Onun tək amalı bu idi: səhnəyə çıxsın, tamaşaçının əhvalını qaldırsın, sonra da səhnəni sakitcə tərk etsin.
Düz 70 il amalına sadiq qaldı. Özü də rol gözləməkdən yorulmadan, bezmədən, həvəsdən düşmədən.
Həyat səhnəsindəki rolu bitənə kimi...
Söhbət Azərbaycanın mərhum aktyoru Ələsgər Məmmədoğludan gedir. O, xalq artisti fəxri adını almadan dünyadan köçən barmaqla sayılası aktyorlardan idi.
Əsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb və teatrın səhnəsində bir çox rolları oynayıb.
Ə.Məmmədoğlu bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar" Anar), Milis ("Yaşıl eynəkli adam" V.Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi" K.Haldoni), Dəmir-qaya "Topal Teymur" H.Cavid), Narsatan ("Qatarda" İ.Məlikzadə), Gümrah ("Alov" M.Hüseyn) kimi obrazlar yaratmışdır. "Mozalan" satirik kino- jurnalının 20-yə yaxın sujetinə çəkilən Əsgər Məmmədoğlu, "Ömrun səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları" (Əlövsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran-43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısı olub.
Xüsusilə "Bəyin oğurlanması" filmindəki Ələsgər obrazı bu gün də uşaqdan-böyüyə hər kəsin üzündə gülüş yaradır. Aktyor son dəfə "Xoxan" filminə çəkilib.
2002-ci ildə Əsgər Məmmədoğlu Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. Aktyor ötən ilin dekabr ayında dünyasını dəyişib.
Azvision.az-ın əməkdaşı aktyorun evinə baş çəkərək, ailəsi ilə həmsöhbət olub.
Aktyorun həyat yoldaşı Nazilə xanım söhbətimizə onunla ilk tanışlığından başladı:
-Ələsgərin atası əslən iranlıdır. O, Azərbaycanda ailə həyat qurduğundan İrana geri qayıtmayıb. Ələsgərin 4 bacısı, 2 qardaşı vardı. Qardaşları hazırda yaşasa da, 3 bacısı dünyasını dəyişib. Ailələrində Ələsgərdən başqa heç kim incəsənətlə məşğul olmayıb. O, kiçik yaşlarında atasını itirib. Qardaşları balaca olduğundan ailənin yükü onun üzərinə düşüb, çox əziyyətli həyat yaşayıb. Bacı-qardaşlarını saxlamaq üçün 16 yaşından işləyib.
Biz Ələsgərlə uzaq qohum olmuşuq. Onun bacısı mənim dayımın həyat yoldaşı olub. Elə məni də onlarda görüb bəyənib. Onda Ələsgərin 30 yaşı vardı. Çox sakit, tərbiyəli oğlan idi. Ailələrimizin razılığı ilə ailə həyatı qurduq.
- Sənət adamlarının öz dünyası olur, onlarla ailə qurmaq, ömür sürmək həmişə asan olmur...
Nazilə xanım: Gərək hər şeylə barışasan. Onlar işdə, sənətdə, qastrol səfərlərdə olurlar, ona görə yola verməlisən. Ancaq Ələsgər evə bağlı, uşaqlara, ailəyə baxan idi. O, həyatda hamıdan çox qızını istəyirdi. Elə qız nəvəsi Rənanı da.
Nəvəm tamaşaya baxandan sonra deyirdi ki, "baba, gəl rol oynayaq". Babası kimi teatrı çox istəyir.
Oğlu Ceyhun: Kino sənətini sevirəm, amma aktyor olmaq istəmirdim. Atam da bunu normal qarşılayırdı.
O, sənətini o qədər çox sevirdi ki, təqaüdə çıxandan sonra müqavilə ilə işlədi. Atam işləməsəydi, bəlkə, daha tez ölərdi. Onu həyata bağlayan iş idi. Deyirdi: "mənə pul verməsinlər, amma işləyim". Tamaşa olmasa da, hər gün teatra gedirdi.
- İncəsənət qurban tələb edir. Ələsgər Məmmədoğlu sənəti üçün nələri qurban verib?
Nazilə xanım: O, işindən heç vaxt şikayət etməzdi. Sənətini çox sevirdi. Bir dəfə tamaşa zamanı yıxılıb qolunu sındırmışdı. Yenə də işdən qalmadı. O, sənətdən yorulmurdu, doymurdu. Sanki səhnə ilə nəfəs alırdı.
