Yuxu nədir və insanın yuxuya getməsinə nə səbəb olur?
Bu haqda dünya alimlərinin bir çox fikirləri vardır. Bəziləri hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır və bunu fiziki amillərlə əlaqələndirirlər. Bəziləri isə elə düşünür ki, cismi fəaliyyət nəticəsində bədəndə xüsusi maddə cəm olur ki, bu da əsəb sisteminə təsir göstərir və insanda yuxu halı meydana gətirir. Bu hal o zamana qədər davam edir ki, həmin maddə bədən tərəfindən tamamilə sorulur. Buna görə də onu kimyəvi amil adlandırırlar. Bəziləri isə yuxunu bir növ əsəb amili ilə əlaqələndirirlər və deyirlər ki, insan beynində yerləşən fəal əsəb sistemi əzaların hərəkətini təmin edir və çox yorğunluq nəticəsində yorulur və sönür. Bu da əsəb amili ilə bağlıdır. Bütün bu nəzəriyyələr yuxunu qaneedici dərəcədə izah etmirlər.
1400 il bundan əvvəl Muhəmməd peyğəmbərə (salləllahu aleyhi və səlləm) nazil edilən Qurani Kərimdə yuxuya getməyin ruhun alınması səbəbilə baş verdiyi xəbər verilmişdir. Uca Allah buyurur: "Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır". (əz-Zumər, 42).
Lakin yuxuda ikən ruhun alınması ilə ölüm anında ruhun alınması arasında fərq vardır. Yuxuda ikən insanın ruhu alınsa da ruhunun bədəni ilə əlaqəsi vardır. Təsadüfi deyildir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) yuxunu ölümün qardaşı adlandırmışdır. Yuxunun mahiyyəti ruh ilə əlaqəli bir məsələdir. Uca Allah Quranda ruh haqqında isə belə buyurur: "Səndən ruh haqqında soruşurlar. De: "Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir". (əl-İsra, 85).
Peyğəmbərlərin (Allahın onlara salamı olsun) yuxuları
Uca Allah Quranda peyğəmbərlərin (Allahın onlara salamı olsun) yuxuları barəsində xəbər verir. Onların yuxuları gerçək olur və vəhy sayılır. Məsələn, İbrahim Xəlil (aleyhis-sələm) öz oğluna belə demişdir: "Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!" O dedi: "Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!" (əs‐Saffət, 102).
Həmçinin, Uca Allah Yusifin (aleyhis-sələm) hekayəsi haqqında bizə xəbər verərək buyurur: "Bir zaman Yusif atasına demişdi: "Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə Ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (təzim) edirlər". (Yusif, 4).
Surənin sonunda buna yozum olaraq belə deyilir: "(Yusif) ata‐anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata‐ana və on bir qardaş) hamısı (hörmət əlaməti olaraq) onun qarşısında səcdəyə qapandılar. (Allah onları bir‐birinə qovuşdurduğu üçün şükür səcdəsi etdilər). (Yusif) dedi: "Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi". (Yusif, 100).
Həmçinin, hədislərdə bildirilir ki, Allahın elçisinə (salləllahu aleyhi və səlləm) ilk vəhyin gəlməsi gözəl yuxu vasitəsilə başlamışdır. Onun gördüyü elə bir yuxu yox idi ki, sübh çağının aydınlığı kimi gerçək olmasın. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Qiyamət yaxınlaşdığı zaman möminin yuxuları demək olar ki, həmişə doğru çıxacaq. Möminlərin yuxu görməkdə ən doğru danışanın yuxusu daha doğru çıxacaq. (Çünki) möminin yuxusu peyğəmbərliyin qırx altı qismindən biridir". (İbn Məcəh, 3917).
Yuxunun növləri
Peyğəmbər olmayan insanların yuxusuna gəlincə, Qurani Kərimin Yusif surəsində iki məhbusun yuxusu və Yusifin (Allahın ona salamı olsun) onların hər birinin yuxusunu yozması, həmçinin Yusifin (Allahın ona salamı olsun) hökmdarın yuxusunu yozması haqda ayələr nazil edilmişdir.
