Azərbaycanda nikahdan əvvəl həyata keçirilən tibbi müayinələrin sayı artırıla bilər.
Milli.Az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev Trend-ə bildirib ki, irsi, infeksion xəstəliklərin bir şəxsdən digərinə və ya valideyndən övlada ötürülməsinin qarşısını almaq üçün nikahdan öncə tibb müayinələrin keçirilməsi çox mühüm bir addım idi.
M.Quliyev bildirib ki, müayinə olunan xəstəliklərin sayının artırılması məsələsi də gündəmdədir: "Ancaq ən aktual xəstəliklər önə çəkilməklə 5-ə qədər xəstəliyin müayinəsi qərara alındı. Müayinələr çox olanda həm insanların vaxtı çox gedir, həm də çox xərc tələb olunur. Müayinələrin çoxluğu insanları qorxuya da sala bilərdi. Amma tədricən siyahını artırmaq olar. İlk növbədə C qrup hepatitlərini və daha çox sosial xarakter daşıyan genetik xəstəlikləri üzə çıxarıb bu siyahıya daxil etmək olar. Ancaq mən düşünürəm ki, bunun əvəzinə daha çox maarifləndirmə işləri aparılmalıdır və aparılır da. Uşaqlar ilk doğulan dövrdə onların müayinələri aparılır, artıq elektron səhiyyə yaranıb, hər bir uşağın çip kartında xəstəliklərinin olub-olmadığı əks olunur. Bu imkan verəcək ki, nikahdan öncəyə qədər kimin hansı xəstəlik daşıyıcısı olub-olmaması aşkarlansın. Hesab edirəm ki, tibbi müayinələrin tətbiqinin iki ilinin tamamında bu işin monitorinqi aparılar və ən çox aktuallıq tələb edən daha bir neçə xəstəliyi bu siyahıya əlavə etmək olar. Ancaq siyahının həddən artıq genişləndirilməsi praktiki cəhətdən mümkün deyil və özünü doğrultmayacaq".
M.Quliyev bildirib ki, ötən dövr ərzində 210 minə yaxın nikaha girmək istəyən şəxs müayinədən keçib və müayinələrin nəticəsində təxminən 6700-ə yaxın insanın talassemiya daşıyıcısı və yaxud da xəstəsi olduğu aşkara çıxarılıb, 150-yə yaxın insanda HİV virusu tapılıb: "Bu çox böyük addımdır. Biz qanunu qəbul edən zaman bir qrup insanlar deyirdilər ki, cəmiyyət buna hazır deyil, bu müayinələrə getməyəcəklər, qeyri-rəsmi nikahların sayı artacaq. Son 1 ilin müşahidələri göstərir ki, bu heç də belə deyil, insanlar bunu başa düşürlər və çox həvəslə də bu müayinələrdən keçirlər. Müayinələrin büdcə hesabına həyata keçirilməsi də dövlətin bu işə çox böyük dəstəyidir".
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bu müəllimlərə ŞAD XƏBƏR: İki iş yerində...
Lotereyada 560 milyon dollar uduldu
Madonna yenə koronavirusdan yazdı
Fransanın Vien şəhərinin meri erməni işğalı altında olan Azərbaycan ərazilərinə qanunsuz səfər edib
Uşaqların 90 faizi koronavirusa evdə yoluxur
Kitab oxumağın qızıl qaydaları
Ağıllı insanların qəribə xüsusiyyətləri
Xəbərlərin efrində UNO kadrları-VİDEO
Bu gün 36.613 şagird imtahan verəcək
Rusiya ilə savaş başlasın!
Uşaqlıq travmaları – oğurlanmış həyatlar…
Silahlı Qüvvələrin Hospitalında uğurlu əməliyyat
Dodaqüstü tüklərdən xilas olmanın təbii yolları
Cennifer Lopez məhkəməlik oldu-SƏBƏB
Gül kələmi kotleti (foto resept)
İnsanların ən çox gördüyü 5 yuxu
Uşaqlar gündə nə qədər su içməlidir?
Dünyada koronavirusdan daha böyük təhlükə
3 mindən çox ölü, və yenə zəlzələ
Dəvətnamə sayəsində eyni qızla evləndiklərini öyrəndilər-FOTO
Yumurtanın daha bir faydası tapıldı
Qan şəkərini nizamlayan idman hərəkətləri
Günün ulduz falı
Bakıda soyuq küləklər əsəcək
Yer üzündə 87 ildən sonra ən yüksək temperatur qeydə alındı
Ağıllı şəhərlərin sayı artacaq
Dünyanın nadir at cinslərindən olan Dilbaz atları Ağstafada
Bakıda şimal küləyi əsəcək
Bakıda 3 mindən çox uşaq məktəbə vaxtından tez gedəcək
Yemək, yuxu, idman, intim həyat və s. üçün ən uyğun vaxtlar - HƏKİMLƏRİN TÖVSİYƏLƏRİ
Obama Klintonu dəstəklədi
Günün qoroskopu: Pozitiv gündür!
Beyini gücləndirən zəncəfil
Təhsil Nazirliyi özəl məktəblərə xəbərdarlıq etdi
Rusiyadan ixrac edilən məhsullarda koronavirus aşkarlanıb
Duşlarda yenilik
"Yastıq savaşı" ilə etiraz
İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı - VİDEO
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü - 49 yeni yoluxma
Reklamdan 1,6 milyon qazandılar
Xəttiniz xarakterinizdən xəbər verir
Maşınında pərdə olanların DİQQƏTİNƏ: 2 həftəniz var
"Baunti" tortu(foto resept)
Kolonoskopiya haqqında
50 ildir beton yeyir-FOTO
Məşhur yazıçının sirli menyusu
İdman edərək yaddaşınızı gücləndirin.
İki başlı uşaq doğuldu
Bu ölkədə benzin sudan ucuzdur
Leyla Əliyevanın ad günüdür!














