
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Gürcüstan Respublikasındakı nümayəndəliyi (filial) - “Akkord Georgia”nın icra etdiyi Kutaisi dolama yolunun tikintisi layihəsi yekunlaşıb. Yolun təntənəli açılış mərasimdə Gürcüstan Respublikasının baş naziri İrakli Qaribaşvili, regional inkişaf və infrastruktur naziri David Şavliaşvili, Yol Departamentinin rəhbəri Vaja Pançulidze, Yaponiyanın Gürcüstandakı səfiri Toşio Kaitani, İtaliyanın Gürcüstandakı səfiri Federika Favi, “Akkord” Korporasiyasının baş direktoru Göksel Aybek, baş direktorun müavini Samir Qasımov, Korporasiyanın Xarici Layihələr Qrupunun rəhbəri Levent Morova, “Akkord Georgia”nın direktoru Naci Özdəmir, yerli rəsmi qurumların, həmçinin Gürcüstan KİV-in nümayəndələri və yerli sakinlər iştirak ediblər.
Tikintisinə 2012-ci il fevral ayının 17-də start verilmiş I kateqoriyaya aid Kutaisi dolama yolu beton örtüklü olmaqla Türkiyə-Gürcüstan-Azərbaycan və əksinə istiqamətdə tranzit yükdaşımalarda istifadə olunan yük avtomobillərinin Kutaisi şəhərinə daxil olmadan hərəkətini təmin etməkdən ibarətdir.
Böyük İpək Yolu layihəsinə daxil olan, Beynəlxalq Şərq-Qərb yolu layihəsi çərçivəsində inşa edilən 17,3 km-lik beton örtüklü Kutaisi dolama yolu ilə eyni vaxtda istifadəyə verilən 16 km-lik Samtredia yolunun açılışı təntənəli və əyləncəli mərasimlə yadda qalıb. Belə ki, açılış mərasimində yarış avtomobilləri və motosikletçilərdən ibarət qrup maraqlı şou nümayiş etdirib.
Mərasimdə çıxış edən Gürcüstan Respublikasının baş naziri və digər dövlət rəsmiləri layihənin beynəlxalq əhəmiyyətini və yerinə yetirilən işlərin yüksək keyfiyyətini xüsusilə qeyd ediblər.
Qeyd edək ki, 33.3 km-lik Kutaisi dolama yolu layihəsi və Samtredia layihəsi “Akkord”un son üç il ərzində Gürcüstan Respublikasında icra etdiyi ən iri infrastruktur layihələrindəndir.
Layihənin sifarişçisi Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yol Departamentidir. Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən layihənin başlanğıcından Türkiyə Respublikasına gediş istiqaməti üzrə 11,5 metr eni olan yol üzərində 6 ədəd körpü (ümumi uzunluğu 1985 metr) və 4 ədəd yolötürücünün (Samtredia layihəsi ilə birlikdə - 7 ədəd yolötürücü) inşası həyata keçirilib.
Çaylar üzərində inşa edilmiş körpülərin hündürlüyü təxminən 20 metr olub. Ən uzun körpü isə Rioni çayı üzərindən keçən körpüdür ki, uzunluğu 900 metrdən artıqdır. İqlim şəraitinə görə üzərində körpü inşa edilən çaylarda dəfələrlə sel, su daşqınları olmasına baxmayaraq işlər sürətlə və keyfiyyətlə başa çatdırılıb.
Yolun alt hissəsində 42 ədəd düzbucaqlı boru da inşa edilib.
Kutaisi dolama yolu layihəsinin icrası üçün “Akkord Georgia” tərəfindən 4 karxana icarəyə götürülüb. Tikinti ərazisində 2 ədəd daşdoğrayan qurğu, 3 ədəd beton zavodu, 1 ədəd asfalt zavodu, 1 ədəd dəmir-beton konstruksiyalar zavodu (DBK) qurulub. Layihə üzrə körpülərin tikintisində istifadə olunan 800-ə yaxın 33 metrlik körpü tirlərinin hamısı “Akkord Georgia”nın DBK zavodunda hazırlanıb.
Bununla yanaşı, tikinti ərazisində qum-çınqıl, beton və asfalt məhsullarının analizi üçün müasir təchizatlı laboratoriya da fəaliyyət göstərib.
“Akkord Georgia” həmçinin yerli yolların təmir edilməsində yerli instansiyalara dəfələrlə köməklik göstərilib. Bununla əlaqədar olaraq, yerli qubernatorluqdan “Akkord Georgia”-nın ünvanına dəfələrlə təşəkkür məktubları daxil olub.
Təntənəli mərasim başa çatdıqdan sonra “Akkord” rəhbərliyi “Akkord Georgia”nın mənzil qərargahında olub. “Akkord” Korporasiyasının baş direktoru Göksel Aybek ilk olaraq layihənin inşasında əməyi keçən bütün əməkdaşları çoxminlik “Akkord” kollektivi adından təbrik edib. Xüsusilə fərqlənən əməkdaşlara fəxri fərmanlar təqdim edib.
Mənbə:Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İllər üzrə 2017-nin PROQNOZU: Xoruz ilində bizi nə gözləyir?
Bakıda klassik avtomobillərin yürüşü start götürüb
Səhvsiz arıqla
AzTV Şuşada yayımlanmağa başladı - VİDEO
Xəstənin yumurtalığından 37 kq-lıq şiş çıxarıldı
Zəngilan rayonunun ermənilər tərəfindən işğalından 20 il ötür
Metroda qəflətən yuxu güc gələndə
Miranda Kerridən AÇIQLAMA
HAVA necə olacaq?
Dırnaqları gücləndirən təbii üsullar
Yulaflı brokoli şorbası (foto-resept)
Moskvada Qarabağ xalçaları satırlmasına REAKSİYA
Azərbaycan manatının dünya valyutalarına nisbətdə məzənnəsi
Yataq mebelləri
Xalq artisti ola bilməyən aktyorun son arzusu...
Azərbaycan da planşet satacaq
Qolları, ayaqları yoxdur, amma
WhatsApp-da YENİLİK!
Niyə stress infarkta səbəb olur?
Hansı bədən temperaturu normal hesab edilməlidir?
BlackBerry ucuz smartfon göstərdi
Milli Ordunun yaranmasından 102 il ötür...
At quyruğuna qonmuş kəpənək fotoqrafı
İlk dəfə metroya mindi məsxərəyə qoyuldu-FOTO
Manatın MƏZƏNNƏSİ
Təhsil Nazirliyi bu şəxslərə müraciət etdi
Ermənistan qazsız qaldı
“Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqdən olan erməni əsilli muzdlular da var” - RƏSMİ
Uşaqların boyu nə zaman uzanmalıdır?
Azərbaycanlı tələbələr ermənilərə yerini göstərdi
Avtomobillərə dövlət qeydiyyat nişanlarının verilmə qaydası müəyyənləşib
Taxma yaxalıq hazırlayaq
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
İrlandiyalı rokçu İslamı qəbul etdi - FOTO
15 marşrutun dayanacaq məntəqəsi dəyişdirildi
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu dinc əhali və mülki infrastruktura atəş açmır
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 135 yeni yoluxma
“Facebook”un işində nasazlıqlar yaranıb
Qaynananın və gəlinin şikayətləri
Emmy: telekanalların ən yaxşıları seçildi
Evlər xeyli ucuzlaşa bilər
Trampın pərəstişkarı onun COVID-19-a yoluxduğunu eşidəndən sonra öldü
Dini liderlər dünyanı sülhə çağırdılar
Məşhur futbolçunun qızıldan telefonu
Qan qrupuna görə XASİYYƏT
Uşaqların çəkdiyi şəkillər onlar psixi halından xəbər verir
Bakıda Novruz festivalı
Ömrümüzün 11 ilini nəyə sərf edirik?
Məşhur aktyor 10 illik evliliyini bitirdi-SƏBƏB/FOTO
Kondisionerli avtobuslar gəlir















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]