Orqanizmimizdəki proseslərin baş verməsi, yəni orqanlarımızın işləməsi və hüceyrələrimizin yenilənməsi üçün ehtiyacımız olan əsas maddələri müxtəlif yemək və mayelərdən alırıq. Amma yediyimiz hər yeməyin ilkin maddələrə ayrılması və bədənimizdə istifadə olunması üçün dəyişikliyə uğraması, yəni həzm edilməsi vacibdir. Bu əməliyyatda əsas rol mədəyə məxsusdur. Özü də ətdən ibarət olmasına baxmayaraq, əti həzm edən mədə turşu ifraz edərkən özü-özünü həzm etmir. Bunun üçün mədədə xüsusi sistem mövcuddur.

Ülgücü həzm edən turşular mədədə necə zərərsizləşirlər?
Hər mərhələsi xüsusi məqsədə xidmət edən mədənin mükəmməl quruluşu var. Yediyimiz yemək qida borusundan keçəndən sonra mədəyə düşür. Mədədəki həzm əməliyyatı ağızdakı həzm hərəkətlərindən fərqlənir. Burada güclü təsirə malik olan turşular fəaliyyətə başlayır. Yemək qida borusundan mədəyə düşər-düşməz mədənin səthindəki hüceyrələr mədə şirəsi ifraz etməyə başlayırlar. Bu maye ilə eyni zamanda pepsin fermenti və xlorid turşusu adlanan kimyəvi maddələr də ifraz edilir. Bu turşular ülgücü belə həzm etməyə qadirdir. Zülal kimi çətin həzm olunan maddələr üçün bu turşuların olması vacibdir. Ancaq burada çox vacib bir nüans var. Mədənin özü də zülaldan ibarətdir. Elə isə bir ülgücü həzm etməyə qadir olan turşu mədəyə niyə zərər vermir?
Bu da insan bədənindəki bənzəri olmayan dizayn nümunələrindən biridir. Mədənin girintili-çıxıntılı divarlarının dərinlikləri sayəsində mədə özü-özünü həzm etməz. Mədə divarlarındakı dərin çuxurlarda bir-birindən fərqli xüsusiyyətlərə malik olan hüceyrələr mövcuddur. Həssas tarazlıq içində mədədəki bəzi hüceyrələr turşu ifraz edərkən bu hüceyrələrlə bərabər başqa hüceyrələr də yapışqan maye ifraz edirlər. Selik adlanan bu maye mədənin səthini örtür və mədə divarını turşulardan sanki bir qalxan kimi qoruyur və fermentlərin mədəyə zərər verməsinin qarşısını alır. Parçalayıcı fermentlərlə yanaşı, infeksiya yayan virus və mikroorqanizmlərin hüceyrələrin içinə girmələrinin qarşısını alan selik eyni zamanda qidaların kanalda rahat sürüşməsini təmin edir.
Mədə turşusu xalçanı deşə bilən gücə malikdir.
Bu fəaliyyətlər necə reallaşır, mədədəki qoruyucu mühit necə meydana gəlir? Mədədəki hüceyrələr, öz-özlərinə bu maddələri istehsal etməyə qərar verə və qoruyucu maddələrin düsturunu tapa bilərlərmi?
Hüceyrələrin belə bir şey etmək üçün nəyə ehtiyacı olacağını düşünək: Əvvəlcə, həzmə lazım olan maddənin istehsalı üçün bəzi hüceyrələr qidaların həzm edilməsinin lazım olduğunu bilməlidirlər. Həmin hüceyrələr həzm üçün turşu kimi maddəyə ehtiyac olduğunu da bilməlidirlər. Sonra hüceyrələr ən uyğun turşunun düsturunu tapıb bu düstura əsasən turşu istehsal etməlidirlər. Qoruyucu maddənin istehsalı üçün isə bəzi hüceyrələr bu turşunun mədənin özünə zərər verə biləcəyini təsbit etməli, sonra bu hüceyrələrin turşu nümunələrini alıb laboratoriyada araşdırmalı və turşunun təsirinin qarşısını almaq üçün düstur tapmalıdırlar. Bu turşunun bir damlası belə xalçada böyük deşik aça bilər. Bu səbəbdən, unudulmamalıdır ki, hər hansı bir səhv düstur mədənin turşular tərəfindən əridilməsinə gətirib çıxara bilər.

