
"Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi Dövlət Bayrağı Günü münasibətilə Bakının bəzi uşaq bağçalarında bayraq aksiyası keçirib. Trend-in məlumatına görə, Nizami rayonu 125 və 172 saylı uşaq bağçalarında olan "Düşüncə" İB-nin nümayəndələri uşaqlara üçrəngli bayrağımızı paylayıblar. Aksiya zamanı çıxış edən "Düşüncə" İB-nin sədri Emil Hüseynli bildirib ki, Dövlət Bayrağı Günü Azərbaycanın simasının, tanıtımının bayramıdır: “Bu bayram digər bayramlarımızdan daha uca, müqəddəs bayramdır. On minlərlə şəhidimizin bayramıdır. Bayraq uğrunda döyüşən, bayraqla da torpağa tapşırılan şəhidlərimizin bayramıdır. Ona görə də bu bayramda insanlarımızda daha çox vətəndaş hissi baş qaldırır. Bu gün müstəqil ölkə kimi öz bayrağımızın altında yaşamağımız böyük xoşbəxtlikdir, böyük sərvətdir. Azərbaycan xalqı öz bayrağının, taleyinin sahibidir. Bu gün Azərbaycanın hər bir bölgəsində, yerində dövlət bayrağı dalğalanır. Nə gözəl ki, son 10 ildə Azərbaycan bayrağına verilən dəyər, qiymət onu daha da müqəddəsləşdirdi, zirvələrə qaldırdı. Nə gözəl ki, Dövlət Bayrağı Meydanımız yarandı, bayraqlarımızın tarixi muzeyi yaradıldı. Bu gün ürəklərdə sevilir bayrağımız”. E.Hüseynli vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düşünülmüş siyasət nəticəsində Azərbaycanın bayrağı artıq dünyanın ən ali təşkilatlarında dalğalanır: “Eyni zamanda, ölkədə idmana göstərilən diqqət və qayğı sayəsində yetişən idmançılarımızın qələbələri nəticəsində bayrağımız dünyanın ən mötəbər yarışlarında yüksəklərə ucalır”. İB sədri əlavə edib ki, vətəndaşlarımız sabaha ümidlə baxır, sabaha inanır: “İnanır ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli bayrağımız işğal altında olan torpaqlarda qaldırılacaq. Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. Bayraq, torpaq uğrunda canından keçmiş şəhidlərimizin ruhu rahatlıq tapacaq. Hər gün binalarda, meydanlarda dalğalanan bayraqları görəndə qürur, sevinc hissi keçirirsən. Bu hisslərlə Azərbaycan bayrağının önündə baş əyək!" Qeyd edək ki, 9 noyabr – Dövlət Bayrağı Günüdür.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Qurban bayramı nə vaxtdır?
Ən böyük teleskop tikiləcək
Gələn il təqaüdlər arta bilər
Hava haqqında
Rayonlara getmək üçün sürücülərin istifadə etdiyi torpaq yollar qazıldı
Obama: "Konqresin fəaliyyəti ABŞ iqtisadiyyatını təhdid edir"
Azərbaycanlı çapar Dünya Kubokunun finalına vəsiqə qazanıb
İlham Əliyev Azərbaycan xalqına müraciət edib - VİDEO
Erməni nazir ABŞ-dan kömək istədi
Axı mən niyə belə ola bilmədim?
“Youtube”da ən çox o izləndi - 3 günə 1 milyon
Ali məktəblərə və magistraturaya qəbul olanların qeydiyyatı başa çatdı - YENİLƏNİB
Ekspert: 1 dollar 3-5 manat ola bilər
Donmayan balıqlar
Bakı Metropolitenindən bu yaşda olan sərnişinlərə SÜRPRİZ
Sinem Kobal ad gününü qeyd etməyəcək
Arzularımın və xəyallarımın şəhəri-Roma!
Ofisdə nahar: nəyi, niyə və necə yeməli?
Düzgün duruş üçün 4 idman hərəkəti
Bred Pitt Anjelina Coliyə indiyədən ödədiyi məbləği açıqladı
Hande və Murad barışdı?
Komitə: "Erkən nikahlarla bağlı statistika bizi çox narahat edir"
Barak Obama Yeni ili Havay adalarında qeyd etdi-FOTO
Hava haqqında
Britaniyalı qadın gündə 21 litr su içir
Vyetnam rəqibimiz oldu
Müvəffəqiyyətli olmaq üçün 15 həqiqət
Xarı bülbül Qaxa gəlib çıxdı
Məşhur serial belə çəkilir - FOTOSESSİYA
Azərbaycanda boşananlarla bağlı ŞOK STATİSTİKA
Türk general Zakir Həsənovla görüşdü
Ledi Qaqanı dəstəkləyənlər arasında o da var-FOTO
Kartof pəhrizi
Qırmızı tuflilərdən qorxmayın!
Xəz geyimlər
Helikopter havaya qalxdı
Qaşların və kirpiklərin rənglənməsi uzadılması(1)
Dünyanın ən nüfuzlu insanları
Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı və Müdafiə Nazirliyinin idarə rəisi vəzifələrindən azad edildilər
Meqan və Harrini kral ailəsindən kimsə danışdırmır-SƏBƏB
Blatter getdi, çempionatı Rusiyadan almaq istəyirlər
“Qəbələ RLS” barədə son açıqlama
Səməndər Rzayev - 70
Bill Qeytsdən şok sözlər - Virusa yoluxmayan insanlar da öləcək
Ayın ən maraqlı xəbəri (Mart ayı)
Ramazanın 21-ci gününün duası
Cem Yılmaz Acun İlıcalıdan danışdı
Siqaret çəkənlər bu yazını mütləq oxusunlar
Mənə namaz necə nəsib oldu
Işıldayan dəri üçün 10 qızıl qayda















- ŞƏRHLƏR