
Belə "ya"lardan istisnalar da var və əslində, olmalıdır da. Çünki işdə ümumiyyətlə, nahar etməyi xoşlamayan, buna vaxtı olmayan, nahar vaxtını itki sayan, ən nəhayət, nahar fasiləsində bir dönər və ya bulka ilə kifayətlənən fərdlər də az deyil.
Ona görə də Bakıda "ofis naharları" adlanan məsələni araşdırmaq qərarına gəldik.
Əcəba, ölkə paytaxtındakı ofis işçiləri naharda nəyi, necə və niyə yeyirlər?
Şumda kəsilən şərt və ya müqəddimə (firənglər buna "proloq" deyir)
Bəribaşdan ərz edim ki, araşdırmanın mövzusu ofisdəki nahardır.
Əgər insan ofisdə çalışmırsa, təbii ki, onun bəhs etdiyimiz məsələyə dəxli yoxdur.
Yetərincə peşə var ki, onların mənsublarının naharları ya ayaqüstə, tələm-tələsik olur, yaxud da naharın əvvəlcədən müəyyənləşdirilmiş zamanı yoxdur.
Belə peşələrə santexniklər və kommunal təsərrüfat işçiləri, cərrahlar və sürücülər, polislər və siyasətçilər, jurnalistlər və azad peşə sahibləri daxildir.
Sadalanan peşə sahiblərinin nahar zamanı normal qidalanmamaları onların orqanizmlərində hansı fəsadları yaratdığı barədə indiyədək çox yazılıb və deyilib. Həmin səbəbdən də stabil qida qəbulu rejiminə riayət edilməməsinin problemləri barədə sonradan bəhs edərik.
Ofislərdəki naharlara gəldikdə isə, bu məsələ ilk baxışdan göründüyü qədər sadə və ya trivial deyil.
İş yerində əməkdaşlara nahar pulu ödənirsə və ya orada yeməkxana varsa, bu, çox yaxşıdır. Belədə ofisdə çalışanların hamısı nahar edir, normal qidalanırlar. Fəqət, əfsuslar olsun ki, Bakıdakı ofislərin çoxunda vəziyyət belə deyil.
Ona görə də ofisdə çalışanların naharla bağlı bir neçə seçimi var.
1. Kafe
Əgər ofis biznes mərkəzində yerləşirsə, çox yəqin ki, orada kafe və ya yeməkxana var. Həmin iaşə müəssisəsində qiymətlər ucuz olmaya bilər və bu səbəbdən də çalışanların çoxu yeməkxanaya tələsmir. Lakin problemin həll yolu var və alternativlər də mövcuddur. Hər halda qiymətlərin nisbətən ucuz olduğu iaşə müəssisəsini tapmaq mümkündür.
2. Evdən gətirilən nahar
Hətta ən kiçik şirkətin də ofisinin mətbəxində mikrodalğalı soba var. Belədə, naharı evdən gətirmək olar. Axı istənilən halda ailədə şam yeməyi bişir və o yeməkdən bir qədər səhərə, iş üçün saxlamaq mümkündür.
Ofisdə buterbrod və ya alma, ya da dönərlə qidalanmaqdansa, evdən gətirilən nahar daha məsləhətli sayılır.
3. Ofisə yemək sifarişi
Qərbdə qərinələrdən bəri mövcud olan "catering", yəni sifarişlə yeməyin daşınması servisi Bakıda da var. Şəhərdəki restoranlar, kafelər və dönərxanaların az qala hamısı "evlərə və ofislərdən sifariş qəbulu" elanlarını yayırlar. "Catering" sisteminin sərfəli özəlliyi odur ki, eyni yerdən yemək sifarişini bir yox, bir neçə nəfər edərsə, qiymətdə müəyyən güzəştlərə nail olmaq mümkündür.