Əlbəttə ki, mədədəki bir-birini tarazlayan maddələrin yaranması o qədər də sadə deyil. Maddələrin düsturlarının mükəmməl olması isə bir möcüzədir. Qaldı ki, gözlə görünməyəcək qədər kiçik hüceyrənin kimyəvi düsturlar yaradıb, bu düsturları bir yerə toplayıb maddə yaratması mümkün deyil. Şüursuz atomlardan ibarət olan bir hüceyrənin belə bir ağıl və qabiliyyətə sahib olduğunu iddia etmək məntiqdən uzaqdır.
Bundan əlavə, ağıl və məntiqdən uzaq olsa da, mədədə turşunun bir yolla əmələ gəldiyini fərz etsək belə, onu tənzimləyən maddənin tədricən meydana gəldiyini qəbul etmək qeyri-mümkündür. Çünki ülgücü əridən turşular mədəni çox qısa zamanda sıradan çıxarardılar. Turşuların milyonlarla il yox, 2-3 gün, hətta daha qısa müddət mədədə qalması mümkün deyil.
Bədənimizdəki tarazlığın hər hansı birində baş verən dəyişiklik kompleks sistemlərin pozulmasına, vəzifəsinin tam icra edilməməsinə, bəzən bədənə zərər verməsinə səbəb olur. Ancaq üstün yaradılma sayəsində bu sistem daima və nizamlı şəkildə davam edir. Bütün bu əməliyyatlar Allahın üstün yaratmasındakı nizamın və qüsursuzluğun saysız nümunələrindən sadəcə biridir. Allah insan bədənini bütünlükdə qüsursuz dizaynla yaratmışdır.
İzhar Kazımov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məşhur aktyor 60 yaşını qeyd edir (FOTO)
Baş Nazirdən təhsillə bağlı QƏRAR
Ölkədə bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
Dirijorumuzun rəhbərliyi altında Novosibirsk orkestri konsert verib
Bakıda kirayə evlərin qiyməti qalxdı
Yeni trend: Afrika hörüyü
Cazibədar alt paltarları
Qadınlara özəl: xoşbəxt olmaq üçün bunları etməyin!
HAVA necə olacaq?
Çimərliklərin monitorinqi başlanır
50 min dollarlıq estetik əməliyyatın nəticəsi
Sabahın HAVASI
Kəsmikli alma piroqu(foto resept)
Türkiyə MN: “Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb”
Kapitalizmin cılızlaşdırdığı insan şəxsiyyəti
Prezident İlham Əliyev ehtiyat fondundan 12 milyon manat ayırdı
35 yaşdan sonra yeyilməməsi gərəkən 6 məhsul
BÜRCLƏR bizə nə vəd edir?-13 Noyabr
Günün qoroskopu:Maraqlı xəbərlər eşidəcəksiniz
Günün ulduz falı
Bakıda Novruz şənliyi keçiriləcək
Atatürk Azərbaycan səhnəsində
Flora və Fauna
Həm səmərəli, həm sərfəli
Ali məktəblərə qəbulun nəticələri bu gün saat 5-də elan ediləcək
Bu ölkədə ilk dəfə internet klub açıldı
Günün qoroskopu: qayıdana fikir verin
Uşaqlar gündə nə qədər su içməlidir?
Bu gün atəşfəşanlıq olacaq
Gəncə mətbəxinin unudulmaqda olan yeməkləri...
Meryem Üzerlidən estetik əməliyyat etirafı-FOTO
Kartofun topdansatış qiyməti də artdı
İtirilmiş arzular
Ronaldo iki nəfərlik şəraba 31 min avro xərclədi
“Ölkədə koronavirusa yoluxma buna görə artdı” - Baş infeksionist DETALLARI AÇDI
Artıq ana oldum...
HAVA necə olacaq?
2021-ci ildə nələr olacaq?– PROQNOZ
"Şəkər xəstəsi olduğunu gizlədən insanlar var"
Məşhur aktyorun fanatından gözlənilməz addım
Hansı şagirdlərin dərslərdə maska taxmasına ehtiyac yoxdur? - AÇIQLAMA
Gəlinciklərinə 200 min dollar xərclədi
Azərbaycanda xırda təkanlar böyük zəlzələdən xəbər verir?
Erməni ulduzun paylaşımı türkləri qəzəbləndirdi-FOTO
İmmun sistemini gücləndirən 10 meyvə
Bu günün hava proqnozu
Ermənilərin Rusiya fiaskosu
Bağçaları açılır?- Bakı Şəhər İcra Hakimiyyəti aydınlıq şəgirdi
Bakıda zəlzələ olub
Salfet ilə süfrələrinizi bəzəyin (3)















- ŞƏRHLƏR