İçəri Şəhərdə II Beynəlxalq Novruz Festivalı və Qalada Novruz Bayramı şənlikləri keçiriləcək. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, baharın gəlişini müjdələyən, xalqımızın qədim tarixə malik milli bayramı olan Novruz bayramı bu il də İçəri Şəhərdə təntənəli şəkildə qeyd olunacaq.
Qoruq İdarəsi öz ənənəsinə sadiq qalaraq cari ilin mart ayının 20-dən 23-nə kimi II Beynəlxalq Novruz Festivalının keçirilməsini nəzərdə tutub. Dörd gün davam edəcək Novruz Bayramı festivalında Azərbaycanla yanaşı bu bayramı qeyd edən yeddi ölkənin (Türkiyə, Rusiya, İran, Pakistan, Özbəkistan, Tacikistan və Qırğızıstan) nümayəndələri də iştirak edəcəklər.
Festival günlərində Qoşa Qala Qapısı meydanında “Meydan Bazarı” təşkil olunacaqdır. Yerli və xarici ölkə nümayəndələrinin iştirak edəcəyi “Meydan Bazarında” hər bir ölkənin mədəniyyətini əks etdirən video-filmlər, milli-tətbiqi sənət məhsulları, suvenirlər, açıqcalar, broşurlar, milli mətbəx nümunələri sərgilənəcək.
Novruz Bayramı şənliklərində bir-birindən maraqlı çoxsaylı tədbirlər nəzərdə tutulmuşdur. Hər gün səhər saatlarından pəhləvanlar, pantomima artistləri, skripkaçılar, zurnaçılar, kəndirbaz və sehirbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhval-ruhiyyəsi yaşadacaqlar. Festival çərçivəsində hər gün Qoşa Qala qapısı meydanında, Qız Qalası meydanında və Əliağa Vahidin heykəli qarşısında konsert proqramları keçiriləcək.
Bayram tədbirləri çərçivəsində İçəri Şəhərlə yanaşı 20-21 mart tarixlərində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da həm uşaq, həm də böyüklər üçün rəngarəng konsert proqramı və müxtəlif oyunlarla dolu Novruz şənlikləri keçiriləcəkdir. “Qala” Qoruğunda keçiriləcək Novruz tədbirləri ilə əlaqədar olaraq martın 20-21-də Qoşa Qala Qapıları qarşısından yola düşəcək nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərəcək.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi xalqımızı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir, bu əziz bayram günlərində hər bir ailəyə bahar əhval-ruhiyyəsi, cansağlığı, firavan həyat, gözəl bayram ovqatı və sevinc arzulayır, hamını II Beynəlxalq Novruz Bayramı festivalında iştirak etməyə dəvət edir.
Mənbə:ANS PRESS
XƏBƏR LENTİ
DİM-dən imtahan qaydalarına dəyişikliklərlə bağlı AÇIQLAMA
Gözəl bədən üçün 3 yoqa hərəkəti
Qeyri-adi evlər
Yumoristik FOTOlar
Qış aylarında immuniteti gücləndirən qidalar
Vilmanın yoldaşı və qayınanası həbs olundu-SƏBƏB
Gözəlliyin karyerada rolu
Toxunma maskası ilə məşhurlaşan qız
Evdə hazırlaya biləcəyiniz maskalar
Günün qoroskopu: Pozitiv olun!
Məşhur müğənni əməliyyat olundu – FOTO
Xərçəng xəstələrinə tövsiyələr
Maddələr mübadiləsini sürətləndirməyin 12 yolu
Əfsanəvi 7 Oskar aparıcısı
Üzümlə üzü...
Millimiz Qran-Prinin mütləq qalibi oldu
Azərbaycan kuboku 1/8 final: "Qarabağ" AZAL-a qarşı
Otağınıza uyğun xalılar
Soyuducuda faydası artan məhsullar
Yataq örtükləri
HAVA necə olacaq?-22 İyul
Gecə mesajları, qaranlıq həyat
Ətli göbələk ( foto-resept)
Məşhur modelin FOTOları Diqqət Çəkdi
İnsanın ehtiyacı olan bütün elementləri saxlayan qida
Yerin əkizi tapıldı
Aktrisa FOTOsu ilə diqqət çəkdi
Prezident Şəkinin "Marxal"ında
Ölüm nədir ?
Daha çox yaşaya bilərik
Ölüm Antarktidadan gələcək?
Manat nə vaxt ucuzlaşacaq?
Bakı ilə Rio de Janeyro qardaşlaşıb
Maraqlı tapşırıqlar - 1
Ən gənc tələbə
Maşınlar və yazı
Marsda şəhərlər belə olacaq? - FOTO
ABŞ Qarabağla erməniləri məyus etdi
Samsung Galaxy Note 8 42 ölkədə satışa çıxarılıb
Pedikürçünüz artıq bir balıqdır!
Obama azərbaycanlı tələbəni mükafatlandırdı
“Çukur”un çəkilişləri dayandırıldı
Azərbaycan çaylarının suyu azalıbmı?
Günün qoroskopu - 15.11.2013
Cəzalar dəyişdirilir
Tərtər rayonunun işğaldan azad olunan Talış kəndindən videoreportaj - VİDEO
Son 10 ilin ən bahalı toyları açıqlandı
Arzular şəhəri "London"
Tatlısəs evlənir-FOTO
Uşağınızın duyğularını anlamağa çalışın
- ŞƏRHLƏR