
Ölməyin eybi yoxdur, yaşamamaq dəhşətdir...
1802-ci ilin 26 fevralında Besançonda da doğulsa da özünü həmişə Parisli hesab edirdi. Qız övladı gözlədikləri üçün onun dünya gəlişi ailəsini bir o qədər də məmnun etmir. Çox zəif olduğuna görə yaşamasına belə ümid etmirmişlər. Anası Sofia dənizçi ailəsindən, atası Leopald isə əkinçi ailəsindən çıxmışdı. Damarlarında həm burjua həm də xalqın qanı axırdı. On beş yaşında ədəbiyyat adamı olmağa qərar verir və ömrünün sonuna qədər heç vaxt bu qərarından peşmanlıq duymur. 1819-cu ildə Viktor Hüqo və Adelie Foukher bir-birlərini sevdiklərini etiraf edirlər. Ancaq gənc olmaları, Hüqonun daimi gəlirinin olmaması və ən vacibi böyük qardaşı Euqenenin də Adelieye aşiq olması səbəbindən Xanım Hüqo başda olmaqla hər iki ailə bu münasibətə qarşı çıxır. Viktor sevgilisindən bir müddət uzaq qaldı, çox pul qazanmaq lazım olduğunu düşünərək çox işləməyə başladı. 1821-ci ilin yayında anası Sofia Hüqo birdən xəstələndi və oğlanlarının qollarında öldü. Anası çox sevən Hüqo üçün bu böyük bir çöküşdü. O dərdini unutmaq üçün özünü işə verdi. 1822-ci ildə ilk şeir kitabı nəşr olundu. "Mədhiyyələr və müxtəlif şeirlər" adlı bu kitabı Adelieye ithaf edir. Kitab, krallığa aid bəndləri bəyənən kralın da diqqətini çəkir. Şəxsi xəzinəsindən şairə ildə 1000 frank maaş ayırır. Bir ildən sonra bu miqdarı daha da artıracaqdı. Kraldan aldığı maaş və kitabdan qazandığı pul evliliyinin qarşısında duran maneələrin bir qismini aradan qaldırdı. Iki gənc evləndilər. Atası Leopald Hüqo toyda iştirak etmədi. Adelieye aşiq olan böyük qardaşı isə şiddətli bir depressiya keçirir və ertəsi gün ruhi xəstəxanaya yatırılır. On beş orda qalır və orda ölür. Evləndikdən bir il sonra bir oğlan uşaqları dünya gəlir. Ancaq cəmi üç ay yaşayır. Onun ölümündən bir il sonra qızı Leopaldina dünyaya gəlir. 1824-cü ildə "Yeni Mədhiyyələr" adıyla daha bir mənzum əsəri nəşr olundu. Klassiklər ilə romantiklər arasındakı çəkişmə özünü göstərməyə başladı. "Lukresia Borcia" 1833-cü ildə səhnəyə çıxarıldığı zaman xalq Hüqoya böyük diqqət göstərir. Bu tamaşa həm də 50 il boyunca sevgilisi olaraq qalacaq Culyetta Drouiti tanımasına səbəb olur.
1851-ci ilin 2 dekabrında imperatorluğunn bərpa olunduğunu öyrənən Hüqo sürgünə göndəriləcəyini başa düşərək həmin ilin 12 dekabrında ölkəni tərk edir. Sevgilisi də ertəsi gün bir çamadan əlyazması ilə onun arxasınca gedir. On doqquz il davam edən sürgün illəri belə başlayır.
Hüqo Culyetta ilə əvvəlcə Belçikaya sığınır. Arvadı və qızı Parisdə qalır. Oğlanlarını isə çıxardıqları qəzetə görə həbs olunmuşdular. Hüqonun ən böyük problemi tənhalıq idi. Sevdiyi insanları ard-arda itirməklə daha çox tənhalaşırdı. Ölümün yaxınlaşdığını düşünərək vəsiyyətnaməsini yazmağa qərar verdikdə ilk olaraq bunları yazır: " Tanrı. Ruh. Məsuliyyət. Bu üç məfhum insana yetər. Həqiqi din budur. Bununla yaşadım bununla ölürəm. Həqiqət, işıq, ədalət, vicdan - budur Tanrı.
11 may 1883-cü ildə 50 illik sevgilisi Culyetta öldü.