4. Tələsik nahar
Bəzən ofisdə işlər o qədər çox olur ki, nahara vaxt qalmır - amma qidalanmaq gərəkdir. Belə halda şokolad, pirojna və ya peçenye alın. Şokolad çox qidalı təamdır və onunla aclıq hissini asanlıqla dəf etmək mümkündür. Şirniyyat xoşlamayanlar meyvə və ya süd məhsulları yeyə bilərlər.Ofisdə naharın qızdırılmış, isti halda, yaxud soyuq yeyilməsinə gəldikdə isə, həkimlər birmənalı olaraq qızdırılmaya üstünlük verirlər. Əslində qidalılıq səviyyəsinə görə soyuq qida qızdırılmış yeməkdən heç nə ilə fərqlənmir. Lakin soyuq yeməklə müqayisədə isidilmiş təam daha yaxşı həzm olunur. Bunun səbəbi çox sadədir: istənilən qidanın mədədə qalma müddəti onun temperaturundan asılıdır.
İsti və ya isidilmiş qida mədədə 2-3 saat qalır, bu zaman zülallar bütünlüklə amin turşularına parçalanırlar. Soyuq yemək isə mədədə cəmi bir saat qalır. Nəticədə zülallar və karbohidrogenlərdən orqanizm tam yararlanmır, maddələr mübadiləsi pozulur və ən başlıcası - insan yenə yemək istəyir, çünki soyuq yeməkdən doymamış orqanizm az sonra yenə qida tələb edir.
Bundan başqa, prinsip etibarilə soyuq yeyilməsi mümkün olmayan qidalar var. Onlardan biri bütün ət növlərində mövcud olan gec əriyən yağlardır. Həmin yağların əriməsi yalnız 38-40 dərəcə istidə mümkündür. Orqanizm heyvani yağları belə temperatura qədər qızdıra bilmədiyindən hətta ətli qutabları və ya peroşkiləri belə, isidib yemək gərəkdir: əks təqdirdə, onlar mədədə "ölü yük" kimi qalasıdır.Buterbrodlar, şokolad, çips və sendviçlərə çox aludə olmaq təhlükəlidir. ABŞ Dietoloqlar Assosiasiyasının apardığı araşdırmalar göstərir ki, bu qidaların tərkibində şəkər, yağ və dad əlavələri həddən ziyadə olduğundan, insan orqanizmi üçün 5 ən təhlükəli qidanın "qara siyahı"sındadır.
"Qutudakı sup"ları almayın
Ofisdə nahar zamanı market və dükanlarda satılan "quru sup"larla qidalananlar da az deyil.
Avropa Kulinariya Mərkəzinin ekspertləri bildirirlər ki, belə qidalardakı konsentratlar tərkiblərindəki vitaminlər, mineral və qida maddələrinin miqdarı ilə maye baxımından təbii üsulla hazırlanmış məhsullara bütünlüklə uduzurlar.
"Quru sup"ların tərkibində qida əlavələri, dad gücləndiriciləri, aromatizatorlar və ən başlıcası, kombinə edilmiş yağlar var ki, bu da orqanizmdə allergik reaksiya ilə yanaşı, qastrit və mədə yarası da yarada bilər. Üstəlik, sürəkli olaraq belə qidalanan adamlarda dad reseptorları zaman keçdikcə, zəifləyir və həssaslığını itirir. Adi yeməklər belə adamlara duzsuz və dadsız gəlir. Bundan başqa, paketlərdəki yemək aclıq hissini azaltmır.
"Catering" sistemi ilə ofisə gətirilən yeməklərə gəldikdə isə, epidemioloqlar və mikrobioloqların dediklərinə görə, yetərincə ehtiyatlı olmaq gərəkdir. Çünki ofislərə və iş yerlərindən sifariş qəbul edən şirkətlərin tam əksəriyyəti kiçik müəssisələrdir. Təbii ki, onların hazırladıqları yeməklər, xüsusilə də dönər və lahmacunlar heç bir keyfiyyət kontrolu ilə sanitar-epidemioloji nəzarətdən keçmirlər. Mütəxəssislər kiçik restoran, kafe və dönərxanaların məhsullarından istifadə etməkdən çəkinməyə çağırırlar. Çünki onlar daha çox gəlir əldə etmək üçün ərzağı, xüsusilə də əti ən ucuz qiymətə almağa çalışırlar.
