Məqalənin əvvəli keçən xəbərdə yayımlanmışdır. İndi isə buyurun ardı ilə tanış olun.
Bioloji molekullar nanotexnologiya tədqiqatçılarına daha faydalı və tətbiqə yararlı cihazlar düzlətmələri üçün əhəmiyyətli nümunədirlər. Ancaq yenə də onların bizim etdiyimiz dizayndan fərqli olduqlarını unutmaq olmaz. D.S. Qursel “American Scientist” jurnalında dərc olunan bir məqaləsində bu fərqi belə izah edir:
“Biomolekulyar quruluşun əmələ gəlməsində rol oynayan qüvvələr gözümüzlə gördüyümüz xarici aləmdəki bənzər qüvvələrdən fərqlidir; bu səbəbdən zülal avtomontajını xarici dünyadakına bənzətmək istəsək, səhv edərik. Xarici aləmdə mühəndislik böyük ölçüdə kütlə cazibəsinin bərk cisimlərə təsirindən asılıdır. Betonun və poladın qüvvəsi və teflonla kauçukun müxtəlif sürtünmə xassələri bununla əlaqədardır. Molekul dünyasında isə bu cür xassələr molekullararası və ya molekuldaxili atom hərəkətlərinə temperaturun təsirindən asılıdır (termal təsir). Molekullarda mühitin temperaturuna uyğun kinetik enerji var. Bu enerji molekulları sürüşmə, fırlanma və titrəmə hərəkətlərinə vadar edir.”
Lakin biomolekulyar cihazlar ilə bizim icadımızı fərqləndirən səbəb deyil. İcad etdiyimiz cansız cihazlardan biri işləməsə, onu bir tərəfə qoyub yeni cihaz düzəldə bilərik. Canlı hüceyrələrdə isə belə bir şey olmaz. Canlı hüceyrələrini qüsursuz nümunə edən də bu xüsusiyyətlərdir.
Nanotexnologiyanı tətbiqə yararlı edən cəhət atomların quruluşu və aralarındakı mükəmməl təşkilatlanma xüsusiyyətidir. Onları təqlid edə bilsək də, bilməsək də, həyatın özü, hətta kainat bütünlükdə atomdakı üstün nizamın bir nəticəsidir. Bu səbəbdən nanotexnologiya mühəndisləri biomolekullardan sonra ikinci xüsus kimi atomların quruluşu və davranış formalarını bilməlidirlər:
“Məsələn, külçə halında qızıl otaq temperaturunda reaksiya girmir, lakin 3-5 nanometr ölçüsündəki qızıl parçacıqlar bir çox reaksiyaya təkan verir. Nanoqızılların bu xüsusiyyətini kəşf edən bir yapon firması onları tualetdə istifadə edilmək üçün “qoxu uducular” istehsalında tətbiq edir. Məmulatların nanoölçüdə qazandıqları fərqli xüsusiyyətlər onlara getdikcə artan sənaye dəyəri qazandırır. Bəzi şirkətlər adi plastik materialın nanoölçülü çubuqlar yerləşdirərək məmulatın gücünü və zərbəyə davamlılığını gücləndirməyə çalışırlar. Hərbi laboratoriyalar sibir yarası kimi bioloji silahları müəyyən edən nanoölçülü zondlar istehsal edirlər və 1-2 nanometr diametri olan qamış formalı molekulyar karbon nanoborular formalarından asılı olaraq elektriki metal və ya yarımkeçirici şəkildə daşıya bilirlər və hələ indidən tranzistor və diod kimi elektrik məmulatlarında geniş şəkildə istifadə edilirlər.”