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) möminin gördüyü yuxunu müjdə adlandıraraq belə demişdir: "Ey insanlar, həqiqətən möminin gördüyü və ya ona göstərilən saleh yuxudan başqa peyğəmbərlikdən heç bir müjdə qalmadı. Həqiqətən mən, rüku və səcdə vəziyyətində Quran oxumağı qadağan etdim. Rükuda nöqsansız olan Rəbbə təzim edin (Кєsubhanə rabbiyəl-azimКє deyin), səcdədə isə çoxlu dua edin. Bununla da duanızın qəbul olunma ehtimalını artırarsınız".
Bununla aydın olur ki, yuxu bir həqiqətdir. Lakin bilmək lazımdır ki, hər yuxu doğru olmur. Ola bilər ki, insanın yuxularının bəziləri doğru çıxsın, bəziləri isə şeytani yuxular olsun. Bəziləri də insanın oyaq ikən gördükləri hadisə və faktların yuxu şəklində təzahürüdür. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Qiyamət yaxınlaşdıqca müsəlmanın yuxusu təsadüfi hallarda yalan çıxacaq. Sizlərdən doğru danışanların yuxusu daha düz çıxacaq. Müsəlmanın yuxusu peyğəmbərliyin qırx beşdə bir hissəsidir. Yuxular üçdür: Birincisi, Allahdan müjdə olan saleh yuxular. İkincisi, şeytanın təlqin etdiyi kədərləndirici yuxular. Üçüncüsü, yaddaşa həkk olunmuş hadisələrlə bağlı yuxular. Sizlərdən biri xoşa gəlməyən yuxu görərsə, yatağından qalxsın. Sonra namaz qılsın və bu yuxunu heç kəsə danışmasın".
Əgər insan sevindirici və xoşa gələn bir yuxu görərsə, Uca Allaha həmd-səna etməli və yuxusunu onu sevənlərə danışmalıdır. Yox, əgər pis yuxu görərsə, sol tərəfinə üç dəfə tüpürməli və həmin yuxunun və şeytanın şərrindən Uca Allaha sığınmalıdır. O, bu yuxunu heç kəsə danışmamalıdır. Belə edərsə, bu yuxu ona zərər verə bilməz. Bu haqda bir çox səhih hədislər vardır. Rəvayət edilir ki, Əbu Sələmə (Allah ondan razı olsun) belə demişdir: "Mən bir yuxu görmüşdüm və onun üzündən xəstələndim. Nəhayət Əbu Qatədənin (Allah ondan razı olsun) belə dediyini eşitdim: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Yaxşı yuxu Allahdandır. Sizlərdən biriniz yaxşı yuxu görərsə, o yuxunu yalnız sevdiyi adama danışsın. Xoşuna gəlməyən bir yuxu gördükdə isə, həmin yuxunun və şeytanın şərindən Allaha sığınsın. O, üç dəfə tüpürsün və yuxusunu heç kəsə danışmasın. Əgər belə edərsə bu yuxu ona zərər verməz". (əl-Buxari, 6985).
Yuxunu kim yozmalıdır?
Müəyyən bir yuxunun yozumunu bilmək istəyən şəxs isə onu nəsihətinə və səmimiliyinə arxayın olduğu və eyni zamanda yuxu yozmağı bacaran bir alimə danışmalıdır. Bu, yuxu görmüş insana aiddir. Yuxu yozan şəxslərə gəlincə, onlar gərək Allahdan qorxsunlar və elmsiz surətdə bu sahəyə müdaxilə etməsinlər. Çünki, yuxu yozmaq hökm verməkdir. Uca Allah bu haqda buyurur: "(Bir gün Misir) padşahı belə dedi: ... Ey əyanlar! Əgər yuxu yoza bilirsinizsə, mənim bu yuxuma hökm verin!" (Yusif, 43).
Məlumdur ki, hökmü yalnız elmi əsaslarla vermək olar. Məşhur İslam alimi imam Malikdən (Allah ona rəhmət etsin): "Hər kəs yuxunu yoza bilərmi?" - deyə soruşduqda, o belə cavab vermişdir: "Peyğəmbərliklə oynamaq olarmı? Yuxunu yalnız onu düzgün yozmağı bacaranlar yozsun. Əgər yaxşı yozumu varsa, onu xəbər versin. Yox əgər xoşa gəlməz yozumu varsa ya xeyir söyləsin, ya da sussun".
Muhəmməd peyğəmbəri (salləllahu aleyhi və səlləm) yuxuda görmək nə deməkdir?