Ona görə də belə yeməklərin gərəkli sanitariya-gigiyenik qaydalara riayət etmək şərtilə hazırlandığına kimsə zəmanət verə bilməz.
İş yerinə ən yaxın kafedə "biznes-lanç"a gəldikdə isə, bu ilk əvvəl vaxt itkisidir. Kafe, yeməkxana və ya restorana nahara yollanan ofis işçisi ən azı 1 saat itirir. Ofislərin və iş yerlərinin tam əksəriyyətinin rəhbərliyi isə hansısa əməkdaşın iş yerini 1 saat müddətinə tərk edərək nahara yollanması ilə uzun müddət barışa bilməz və barışmır da. Bakıdakı qeyri-hökumət təşkilatlarının apardıqları hesablamalara görə, iş yerlərində əməkdaşların yalnız 9-10 faizi nahar fasiləsində ofisi tərk edərək biznes-lança yollanır.
Onu da unutmayın ki, Bakıda restoran və kafelərin tam əksəriyyətində biznes-lançlar standart yemək çeşidlərindən ibarətdir. Bu isə, razılaşın, tez bezdirir.Və ən nəhayət, aparılan müşahidələr göstərir ki, biznes-lançların çoxu restoranda axşam hazırlanan, amma müştərilərin yemədiyindən qalmış yeməklərdən hazırlanır.
Britaniya Stomatoloqlar Birliyinin son araşdırmalarından birində isə bildirilir ki, ofisdə çalışanlar normal qidalanmadıqları üçün dişlərini böyük risk altında qoyurlar. İş ondadır ki, ofisdə çalışanlar bir qayda olaraq kənar yerə nahara getmir, iş günü ərzində buterbrod, tələsik yemək və ya şirniyyat vasitəsilə aclığın öhdəsindən gəlməyə çalışırlar.Stastistika göstərir: Avropa Birliyi ölkələrində ofislərdə çalışanların 68 faizi nahar fasiləsində normal qidalanmır, 25 faizi isə ümumiyyətlə, nahar etmirlər."Belə şəxslərin problemi odur ki, onların əksəriyyətinin dişləri normada deyil, amma özləri bunu hiss etmirlər. Dişlərdəki problemlər özünü buruzə verəndə isə çox gec olur. Hər qida qəbulundan sonra dişlər təmizlənməli olduğu halda, ofisdə iş zamanı sürəkli olaraq çay və qəhvə içən, şirniyyat və konfet-şokolad yeyən şəxslər bunu etmirlər", - Britaniya Stomatoloqlar Birliyinin hesabatında deyilir.
Nahar, iy, qoxu...
Ofisdə nahar etməyin öz etiketi var. Bəs nə bilmişdiniz - iş yerində nahar zamanı insan öz qida tələbatını ödəməyə çalışmaqla bahəm, həmkarlarını düşünməli, heç olmasa, onları sinirləndirməməlidir.
Avropa Birliyi, ABŞ və Yaponiyadakı şirkətlərin bu məqamla bağlı yazılmış, bəzən də yazılmamış qaydaları var. Korporativ etika sisteminə daxil olan həmin qaydalara görə, ofisdə nahar edən şəxs heç bir halda ətrafa iy və qoxu dağıdan ərzaq, təam və ya yeməklərdən faydalanmağa çalışmamalıdır.
Belə qaydaların arasında ilk yerdə "Ofisdə sarımsaq, balıq, yarıqızardılmış ət, kəskin və güclü iyi olan təamlar isidilməməlidir!" kimi səslənir.
Məsələn, dünyada ən loyal, azad, asudə və sərbəst iş rejiminə malik şirkət kimi tanınan "Google"nin ofisində ət və ya balıq isidənlərə ilk dəfə xəbərdarlıq olunur. "No Fish" ("Balığa yox!") adlanan həmin qaydanı pozan və ofisin mətbəxindəki mikrodalğalı sobada yenə balıq yarımfabrikatı ya da balıq qızdıran, yaxud da isidən adam təkrarən belə proses zamanı "yaxalanarsa", onun maaşının 40 faizi cərimə qismində tutulur.
