Bu gün də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən yovşanın çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyik. Ümid edirik ki, faydalanacaqsınız.

Yovşan (Artemisia) yunan sözü olan «artemiziya»dan götürülərək «sağlam», «güclü» deməkdir. Bu, onun müalicəvi təsirə malik olduğunu göstərir. Bəzi mənbələrdə göstərilir ki, bitkinin adı Mavzola çarının xanımı Artemiziyanın adından götürülmüşdür. Böyük təbiətşunas Pliniy göstərir ki, guya bu bitki ilə Artemiziya xanım müalicə olunmuşdur. Azərbaycanda yovşanın 16 növünə rast gəlmək olar.
Adi yovşan. Mülayim iqlimə malik qurşaqların hər yerində rast gəlinir. Yabanı halda yol kənarlarında, çay və göl sahillərində yayılmışdır. Quru halda ədviyyat kimi istifadə olunur. Ət xörəklərində göyərti kimi işlədilir. Tərkibində 0,026-0,2% efir yağı vardır.
Yovşanın dərman əhəmiyyətli, qida xüsusiyyətli, efir yağlı, aşı təbiətli, boyaq və bəzək üçün yararlı növləri əksər ölkələrdə mədəni halda kütləvi halda becərilir. Yovşandan hazırlanmış cövhər, araq, vermut, iştah-gətirici vasitə kimi, qızardılmış və yağlı xörəklərin, xüsusilə də ördək və qaz ətlərinin yeyilməsində. istifadə edilir. Yovşanın tərkibində kifayət qədər efir yağı, fla-vonoid, kumarin, sekviterien laktonları, absintin, anab-sintin, artabsin, xamazulin, vitaminlər, üzvi turşular, şəkər, selikli və az miqdarda alkoloidli maddələr vardır. Tərkibində efir yağının olması onun qurdqovucu, valerian turşusunun olması sakitləşdirici, fenol birləşmələrinin olması vəba xəstəliklərinə qarşı müalicəvi təsirini göstərir. Tərkibi müxtəlif kimyəvi maddələrlə zəngin olduğundan tibbdə müxtəlif xəstəliklərin müalicəsində geniş
istifadə olunur.
Müalicə yovşanı. Müalicə yovşanının gövdəsi budaqlanan olub, sıx yarpaqlarla örtülmüşdür. Yaşılımtıl-sarı rəngli çiçəkləri süpürgə əmələ gətirir. Tərkibində limon iyli efir yağı, abrotonin alkoloidi, qətran, aşı, flavanoid və s.maddələr vardır. Cavan zoğlarından alınan efir yağından qənnadı və likör məmulatlarına xoş iy və dad verilmək üçün istifadə olunur. Bundan hazırlanmış cövhər və preparatlardan
qan azlığında və eləcə də xənazir xəstəliklərinin müalicəsində istifadə edilir. Yeyinti məqsədləri üçün müalicə yovşanının yarpağı,
çiçəyi və gövdəsindən hazırlanmış ədviyyədən sirkə, sous (xörək şirəsi), şorba, cövhər, şərab, ət, balıq və s. qida məmulatlarının
tərkibinə daxil edirlər. Bu məqsədlər üçün onun cavan yarpaq, çiçək və qönçələrini toplayıb kölgədə qurudur, narın toz halına salaraq ağızlan kip bağlanmış qablara doldurub, quru və sərin yerdə saxlayır, yeri gəldikcə istifadə edirlər). İstər xörəklərin, istərsə də ət məhsullarının tərkiblərinə cuzi miqdarda yovşandan hazırlanmış cövhər əlavə edib, xarab olmadan uzun müddət saxlayırlar.
