
Ağrı hiss edərək zaman-zaman insan özünü müxtəlif təhlükələrdən qoruya bilir. Ən kiçik yaşlarından uşaqlara ağrını hiss etdirməklə onları istidən, soyuqdan da qorumaq mümkün olur.
İnsan ağrı hiss edirsə, onu aradan qaldırmaq üçün tədbir görür və bədənə dəyən zərərin qarşısını alır. Əslində bu cür insanları şanslı hesab etmək olar, çünki belə insanlar özlərini qorumağı bacarırlar. Bir də doğuşdan şanssız insanlar var. Ağrını hiss etməyənlər. Belə insanlar anadangəlmə anelgeziyadan əziyyət çəkənlərdir.
"Anadangəlmə analgeziya" ağrını hiss etməmək xəstəliyidir. Bu xəstəliyi olan insanlar toxunma və hissetmə duyğularına sahib olurlar, amma beyinin sinir sistemi sanki filtrlənmiş kimi məlumat axınına mane olur, temperatur dəyişikliyini və ya yaralanma kimi təcili tədbir görülməli hadisələrə reaksiya vermir. Məsələn, arını və sancma xüsusiyyətini bilən insan onu arı sancdığı zaman heç bir reaksiya verməz. Hətta həmin anı hiss etməz. Bu cür insanların yaşam tərzi də çox çətin olur. Çünki ağrını hiss etməmək həyatı təhlükə də yarada bilir. Ən yaxşı halda isə insan ağrını hiss edir, lakin ağrının hansı nahiyədə olmasını dəqiq deyə bilmir.
Nevroloq Əli Əliyevin sözlərinə görə, anelgeziya dünyada sirri və səbəbi tam çözülməmiş sinir xəstəliyidir. Bu cür xəstəliyə tutulmaq, ya da tutulmamaq insanın öz əlində deyil və bu cür xəstəliklər din, dil, irq tanımır. Hər doğulan körpənin anelgeziya olma ehtimalı çox cüzi də olsa var və heç bir şəxs bu və ya bu kimi xəstəliklərdən sığortalanmayıb: "İstənilən ağır xəstəliklərin sayı müəyyən edildiyi zaman tamamilə bütün şəxslər nəzərə alınmır. Çünki xəstəliyə tutulan bütün insanlar qeydə düşmür və hər hansı bir xəstəlikdən əziyyət çəkən 50 nəfər varsa, realda bu, 150 də ola bilər. Ağır sinir xəstəliklərindən əziyyət çəkən insanlarda da bu belədir. Eləcə də anelgeziya xəstəliyi. Düzdür, bu xəstəlik Azərbaycanda qeydə alınmayıb və dünya üzrə 100 insanın anelgeziyadan əziyyət çəkdiyi deyilir. Lakin bu da tam rəqəmlər deyil. Yaranma səbəbi bəlli deyil, olduqca ağır bir xəstəlik, eyni zamanda tibbin çözə bilmədiyi bir vəziyyətdir".
Ağrı hissinin çatdırılması sinir hüceyrələri vasitəsilə reallaşır. Bu hüceyrələr ağrı, acı və sızıltını məhv edən, bədəni rahatlaşdıran "endorfin" maddəsinə malikdir. Endorfin beynimizin istehsal etdiyi ağrıkəsicidir. Endorfin ağrının hiss edildiyi andan etibarən ifraz edilir, ilk təhlükə sovuşduqdan sonra təsiri keçir. Bunun sayəsində ciddi yaralanan insanlar belə müəyyən müddət şiddətli ağrını hiss etmirlər. "Anelgeziyalı insanlar özlərini qorumaqdan belə məhrumdurlar və onlar ağrı hiss etmədikləri üçün anidən hər hansı bir qəzaya da qurban gedə bilərlər".
Nevroloq deyir ki, bu cür xəstələr yetkin yaşa gəldikdə onlar üçün həyat nisbətən asanlaşır, çünki onları müəyyən qədər başa salmaq olur. Azyaşlı uşaqları isə günün 24 saatı qorumaq lazımdır: "Kiçik uşaqlar üz-gözünü qaşımaq, barmaq əmmək, çay və suya əl salmaq kimi vərdişlərə sahibdirlər. Gözünü qaşıyaraq çıxarma, barmağını dişləyərək qoparma kimi hadisələrin meydana çıxmaması üçün valideynlərin 24 saat körpələrini qoruması lazımdır. İnsan elə düşünür ki, heç bir xəstəlik ona və onun övladlarına yoluxmaz, amma bu, belə deyil. İnsan dünyada ən nadir olan xəstəliklərə belə yoluxma riskini daşıyır. Ona görə də maksimum bütün xəstəliklər haqqında məlumatlı olmalıdırlar".