Və əgər həmin adam "balıq tutqusu"nu üçüncü dəfə izhar etmək fikrinə düşərsə, "Google" ilə vidalaşmalı olacaq.
Britaniya və Fransanın iri şirkətlərində də eyni qaydalar hökm sürür. Yaponiyada isə işdə kəskin qoxunun yayılmasına səbəb olan naharın sahibi həmkarlarına qarşı elementar sayğısızlıq və tərbiyəsizlik edən insan sayılır. Təbii ki, beləsinin karyera inkişafı, ya da ofisdə sevilməsindən söhbət belə, gedə bilməz.
Rusiyanın ən iri işədüzəltmə agentliyi olan "HeandHunter"in ekspertləri isə nüfuzlu şirkətlərin ofislərində çalışmaq istəyənlər üçün hazırladıqları məsləhətlərə bir cümləni əlavə etməyi unutmayıblar: "Ofisdə nahar edərkən çalışın ki, naharınız başqalarının ürəyini bulandırmasın".
Pis məsləhət deyil...

XƏBƏR LENTİ
Koronavirusa yoluxan tibb bacısı: “Cəhənnəm əzabı çəkirəm” - VİDEO
Araz çayı dondu
Prezident İlham Əliyevin nəvələri "Enşteyn"lə şəkil çəkib.
Instagram-ın gələcəyi necə olacaq?
Neft son 2 gündə durmadan bahalaşır
Duyğuları açıq ifadə etmək qorxunu azaldır
Şokoladlı pryanik (foto resept)
Azərbaycanda prestijli nömrələrin qiymətləri açıqlandı
Məşhurların uşaqlıq şəkilləri
Saçlara parlaqlıq verən təbii yağlar
Davudoğlunun Ermənistana səfərdədir
Qaşlarınızın üzünüzə verdiyi məna
Monika Belluçi Parisdə
Amerikalı psixoloqdan küskün insanlara maraqlı təklif
Qeyri-adi mətbəx əşyaları (sifarişlə)
Pesto souslu balıq (foto resept)
"Konstitusiya daim Azərbaycanın milli maraqlarının keşiyində dayanacaq"
Quymaq (foto resept)
Putinin gözlənilən Türkiyə qərarı
Bu gün Bədən tərbiyəsi və idman günüdür
Erməni silahlıları sərhəd kəndi yandırdı: minalar partladıldı - FOTO
Çin alimlərindən tibb elminə töhfə
"Həkim, mənə ölüm ver..."
Sərdar Ortaçın xanımı ağır qəzadan sonra ilk dəfə_FOTO
İlham Əliyev bu rayona 3 milyon manat ayırdı
Düşmənin üç PUA-sı məhv edildi - VİDEO
Bu gün Azərbaycana qış gəlir - Saat 20:27-də
Ən ucuz noutbuk təqdim edildi
Oturaq həyat tərzi xərçəngin yaranmasının başlıca səbəbidir
İş axtaranlara ŞAD XƏBƏR
Erməni general istefa verib
Nitq qüsurlu uşaqlar
Dişlərin ağardılma üsulu (2)
Psixologiyası pozulan məktəblilərimiz
Məşhur astroloqdan 2019- PROQNOZU
127 yaşlı Eyfel
Mazurka salatı (foto resept)
7 il sonra yenidən bir filmdə rol alacaqlar
Qadınlar üçün ən təhlükəli 10 ölkə
Tələbələrə şad xəbər: təqaüdlər artırılacaq
Siqaret yenidən ucuzlaşdı
Ən gözəl göbələklər
Qat-qat xəmirli boğça paxlava (foto resept)
Aşbaz 5 milyon avroya təyyarə alır
Sumaqlı limonad
Düşüncə dərsi (2)
Məcburi köçkünlərin...
İki üzük...
Londonda azərbaycanlılarla ermənilər arasında kütləvi dava - VİDEO
Bunları bilmək vacibdir: ağrıkəsici dərmanların zərərləri

- ŞƏRHLƏR