Yeni tədris ilinin başlanması, həmçinin fəal istirahət dövrü olan yay mövsümünün başa çatması ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.
“Bakı Metropoliteni”ndən verilən məlumata görə, bu dövrdə metro istifadəçilərinin sayı artır, sərnişin axını intensivləşir. Bunu nəzərə alaraq, metropolitendə hərəkət qrafiki mövsümün tələblərinə uyğun tərtib olunur və bir sıra müvafiq digər tədbirlər də görülür.
"Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun əmri ilə təsdiq edilmiş qatarların hərəkət qrafikinə uyğun olaraq, xətlərdəki qatarların sayı artırılaraq, onların hərəkəti sıxlaşdırılacaq və nəticədə interval azaldılacaq.
Sentyabrın 14-dən tətbiq ediləcək qrafiklə iş günlərinin gur saatlarında "Həzi Aslanov-28 May" istiqamətində və əksinə olmaqla qatarlar arasında minimum interval 2 dəqiqə müəyyən olunub. Günün qalan vaxtlarında qeyd edilən sahədə hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox olacaq. Onu da əlavə edək ki, Bakı metropolitenində gur hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir.
Əlavə edək ki, Bakı metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə, xətlərin birləşdiyi “28 May" stansiyasından "Dərnəgül" və "İçərişəhər" istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq.
Bakı metropoliteni sərnişinləri günün müəyyən vaxtlarında “Həzi Aslanov-Ulduz” sahəsində bəzən iki qatarın “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkət etməsini müşahidə edir, həmçinin daha böyük interval müşahidə edirlər. Bunun səbəbi qatarların "Nərimanov" elektrik deposundan xəttə verilməsi və ya xətdən çıxarılması ilə əlaqədardır. Bu hallarda "Ulduz-Həzi Aslanov" sahəsində bəzi hallarda interval daha çox ola bilər. Eyni qayda ilə, "Həzi Aslanov-Ulduz" sahəsində günün qrafiklə müəyyən edilmiş vaxtlarında iki qatarın ardıcıl olaraq “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkət etməsini müşahidə edilməsi mümkündür.
Qeyd edilən qrafik iş günlərini əhatə edir. İstirahət, o cümlədən qeyri-iş günlərində Bakı metropolitenində fərqli hərəkət qrafiki tətbiq olunur.
Yeni qrafik 2020-ci ilin yay aylarına qədər qüvvədə olacaq.
Məlumat üçün bildiririk ki, Bakı metropolitenində hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Tədris ilinin başa çatması, habelə yay mövsümündə şəhərdən kənarda istirahətə üz tutan sərnişinlərin sayının əsaslı şəkildə artması ilə əlaqədar metropolitendə qismən yüngülləşdirilmiş qrafik tətbiq olunur.
Sərnişinlərimiz qatarların "Bakmil" stansiyasına və əksinə hərəkət cədvəlləri ilə sentyabr ayının 14-dən metro.gov.az saytının müvafiq bölməsində tanış ola bilərlər.
XƏBƏR LENTİ
Məşhur aktrisa efirlərə qayıdır-FOTO
Hello kitty-dən çantalar
Koronavirusa yoluxma ən çox bu bölgələrdədir - SİYAHI
Dəri ləkələri üçün pomidor suyu maskası
Qıvırcıq saçları düzləşdirmək üçün maska
Uşaqlar üçün hazırlandığına inanmayacaqsınız
Azərbaycanda 800 qramlıq körpə doğuldu
Azərbaycanda bəzi meşə sahələrinin sürüşmə təhlükəsi var
Peşmərgə Suriyaya keçdi
Dünyadakı ən lüks və bahalı 10 marka
Azərbaycanda şagirdlərin məktəblərə qəbulu və yerdəyişməsi ilə bağlı yeni qaydalar
Mercedes-Benz-dən super Brabus
Qırılan dırnaqlardan xilas ol
Fərqli spaqettili maffinlər (foto resept)
2020-nin ən yaxşı çantaları
Havayı yaşamağın 10 yolu
Teylor Svift fanatına kömək etdi-FOTO
"WhatsApp"a kamera gəlir
"You-Tube" ilə bağlı inanılmaz qərar
Həccin vaxtı açıqlandı
Diş əti xəstəliyi və diş fırçalama
Nyutonun qiyamət tarixini hesabladığı qeydlər ortaya çıxdı - FOTO
İdmana yeni başlayanlar üçün yağ yandıran 2 hərəkət
Yataq dəstləri
Güləşçimiz erməniyə aman vermədi
Yaz fəsli üçün maskalar
"Formula-1" Avropa Qran-prisi üçün biletlərinin 65 faizini əcnəbilər aldı
Hər il 5.3 milyon insan “tənbəllik”dən ölür.
Sizi "tox" saxlayacaq 7 qida
Asma çarpayı modelləri
Türkiyədə partlayış baş verib
Ərdoğana xəyanət edənlər yaxalandı
Az sədəqə çox bəlanın qarşısını alar
Xalq artisti Sabir Ələsgərov xəstəxanaya yerləşdirilib
2012-ci il notbookları və netbookları
Bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı - RƏSMİ
Bürclərin bilinməyən xüsusiyyətləri
Yoluxma sayı 400-dən aşağı düşdü, 517 nəfər sağaldı - RƏSMİ
Metroda şalvarsız gün
Hamiləlikdə idman təklifləri
Dostlar, gedək Kəlbəcərə, səyahət edək Şuşaya...
Azərbaycan və BƏƏ XİN-ləri arasında siyasi məsləhətləşmələr
İnstagramdan YENİLİK!
Yeni güclü antibiotik ixtira edilib
Koronavirusla bağlı son STATİSTİKA
"Andromeda" satıldı - 3,6 milyon avro
Limonlu duş
Aparıcı 4 milyonluq evini partlatdı-FOTO
Uğrunda can verdiyimiz müqəddəs bayrağımız
Günün qoroskopu: maliyyə problemləri mümkündür
- ŞƏRHLƏR