
Hamımız səliqəli, zövqlə, dəbə uyğun geyinməyi sevirik və hər dəfə çalışırıq ki, bizə yaraşan, rahat geyim alaq. Lap müasir dəbə uyğun olmasa da, əsas odur əynimizə yaxşı otursun. Ancaq bu geyimlər çox vaxt qınaq obyektinə çevrilir. "İnsanı geyiminə görə qarşılayıb, savadına görə yola salarlar" deyib atalarımız. Hər bir insan öz düşüncələrinə, həyat tərzinə görə geyinir. Geyimlərimiz bizim haqqımızda bizdən öncə məlumat verir. Uzun müdət eyni tərz insanda imici formalaşdırır. İnsanların imici - geyim forması onların daxili dünyası ilə sıx əlaqəlidir. Geyimə baxıb insanın kimliyini, nə işlə məğul olduğunu, işlərində nə qədər müvəffəqiyyət qazanıb-qazanmadığını belə bilmək mümkündür. Modelyer Nərmin Rüstəmovanın fikrincə, bəzən insanlar daxili dünyalarını geyimlərində tam aça bilmirlər: "İmic 3 cür olur. Öz imici - bu insanın özünü görmək istədiyi imic, qəbul edilən imic başqalarının xaricdən insanı necə gördüyü imic, istənilən imic isə adamın özünü necə görmək və başqalarına necə görünmək istəyidir. Bunlardan üçüncüsü hər zaman çatmaq üçün çalışılan hədəfdir. Fərdi imicin karyera inkişafındakı başlıca vasitələrdən biri olaraq görülməsinin bəzi diqqətə çarpan səbəbləri var". Müsahibimiz deyir ki, geyim tərzinin, imicin karyerada hədəflərə çatmaqda böyük rolu var. Çünki insanlar ilk öncə gördüklərinə inanarlar. Sıx iş mühitində insanın geyimi üzərində çalışmağa zamanı olmadığı üçün ilk əldə edilən təəssüratlara güvənmək lazımdır: "Mən fikir verirəm, istər iş qadınları, istərsə də evdar xanımlar çox zaman nə geyindiklərinin fərqində olmurlar. İş qadınlarının idman geyimlərində, evdar qadının ziyafət geyimləri ilə cəmiyyət arasına çıxması çox acınacaqlı bir vəziyyətdir. Qadınlarımızın çoxu qlamurluq etmək istəyində olduğu üçün bir-birinə uyğun olmayan geyimləri uyğunlaşdırmağa can atırlar. Əslində isə qlamurluq qeyri-adilikdir. Qlamurluq toy köynəyi ilə idman şalvarı geymək demək deyil". Modelyerin bildirdiyinə görə, indi elə bir dövrdür ki, gənclərimiz internet məkandan moda haqqında məlumatlanırlar. Bu məlumatlanma isə çox zaman onların zərərinə olur. Avropada yaşayan hər hansı bir müğənninin geyimini Azərbaycanda gündəlik geyim kimi geyinirlər. Bu da zövqsüzlükdən xəbər verməklə yanaşı insanlar haqqında mənfi fikirlər yaradır: "Hər bir geyimin öz yeri var. Mini ətəyi gündəlik iş yerinə və dərsə geyinmək müasirlik sayılmır. İşin iş geyimi olmalıdır. Və yaxud idman geyimi ilə toya getmək insanı gülünc duruma sala bilər. Bəzi insanlar var ki, özləri dəbdən danışıb, dəbsiz geyinirlər. Mən onlara təklif edərdim ki, çox yox, bir dəfə modelyer dizaynerlə məsləhətləşib, bədən formalarına uyğun geyimlər haqqında məlumat alsınlar". ABŞ mütəxəssislərinin araşdırmalarına görə, insanlar bir-birləriylə ilk dəfə qarşılaşdıqlarında 90 faizi ilk bir neçə dəqiqə içində daha çox görünüşə (fiziki xüsusiyyətlər, bədən dili, paltarlar və s.) fikir verərək ilk təəssürata malik olurlar. Bu səbəbdən əgər iş görüşməsinə gedirsinizsə, iş üçün uyğun bir geyim geyinməlisiniz. Paltarların tərzləri, rənglər və istifadə edilən aksessuarlar fərdi imicin bir işarələridir. Psixoloqların fikrincə, geyim adamın yalnız görünüşünü deyil, düşüncələrini də təyin edir. Cənazələrdə qara, toylarda ağ geyinilməsinin də bir mənası var. Ümumiyyətlə, geyim mədəniyyəti, geyimlərin anlamı olmasaydı, hamı bir şeyə bürünüb ortaya çıxardı. Psixoloq Nigar Məmmədova hesab edir ki, fərdi geyiminə