Məşğələ: Oxunun inteqral alqoritminin mənimsənilməsi
1. Hər gün şəkli çəkilmiş alqoritmin olduğu vərəqi qarşınıza qoyaraq qəzetdə sizə maraqlı olan bir-iki məqaləni yavaş-yavaş oxuyun. Oxu prosesində məlumatı bloklara "düzün". Oxunu qurtardıqdan sonra gözlərinizi bağlayın və fikrən alqoritmin bütün xana-bloklarının doldurulmasını yoxlayın.
2. Hər gün eyni məqalələrdən bir-ikisini bacardıqca sürətlə oxuyun, bu dəfə alqoritmin şəklinə baxmayın, ancaq fikrən onu təsəvvür edin. Məqalələrin məzmununu alqoritmə müvafiq olaraq ifadə edin.
Oxunun diferensial alqoritmi
Mətni başa düşmək nə deməkdir?
Qədim Çin yazarlarından biri Çzi Yun yazırdı: "...Kitabları ali əqidələrə çatmaq üçün oxuyurlar, ali əqidələr isə həyatda tətbiq edilmək üçün dərk edilir. İnsanlar oxuduqlarını onların məğzinə varmadan mənimsəsələr, elə axmaqlıq dərəcəsinə gəlib çıxarlar ki, başqa insanlara zərər vurmağa başlayarlar". Hindistan müdriklərinin yazıya aldığı rəvayətlərdən birində deyilir: "Səylə elm qazanmağa çalışan oxuduğu üzərində düşünmədən kitabları oxuyan kəs bir nəfərin başına gələnlərlə üzləşməyə layiqdir".
Alimlər deyirlər ki, həmin şəxs bir mağaranın yanından keçirdi və xəzinə izlərinə rast gəldi. Torpağı qazmağa başladı və külli miqdarda qızıl, gümüşlə rastlaşdı. O fikirləşdi: "Bu sərvəti daşımağa baş qoşsam, onun çıxarılması və daşınması ilə məşğul olmaq məni ondan ala biləcəyim zövqdən məhrum edəcək. Yaxşısı budur, onu evimə daşıyacaq adamlar tutum, özüm isə sonuncu olacaq və arxamca heç nə qoymayacağam ki, daşınma, yaxud hansısa işlə bağlı heç bir şübhəm qalmasin. Bu yolla onlara verəcəyim kiçik miqdar pul qarşılığında bədənimi zəhmətdən azad etmiş olacağam".
Sonra o, hambalların yanına getdi və hər birinə dasıyacağı qədər yük verib dedi: "Bunları aparın mənim evimə". Hamballar isə öz evlərinə gedir və onu aldadırdılar. Xəzinədən heç nə qalmayanda o, öz evinə getdi və pulların orada olmadığını gördü. O başa düşdü ki, hamballardan hər biri xəzinəni özü üçün daşımışdır. Bundan isə ona qalan yorğunluq və narahatçılıq oldu, çünki öz işinin sonu barədə düşünməmişdi. Buna bənzər şəkildə bu kitabı onun aşkar və gizli məqsədini başa düşməyərək oxuyan da ondan fayda götürməyəcəkdir.
Yuxarıda verilmiş fikir qədim ədəbi abidə olan "Kəlilə və Dimnə”-dən götürülüb. Bu kitabda olan kəlam və hikmət bu gündə insan fəaliyyətinin və cəmiyyətin müxtəlif istiqamətlərini öz fəlsəfi nəticələrinin dərinliyi ilə heyran edir. Qədim dövrün bütün digər abidələri kimi bu kitab da müasir elmin obyektiv şəkildə tədqiq etdiyi xarici aləmin qavranılmasının psixi qanunauyğunluqlarının təzahürlərini nümayiş etdirərək insan düşüncəsinin təkamül xüsusiyyətlərini əks etdirir.
“Anlama-anlamama" problemi, yəqin ki, əksər fəlsəfi cərəyanlarda əsas problemlərdən biridir. Təbii ki, hər bir nəzəriyyə öz postlarını izah edərkən onları geniş oxucu kütləsi üçün müyəssər etməyə can atır. Görünür, qədim sənədlərdə başa düşülməsinə bu qədər böyük əhəmiyyət verilməsini də bununla izah etmək olar. Bu problemi ayrıca cərəyana çevirmək cəhdi hermenevtika (təfsir) elmində yeni bir təvsirin yaranmasına gətirib çıxarıb. Antik miflərə görə, “allahların qulu" və onların insanlara qarşı iradəsinin müjdəçilərindən biri Hermes olub. Anlaşılmayan və hətta təhrif olunanı izah etmək, özgə dilin, yaxud işarənin mənasını başa salmaq incəsənəti kimi hermenevtikanın adı bu mifoloji “tərcümə”-nin adından götürülüb.
