruyan ən yaxşı parça növünü tapdı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Həftənin ilk iş günü hava necə olacaq?
Tək-tənha
Zövqlü ziyafət çantaları
Edamdan 18 il sonra bəraət aldı
Yaponiya kosmosa "zibilyığanlar" buraxacaq
5 yaşında Microsoft mütəxəssisi olan Ayan Qureyşi
Ozan Güvən yeni FOTOsu ilə hər kəsi güldürdü-FOTO
Öküzün ağciyərlərindən hazırlanan dərman koronavirusdan ölümü beş dəfə azaldıb
Kəs və yapışdır-34
Koronavirusa qarşı peyvəndlərin hazırlanması məqsədilə tədbirlər görülür
Rəqəmləri birləşdir-1
Saç tökülməsinə qarşı maska
Gəncədə ölkədə analoqu olmayan ticarət mərkəzi tikilir
"Məşhurların övladı": Misir Mərdanovun qızı kimdir?
Arda millidən çıxarıldı
Azərbaycanda 345,6 min nəfər əlilliyə görə əmək pensiyası alır
Gözlənildiyi kimi çıxmayan sifarişlər
Uşaqlarla əylənməyin yolları-1
İstilər gəlir
Putinin sirli kababı - Prezidentin aşpazlıq qabiliyyəti-FOTO
Məşhur futbolçu baldızının qızı ilə evləndi - FOTO
Məşhur müğənninin oğlu qəzaya düşdü-FOTO
Gübrə ilə yetişdirilən məhsulların ziyanı
Dənizləri gəzən mesaj: "O adam mənimlə əlaqə saxlasın"
Məşhur model 1,4 milyon dollar ödəyəcək
- ŞƏRHLƏR