görə dini baxımdan da qiymətləndirmə adlı bir kateqoriya var: "Məsələn, uzun saçlı, qara paltar geyinən tiplər bəzi insanlar tərəfindən dərhal satanist deyə qiymətləndirilirlər. Və ya qəşəng və rəngli geyimli gənclər küçədə "bu yeni nəsil nə geyindiyini də bilmir" ifadəsini eşidər çox zaman". Paltarlarınız, ailə quruluşunuz, mədəni qarşılıqlı təsirləriniz, üzərinizdəki çevrə basqısı, maddi vəziyyətiniz və bədən quruluşunuzla yanaşı daxili dünyanız haqqında çox şey deyir. Əslində duyğularınız və düşüncələriniz qarderobunuzda bütün çılpaqlığıyla yatır, onları görmək lazımdır. N.Məmmədovanın sözlərinə görə, paltarlarımız duyğu dünyamızı dəyişə, özümüzü daha yaxşı hiss etdirə, eyni zamanda başqalarının da bizə qarşı fikirlərini dəyişə bilər: "İnsanlar çox zaman öz yaşlarını hiss etmirlər. Yəni 40 yaşlı qadın özünü 25 yaşında hiss edib, elə geyinə bilər. Bu isə onu cəmiyyət arasında gülünc vəziyyətə salar. Amma unutmamaq lazımdır ki, yaş keçir və hər yaşın öz geyimi var". Paltar adamın psixologiyasını dəyişdirir. Elə bir paltar geyərsiniz ki, özünüzü çox xoşbəxt, güclü hiss edərsiniz. Amma tam əksinə bir paltar geyərsiniz, sizi yerin dibinə batırar. "Paltarların da belə bir dili var. İnsanlar geydiyi paltarlarla özünü güclü və ya gücsüz hiss edə bilər".
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qurban bayramı nə vaxtdır?
Ən böyük teleskop tikiləcək
Gələn il təqaüdlər arta bilər
Hava haqqında
Rayonlara getmək üçün sürücülərin istifadə etdiyi torpaq yollar qazıldı
Obama: "Konqresin fəaliyyəti ABŞ iqtisadiyyatını təhdid edir"
Azərbaycanlı çapar Dünya Kubokunun finalına vəsiqə qazanıb
İlham Əliyev Azərbaycan xalqına müraciət edib - VİDEO
Erməni nazir ABŞ-dan kömək istədi
Axı mən niyə belə ola bilmədim?
“Youtube”da ən çox o izləndi - 3 günə 1 milyon
Ali məktəblərə və magistraturaya qəbul olanların qeydiyyatı başa çatdı - YENİLƏNİB
Ekspert: 1 dollar 3-5 manat ola bilər
Donmayan balıqlar
Bakı Metropolitenindən bu yaşda olan sərnişinlərə SÜRPRİZ
Sinem Kobal ad gününü qeyd etməyəcək
Arzularımın və xəyallarımın şəhəri-Roma!
Ofisdə nahar: nəyi, niyə və necə yeməli?
Düzgün duruş üçün 4 idman hərəkəti
Bred Pitt Anjelina Coliyə indiyədən ödədiyi məbləği açıqladı
Hande və Murad barışdı?
Komitə: "Erkən nikahlarla bağlı statistika bizi çox narahat edir"
Barak Obama Yeni ili Havay adalarında qeyd etdi-FOTO
Hava haqqında
Britaniyalı qadın gündə 21 litr su içir
Vyetnam rəqibimiz oldu
Müvəffəqiyyətli olmaq üçün 15 həqiqət
Xarı bülbül Qaxa gəlib çıxdı
Məşhur serial belə çəkilir - FOTOSESSİYA
Azərbaycanda boşananlarla bağlı ŞOK STATİSTİKA
Türk general Zakir Həsənovla görüşdü
Ledi Qaqanı dəstəkləyənlər arasında o da var-FOTO
Kartof pəhrizi
Qırmızı tuflilərdən qorxmayın!
Xəz geyimlər
Helikopter havaya qalxdı
Qaşların və kirpiklərin rənglənməsi uzadılması(1)
Dünyanın ən nüfuzlu insanları
Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı və Müdafiə Nazirliyinin idarə rəisi vəzifələrindən azad edildilər
Meqan və Harrini kral ailəsindən kimsə danışdırmır-SƏBƏB
Blatter getdi, çempionatı Rusiyadan almaq istəyirlər
“Qəbələ RLS” barədə son açıqlama
Səməndər Rzayev - 70
Bill Qeytsdən şok sözlər - Virusa yoluxmayan insanlar da öləcək
Ayın ən maraqlı xəbəri (Mart ayı)
Ramazanın 21-ci gününün duası
Cem Yılmaz Acun İlıcalıdan danışdı
Siqaret çəkənlər bu yazını mütləq oxusunlar
Mənə namaz necə nəsib oldu
Işıldayan dəri üçün 10 qızıl qayda















- ŞƏRHLƏR