Xalq təbabətində yovşanın may ayında toplanmış hissələrini qaynatmaqla əldə olunmuş məlhəm titrətmə, sarılıq, qaraciyər, sidik, dalaq, yuxusuzluq, ürəkgetmə, qusma, ishal, təngnəfəslik, bədən boşluğuna yığılmış mayelərin və bir sıra bağırsaq xəstəliklərinin müalicəsində geniş tətbiq olunur. Elmi təbabətdə yovşanı halen preparatlarının tərkibinə daxil edərək, qüvvətləndirici, iştahgətirici, həzmyaxşılaşdırıcı vasitə kimi istifadə edirlər. Müasir xalq təbabətində acı yovşandan mədə pozğunluqlarının aradan qaldırılmasında, qəbzlikdə, qızdırmada, ürəkgetmədə, qadın xəstəliklərində, qanazlığında, öd kisəsi xəstəliklərində, vətərlərin genişləndirilməsində, yuxusuzluqda və eləcə də piyləmə əleyhinə istifadə edirlər. Azərbaycan xalq təbabətində isə yovşanın yarpaq, çiçək və köklərindən hazırlanmış cövhərdən (məlhəmdən) soyuqdəymə və qankəsmədə, çibanların sağaldılmasında, bir çox yaraların müalicəsində istifadə edirlər. Yovşanın döyülmüş yarpaqlarını unla qarışdırıb xəşil bişirərək ac qarına yeyir, qurdların qovulmasına nail olurlar. Kölgədə qurudulmuş yaşıl kütləsinin turşumuş südlə qarışığından hazırlanmış sıyığından bədənin əzilmiş hissələrinin və sınıqların müalicəsində işlədirlər. Yovşanla boymadərən bitkisini birbirinə qarışdırıb köp əleyhinə istifadə edirlər. Adi yovşandan qida məqsədi ilə də istifadə etmək olar.
Onun yarpaqları C vitamini, üzvi turşular, efir yağı, nişasta və s. maddələrlə zəngin olduğundan yeyinti məhsullarına əlavə edilməsini məsləhət gürürlər. Acı yovşandan spirtli içkilərə, likör, vermurq və s. içki növlərinə iy və dad vermək üçün istifadə olunur. Yovşanın
tərkibindəki efir yağından isə ətriyyat və sabun sənayesində istifadə olunur.
XƏBƏR LENTİ
Güllü-naxışlı geyim və aksessuarlar
Keyt Middlton kraliçanı əvəz edəcək
İt sevgisi xərçəngi sağaldır
Azad edilmiş ərazilərimizdə dislokasiya olan bölmələrin təminatı yaxşılaşdırılır - VİDEO
HAVA necə olacaq?-5 dekabr
Qəhvə haqqında hər şey
Qəribə vanna otaqları
Anemiyaya müsbət təsir edən qidalar
"Avtoş"lara bəd xəbər
Məşhur müğənni üçüncü dəfə ana oldu
"Qara dəniz fırtınası" əsdi, "Rubin" sevindi
Laçınlı şəhidimiz qəhrəmanlığı ilə dastan yazdı
Özü hərəkət edən kresloları sınanacaq-VİDEO
Bakının bu ərazilərində işıq olmayacaq
İşçini nə qədər sınamaq olar?
Mənzil arzusunda olanların dərdinə məlhəm
Feliks Mendelson
Körpələr üçün isti jaketlər
Karamelli keks (foto resept)
Gənclər üçün dəbli geyimlər
Evlilikdəki problemi necə həll etməli?
Tağlar kəndində aşkarlanan erməni sığınacağı - VİDEO
MN: Azərbaycan ordusu Xocavənd və Laçını atəşə tutmur
Günün qoroskopu - 03.11.2013
Qadın olduğuna inanırsınızmı?
Mütləq izlənməli 7 İtaliyan filmi
İlham Əliyev Filippin prezidentini təbrik edib
“Eurovision 2019”da şounu Azərbaycan bağlayacaq
Ermənistan ABŞ və Avropanı Qarabağla təhdid edir
Bu şəxslər COVİD-19 peyvəndi vurdurmamalıdır, əks halda... - MÜTƏXƏSSİS DANIŞIR
Ərdoğanın Kobi Brayantla bağlı paylaşımı
Dərmanlara görə 50 minlik cərimə
FHN Suqovuşan su anbarını mühafizəyə götürüb
Düşüncə dərsi (6)
Bakıda güclü isti olacaq
ÜST koronavirusun ağır formasının müalicəsi üçün effektiv preparatın adını açıqladı
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
Cennifer Lopez bu dəfə nişanlısını sevindirdi-FOTO
Facebook Stories'də Yenilik!
Səhər yeyəndə arıqlamağa kömək edən 4 ərzaq
Yeni nazirliklər yaradılır
Bakı Bulvarında yenilik
Korona daha 4 orqanı məhv edir
Putin: “Rusiya Qarabağla bağlı bütün fəaliyyətlərində Minsk qrupunun prinsiplərinə əməl edib”
Meqan Markl ana olacaq!
Günün qoroskopu: köhnə borclardan birini qaytaracaqlar
"Quş qripi" qayıdır
Böyük əvf olacaq?
İş axtaranların nəzərinə: Bukingem sarayında aşpaz vakansiyası var
Hava haqqında















- ŞƏRHLƏR