Bütün kimyəvi reaksiyalar və bu reaksiyaların verdiyi bütün nəticələr atomdakı bu dizaynın müəyyənləşdirdiyi kriteriyalar çərçivəsində həyata keçir. Məsələn, siz bu sətirləri oxuyarkən beyninizdə bir çox kimyəvi proses baş verir və bu proseslərdəki atomlar üstün yaradılışa malik olduğu üçün hər şey öz yolunda gedir və siz bu sətirləri görüb oxuyur və içindəkiləri anlaya bilirsiniz. Burada diqqətçəkən cəhət budur ki, görmənizi təmin edən kimyəvi reaksiyalar baş verməsinə baxmayaraq siz bu reaksiyaları görmürsünüz. Ancaq, əlbəttə, görünən bəzi reaksiyalar var: bir stəkan çaya bir dilim limon atdıqda çayın rəngi açılır. Kibriti çaldıqda bir taxta parçası alovlanaraq yanır və kömürə çevrilir. Bunların hər biri kimyəvi reaksiyadır. Soyuq günlərdə isinməmizi təmin edən də, tonlarla ağırlıqdakı raketlərin kosmosda hərəkətini təmin edən də atomlardakı dizayndır.
Görəsən, indikindən fərqli quruluşdakı atomlardan əmələ gəlmiş kainat necə olardı? Rus elmi yazıçıları L.Vlasov və D. Trifonovun türk dilinə “107 kimya hekayəsi” adı ilə tərcümə edilən kitablarında bu cür kainatı belə izah edirlər:
“Oksigenlə hidrogen hər dəfə qarışdırıldıqda dərhal su buxarı əmələ gəlsin. Bir dəmir lövhə hava ilə reaksiyaya girdikdə üzəri dərhal qırmızımtıl-qəhvəyi rəngdə pasla örtülsün və bir neçə dəqiqə sonra bərk parlaq metal yumşaq bir toza, dəmir oksidinə çevrilsin.
Dünyadakı bütün kimyəvi reaksiyalar ani surətdə baş versin. Daşıdıqları enerjidən asılı olmayaraq bütün molekullar bir-birlərilə reaksiyaya girsinlər. İki molekul arasındakı hər toqquşma onların kimyəvi birləşməsilə nəticələnsin.
Belə olduqda bütün metallar yer üzündən yox olardılar, çünki oksidləşərdilər. Canlı hüceyrələri əmələ gətirənlər də daxil olmaqla, bütün mürəkkəb üzvi maddələr sadə, ancaq daha sabit birləşmələrə çevrilərdilər. Qəribə bir dünya olardı. Həyatsız dünya, kimyasız dünya, kimyəvi reaksiyaya girmək üçün heç bir meylə ehtiyac hiss etmədən çox sabit maddələrin xəyali dünyası. Ancaq belə bir qarabasma bizi qorxutmur. Bu cür nəhəng “kimyəvi fəlakətin” qarşısını alan sehirli maneə var.”
Kainatın hər yerində bircə atomu belə nəzarətsiz qoymayan bir ağıl və iradə sahibinin müdaxiləsi görünür. Bu şəkildə yuxarıda misal çəkdiyimiz kimi dizayn çatışmazlığının əmələ gəlməsinin və bunun fəlakət ilə nəticələnməsinin qarşısını alan tək güc var, o da gücün və qüdrətin hamısını Özündə ehtiva edən Allahdır. Allah istədiyi anda istədiyi yerdə qüdrətini təzahür etdirir. Ən kiçik atomdan ucsuz-bucaqsız qalaktikalara qədər bütün kainat Allahın istəyi və hər an dirçəltməsi ilə varlığını davam etdirir.
