Xətai rayonunda yanmış binanın təmiri başa çatıb.ANS TV-nin məlumatına görə, baş vermiş yanğın zamanı ziyan görmüş ailələrə maddi yardım olunub. Hadisə zamanı mənzillərində əmlaklarına, əşyalarına zərər dəymiş 60 ailədən 57-nin hər birinə 15 min manat kompensasiya ödənilib. Bunu Xətai rayon İcra Hakimiyyəti ilə yanaşı sakinlər də təsdiqləyib.
Xəbərə görə, binada 116 ailə yaşayırmış, yanğın nəticəsində 60 mənzilə ziyan dəyib. Maliyyə Nazirliyi 900 min manat vəsaiti Xətai Rayon İcra Hakimiyyətinə ayırıb və həmin sakinlərin adlarına bankda hesab açılıb. 57 ailənin hər biri artıq 15 min manat vəsaiti alıb. Yalnız 3 ailə üçün nəzərdə tutulan vəsait qalmaqdadır. Bu da 3 mənzilin sahibi olan ailələrlə həmin mənzildə kirayənişin yaşamış ailələr arasında razılaşmanın əldə edilməməsi ilə bağlıdır. Mənzil sahibləri və kirayənişinlər özlərinə məxsus əşyaların yandığını bildirirlər. Vəsaitin köçürülməsi üçün həm də onların arasında notarial qaydada əldə edilmiş razılaşmanın İcra Hakimiyyətinə təqdim edilməsi zəruri hesab olunur.
Hazırda yanğından zərər çəkmiş mənzillərin bərpası başa çatıb və artıq sakinlər mənzillərinə köçməyə başlayıblar. Məlum yanğın baş verəndən binanın fasadı və yanğından zərər çəkmiş mənzillər dövlət hesabına əsaslı təmir olunub.
Qeyd edək ki, yanğın aprelin 10-da Bakının Xətai rayonu, Zığ şossesi 16 ünvanında baş vermişdi.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Hava haqqında - 26.02.2014
Avtobuslarda və taksilərdə şəffaf arakəsmələrin quraşdırılmasına başlanıldı - VİDEO
Yaddaş bəlası: gözümü yummaq, onu unutmaq istəyirəm
Pensiyaçılarla bağlı yeni statistika
Kəkələmə kişilərdə daha çox müşahidə edilir
Təyyarənin mühərriki səmada dayandı
"QazEL"lər xəttdən çıxarılır
Ancelina Coli uzun müddətdən sonra İLK DƏFƏ-FOTO
Azərbaycanda koronavirusa görə karantinə alınanların sayı 3500-ə çatır - RƏSMİ
Gözəl saçlar
18 Oktyabr - Müstəqillik günü
Artıq çəki ilə mübarizədə nəzərə almadığımız faktorlar
Bu ölkədə ilk dəfə internet klub açıldı
Öd kisəsindəki daşdan xilas olmaq üçün...
Şeyma Subaşı Etiraf Etdi:"Kitabı Mən Yazmadım!"
A vitamini haqqında bilməli olduqlarınız
İçimizdəki imza
Pəhrizinizə daha çox lif qatmağın yolları
DİN-dən metro istifadəçilərinə XƏBƏRDARLIQ - FOTO
Hər növ çəkili qadına yaraşan geyimlər
Azərbaycanda daha 76 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
“Qəbələ RLS” barədə son açıqlama
Bu gün növbəti qəbul imtahanları keçirilir
Azərbaycanda yağış yağacaq
Nur Yerlitaş xərçəngdən əməliyyat olunacaq
Körpələr sağ qalmaq üçün gecələr oyanırlar
Uşağa yod çəkərkən diqqətli olun! - PEDİATR Xəbərdarlığı
Gümüşün ev şəraitində təmizlənməsi
Düşmən Mingəçeviri atəşə tutub - RƏSMİ
Hava haqqında - 16.01.2014
Klaç çanta modelləri
Böyük Britaniyanın nüfuzlu "Politics First" jurnalı Azərbaycandan yazdı
Köpək balığından qaçmaq üçün 3 saat üzdü: "Yem olacaqdım..."
Evlilik niyə kökəldir?
Elektron kitabların üstünlükləri
Körpələrin yuxusu haqqında bilmədikləriniz
Xasiyyət testi
Azərbaycandan ABŞ-a etiraz
Beş gün vaxt verildi
Əfsanəvi idmançı avtobusla yarışdı
Azərbaycan "Formula 1"ə 150 milyon ödəməyəcək
Az ye, çox yaşa
Dəbli ayaqqabı modelləri
Şəhzadə Diananın 4 gözəllik imzası
Qurban kəsilən heyvanın ətini necə bölüşdürmək lazımdır?
Ukrayna XİN-dən Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun atəşə tutulması ilə bağlı BƏYANAT
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
Məşhur aktyorun fanatından gözlənilməz addım
Rənglər haqqımızda nələr deyir?
"Bu dəfə dəqiqdir": Putin Ermənistana gedir
- ŞƏRHLƏR