
Hazırda Ağsu aşırımında, Zığda və Bakı-Sumqayıt avtomagistralında sürüşmə sahələri digər sürüşmə sahələri ilə müqayisədə daha təhlükəli hesab edilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev Trend-ə bildirib ki, hazırda həmin ərazilərdə sabitlikdir: "Ancaq yağıntılar intensivləşərsə, bu sürüşmə sahələrinin təhlükəliliyi arta bilər. Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş verən sürüşmə sahəsində sabitlikdir".Ancaq bunun müvəqqəti hal daşıdığını deyən Ə.Piriyev hazırda ərazidə bərpa-genişləndirmə işlərinin aparıldığını söyləyib.Sürüşmə sahələrinin Azərbaycanın demək olar ki, bütün sahələrində olduğunu deyən Ə.Piriyevin sözlərinə görə, oktyabr ayı ərzində bəzi sahələrdə sürüşmə sahələri aktivləşib: "Ötən ay Abşeron yarımadasında, Bakının Bayıl, Badamdar, Əhmədli, Günəşli qəsəbələri və Nərimanov dairəsində sürüşmə prosesinin dinamikası aktiv olub. Hazırda həmin ərazilərdə nisbi sabitlikdir. Bununla yanaşı, Zığ, Qaraçuxur, Masazır sürüşmə sahələrində də aktivlik müşahidə olunur. Buralardakı mövcud çatlar cüzi də olsa, 50-60 mm genişlənib. Qaracuxur avtomobil yolunda həm yağıntılar, həm də iritonnajlı maşınların hərəkət etməsi səbəbindən çatlar həm genişlənib, həm də artıb. Bu yolun bir hissəsində qismən çökmə müşahidə edilir".Nazirlik rəsmisinin sözlərinə görə, Quba-Xınalıq avtomobil yolunun 37-46, Qusar-Sudur avtomobil yolunun 37-ci, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci, Bakı-Ağsu avtomobil yolunun 132-156-cı və Muğanlı-İsmayıllı yolunun 2-11, 23-24, 27-29-cu kilometrliklərində sürüşmə prosesində aktivləşmə müşahidə olunub. Nəticədə yolların kənarlarında uçqun baş verib, səthdə olan mövcud çatlar genişlənib. İsmayıllı rayonunun Xankəndi kəndində sürüşmə sahəsindəki çatlarda genişlənmə baş verib. Sürüşmə sahəsində qismən aktivləşmə qeydə alınıb.
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
1 milyon dollarlıq əsərə 100 avro
Gürcüstan-Tbilisi (2)
"Eurovison"da QALMQAL-VİDEO
Ronaldo jurnalistin sualına əsəbiləşərək konfransı tərk etdi
Azərbaycanda daha 41 nəfər koronavirusdan öldü: 2284 yeni yoluxma
Nazir otellərdə istənilən nikah kağızından DANIŞDI
İstehsal tarixindəki səhvlər
Maraqlı mətbəx əşyaları
Azərbaycanda onlayn xidmətlərin sayı artacaq
Çiyələkli "Ürək" tortu (foto resept)
Bu günün tarixi (27.09.2014)
Biləsuvarda şəhid gizir dəfn edilib
Mavi gözlü qadınlar üçün makiyaj hiylələri
Ermənistan silahlı qüvvələri jurnalistləri hədəf aldı - VİDEO
Siz onları havasız qoyursunuz, onlar sizi - həyatsız
Qadın komadan sonra uşaqlarının varlığını unutdu və ...
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
İlk qəbul imtahanının vaxtı açıqlandı
Koronavirus xəstəsi öz evində hansı dərmanlardan istifadə edə bilər?
2011 Gəlinlikləri
Uzun müddətli pəhrizlər arıqlamağa kömək etmir
Bakı metrosunda gediş pulsuz olacaq
Məşhurlar geyimləri ilə HƏR KƏSİ HEYRAN QOYDU - FOTO
Azərbaycanda narkomanların sayı artıb - Onların arasında 5 uşaq da var
Diş əti çəkilməsinin səbəbləri
Erməni tələbə "Xocalıya ədalət" kampaniyasına dəstək verdi
Dünyada qızıl dəyərə minir
Zahid Oruc: "Səsvermədə yüksək seçici fəallığı müşahidə olunur"
Niyə Bakıya qar yağmır?-AÇIQLAMA
Bananlı keks (foto-resept)
Yeni doğulan körpəni necə bəsləmək lazımdır?
Muğam Mərkəzində “Natiq” ritm qrupunun konserti keçiriləcək
Ramazanın 24-cü gününün duası
Gəlin öz toyunda UŞAQ DÜNYAYA GƏTİRDİ: bəylə oynadığı an... - FOTO
Gələcəkdə ən çox tələb olunacaq peşələr
Qurbanlıq heyvanları onlayn necə alacağıq? - VİDEOREPORTAJ
Lavaş incə məsələdir
Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən 100-ü keçdi
İngilis dili-Bb (1)
Ermənistanda panika: Gümrüdə nə baş verir?
Yanvar ayının birindən WhatsApp bu telefonlarda işləməyəcək - FOTO
Bakıda “Kitab dayanacaqları” yaradıldı - Açıqlama/Foto
Şaxta Baba Rusiyada qadağan olundu?
Prezidentlərin görüş yeri bəlli oldu
Türk serialı dünyada səs-küy yaratdı – FOTO
Sloveniyaya miqrant axını davam edir
İrəvan yenə ayağa qalxıb
Onu əvəz etməyə bilmirəm!
Bu da “Facebook”un “bomba”sı-Video
BÜRCLƏR bizə nə vəd edir? - 26 mart
