
Havalar istiləşdikcə insan bədəninin suya ehtiyacı artır. Tez-tez susamaq bədənin bir növ siqnalıdır ki, orqanizm maye tələb edir. Tələb edilən mayeni qəbul etmədikdə isə insanda yorğunluq, halsızlıq, baş ağrıları meydana gəlir. Təbii ki, bu problemlər susuzluqdan əziyyət çəkən bədənin çox az xəbərdarlığıdır.
Əslində susuzluqdan olduqca böyük problemlər meydana çıxır. Ələlxüsus da yay aylarında. Susuzluğu yatırmaq üçün isə insanlar ən çox qazlı, şirin mayelər və dondurmalara üstünlük verirlər. Bu cür sərinləşdiricilər insanın susuzluğunu yatırmır, əksinə daha çox susamasına və bədənin gərəksiz maye qəbul etməsinə səbəb olur. Qazlaşdırılmış sadə sular belə insan orqanizmi üçün xeyirli sayılmaz. Elə isə insanlar yay aylarında sudan necə istifadə etməli, hansı sulara üstünlük verməlidirlər?
Bəziləri düşünürlər ki, tərkibindən asılı olmayaraq istənilən maye susuzluğu yatıra bilər və 1 stəkan maye insan orqanizmi üçün heç də təhlükəli olmaz. Halbuki müxtəlif zamanlarda qəbul edilən bu cür mayelər orqanizmə zərərli maddələr toplayır. Bu cür qazlı suların tərkibində olan mikroelementlərə həmin orqanizmdə ehtiyac olub-olmaması müəyyən edilməlidir. Bu cür qazlı sular mədə-bağırsaqda qazın artmasına gətirib çıxarır, böyrəkdə çöküntü, sidik kisəsində sistit xəstəliyinin yaranmasına gətirib çıxarır. Şəkərli və rəngli qazlı içkilər dadlı olduğuna görə insanları cəlb edir. Onlar soyuq şəkildə dadlı olur. Bir az isidiləndə acı və dadsız bir suya çevrilir. Bu isə onların zərərli maddələrdən hazırlandığını bir daha sübut edir.
Həkim-terapevt Xatirə İsayevanın sözlərinə görə, qazlı və şirin içkilər insan orqanizminin birinci dərəcəli düşmənidir və bu cür içkilər ilk növbədə damar kirəclənməsinin əsasını qoyur. Xüsusən yay aylarında damarların susuzluqdan quruması və suya ehtiyac duyması, əvəzində isə şirəli və boyaq maddələrlə zəngin olan maye qəbul etməsi iş fəaliyyətini pozur: "Qazlı içkilərin hazırlandığı suyun keyfiyyətinin necə olması sual altındadır. İkincisi, bu cür sulara vurulan qaz və müxtəlif boyaq maddələri olduqca zərərlidir. Şirin və qazlı içkilərin tərkibində olan şəkərin norması günlük istifadə dozasından kifayət qədər çoxdur. Qazlı içkilər köklük, diabet, diş çürüməsi, sümük əriməsi, ürək xəstəlikləri və nevroloji xəstəliklərə səbəb olur. Azyaşlı uşaqların bu cür içkilərə marağı daha böyükdür və onlar gün ərzində demək olar ki, su içmirlər. Qazlı içkilər turşu xüsusiyyətli olduğu üçün bədəndə turşu-qələvi tarazlığını pozur. Bunun nəticəsində turşu bir mühit meydana gəlir. Uzun davamlı turşu mühit isə mədədə yanma və ağrı yaradır. Diş çürükləri, sümük əriməsi və sümük qırılmasına səbəb olur. Diş çürüməsi ilə yanaşı həzm problemləri də meydana gəlir. Yay aylarında yaxşı olar ki, bu cür şirəli və qazlı içkilərdən istifadə olunmasın".
Terapevt bildirir ki, qaynadılmış və suyun təmizliyindən asılı olaraq qaynadılmamış su içmək daha xeyirlidir. Yay aylarında suyun təkibinə limon və ya limon yarpaqları atmaq, buzla soyutmaq daha yaxşıdır: "Cəmiyyət olaraq bir gündə içdiyimiz su ortalama 1 litr olmur. Belə olunca böyrək funksiyası pozğunluğu reallaşa bilər, kreatin dəyərləri yüksəlir, təzyiqə təsir edir. Yazda çay və qəhvə yerinə su içmək daha xeyirlidir. Ən az 3-4 stəkan su içilməlidir ki, damarlar yuyulsun, orqanizm su ehtiyacını ödəsin. Suyun böyük hissəsi hüceyrələrin içərisində, daha az hissəsi - hüceyrələr arasında olan boşluqlarda və damarlarda olur. Məhz suyun köməyilə orqanizmimizdə gedən bütün proseslər, hüceyrələr arası mübadilələrdən başlayaraq, sinir impulsların ötürülməsinə kimi qaydasında olur. Bu səbəbdən su insan üçün həyat deməkdir. Susuzlaşma zamanı insanın orqanizmində çox ciddi pozulmalar baş verir. Kəskin susuzlaşma hətta insanın az bir müddət ərzində həlak olmasına səbəb ola bilər".