- Ələsgər müəllim nədənsə bir qədər qapalı, sevgisini büruzə verən insana bənzəmirdi...
Nazilə xanım: Düz deyirsiniz, uşaqlar üçün elə olub. O, heç vaxt bildirməzdi ki, qızını çox istəyir, yoxsa oğlunu. Amma nəvəsinə qarşı sevgisini gizlədə bilmirdi.
-Ceyhun, atanızla bağlı ən çox nəyi tez-tez xatırlayırsınız?
- Düzünü desəm, indi yadıma düşən xatirə yoxdur.
-Oynadığı tamaşaları izləyirdinizmi?
- Demək olar ki, hamısına baxmışam. Bəzi rolları var idi ki, atam orada ciddi obrazlarda çıxış edirdi. Sözün açığı, ciddi rolları ona daha çox yaraşdırırdım.
Ən çox sevdiyim obrazlardan biri də "Kral Lir" tamaşasındakı "təlxək" obrazı idi. Onunla həmişə rollarını müzakirə edirdik. Xoşuma gələni də, gəlməyəni də özünə deyirdim. Qulaq asıb, qəbul edirdi.
Ümumiyyətlə, sənəti haqqında kənar fikirlərə çox önəm verirdi. Hamının fikrinə hörmətlə yanaşırdı. Ölkə miqyasında tanınsa da, özünü heç kimdən üstün tutmazdı, sadə həyat yaşamağı sevirdi.
- Ələsgər müəllim ailə başçısı, ata kimi necə insan idi?
Aktyorun oğlu: Ailəsinə həddindən artıq diqqət yetirən insan idi. O, övladlarına kənardan nəzarət etməyi bacarırdı. Səhvimiz olanda heç vaxt dava salmazdı. Səhvlərimizi sakitcə izah edirdi, bizə düzgün yol göstərirdi.
Evin tək oğlu olduğumdan mənə ciddi nəzarət edirdi. Çalışırdı, yaxşı təhsil alım, pis işlərdən çəkinim. Bəlkə də buna görə məni nəzarətdə saxlayırdı.
Səhvim olsa da, atam mənə heç vaxt əl qaldırmayıb.
Bir dəfə məni sinifdən çıxartmışdılar. Atam direktorun yanına getdi. Yarım saatdan sonra gördüm ki, direktorla öz dünyalarındadırlar. Nəsimidən, ədəbiyyatdan söhbət edirlər, mən qıraqda qalmışam. Ona görə də məktəb işlərinə anam baxırdı.
Anam şikayət edirdi ki, oğlun oxumur, "iki" alır. Atam çox soyuqqanlı şəkildə deyirdi ki, özünüz bilərsiniz, oxumursunuz-oxumayın, sonra peşman olacaqsınız.
Nazilə xanım: Ələsgər həyat yoldaşı kimi sakit, qayğıkeş insan idi. Var gücü ilə ailəsi üçün çalışırdı. Qısqanc insan deyildi.
- Sənət yoldaşlarından kimlərlə dostluq edirdi?
Nazilə xanım: Əvəllər daha çox Siyavuş Aslanla bir yerdə olurdu, sonra aktyor Əlvida ilə dostluq elədi. Həmişə şəhərdə, çayxanada bir yerdə olurdular.
- Ələsgər müəllim məvacibi az olsa da, heç vaxt durumundan şikayətlənməzdi...
Nazilə xanım: Ələsgər qətiyyən pulgir adam deyildi. O, aza qane olmağı bacarırdı. Onun yerində başqası olsaydı, pulu, var-dövləti olardı. Ələsgər yaltaqlığı, kiməsə yarınmağı sevməzdi. O, halal zəhməti ilə yaşamağı hər şeydən üstün tuturdu.
-Nəyə görə çox vaxt epizodik rollarda oynayardı? Baş rolda oynamağı özü istəmirdi, yoxsa?
Həyat yoldaşı: Onun üçün fərqi yox idi. Hansı rolları verirdilər, onu da oynayırdı. "Mən ancaq baş rolda oynayacağam" deyə iddiası yox idi. Ələsgər daha çox teatrı sevirdi.
Onun komandası vardı, rayonlara birlikdə gedirdilər. Sonradan onlara nazirlik qadağa qoydu.
-Qazancı sizi qane edirdimi?
- Ələsgərin qazanc yeri teatr, çəkildiyi filmlər və reklamlar idi. O, toya getməyi sevmirdi. Qohum toylarına gedəndə bir saat oturub geri qayıdardı.
- Ələsgər müəllim hansı rolları oyanamaq istəyirdi, ancaq qismət olmadı?