Tamamilə sağlam olan insan üçün üç ağrı növü mövcuddur: səthi ağrı, dərin ağrı, daxili orqanların ağrısı. Səthi ağrılar dəriyə təzyiq olanda və ya 45 dərəcədən artıq istiliklə qarşılaşanda ortaya çıxır. Şiddətli ağrı zamanı beyin pərdəsi ağrının yerini, xüsusiyyətlərini, şiddətini təsbit etdikdən sonra beyin bu ağrını sakitləşdirmək üçün siqnalları dayandıran mesajçılar göndərir. Kimyəvi sinir mesajçıları bu ağrı mesajını sinapslar üzərindən bir sinirdən digərinə ötürür. Beləliklə, siqnal beyinə çatdırılır. Dəriyə batan mismar sinir uclarına xəbərdarlıq edir. Sinir ucları meydana gələn zədəyə reaksiya verərək, sinir boyu həyəcan siqnalı göndərir. Bu siqnal onurğa iliyində kimyəvi mesaja çevrilir. Xroniki ağrı, ağrı mesajlarının yox edilməsinin qarşısını alaraq, insanda nəzarətin itirilməsinə səbəb ola bilər. Ağrının artması hissi də buradan qaynaqlanır. Mesajların yığılması onurğa iliyindəki sinapslarda yeni kimyəvi yollar yaradır. Bu da sinirləri gələcəkdəki ağrı mesajlarına qarşı daha həssas edir. Sinir ucları bir yaralanma ilə xəbərdar ediləndə, onurğa iliyinə və beyinə yalançı həyəcan siqnalı göndərir. Bir sinir kökünə və ya sinir lifinə edilən təzyiq də eyni nəticəni verir. Anelgeziya xəstələri isə bu cür hisslərdən məhrumdur və onların çox böyük faizi ağrı hiss etmədən anidən dünyasını dəyişir.
XƏBƏR LENTİ
Cəlbedici insanların 4 xüsusiyyəti
Prezidentdən karantin rejimi ilə bağlı vacib fərman
Gələn il bir saniyə uzun olacaq
Müdafiə Nazirliyindən düşmənin yaydığı növbəti yalana SƏRT REAKSİYA
Doğru bilinən yanlışlar
Hava haqqında
Çindən koronavirusla bağlı SENSASİON ADDIM-Gizli sənədlər üzə çıxdı
Bələdiyyələrlə bağlı mühüm qərar
Şüşə olmasaydı
Cənubi Koreyada zəifləmiş koronavirusun bazasında yeni peyvənd hazırlanıb
Avropanın ən varlı adamı daha da varlandı
Hər dörd qadından biri...
Tuba Büyüküstün əkizlərinin Yeni il partisində - FOTOLAR
Əhya gecələri nə zamandır?
Ordumuza məxsus PUA vurulmayıb - RƏSMİ
Koronavirus haqqında bildiklərimizi alt-üst edən ARAŞDIRMA
Nizami Gəncəvi ilə bağlı yeni faktlar ortaya çıxıb
Çində peyvənd labaratoriyasına qaz sızdı, minlərlə insan bakteriyaya yoluxdu
İrina Şeyk imicini dəyişdi - FOTO
Bakının 112 il yaşı olan binasında yaşamaq mümkün deyil
Bunları edin - İstiliyə görə daha az pul ödəyin
İlham Əliyev dünyanın ən ağıllı robotu ilə görüşüb - FOTO
Qocalmadan qaralın
İstirahət gününün HAVAsı
Mütəxəssis: “Düzgün müalicə nəticəsində vərəm tam sağalır”
İstirahət günü yağış yağacaq
Bakıda icazəsiz küçəyə çıxan COVID-19 xəstəsi aşkarlandı
50 yaşlı Bred Pitt qocalmaq bilmir
Türkiyədə qar yağdı, məktəblər bağlandı
Məşhur aktrisa qəfildən öldü-FOTO
Ermənilərin başına raket yağdırıldı
Girov Dilqəm Əsgərovun taleyi Rusiya XİN-in diqqət mərkəzindədir
Aqata Kristinin əsərinin adı dəyişdirildi
11 aylıq uşağın bədənində 16 iynə tapıldı - FOTO
Van Dam rəqsi ilə gündəm oldu - VİDEO
Azərbaycandan 4 mlrd.-lıq gəlir
Hədiyyə ilə bağlı etiket qaydaları
Sadə sinikers tortu(foto resept)
Avroda gözlənilməz ucuzlaşma
Düzgün tənəffüs sağlamlığa gedən yoldur
Məşhur aktrisa jurnalistləri hədələdi-SƏBƏB
Məşhur aktyorun davranışı görənləri TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Peşə məktəblərinə qəbulla bağlı YENİLİK
Günün qoroskopu: özünüzə vaxt ayırın
Dünyada yeni aqressiv və təhlükəli virus yayılıb
Bakı məktəblərində çalışan müəllimlərin 96 faizi sınaq qiymətləndirilmədə iştirak edib
Günün ulduz falı
Vanilin faydaları
Mədəndə axtarış-xilasetmə əməliyyatı sona çatdı
Tənbəl heyvanlar














