
Oktyabrın 29-da Azərbaycan Respublikasının Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 21 ili tamam olur.Milli.Az Trend-ə istinadən xəbər verir ki, 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon olub.Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşən Zəngilan əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görüb. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı.Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır.Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir.
Ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 mindən çox olub. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı - üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib.İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi.Bütün Avropada ən böyük çinar meşəsi də bu rayonda idi. İndi düşmən baltasına tab gətirə bilməyən həmin çinarları ermənilər doğrayaraq xarici ölkələrə satırlar. Digər qiymətli ağaclar, molibden, mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də hazırda ermənilər tərəfindən talan edilir.Rayon ərazisində 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğunun bərbad vəziyyətə salındığı barədə məlumatlar var. Qoruq ərazisindəki qiymətli ağacları kəsib-doğrayan ermənilər onlardan mebel sənayesində istifadə etməkdədirlər.Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə də zəngindir. Onlardan ən böyüyü "Şəhri Şərifan" adı ilə tanınan orta əsr şəhərinin xarabalıqlarıdır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Yoqa (3)
Azərbaycanda insanların ürək ağrısı
Cəlilabadda yeni arxeoloji materiallar aşkarlandı
Eminin geyimi diqqət çəkdi-FOTO
Aksesuarlarınızı başdan yaradın
BlackBerry batır
"Saxta" balıqlar
Qadın.Netlilər 2013-cü ili necə keçirib? (3)
Şəkər paketlərindən don hazırladı
Bakının ən böyük tonqalı qalanacaq
Hollandiyada ağıllı yol
ABŞ-da "Qara Cümə" xəbərdarlığı
Kişilər qarın piylərini əritmək üçün nə etməlidir?
İdeal valideyn olduğunuzu göstərən işarələr
Tibb işçiləri həftə sonları işə necə gəlməlidir? - RƏSMİ AÇIQLAMA
Onun adı Azərbaycan jurnalistikası tarixinə qızıl hərflərlə yazılıb
Azərbaycan Rusiyanı darmadağın etdi
Lavaş böreği (foto-resept)
Görmə qabiliyyətini yaxşılaşdırmaq üçün məşqlər
Turistlərin Avropa Oyunları haqda fikirləri
Düzgün ayaqqabı seçimi
Bayramı təhlükəsiz keçirməyin yolu
XIX əsrin ortalarında coğrafi ideyaların inkişafı
Bakı İES yanvar-iyul aylarında təxminən 300 milyon kVt/s elektrik enerjisi istehsal edib
Vaxt keçdikcə bahalaşan maşınlar
Məşhur yazıçının məzarı 150 il sonra aşkar edildi
Sabahın HAVASI
Van Qoqun məşhur tablosu rekord məbləğə satıldı
Daşların "qızıl yaddaşı" - xrizokol
Bahar ətirləri
Xəzər bu gün bölünəcək
"Diqlas" niyə yandı? - SƏBƏB
Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...
Ləzzətli peçenye (foto resept)
Azərbaycanlı bəstəkarın mahnısı türk serialında
Azərbaycanda yeni haker hücumları var
Sinoptiklər istirahət gününə nə vəd edirlər?
Avropanın yeni valyuta qorxusu
Demi Lovato hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Castin Biber xanımı ilə FOTOsessiya etdirdi
Unun içinə pulları kim qoydu?-FOTO
Məşhur idmançı hər kəsi qəzəbləndirdi-FOTO
Argentina Prezidenti xəstəxanaya düşdü
Düşmənin yüksək rütbəli zabiti məhv edildi - RƏSMİ
Sağaldığınızı düşünərkən ölümə doğru gedirsiniz
Səmada "ulduz yağışı"- VİDEO
Sertab Erener səhnədə yıxıldı - VİDEO
Kişilərə giriş qadağandır!
Tarkanın Kamal Sunal haqqında fikir bildirdi-FOTO
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 98 yeni yoluxma















- ŞƏRHLƏR