Ceyhun: "Hacı qara" obrazını oynamaq istəyirdi.
-Bəs xəstəliyi haqqında özünün məlumatı vardımı?
Nazilə xanım -Cəmi 40 gün çəkdi. Heç bilmədik, necə oldu. Biz onu əvvəlcə xəstəxanaya insult diaqnozu ilə aparmışdıq. Bir gün əvvəl televiziya verilişinə qonaq çağırmışdılar. Orada ağzından qan gəldiyindən çəkilişi saxlamışdılar. Evə gələndə ayağının biri işləmirdi, dərman içib uzandı.
Elə bilirdik ki, təzyiqi var. Sonra həkimə aparıb, yoxlatdırdıq. Məlum oldu ki, qaraciyərində şiş var.
Xəstəliyi cəmi 40 gün çəkdi.
Ələsgər heç vaxt xəstələnməzdi, həkimə də getmirdi, canından şikayəti yox idi.
Xəsətliyi barədə sona qədər heç nə bilmədi. Hətta İrana apardıq. Dedilər ki, sağ qalma ehtimalı sıfıra bərabərdir, aparın evə. Hər şey o qədər ani oldu ki, heç nə edə bilmədik.
Ölümündən əvvəl kitab oxumaq istədiyini dedi. Əlində kitab bir dəqiqə çəkmədi ki, keçindi.
Səhnədə necə görünürdüsə, evdə də elə idi. O, aktyor olsa da, həyatda rola girməyi bacarmırdı. Son arzusu xalq artisti adı almaq idi. Amma ömür imkan vermədi.
Onun yoxluğu bizə böyük itkidir. Ələsgərin ölümündən sonra özümü kimsəsiz bir adada yaşayan insan kimi hiss edirəm.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Modern qonaq otağı modelləri
Ermənistanda savaş başladı
Təmiz bir dəri üçün beş qulluq məsləhəti
Qara nöqtələr üçün qəhvə maskası
Bu günün hava proqnozu
Azərbaycanda yay vaxtına keçid ləğv olundu
Yaşıl çay necə içilməlidir?
Yeni sanksiyalar: hədəf Rusiya
Bu müəllimlər üçün yeni müsabiqəyə başlanılır
Murat Bozdan qəribə addım
Prezidentdən Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı SƏRƏNCAM
Almaniyaya miqrantlarla yanaşı UNO-lar da gəlməyə başlayıb
Abort qadağan edildi
"Aydınlanma səyahəti" kitabından seçmələr (2)
Hansı pasiyentlərin evdə müalicəsinə icazə veriləcək?- AÇIQLAMA
Trampın tərəfdarları Konqresin binasına belə daxil oldu - VİDEO
Xərçəng xəstəliyinin əlamətləri
Bunları edərək özünüzü bədbəxt etməyin!
Kollaj texnikası ilə çanta hazırlayaq
Məşhurların qidalanma sirləri
Hamilələrə necə davranmalı?
Qubada şəhid olan hərbi qulluqçu dəfn edilir
Azərbaycan filmləri qardaş ölkədə
Qış üçün tərəvəz kürüsü (foto resept)
Bakıda ucuz avtomobillər satılır
Selena Gomez yeni FOTO-larını paylaşdı
Bu il 10 min ailə dağılıb
Boksçularımız dünya çempionatının növbəti mərhələsində
Castin Biber xanımından danışdı-FOTO
Arqan yağı maskası
Bilik gününə hazırlıq: Gül mağazalarında indidən canlanma yaşanır
Mehriban Əliyeva iki şəhid ailəsinə yeni ev tikilməsi ilə bağlı göstəriş verdi - FOTO
Bişmiş tərəvəz salatı (foto-resept)
"Qarabağ" azarkeşlərinə möhtəşəm sürpiz
1000 manat istəyənlərin nəzərinə
“İrəli” İctimai Birliyi və ASAİF Gürcüstandakı gənclərlə görüş keçirib
Azərbaycanın Hərbi Komandanlığı işğal altında olan mülki əhaliyə müraciət etdi
Qubada zəlzələ olub
Yağış suları Gəncədə 2 evi yararsız hala saldı
İran Xəzər sahilində AES tikəcək
Acı bibərlə bağlı yeni faktlar
"Oscar" 30 ildən sonra İLK DƏFƏ
Bu kitab rekord vurdu
Kann festivalı başlandı - FOTO
Günün ulduz falı
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
ABŞ-da "Qara Cümə" xəbərdarlığı
Tulumba (video resept)
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb