
Oktyabrın 29-da Azərbaycan Respublikasının Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 20 ili tamam olur. 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon olub. Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşən Zəngilan əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görüb. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı. Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır. Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir.Ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 mindən çox olub. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı - üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib.İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi.Bütün Avropada ən böyük çinar meşəsi də bu rayonda idi. İndi düşmən baltasına tab gətirə bilməyən həmin çinarları ermənilər doğrayaraq xarici ölkələrə satırlar. Digər qiymətli ağaclar, molibden, mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də hazırda ermənilər tərəfindən talan edilir.Rayon ərazisində 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğunun bərbad vəziyyətə salındığı barədə məlumatlar var. Qoruq ərazisindəki qiymətli ağacları kəsib-doğrayan ermənilər onlardan mebel sənayesində istifadə etməkdədirlər. Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə də zəngindir. Onlardan ən böyüyü "Şəhri Şərifan" adı ilə tanınan orta əsr şəhərinin xarabalıqlarıdır.
Mənbə: Trend.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanda ilk dəfə olaraq 10D sinema fəaliyyətə başlayacaq
Sabah külək güclənəcək
Məşhur model hər kəsdən gizlətdiyi sirrini açdı - FOTO
Şifrələrlə mübarizənin məqsədi nədir?
Ledi Qaqa geyimi ilə diqqət çəkdi-FOTO
Azərbaycanlı gənc şirkətini Twitter-ə 100 milyona satdı
Bakıda daşınmaz əmlak bazarında SON QİYMƏTLƏR
Misilsiz, ən bahalı əşyalar göstərildi
Azərbaycanda seysmik aktivlik fon səviyyəsindədir
Daha dolğun kirpiklər üçün 3 üsul
Hava haqqında
Ən məşhur taksi servisi Azərbaycana gəldi
Günün qoroskopu: Məhsuldar gündür
31 Mart - Soyqırım günüdür
Papua-Yeni Qvineyada güclü zəlzələ olub
Ramazan ayının 13-cü gününün duası
İlham Əliyev Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşüb
Mehmet Ali Erbilin halı yenidən pisləşdi
Sahibsiz heyvanları peyvəndlədik
Üstümüzə yağış gəlir
Məşhur aktrisa Yeni İmicdə-FOTO
Gecə lampaları
BÜRCLƏR bizə nə vəd edir?- 7 Dekabr
Ermənistan Qarabağa könüllüləri yığır
Tatlıtuğdan xanımı ilə bağlı etiraf
"Yeganə"lər
Süd, yumurta, quş əti bahalaşıb
Azərbaycan tarixindən yüz şəxsiyyət-62
Uşağınıza kitab oxumağı sevdirin
Məhkəmə Nərminin qatilinə həbs QƏRARI VERDİ
Əfsanəvi futbolçu klub sahibi oldu
Azərbaycan vətəndaşları Türkiyədə ev alan əcnəbilər arasında ilk onluqda
İnstagramda 150 minlik təklifə "Yox" dedi-FOTO
Geyim - duyğu dünyamızı, başqalarının bizə münasibətini dəyişən vasitə
Dağlıq Qarabağ: vəziyyət çox təhlükəli ola bilər
HAVA necə olacaq? 1 İyun
İki yaşlı uşaq milyoner oldu
Telefonunuza gələn SMS əslində tələdir - ehtiyatlı olun!
Uşaq bağçaları optimallaşdırılacaq
Ramazan ayının 26-cı gününün duası
Azərbaycan əhalisi pulu hara xərcləyir?
Bakıda 5 mindən çox valideyn övladını məktəbə göndərməkdən imtina etdi
“Bombalar tarixi” sərgisi açıldı - FOTO
Boy uzadan qidalar
Gəncədə bu gün muzeylərə ziyarət pulsuzdur
Facebook gələn ildən belə olacaq
Qadınlar niyə öz həyat yoldaşlarını aldadır
Beynul Haremeyn
Payız dekorasiyası
Endirilən bayraq Türkiyəni ayağa qaldırdı















- ŞƏRHLƏR