Müasir hermenevtika mətnin başa düşülməsi prosesinibelə təyin edir: Səslər və hərflər, işarələr kombinasiyası və hətta cümlələr özlüyündə anlama üçün əhəmiyyətsizdir. Onlar məlumat nöqteyi-nəzərindən sadəcə siqnaldır. Biz səsləri, həraləri və işarələri, hətta özlüyündə söz və cümlələri deyil onların ifadə etdiyi mənanı, dilin söz və cümlələrində başa düşürük. Beləliklə, mətnin başa düşülməsi onun mənasının, yaxud əhəmiyyətinin dərk edilməsi ilə bağlıdır. Bu mənanı açmaq üçün isə nəticə etibarilə müəyyən işləri yerinə yetirmək lazımdır. Mətnin başa düşülməsi problemi çoxdan və kifayət qədər məhsuldar şəkildə psixoloqlar tərəfindən araşdırılır.
Bəs başa düşmə nədir? Psixoloqlar mövcud biliklərdən istifadə etmək yolu ilə predmetlər arasında məntiqi əlaqənin təyin edilməsini başa düşmə adlandırırlar. Asan mətni oxuyarkən başa düşmə sanki qavrayışla birləşir-biz dərhal əvvəllər əldə etdiyimiz bilikləri xatırlayırıq (sözlərin məlum mənalarını dərk edirik), yaxud mövcud biliklərin arasından hazırda lazım olanlarını seçir və onları yeni təəssüratlarla əlaqələndiririk. Lakin çox vaxt tanış olmayan və çətin mətni oxuyarkən predmetin başa düşülməsi (biliklərin tətbiq edilməsi və yeni məntiqi əlaqələrin təyin edilməsi) mürəkkəb, zamanla inkişaf edən bir prosesə çevrilir.
Belə hallarda mətnin başa düşülməsi üçün təkcə oxu zamanı diqqətli olmaq, biliklərə malik olmaq və onları təhlil etməyi bacarmaq deyil həm də müəyyən təfəkkür üsullarına malik olmaq lazımdır. Mətni yadda saxlamaq lazım gəldikdə insan əvvəlcə onu daha yaxşı anlamağa çalışır və bunun ücün müxtəlif üsullar tətbiq edir.
Çox vaxt oxucular üç əsas üsullardan istifadə edirlər: məna istinad nöqtələrinin ayrılması, antisipasiya (hadisələri qabaqcadan bilmə) və resipasiya. Mətnin hissələrə ayrılması, onların məna cəhətdəıı quraşdırılması anlamanı dərinləşdirən və sonradan materialın yadda saxlanılmasını asanlaşdıran məna istinad nöqtələrinin ayrılmasına gətirib çıxarır. Psixoloqlar müəyyən ediblər ki, anlamanın istinadı bizim yadda qalanı əlaqələndirdiyimiz, yaxud öz-özünə onunla əlaqəli olan "məlum olan" hər şey ola bilər. Bu, hansısa ikinci
dərəcəli sözlər, əlavə təfərrüatlar və s. ola bilər. İstənilən assosiasiya bu mənada istinad ola bilər. Məna istinad nöqtəsi yığcam, müxtəsər və eyni zamanda geniş məzmunun əsasını təşkil edən bir şeydir. Anlama ona gatirib çıxarır ki, mətndə sonrakı səhifələrdəki mətni qabaqcadan müəyyənləşdirən əsas ideyalar, əhəmiyyətli sözlər ifadələr dərhal başa düşülür. Mətnin məzmununu qısa və əhəmiyyətli məntiqi formullara çevirmək, hər formulda mənasına görə mərkəzi mövqedə olan anlayışı qeyd etmək anlayışları öz aralarında assosiasiya etmək və bu yolla ideyaların vahid məntiqi zəncirini formalaşdırmaq–mətnin başa düşülməsinin məğzi budur. Məna istinad nöqtələrinin ayrılması üsulu özlüyündə sanki süzgəcdən keçirmə və əsası itirmədən mətnin müxtəsərləşdirilməsi prosesidir. Bu üsulun köməyilə oxunun diferensial alqoritmini işləyib hazırlaşmaq və o, aşağıda ətraflı nəzərdən keçiriləcək.
Oxunun mətnin başa düşülməsinin davamı üçün istifadə olunan başqa bir üsul isə antisipasiya, yaxud qabaqcadan duyma, daha doğrusu, məna təxmini adlanır. Bəs antisipasiya nədir? Bu, görülə bilən gələcəyə yönəlmənin psixi prosesidir. O, hadisələrin inkişafı məntiqinin biliklərinə, əlamətlərin əməli düşüncə tərəfindən qabaqcadan icra edilmiş təhlilinin mənimsənilməsinə əsaslanır. Antisipasiya oxucunu müəyyən sensomotor hərəkətlərə yönləndirən gizli gözləmə reaksiyası tərəfindən təmin olunur, halbuki, bu zaman mətnə əsasən bu reaksiyalara sanki heç bir əsas yoxdur.
