Azərbaycanın üzən məzənnəyə keçməsi dünya valyuta bazarında gedən proseslərdən irəli gələn məcburi tədbirdir. Bizim indi gördüyümüz – bu, manatın real məzənnəsidir.Milli.Az xəbər verir ki, bu barədə Trend-ə bazar ertəsi ekspert Oqtay Haqverdiyev bildirib.Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) hazırkı addımını manatın real qiymətinə tərəf hərəkətin başlaması kimi qiymətləndirmək olar.“Güman edirəm ki, dolların bahalaşması prosesi 2016-cı il ərzində də axarlı şəkildə davam edəcək. Mənim ekspert qiymətləndirmələrimə görə, dolların real məzənnəsi 3 manatdan 5 manatadək təşkil edə bilər”, - deyə, Haqverdiyev bildirib.Ekspert AMB-nin bu addımını məcburi adlandırıb.“Əgər dünya valyuta bazarında baş verən proseslər olmasa idi, heç nəyi dəyişmək lazım gəlməzdi. Lakin Azərbaycan xarici ticarətini dollarla apardığı üçün bu addım məcburi şəkildə atılıb”, - Haqverdiyev bildirib.Onun sözlərinə görə, üzən məzənnəyə keçidin məqsədi AMB-nin ehtiyatlarının bərpası deyil.“Ehtiyatlar onun üçün yaradılır ki, belə fors-major hallarda vəziyyətdən çıxmağa imkan versin. Lakin iqtisadi elm baxımından istənilən milli valyuta buraxılmalıdır. Onun real qiymətini valyuta bazarında tələb və təklif prinsipi müəyyənləşdirməlidir. Belə vəziyyətdə iqtisadiyyat da ahəngdar inkişaf edir”, - deyə, ekspert bildirib.Haqverdiyevin sözlərinə görə, indi Azərbaycanın qarşısında dayanan 1-ci dərəcəli vəzifə qeyri-neft sektorunun inkişafıdır.“İxracımızın 93%-dən çoxunu neft və neft məhsulları təşkil edir. Müasir elmtutumlu istehsalat sahələrini inkişaf etdirmək, nanotexnologiyaları mənimsəmək lazımdır. Elə məhsul seçmək və istehsal etmək lazımdır ki, o, dünya bazarında yerini tutsun və rəqabətqabiliyyətli olsun”, - deyə, o, qeyd edib.Xatırladaq ki, dekabrın 21-dən Azərbaycan Mərkəzi Bankı üzən məzənnəyə keçib və nəticədə milli valyuta olan manat təxminən 50% ucuzlaşıb.Bu gün ABŞ dolları və avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi müvafiq olaraq, 1,55 və 1,6850 manat təşkil edir.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanlı "Kamçatka gözəli" seçildi FOTO
Düşüncənin riyazi dili - Qələm
Ordumuzun giziri yaralandı
WhatsAppda YENİLİK!
Toyota Camry-də yenilik var
Bakıda daha bir yenilik
Azərbaycanda zəlzələ baş verib
Tətillərin müddəti azaldıla bilər.
Möcüzə enerji-6 (son)
Danimarkada koronavirus səbəbindən su samurlarının kütləvi məhvinə başlanıldı
Niki Minajın yoldaşı 10 illik həbs oluna bilər-SƏBƏB
Dağıdıcı külək davam edəcək
Hazırladığım tortlar
Uşaqların göz sağlamlığı
Real görünməyən real rəsmlər
Ən isti ili yola salırıq
Koronavirusla bağlı son STATİSTİKA
89 yaşlı qadın şəkil çəkdirməyə başlasa...
Təhsil Nazirliyi ilə TQDK arasındakı narazılığa son qoyuldu
Boşandıqdan sonra barışan Sinan və Burcu AÇIQLAMA verdilər-FOTO
Reynmendən ACUNA AДћIR SÖZLƏR-VİDEO
Birlikdə istifadə olunan zaman arıqladan qidalar
Britni Spirs AÇIQLAMA verdi-FOTO
Neftin ucuzlaşması davam edir
Xınalıq "ağardı"
Marsda yeni həyat əlaməti aşkarlandı
Sevginin qarşılığında qazandıqlarımız
İlham Əliyev tanınmışları mükafatlandırdı
3 il sizlərlə - Yeniliklər...
Şahzadənin toyuna xərclənən məbləğ açıqlanıb
Dəbli kəmər kombinləri
Prezidentin son iclasda verdiyi mesajlar
Saç tökülməsinə qarşı acı bibər maskası
Messi 15 milyon dollara təyyarə aldı - FOTO
Azərbaycanda zəlzələ olub
Siqaret yenə bahalaşdı
Bakının bu hissəsində qaz olmayacaq
Qurban bayramında neçə gün iş olmayacaq? - RƏSMİ
İrandakı duz qasırğası Azərbaycan üçün də problemlər yarada bilər
Windows 10 satışlarına start verildi
Ban Ki Mun İŞİD-ə meydan oxudu
İran və Azərbaycan arasında altı ay ərzində ticarət mübadiləsi 285 milyon dollar təşkil edib
Düymələr
Stress qırığı nədir?
İran tarixi uğura imza atdı
İpotekanın bərpa olunacağı vaxt MƏLUM OLDU
Daha bir rayona qar yağdı
Ramazanda düzgün qidalanma
Bakıda "Röya adası" gerçək olur
Sabah hava necə olacaq?















- ŞƏRHLƏR