
Təsəvvür edin, terroristlər, cinayətkarlar gəlib ölkəndə səni tutur, üzərində “məhkəmə” qurur və sonda səni öz torpağında gəzdiyinə görə ömürlük azadlıqdan məhrum edir və ədalətdən danışan dünya da bu prosesə tamamilə göz yumur. Bəli, nə qədər ağlagəlməz və acı olsa da, bu bizim başımıza gələn faciə, həqiqətdir.
Öz doğma ata-baba yurdlarına getdiklərinə görə ermənilərin qurduğu qanunsuz “məhkəmə qərarı” əsasında bu gün həmyerlilərimiz Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edildi.
Həmyerlilərimiz üzərində bu qondarma “məhkəmə” prosesi oktyabrın 27-də başlamışdı. Ancaq həm ATƏT-in Minsk qrupu, həm də ədalətdən, demokratiyadan dəm vuran beynəlxalq təşkilatlar bununla bağlı susmağa üstünlük verdilər, hətta Minsk qrupunun həmsədrləri məsələ ilə bağlı münasibət bildirməkdən imtina etdilər.
Ermənistan helikopteri Azərbaycan ərazisinə qanunsuz soxulduğuna görə vurulanda isə bütün dünya üstümüzə gəldi, sanki Azərbaycan hansısa böyük cinayət törətmişdi. Ancaq heç kim demədi ki, erməni helikopterlərinin Azərbaycan ərazisində nə işi var?
Bu, artıq ikili standartları aşan məsələdir. Hesab edirəm ki, bu “məhkəmə”dən sonra həm ATƏT Minsk qrupu, həm də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsini “dəstəkləyən” beynəlxalq təşkilatlar və dövlətlər artıq Azərbaycan dövləti və xalqı qarşısında etibarlarını, inamlarını itirdilər.İndi biz nə edək, necə həll yolu tapaq? Sabah Azərbaycan silaha əl atsa, bütün dünya çığır-bağır salacaq ki, Azərbaycan münaqişəni qızışdırır və sair və ilaxır. Sakit duranda da bax beləcə öz bildiklərini edirlər.
Bu “məhkəmə hökmü” bir daha göstərdi ki, beynəlxalq qurumlar və dünya dövlətləri heç vaxt öz münasibətlərində səmimi olmayıblar və olmayacaqlar da, onların danışdığı hər kəlmənin arxasında bir yalan dayanır. Onlar üçün yalnız öz maraqları önəmlidir. O yerdəki onların maraqları var, istənilən ədalətsizliyə, istənilən cinayətkarlığa göz yumurlar və hətta lazım gələndə ona bəraət qazandırmağa çalışırlar. Təəssüflər oldun ki, biz də bu ədalətsizliklə üz-üzə qalmışıq. Amma bu, çox uzun davam edə bilməyəcək. Nə Azərbaycan dövlətinin, nə də Azərbaycan xalqının səbri tükənməzdir. Həm Ermənistan, həm də beynəlxalq ictimaiyyət anlamalıdır ki, bir gün bunun acı bədəlini ödəyəcəklər.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Azərbaycanla İran arasında bir neçə sənəd təsdiqlənib
Girovlarımızı burda tuturlar
Ombudsman Ağdam kəndində monitorinq aparan zaman ermənilər artilleriya silahlarından atəş açıb - VİDEO
Şəbəkədə ünsiyyət mədəniyyəti. Bu, bizi qane edirmi?
289 şaxtaçının havası kəsildi
Paşinyan bir həftədə dördüncü dəfə Putinə zəng vurdu
Xarakterinizə hansı yoqa uyğun gəlir?
Göbələkli toyuq burması (foto resept)
Bakıdan Türkiyə şəhərlərinə yeni avtobus marşrutları açılıb
Ağrı hiss etməmək xəstələri təhlükəyə atır
Google rouminqsiz plana keçir
Özünü qaradərili kimi göstərən müəllim işdən qovuldu
Günün ulduz falı - 06.10.2013
Hava şəraiti DƏYİŞİR
Yaponiyada ticarət mərkəzinə girən ayı qorxulu anlar yaşatdı - VİDEO
2014-cü ilin ən yaxşı gün eynəkləri
Qüsurları ilə mükəmməl görünən modellər
2014-cü ilin Gözəllik kraliçası həbs edildi-SƏBƏB/FOTO
3 nəfər bir uşaq dünyaya gətirəcək
İnternet sifarişinin mənfi tərəfi
Bu gün bu şəxslər də pensiyalarını alacaqlar - SİYAHI
Azərbaycan milli uşaq oyunları-11
Belə iftar olmamışdı
Məşhur aktyoru oğruya oxşatdılar-FOTO
Günün qoroskopu - 21.11.2013
Sabah hava necə olacaq?
Nanotexnologiya və mikrodünyalardakı yaradılış-2
Azərbaycana yeni gətirilən peyvəndin istifadəsinə başlanıldı
Alimlər dünyanın hər yerində sirli piramidalar aşkar edirlər
Gavalılı bükmə (foto resept)
Mulan-dan ilk fraqment gəldi - VİDEO
"Qırmızıpapaq" nağılı
Koronavirusu sürətlə yayan vasitə BƏLLİ OLDU - VİDEO
Nuranə Nurla ədəbi görüş baş tutdu (FOTO)
Ermənilərin Laçında törətdiyi barbarlıq davam edir- FOTO
Bu günün hava proqnozu
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Oqtay Şirəliyev Kürdəmirdə vətəndaşlarla görüşüb
Samsung Vyetnama köçür
Tanınmış meyxana ustası Hacıqabulda qəzaya uğrayıb
Nəmləndirici istifadəsi zamanı yol verilən 2 xəta
Günün ulduz falı
Smartfonları başqa cür "yemləyəcəklər"
Yeni internet dövrü başlanır
ABŞ Azərbaycan millisinə 2 verdi
1653 əcnəbiyə 48 saat ərzində Azərbaycanı tərk etmək göstərişi verildi
Koronavirusla bağlı ŞAD XƏBƏR
Aktrisanın çılpaq görüntüləri Canlı Yayımlandı-FOTO
“WhatsApp”a yaşıl işıq
Bayram üçün kombin tövsiyələri















- ŞƏRHLƏR