Tədqiqatlar göstərib ki, xüsusi məşq nəticəsində oxucuda mətnin müəyyən, bilavasitə məna əlamətlərinə əsasən dərhal “baş verəcək hadisələrin" öncədən görülməsini inkişaf etdirmək mümkündür. Özlüyündə qeyri-müəyyən olan siqnal antisipasiya reaksiya sayəsində subyektiv cəhətdən müəyyən təhlükənin inkişaf süjetinin (mövzusunun) olduqca konkret situasiyasının əlaməti olan siqnala çevrilir. Təcrübəli oxucu ilk bir neçə hərfə əsasən sözün, ilk bir neçə sözə əsasən cümlənin, ilk bir neçə cümləyə əsasən bütöv bir abzasın və hətta səhifənin mənasını tapır. İqor Severin “Başqalarından fərqlənən" şeirində öz qəhrəmanının xüsusiyyətlərini çox yaxşı təyin edib:
Sən şəkərdə "duzu" tapmağa,
İşarə verilmiş sözdə mənanı tapmağa qadirsən.
Antisipasiya hadisəsi yalnız o halda mümkündür ki, düşüncə fəal şəkildə, məhsuldar rejimdə işləyir. Belə oxu zamanı oxucu, əsasən, ayrı - ayrı sözlərin mənasındansa, bütün mətnin məzmununa əsaslanır. Əsas odur ki, bu, məzmun ideyasının başa düşülməsi, mətnin müəllifinin əsas fikrinin üzə çıxarılmasıdır. Antisipasiya hadisəsi qanunauyğundur və əhəmiyyətli dərəcədə mətndə söz bolluğu ilə izah edilir ki, bu isə, artıq bildiyimiz kimi, 75% təşkil edir.
Beləliklə, sürətli oxu öyrədilərkən antisipasiya bacarığı ifadə stereotiplərinin özünəməxsus şəkildə duyulmasının formalaşdırılması və mətn qəliblərinin kifayət qədər lüğətinin toplanması üçün əsas amildir. İfadə stereotiplərinin üzə çıxarılması mətnin məna cəhətdən avtomatizminin təkmilləşdirilməsi üçün ilk şərtlərdən biridir. Oxucuların mətni yadda saxlamaq üçün istifadə etdikləri üçüncü üsul resipasiya, yaxud oxu prosesində yaranan yeni fikirlərin təsiri altında oxunmuşlara fikrən geri qayıtmaqdır. Bu üsul reqressiyalardan fərqləndirilməlidir, çünki bilirik ki, reqressiyalar daha yaxşı başa düşməyə səbəb olmayan mexaniki, qeyri-ixtiyari təkrarlardır. Buna baxmayaraq çox vaxt hansısa cümləni oxuyan və oxunu davam etdirən oxucu fikrən müəllifin əvvəlki mülahizələrinə qayıdır, onları yeni, hazırda öyrənilən fikirlərlə əlaqələndirir. Belə fikrən qayıdış öyrənilən mətnin daha dərindən başa düşülməsinə şərait yaradır. Antisipasiyanı, daha doğrusu, mənanı təxmini tapma bacarığını ölçən xüsusi mətnlər mövcuddur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Fırça və süngərin təmizlənməsi
Hitlerin dünyanı silkələyən kitabı nəşr ediləcək
Yaponlar bu dəfə də heyrətləndirdi
Bakıda satılan qəribə "kukla"-VİDEO
Alişan doğulacaq körpəsindən danışdı
Möhtəşəm ziyafət donları
Muzeyin görünməyən tərəfi
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Edgy tərzi necə olmalıdır?
Xəzər dondu
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Dəbdən düşməyən ayaqqabılar (2)
Sinem Kobala 30 minlik təklif-FOTO
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Aspirin maskası və dəriyə faydası
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub
Qat-qat xəmirdən çiçək(foto resept)
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Ordu tarixində ilk: Bir qadın…
Bədənindən kətan kimi istifadə edən qadın
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Prezidentdən inanılmaz TƏLİMAT: deputatların telefonları yığışdırıldı
10 milyardlıq xəzinə tapıldı
Nüsret evlənir?-FOTO
Heyvanlar aləmindən
Son DƏQİQƏ: Koronavirusun yayılması Bu Tarixdə Dayanacaq
İştah kəsən 5 qida
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Dadlı piroq (foto resept)
İvana Sert efirə qayıdır
Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
Günün ulduz falı
Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var
Keşiş: Qarabağı verməliyik
Bakı bir səyyahın dilindən
Maraqlı faktlar
14 kq-lıq yeniyetmə-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO
29-30 iyulda keçirilmiş imtahanların nəticələri açıqlanıb
Onurğa üçün idman hərəkətləri
"Acı hayat"ın aktrisası ərə getdi
Peyğəmbər karikaturaları barədə KİV-ə xəbərdarlıq
Leysan yağacaq
Bu çiçəklər təəccüb doğurur
Messi "Real"a qarşı zədəli halda oynayıb
- ŞƏRHLƏR