15 may 1885-ci ildə dostları ilə yediyi bir yeməkdən sonra səhhəti pisləşən Hüqonun xəstəliyinin gedişatı haqqında qəzetlər hər gün məlumat verirdilər. Ölüm döşəyində "Bu gündüzlə gecənin savaşıdır" dediyi eşidilib. Son sözləri isə "Qara bir işıq görürəm" olub.23 may 1885-ci ildə dünyasını dəyişən Hüqonu təxminən iki milyon insanın müşayiət etdiyi dövlət mərasimi ilə Pantheona dəfn etdilər.
Gündüzün gecə ilə savaşı bitdi.
İki il əvvəl yazdığı vəsiyyətnaməsi qəzetlərdə dərc olundu. Belə yazırdı: " Yoxsullara əlli min frank bağışlayıram. Qəbiristanlığa yoxsulların cənazə arabası ilə aparılmağı arzulayıram. Bütün kilsələrin ayin və dualarını rədd edirəm, hər kəsin mənim üçün dua etməsini diləyirəm. Tanrıya inanıram. "
Viktor Hüqo
P.S. Kitab haqqında nəsə yazmaqdansa kitabdan Hüqonun həyatı ilə bağlı maraqlı faktları daha uyğun gördüm. Əlbəttə kitabda daha geniş və əhatəlidir.
Müəllif: Fatma Burçak
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ağ saçlarınız təbii rənginə qovuşdurun
Girovumuz şikayətə hazırlaşır
Fərqli börək resepti (foto resept)
Nebahat Çehredən 26 illik ETİRAF
9 yaşında bilib övladlığa götürdülər, 30 yaşında manyak çıxdı
2020 Grammy Musiqi Mükafatları: Qırmızı Xalça
Ermənistan Əfqanıstanda vurulmuş ABŞ PUA-sını Azərbaycanınkı kimi təqdim edir - RƏSMİ
Cəmi 30 dollarlıq mirası əslində 35 min dollarlıq imiş-FOTO
Müəllimlərin işə qəbulu üzrə növbəti imtahanlar keçirilir
Uşaqlar olan evdə işləmək
"Exit-poll"un nəticələrinə görə, İlham Əliyev seçkilərdə inamlı qələbə qazanıb
Kökəlmək üçün nə etməli?
Bu qadın tarixə düşə bilər
Təhsil Nazirliyi: Uşaqların məktəbə getməmələri ancaq valideynlərin şəxsi məsuliyyəti altında mümkün olacaq
Test ləğvində köhnə nazirdən təzəyə dəstək
İstanbulun taksi sürücüləri vədi belə qoparırlar
Nə üçün ölümdən qorxuruq?
Evlənmək istəyi böyük "problem"ə doğru iri addımdır?
Görkəmli xalq artistimizin ad günüdür
Seda Sayan təhqirlərə cavab verdi
Köhnə köynəyinizi pul xərcləmədən yeniləyin
Şahid Kəlbəcər dəhşətindən danışır
Ajda Pekkanın gənclik sirri məlum oldu-FOTO
Keemun çayı nədir?
Əməkdar artistin səhhəti ağırlaşdı
Balaca qızlar üçün yaz geyimləri
Hələ belə nəhəng yırtıcı tutulmamışdı
Kəs və yapışdır-10
Ajda Pekkanın son görüntüləri dillərə düşdü – VİDEO
Fahriye Evcen telefonlardan imtina etdi-SƏBƏB
Belə rekord olmamışdı
Mövsüm allergiyası ilə koronavirusun simptomları arasındakı fərq açıqlandı
Xaçmazda bir gün qaz olmayacaq
Toylarda yalnız bu şəxslər iştirak edə bilər - Şərtlər açıqlandı
Merkel Nobel mükafatına namizəd göstərildi
Ay Günəşi məhv edəcək
8 qadın nazir təyin olundu
Ən çılğın bayram davam edir
Qızının uşaqlığını şəkillərə və karikaturaya köçürən ata
Sadə kələm salatı (foto resept)
Tovuz yenidən intensiv atəşə tutulur - RƏSMİ
Ən çox qazanan qadın idmançılar - SİYAHI
Azərbaycanda siqaret çəkənlərə bəd xəbər
İlham Əliyev Ciddəyə gedib
Qadınlarda yumurtalıq kistləri
Ənginarın faydaları
Ölkəmizdə oğlan qızdan çoxdur
BAFTA: Britaniya ən yaxşıları seçdi -SİYAHI
Günün ulduz falı
Bakıda kirayə mənzil problemi yaranıb















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]