Peyğəmbəri yuxuda görmək haqqında isə Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Kim yuxuda məni görsə, doğrudan da, məni görmüş olar. Çünki şeytan mənim simama girə bilmir və ya mənə bənzəyə bilmir".
Yəni, hər kim Peyğəmbəri onun vəsfinə uyğun surətdə görərsə, həqiqətən də, onu görmüş sayılar. Qeyd etmək lazımdır ki, şeytan Peyğəmbərin simasında görünə bilməsə də, ancaq başqa bir görünüşdə adamın yuxusuna girib özünü peyğəmbər kimi təqdim edə bilər. Elə bu səbəbdən də Peyğəmbəri tanımayan bir çox avamlar yuxuda şeytanı gördükdən sonra özlərinə vergi verildiyini iddia edir və haqqı tapdıqlarını güman edirlər. Lakin özləri də hiss etmədən, ancaq özləri özlərini aldadırlar.
Peyğəmbəri yuxuda görən adam həqiqətən də onu görüb-görmədiyini bilməsi üçün Peyğəmbərin vəsfini bilməlidir. Əgər o, Peyğəmbərin vəsfini bilmirsə, onda yuxusunu dəqiqləşdirmək üçün onu tanıyan adamlara müraciət etməli və yuxuda gördüyü adamı onlara vəsf etməlidir.
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycanın ilk işıq körpüsü
Ermənilər tərəfdə döyüşən PKK-çıların əksəriyyəti məhv edilib
İşğaldan azad olunmuş torpaqlarımızdakı mədəni abidələrlə bağlı VACİB ADDIM
Azərbaycanda “ağıllı ev”lər yaradılacaq
Məşhur aktrisa imicini dəyişdi - FOTO
İdeal bədən quruluşuna sahib modeldən AÇIQLAMA
Çəkdiyi Selfie ilə həbsdən xilas oldu-FOTO
HAVA necə olacaq? 19 İyun
Ananasın faydaları
Modemi işlək saxlamayın!
Rəngli yemək otaqları
HAVA necə olacaq? 9 İyul
Ev almaq istəyənlərə şad xəbər
Qozlu-qaysılı alma deserti (foto resept)
Tərəvəzli salat (foto resept)
Kraliça İlham Əliyevə məktub göndərib
Nikahdan əvvəl tibbi müayinələrin sayı artırıla bilər
Qız uşaqları üçün hörüklər
Samsung onu yeniləyəcək
Leyla Əliyevanın təşəbbüsü ilə "Bizim həyət" layihəsinə start verilib - FOTO
Azərbaycanın qarlı libasından ürəkaçan görüntülər
Ölülərin qoxusu hazırlanacaq
Hava limanında müsadirə olunan əşyalardan yolka düzəltdilər – VİDEO
2012-ci ilin idman ayaqqabıları və cins modelləri
Yapon alimlərdən inanılmaz xəbər-FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Günün qoroskopu: hadisələri diqqətlə izləyin
Ceyhun Bayramov: “Uşaqları tolerantlıq, bütün dinlərə hörmət ruhunda tərbiyə etmək üçün dərsliklərdə bütün məlumatlar var”
Hava haqqında - 03.09.2013
Wi-Fi pulsuz olacaq
Məşhur tərzi: Millie Bobby Brown
Demet Akalının pullarını xərcləyən qızı Hira imiş
Rastlaşa biləcəyiniz maraqlı hallar
Dubayda dünyada ən iri günəş elektrik stansiyası tikilir
20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümüdür
Bakının uşaq bağçalarında bayraq aksiyası
Bakıda metro yaxınlığında yanğın
Möcüzə enerji-4
2020 yaz modasına istiqamət verən trendlər
Günün ulduz falı - 15.10.2013
Nurgül Yeşilçay 7 kq arıqladı - FOTO
Həcc ziyarətini 1000 kamera izləyəcək
Turistlər üçün yeni növ məlumat köşkləri yaradılacaq
Məşhur cütlüyün evi satışa çıxarıldı - FOTO
Xəzərdə zəlzələ oldu
"Rusiya Xəzər dənizi üzərindəki hava məkanından İŞİD-lə mübarizədə istifadə edəcək"
5 aylıq körpə anasını xilas etdi
Rəsmi Bakı Britaniyaya cavab verdi
Davranış qaydalarına riayət edirsinizmi?
"Çukur" haqqında nazirdən AÇIQLAMA















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]