
Oktyabrın 29-da Azərbaycan Respublikasının Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 21 ili tamam olur.Milli.Az Trend-ə istinadən xəbər verir ki, 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon olub.Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşən Zəngilan əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görüb. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı.Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır.Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir.
Ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 mindən çox olub. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı - üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib.İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi.Bütün Avropada ən böyük çinar meşəsi də bu rayonda idi. İndi düşmən baltasına tab gətirə bilməyən həmin çinarları ermənilər doğrayaraq xarici ölkələrə satırlar. Digər qiymətli ağaclar, molibden, mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də hazırda ermənilər tərəfindən talan edilir.Rayon ərazisində 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğunun bərbad vəziyyətə salındığı barədə məlumatlar var. Qoruq ərazisindəki qiymətli ağacları kəsib-doğrayan ermənilər onlardan mebel sənayesində istifadə etməkdədirlər.Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə də zəngindir. Onlardan ən böyüyü "Şəhri Şərifan" adı ilə tanınan orta əsr şəhərinin xarabalıqlarıdır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Ərəbistanda İNANILMAZ QƏRAR
Bürclərin romantik sirləri-1
"Jara" bu dəfə Dubayda olacaq
Yeni sektor müdiri: "Heyətin formalaşdırılması davam edir"
Dünyanın yenidən inşası - Venera layihəsi
Avropa Liqasında I təsnifat mərhələsinin oyunları
Kayli Cenner açıqlaması ilə TƏƏCCÜBLƏNDİRDİ
Putin təhlükədən danışdı
Bilirdinizmi?
Ukraynada hakimiyyət və müxalifət razılığa gəlmədilər
NASA: Beş asteroid planetimizə yaxınlaşır
İstirahət günü soyuq hava şəraiti hökm sürəcək
"20 Yanvar" şəhidlərinin dənizə tökülməsinin qarşısı necə alındı?-Video
Bülent Ersoy qatıldığı hər verilişdən nə qədər qazanacaq?
Azərbaycanda qadınların sahibkarlıqla məşğul olmaları üçün YENİ İMKAN
Adriana Liam yeni paylaşımı ilə diqqət çəkib-FOTO
Trampın ayaqqabısı diqqət çəkdi-FOTO
Azərbaycan Korrupsiya Qavrama İndeksinə daxil edildiyi gündən ən yüksək nəticəsi qeydə alındı
Tuba Geckilin qeyri-adi tortları
Xocavənd ətrafında gedən döyüşlərdə düşmən tankları məhv edilib - VİDEO
Ronaldinyo Jan-Klod Vandam və Tayson ilə "Kikboksçu" filmdə oynayacaq
Gündüzlər tez-tez yuxulayırsınızsa, deməli... - XƏSTƏLİK XƏBƏRÇİSİ
Məşhur yazıçıların ən az tanınan 10 əsəri
Ən populyar şəhər seçildi
“WhatsApp” -da REKLAMLAR BAŞLAYIR
Abort qadağasına məşhur modeldən ETİRAZ-FOTO
Demet Özdemir geyimi ilə diqqət çəkdi-FOTO
Rusiyadan Ukraynaya daha bir zərbə
Türkiyə tarixində ilk
Partlayıcı ilə yüklü avtomobil Azərbaycana gəlirmiş
Miqrantlar Rusiyadan qaçır
Timoşenko əleyhinə etiraz aksiyası keçirildi
I Avropa Oyunları Azərbaycanı dünyanın idman arenasına çevirəcək
Göbələk dolması ( foto resept)
Gözümüzü pula qurban verməyək...
Dünyanın ən sürətli və bahalı polis maşınları
"Qarabağ"ın "Ayntraxt"la oyunlarının vaxtı dəqiqləşdi
Prezident və Birinci vitse-prezident işğaldan azad edilmiş Füzuli və Cəbrayılda olublar
Hamiləlik haqqında səhv fikirlər
Şeron Stoun izləyicilərini təəccübləndirdi
İyul ayında bizi necə hava gözləyir?
Mənfi düşüncələrə vida edin
Türkiyə və Azərbaycan birlikdə istənilən problemi həll etməyə qadirdir
Bakıda qadın dəniz sahilinə buraxılmayıb? - RƏSMİ AÇIQLAMA + VİDEO
Fransada koronavirus kabusu: Hər 30 saniyədə bir nəfər xəstəxanaya yerləşdirilir
"FaceApp" iddialara cavab verdi
Sürətli oxu - 10
Sakit və rahat yatmaq üçün
İşçilər iş yerində nəyə üstünlük verirlər?
Bakıda müasir məktəb tikilir















- ŞƏRHLƏR