Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Aşıq Ələsgər
(1821-1926)
Aşıq Ələsgər (Alməmməd oğlu) 1821-ci ildə Azərbaycanın Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Hazırda Ermənistan
Respublikasının işğalında olan bu kənd adı dəyişdirilmiş Vardenis rayonu ərazisindədir. Hələ gənc yaşlarında Azərbaycan aşıq poeziyasının ən görkəmli nümayəndələrindən biri sayılan Aşıq Alının şagirdi olmuş Ələsgər onun sayəsində aşıq sənəti ənənələrini dərindən öyrənmişdir. Azərbaycan musiqi və poeziyası tarixində böyük rol oynamış Qurbani, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Şəmşir kimi ustadların zəngin təcrübəsi və bədii irsinə arxalanan Ələsgər əvvəlcə klassik aşıq havalarını ifa etmiş və sonradan özü Aşıq Ələsgər adı ilə tanınmağa başlayanda isə aşıq poeziyasını son dərəcə gözəl əsərləri ilə zənginləşdirmişdir.
Aşıq havaları Azərbaycan musiqi folklorunun əsas qollarından birini təşkil edir. Müxtəlif dövrlərdə aşıqların repertuarında daim işlənib kamilləşən aşıq havaları xalqımız tərəfindən qorunmuş və nəsildən-nəslə ötürülmüşdür. Beləliklə, hal-hazırda yüzdən artıq klassik hava və onların variantları mövcuddur. Əsrlərdən bəri bu havalarda müəyyən ucalıqlı səs münasibətləri, həmçinin, xüsusi səciyyəvi xallar, guşə, melodika və kadanslar, vəznlər əmələ gəlmişdir. Alimlərin fikrincə, şifahi xalq ədəbiyyatımızın tərkib hissəsi sayılan aşıq havaları xalq dastanları ilə bir vaxtda yaranmış, əvvəllər yalnız dastanlarda sonra isə həm də müstəqil şəkildə ifa olunmağa başlanmışdılar. Aşıq havaları məzmun və xarakterinə görə qəhrəmanlıq ruhunda, lirik və nəsihətamiz planda, satirik və komik səciyyəli olur. Bu havalarda insan mənəviyyatının ən ülvi, nəcib keyfiyyətləri, xalqın sevinc və kədəri, vətənpərvərliyi, zülm və əsarətə qarşı etirazı, qəhrəmanlıq və rəşadəti əks olunmuşdur.
Aşıq havaları məhəbbət və qəhrəmanlıq havalarına bölünsə də, əslində,məhəbbət havalarında qəhrəmanlıq, qəhrəmanlıq havalarında məhəbbət motivlərinə də rast gəlmək olar. "Koroğlu", "Misri", "Orta divani”-də mərdlik, cəsurluq, "Qəmərcan", "Gözəlləmə", "Göyçəgülü"-də oynaqlıq, şən əhval- ruhiyyə, "Dilqəmi", "Yanıq Kərəmi", "Təcnis"-də lirik məhəbbət duyğuları, qüssə və həsrət motivləri ifadə edilir.
Aşıq Ələsgərin yaradıcılığında məhəbbət lirikası əsas yer tutur. Onun şeirlərində azad və səmimi məhəbbət, nəcib insani keyfiyyətlər tərənnüm olunur. Bununla bərabər o, sosial yönümlü şeirlər yazmış, bir sıra şeirlərində xalqın ağır həyatını təsvir etmiş, zülm və zorakılığı, ictimai ədalətsizliyi, mürtəce hakimlər və din xadimlərini, cəhalət və nadanlığı, tüfeyliliyi kəskin tənqid etmişdir. Şeirləri yüksək bədii sənətkarlıq nümunəsi olduğundan dərhal təkcə Azərbaycanda deyil ondan kənarlarda da yayılmışdır.
Aşıq havalarının formalarının yaradılmasında başlıca prinsip variantlılıqdır. Aşıq havalarının diapazonu kiçikdir, lakin musiqi ifadələrinin sonunda diapazon genişlənir. Aşıq havalarının ritmik xüsusiyyətləri şerin forma və vəzni ilə əlaqədardır. Onların melodiya və ritminin müəyyənləşdirilməsində misralardakı hecaların sayı həlledici rol oynayır. Müasir aşıqların ən çox işlətdiyi şeir formaları gəraylı, qoşma, təcnis, divani, müxəmməs və s.-dir. Maraqlıdır ki, ədəbi mətnin və melodiyanın xüsusiyyətindən asılı olaraq Aşıq Ələsgər bir hava üstündə bir neçə şeir oxuya bilirdi.
Şur məqamı və onun şöbələri Aşıq Ələsgərin havalarının məqam əsasında başlıca yer tuturdu. Onun segah, bayatı-şiraz məqamlarında bəstələnmiş havaları da var. Musiqi ifa olunarkən əsas vasitə kimi sazdan istifadə edən ustad bəzən balabanın müşayiəti ilə ifa edirdi. Müşayiətedici melodiya vokal melodiyanın ya eyni olur, ya da dəmkeş funksiyasını daşıyırdı. Onun aşıq havalarının harmonik əsasını sazın köklərindən irəli gələn akkordlar kompleksi təşkil edirdi. Bunlardan
"Qaraçı kökü", "Dilqəmi kökü", "Ürfanı kökü" və s. əsas akkordlardır. Əsasən yuxarı registrdə oxuyan Aşıq Ələsgər bəndin sonunda aşağı registrə keçir və axırıncı səsi xeyli uzadırdı ki, bu da ümumilikdə aşıq havalarının ifaçılarının əksəriyyətinə xas olan cəhətdir.
