Qadin.NET / Yovşan haqqında bilmədiklərimiz

Yovşan haqqında bilmədiklərimiz

 Bu gün  də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən yovşanın çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyik. Ümid edirik ki, faydalanacaqsınız.

Yovşan (Artemisia) yunan sözü olan «artemiziya»dan götürülərək «sağlam», «güclü» deməkdir. Bu, onun müalicəvi təsirə malik olduğunu göstərir. Bəzi mənbələrdə göstərilir ki, bitkinin adı Mavzola çarının xanımı Artemiziyanın adından götürülmüşdür. Böyük təbiətşunas Pliniy göstərir ki, guya bu bitki ilə Artemiziya xanım müalicə olunmuşdur. Azərbaycanda yovşanın 16 növünə rast gəlmək olar. 

Yovşan haqqında bilmədiklərimiz

Adi yovşan. Mülayim iqlimə malik qurşaqların hər yerində rast gəlinir. Yabanı halda yol kənarlarında, çay və göl sahillərində yayılmışdır. Quru halda ədviyyat kimi istifadə olunur. Ət xörəklərində göyərti kimi işlədilir. Tərkibində 0,026-0,2% efir yağı vardır.

Yovşanın dərman əhəmiyyətli, qida xüsusiyyətli, efir yağlı, aşı təbiətli, boyaq və bəzək üçün yararlı növləri əksər ölkələrdə mədəni halda kütləvi halda becərilir. Yovşandan hazırlanmış cövhər, araq, vermut, iştah-gətirici vasitə kimi, qızardılmış və yağlı xörəklərin, xüsusilə də ördək və qaz ətlərinin yeyilməsində. istifadə edilir. Yovşanın tərkibində kifayət qədər efir yağı, fla-vonoid, kumarin, sekviterien laktonları, absintin, anab-sintin, artabsin, xamazulin, vitaminlər, üzvi turşular, şəkər, selikli və az miqdarda alkoloidli maddələr vardır. Tərkibində efir yağının olması onun qurdqovucu, valerian turşusunun olması sakitləşdirici, fenol birləşmələrinin olması vəba xəstəliklərinə qarşı müalicəvi təsirini göstərir. Tərkibi müxtəlif kimyəvi maddələrlə zəngin olduğundan tibbdə müxtəlif xəstəliklərin müalicəsində geniş

istifadə olunur. 

Yovşan haqqında bilmədiklərimiz

Müalicə yovşanı. Müalicə yovşanının gövdəsi budaqlanan olub, sıx yarpaqlarla örtülmüşdür. Yaşılımtıl-sarı rəngli çiçəkləri süpürgə əmələ gətirir. Tərkibində limon iyli efir yağı, abrotonin alkoloidi, qətran, aşı, flavanoid və s.maddələr vardır. Cavan zoğlarından alınan efir yağından qənnadı və likör məmulatlarına xoş iy və dad verilmək üçün istifadə olunur. Bundan hazırlanmış cövhər və preparatlardan

qan azlığında və eləcə də xənazir xəstəliklərinin müalicəsində istifadə edilir. Yeyinti məqsədləri üçün müalicə yovşanının yarpağı,

çiçəyi və gövdəsindən hazırlanmış ədviyyədən sirkə, sous (xörək şirəsi), şorba, cövhər, şərab, ət, balıq və s. qida məmulatlarının

tərkibinə daxil edirlər. Bu məqsədlər üçün onun cavan yarpaq, çiçək və qönçələrini toplayıb kölgədə qurudur, narın toz halına salaraq ağızlan kip bağlanmış qablara doldurub, quru və sərin yerdə saxlayır, yeri gəldikcə istifadə edirlər). İstər xörəklərin, istərsə də ət məhsullarının tərkiblərinə cuzi miqdarda yovşandan hazırlanmış cövhər əlavə edib, xarab olmadan uzun müddət saxlayırlar. 

Yovşan haqqında bilmədiklərimiz

Xalq təbabətində yovşanın may ayında toplanmış hissələrini qaynatmaqla əldə olunmuş məlhəm titrətmə, sarılıq, qaraciyər, sidik, dalaq, yuxusuzluq, ürəkgetmə, qusma, ishal, təngnəfəslik, bədən boşluğuna yığılmış mayelərin və bir sıra bağırsaq xəstəliklərinin müalicəsində geniş tətbiq olunur. Elmi təbabətdə yovşanı halen preparatlarının tərkibinə daxil edərək, qüvvətləndirici, iştahgətirici, həzmyaxşılaşdırıcı vasitə kimi istifadə edirlər. Müasir xalq təbabətində acı yovşandan mədə pozğunluqlarının aradan qaldırılmasında, qəbzlikdə, qızdırmada, ürəkgetmədə, qadın xəstəliklərində, qanazlığında, öd kisəsi xəstəliklərində, vətərlərin genişləndirilməsində, yuxusuzluqda və eləcə də piyləmə əleyhinə istifadə edirlər. Azərbaycan xalq təbabətində isə yovşanın yarpaq, çiçək və köklərindən hazırlanmış cövhərdən (məlhəmdən) soyuqdəymə və qankəsmədə, çibanların sağaldılmasında, bir çox yaraların müalicəsində istifadə edirlər. Yovşanın döyülmüş yarpaqlarını unla qarışdırıb xəşil bişirərək ac qarına yeyir, qurdların qovulmasına nail olurlar. Kölgədə qurudulmuş yaşıl kütləsinin turşumuş südlə qarışığından hazırlanmış sıyığından bədənin əzilmiş hissələrinin və sınıqların müalicəsində işlədirlər. Yovşanla boymadərən bitkisini birbirinə qarışdırıb köp əleyhinə istifadə edirlər. Adi yovşandan qida məqsədi ilə də istifadə etmək olar.

Onun yarpaqları C vitamini, üzvi turşular, efir yağı, nişasta və s. maddələrlə zəngin olduğundan yeyinti məhsullarına əlavə edilməsini məsləhət gürürlər. Acı yovşandan spirtli içkilərə, likör, vermurq və s. içki növlərinə iy və dad vermək üçün istifadə olunur. Yovşanın

tərkibindəki efir yağından isə ətriyyat və sabun sənayesində istifadə olunur.

26 yanvar 2014
GO BACK