ABŞ-da dünyanın tanınmış universitetlərindən MIT-də molekulyar biologiya və Kvant fizikası doktorluğunu müdafiə etmiş elm adamı Prof.Cerald Şröder kainata hakim olan qüsursuz nizamın bir olan Allahın əsəri olduğunu bu cümlələrilə açıqlayır:
“Əbədi və əzəli olan Birdir dedikdə bunun ardından iki, üç və dördün gəldiyi “bir” düşünməyin. Burada bundan çox daha dərin bir şeydən bəhs edilir. Burada bəhs edilən birlik fiziki tərəfdən dərk edilən sonsuz metafizik həqiqətdir, tamamilə hər şeyi əhatə edən və universal birlikdir. Hər şey, istisnasız hər şey sonsuz bir birliyin, fövqəlfiziki şəkildə eyni anda, hər yerdə mövcud olan birliyin təzahürüdür. Bu birliyə toxunduqda sizin və bütün yaradılışın içində yer aldığı möcüzəni dərk edər və yaşayarsınız. Bu vəcd halı bütün varlığınıza yayıldıqda şüur səviyyəsniz fərdilik ölçüsündən uzaqlaşar və məhdud fiziki həqiqətlə universal metafiziki həqiqət arasındakı uçurumu yox edər.”
Kazımov İzhar
XƏBƏR LENTİ
I sinifə qəbul üçün onlayn müsahibələrə start verildi
Cennifer Lopez səhnədə yıxıldı - VİDEO
Zoğal kompotu (foto resept)
Xocalı meşəsi salındı
Foqts yeni müqavilədən danışdı
Yataq otağı mebelləri
Şəriətdə müzaf su deyərkən nə nəzərdə tutulur?
Dünyada İLK: Yeni televizorlar gəlir - FOTO
Tavada dana əti (video-resept)
Uşaqlar üçün papaqlar
Rəngarəng dəst geyimlər
İnsanın görmək istəyəcəyi 10 mükəmməl foto
Ajda Pekkan hamiləlik xəbərləri ilə hər kəsi təəccübləndirdi
Ölkədə nə bahalaşıb, nə ucuzlaşıb? - FOTO
“Dünyanın ən yaxşı futbolçusu özüməm”
Azərbaycanlı professor koronavirusa qarşı vaksin hazırlayır
Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır
Moruqlu soyuq tort (foto resept)
Hacıqabul gölündəki flaminqolar...
Daha bir serialın yayımı dayandırıldı
Ağdamda “Yallı” rəqsi ifa edən əsgərlərimiz - VİDEO
Uşağı kimə verməli?
Bakıda güclü partlayış
İlham Əliyev bəyanat verdi
Ordumuz dünyanın ən güclüləri sırasında
Magistratura və rezidenturaya qəbul imtahanlarının I mərhələsi keçirilir
Girovlarımızı burda tuturlar
Beynin ən yaxşı işlədiyi yaş
Yeni polis bölməsində yalnız robotlar işləyəcək
Heydi Klum hər kəsi təəccübləndirdi-FOTO
Hande Ataizi hər kəsi təəccübləndirdi-FOTO
Riyaziyyat və din arasındakı körpü - 3
Şokoladlı türk qəhvəsi (foto-resept)
Vaxtında çəkilmiş şəkillər
Dünyanın ən gənc milyarderi artıq subaydır
Tuba hamam səhnəsi ilə gündəmə gəldi - VDİEO
Dəniz daşlarından hazırlanmış bəzək əşyaları (1)
Bu ayaqqabılar satış rekordu qırır - FOTO
Şirinbiyan haqqında bilmədiklərimiz (1)
Təbii antibiotiklər
Sabah yağış yağacaq, şimşək çaxacaq
Rusiyada koronavirusa yoluxma faktı aşkarlandı
Azərbaycan köhnə avtomobillərdən təmizlənir?
Qeyri-adi gözəllik məhsulları
"Xəzər status qazanmağa yaxındır?"
34 azərbaycanlı Ermənistan və Dağlıq Qarabağda saxlanılır
Olimpiya məşəli tarixdə ilk dəfə açıq kosmosa çıxarıldı
"Cəbhədə əsl müharibə gedir..."
Möcüzəvi saçlı bacılar
BÜRCLƏR bizə nə vəd edir?-18 yanvar
- ŞƏRHLƏR