Qeyd etmək lazımdır ki, aşıqların sənətkarlıq xüsusiyyətləri və ustalıqlarından asılı olaraq eyni hava müxtəlif şəkildə oxunur. Azərbaycan xalq musiqisinin başqa janrları ilə qarşılıqlı əlaqədə inkişaf etmiş aşıq musiqisinin, ilk növbədə Aşıq Ələsgər kimi yüksək peşəkarlığı ilə seçilən ustadların peşəkar musiqi sənətinə güclü təsiri olmuşdur. Belə ki, Ü.Hacıbəylinin "Koroğlu", R.Qliyerin "Şahsənəm", Q.Qarayev və C.Hacıyevin "Vətən" operalarında, Q.Qarayevin 3-cü simfoniyasında, F.Əmirovun "Azərbaycan süitası”-da və başqa bəstəkarların əsərlərində aşıq havalarının üslub xüsusiyyətlərindən məharətlə istifadə edilmişdir.
Aşıq Ələsgər orijinal və təbii təşbeh, bənzətmə, istiarə və s. bədii təsvir vasitələri işlətmiş, aşıq poeziyasının bütün növlərində şeir qoşmuş, yeni forma və aşıq havaları yaratmışdır. Aşıq Ələsgərin bədii yaradıcılığı aşıq şerinin inkişafına qüvvətli təsir göstərmiş, bütün Cənubi Qafqazda, Dağıstanda və bir sıra türkdilli xalqlar arasında geniş şöhrət qazanmışdır.
Aşıq Ələsgər 1926-cı ildə boya-başa çatdığı Azərbaycan torpağında-Göyçə mahalının Ağkilsə kəndində vəfat etmişdir.
Asıq Ələsgərin ədəbi irsi digər Azərbaycan aşıqlarının ədəbi irsi kimi toplanıb dəfələrlə nəşr edilmişdir. Bununla belə Azərbaycan mədəniyyətinin bir çox nailiyyətlərini öz adlarına çıxan bədnam qonşularımız "erməni aşıq musiqisi"-nin mövcudluğu haqqında xəbərlər yayır, aşıq havalarımızı öz adlarına çıxmaq cəhdlərindən əl çəkmirlər.
XƏBƏR LENTİ
Yuxudan vaxtında oyanmaq üçün nə edək?
Ali məktəblərə qəbulun KEÇİD BALLARI AÇIQLANDI
İdmançımız Azərbaycana DÇ-nin qızıl medalını qazandırdı! - YENİLƏNİB
İzləyiciləri Fahriye Evceni lağa qoydular-FOTO
Paşinyandan növbəti etiraflar: “Bu, bizim üçün böyük uğursuzluq, fəlakət və matəmdir...”
Smartfonun bu ziyanı ağlınıza gəlməzdi
BAFTA: ən yaxşı filmlər və aktyorlar seçildilər -FOTO
Miqrenə çarə mətbəxdə
BÜRCLƏR bizə nə vəd edir?-10 Oktyabr
Obama: “Müsəlmanların tərəfini saxlamıram, sadəcə...”
Dəyişiklik üçün 30 min xərclədi-FOTO
Ev dekorasiyasında öz tərzinizi yaratmağın yolları
Hörmə bulkular (foto resept)
Çəki azaltma və sağlam yaşamaq üçün 4 tövsiyə
Atəşkəs rejimi 13 dəfə pozuldu
Darçınlı, qozlu piroq (foto resept)
Ayrılığa bir gün qaldı...
TƏBİB-dən ölkəyə koronavirus peyvəndinin gətirilməsi ilə bağlı AÇIQLAMA
Məşhur aktyorun üçüncü övladı doğuldu-FOTO
Kimsəsiz ana və onun 3 yaşlı uşağı
Emin Əmrullayev özəl təhsil müəssisələrinin tədris ilinə hazırlığı ilə maraqlanıb.
Dünyanın ən uzun qadını
Aşura günü Bakıda hərəkət məhdudlaşdırılacaq
ABŞ Serjdən girovları istəyir
Qurdlar bağırsaq vadisində
Stresin sonsuzluq müalicəsinə təsiri
Evinizin uğurlu olması üçün, yaxşı iş tapmaq üçün... - Vanqadan məsləhətlər
Bitkilər və təbabət
Meg Ryan yenə uğursuz əməliyyat etdirdi-FOTO
Ayaqaltı modelləri
Baydenin prezidentliyinin ilk yüz gün üçün planları: İlk növbədə miqrantlara vətəndaşlıq vəd edir
Ermənistan ekoloji terrorla məşğuldur – VİDEO
Sobada pendirli ət (foto-resept)
Galaxy S4 smartfonunun zərif variantı
Ev dustaqlığında saxlanılan İran müxalifətinin lideri şəxsi evinə köçürülüb
2016-ya damğa vuracaq hadisələr - PROQNOZ
Balıq kotleti (foto resept)
Saytların sayı hesablandı
Qarpız damarları aterosklerozdan qoruyur
Ən gözəl qarderoblar
Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ AÇIQLAMA + VİDEO
Xəbəriniz olsun!
Azərbaycanın milli təamları Bolqarıstanda
"Vətənpərvər insanlar ölmürlər"
Azərbaycanda koronavirusa yoluxma sayı 200-dən aşağı düşdü
Hansı sulara üstünlük verək?
101 yaşlı nənədən uzunömürlülük sirri: "Çörək yeməyin"
İcra hakimiyyətləri ləğv olunacaqmı?
Android maşınlar üçün də proqram hazırlayır
Maykl Ceksonun əlcəyi hərracda bu qiymətə satıldı - FOTO
- ŞƏRHLƏR