Britaniyalı alimlərin apardığı araşdırmalarda göstərilir ki, qazlı içkilər insanda erkən ürək-damar xəstəliyi və insult yaradır. Hədsiz qazlı içki aludəçisi olan insanlarda ürək döyüntüləri digər insanlarla müqayisədə 2 dəfə çox olur. Britaniyalı alimlər bildirirlər ki, indiyədək belə suların orqanizmə bir sıra zərəri müəyyənləşdirilsə də, onun istifadəçilərinin sayı durmadan artır.
Statistika göstərir ki, bir nəfər gündə ən azı 2 stəkan belə su içərsə, onda hipertoniya, sümüklərdə qırılmaya meyillilik, şəkərli diabet, piylənmə, ağ ciyərlərin obstruktiv xəstəlikləri, hətta insult yarana bilər. Qeyd edək ki, qazlı sular insanın həzm sistemi üçün xeyirli sayılmır. Belə sular gəyirmə və qıcqırmaya səbəb olur, mədə xəstəliklərinin kəskinləşməsi zamanı xəstənin vəziyyətini daha da ağırlaşdırır, qidalı maddələrin mənimsənilməsinə mane olur. Azyaşlıların isə ən çox sevdiyi şirin qazlı içkiləri müxtəlif meyvə kompotları ilə əvəz etmək daha xeyirlidir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycan Ordusunun çavuşu şəhid oldu - Rəsmi
Əncirin 3 faydası
Onlar göründükləri kimidirlərmi?
Dağlıq Qarabağda Rusiya sülhməramlıları: Onlar kimlərdir və nə ilə silahlanıblar - SİYAHI
Məşhurın FOTOsu müzakirəyə səbəb oldu
Tibbi maskalar, yoxsa qoruyucu ekranlı müdafiə vasitələri? Alimlərin açıqlamaları təəccübləndirdi
Ortaq Türk Telekanalı yaradılır
Günün ulduz falı
Göbələkli, toyuqlu zapekanka (foto resept)
Bakının bir hissəsi susuz qalacaq
Xankəndi və Şuşada Azərbaycan mobil şəbəkəsi fəaliyyətə başladı
Beren Saat və Engin Akyürek haqqında bunları dedi-FOTO
Bakıya gəlməyə daha ehtiyac qalmadı
Məşhur sənətçi hamam xələtində aparıcılıq etdi - FOTO
Həbsxanaya dezodorantın içində narkotik keçirmək istədilər
ÜST koronavirusla son rəqəmləri açıqladı
Ən yaxşı planşet istehsalçıları seçildi
Sağlam arıqladan 3 pəhriz
2014-cü ilin toy dəvətnamələri
Ermənilərin 10-dək hərbçisi məhv edildi
Bu müəllimlərə maaş verilməyəcək? - AÇIQLAMA
Məşhur vampirin qəsri satışa çıxarıldı
Yağlı və quru saçlara qulluq
Ançelottidən sonra Pelleqrini seçildi
Qızına 1 milyon dollarlıq parti verdi-FOTO
Donlar (2)
Dünya mətbəxi-Afrika
Fransızlar heyran qaldı
Jurnalı gülləbaran edənlərin biri öldürülüb, biri isə hər şeyi danır
Bu sizi nikotin asılılığından da xilas edəcək
Çinlilər 2-ci yerə çıxdılar
Uşağınız idmançıdırsa, nə yesin?
Gürcüstanın yeni prezidenti Azərbaycana ilk rəsmi səfərinə gəlir
"Azərenerji” işığa görə məlumat yaydı
Azərbaycanda göstərilən elektron xidmətlərin siyahısı genişlənib
Asan rulet börek (foto resept)
Almaniyada qeyri-adi qəbirlər tapıldı: CADUGƏR, NƏHƏNG İNSAN... - FOTOLAR
Axşam Bakıda işıqlar söndürüləcək-SƏBƏB
Nazirlə görüşmək istəyənlərin nəzərinə!
İlon Mask dünyanın dördüncü ən varlı insanı oldu
4K televizor bazarı böyüyür
Bu gün Türkiyə və Rusiya sülhməramlıları Dağlıq Qarabağda fəaliyyətlə bağlı razılaşmanı imzalayacaqlar
Qadin.Netlilərin tərcümeyi-halı (2)
Pensiyada yeni sistem
Bu ailə evdə nəhəng öküz saxlayır
Məşhur aktrisadan gözlənilməz Açıqlama
Səhiyyə Nazirliyindən tibb işçilərinin maaşları ilə bağlı açıqlama
Kişilərin boşanma səbəbləri
Piylənmə ömürü 8 il qısaldır
Körpələrdə göbək bağı














