İkinci hissə: İtalyansayağı didişmələr
Bütün bu uğurlara baxmayaraq, Borcia və Mediçi kimi şəxsiyyətlərin həmyerlisi olan Quccinin həyatı faciəvi hadisələr və sirli məqamlarla zəngin olub. Bədbəxt taleyi, maliyyə böhranı, nəslinin lənətlənməsi, daima davam edən mübahisələr sanki bitib-tükənmək istəmirdi. Mövcud olduğu 100 il ərzində «Gucci» Moda Evi əsil fashion-imperiyaya çevrilmişdi. İndi bəlkə də heç kimin ağlına belə gəlməz ki, aristokratiyanın dəbdəbəsi sayılan bu markanın adı altında vaxtilə yalnız sadə pul kisəsi və çamodanlar istehsal olunurdu. Amma sonradan başgicəlləndirici uğurlar və Quccinin varisləri arasındakı xoşagəlməz münasibətlər şirkəti məhvə aparıb çıxarır. «Gucci»nin Nyu-Yorkda yeni salonunun açıldığı bir vaxtda Aldonun oğlu Paolo Quççinin atasının maliyyə fırıldaqçılığı ilə bağlı tapdığı bəzi sənədlər böyük qalmaqallara yol açır. Belə bir vaxtda əmisi oğlu Maurisio onun tərəfdarına çevrilir. O zaman Paolonun heç ağlına belə gəlməzdi ki, bir müddət keçəndən sonra Maurisio əmisini və onun oğlanlarını ailə biznesindən uzaqlaşdırmağa çalışacaq. İtalyansayağı ailə dartışmaları, rəhbərliyindəki fikir ayrılıqları dərhal şirkətin gəlirlərinə öz təsirini göstərir. Artıq 80-ci illərin əvvəllərində moda evinin vəziyyəti təhlükəli həddə çatmışdı. Maurisio şirkətin məhv olmaması üçün aksiyaların 42%-ni satmaq qərarına gəlir. bununla yanaşı, o həm də məşhur «Gucci»nin loqotipi ilə məhsulların satışına icazə verən lisenziyaları kültəvi satışına başlayır. Bütün cəhdlərə baxmayaraq, şirkət 90-ci illərin əvvəllərində bir neçə dəfə ciddi böhran keçirir.
İflasa uğramaq təhlükəsindən isə «Gucci» möcüzə sayəsində qurtulur. Şirkətin xilaskarı rolunda Səudiyyə Ərəbistanının xarici işlər naziri, iri maliyyə şirkətlərinin rəhbəri və qiymətli qol saatlarının kolleksioneri çıxış edir. 1993-cü ildə Maurisio babasından qalan mirası ona satır, həmin ərəb isə «Gucci» şirkətinin kapitalı üzərində nəzarəti bütövlüklə ələ keçirir. Bu isə 90-cı illərdən etibarən «Gucci»nin artıq ailə mülkiyyətindən çıxması anlamına gəlir. Avantürist Maurisionun özünü isə 1995-ci ildə qısqanc həyat yoldaşının sifarişi ilə Milandakı ofisdə qətlə yetirirlər.
Üçüncü hissə: Maurisio kabusu
Maurisio Quççinin dostları iddia edirdilər ki, «Gucci» imperiyasının sonuncu varisi sağdır. o, sadəcə olaraq həbsdəki həyat yoldaşının kabusuna çevrilib. 46 yaşlı Maurisio 1995-ci il martın 27-də öldürülmüşdü. İstintaq nəticəsində məlum olmuşdu ki, qətli onun keçmiş həyat yoldaşı sifariş verib. Maurisio başqa qadınla evlənmək üçün onunla boşanmışdı. Törətdiyi cinayət əməlinə görə Patrisiya Recaini Quççi 26 il həbs cəzası almışdı. Sonradan qadın şikayət ərizəsi yazıb bildirir ki, səhhəti ilə əlaqədar onu Milanın «San Vittore» həbsxanasından çıxarsınlar və o, cəzasının qalan müddətini ev şəraitində keçirsin. Ondan iki il əvvəl isə Patrisiya elə yatdığı kameradaca özünü asmağa cəhd göstərmiş, amma onu xilas etmişdilər. Amma dostlarının «Maurisio lənəti» adlandırdıqları sirli xəstəlik keçmiş milyorder dizaynerin həyat yoldaşına heç cür rahatlıq vermirdi. Əlamətləri dəridəki səpkilər, boğaz qaşıntısı və ürəkbulantısı olan bu xəstəliyin simptomları Patrisiyanın şəxsi işini əlinə götürən hər bir hakimdə özünü göstərməyə başlayır. Nəticədə Patrisiyanın şikayət ərizəsinə heç kim baxa bilmir. Səhiyyə işçilərinin ehtimallarına görə, qadının düçar olduğu səpgilər sonradan mikroba çevrilir, həmin mikroblar isə onun Romadakı məhkəmə binasında saxlanılan şəxsi işində getdikcə çoxalmağa başlayır.
Dördüncü hissə: yeni yaranış
Quççio Quççinin övladları və nəvələri arasında sürən uzun dartışmalardan sonra 1994-cü ildə şirkətə hələ o qədər də məşhur olmayan gənc dizayner Tom Ford dəvət edilir. O, ayaqqabı, ətir, saat, bəzək əşyaları, ipək şərflərdən tutmuş maqazinin reklam işlərinə və interyerinə qədər hər şeydə yenilik edir. Tom Fordun həyata keçirdiyi bu eksperiment Hollivud ulduzlarının ürəyincə olur. Nəticədə 1996-cı ildə o, ilin ən yaxşı modelyeri, kişi və qadın geyimləri üzrə ən yaxşı dizayner və digər titullara layiq görülür. Şirkətin reytinqi yavaş-yavaş yüksəlməyə başlayır.
1997-ci ildə konsern İsveçrənin «Severin Montes» şirkətinin aksiyalarının bir hissəsini alıb saat istehsalına başlayır. 90-cı illərin sonunadək artıq «Gucci»nin nəzarətində «Yves Saint Laurent», «Sergio Rossi», «Alexander McQueen», «Ermenegildo Zegna», «Boucheron», «Van Cleef» kimi məşhur markalar var idi. 2004-cü ildə moda evinin illik dövriyyəsi 3,2 milyard dollar, təmiz gəliri isə 200 milyondan artıq idi. Cenifer Lopez, Rita Uilson, Tom Henks, Helen Hant, Stinq kimi məşhur simalar onun daimi sifarişçilərinə çevrilmişdilər. Yox yerdən yenidən var olan «Gucci» indi də moda aləminin ən yüksək zirvəsindədir. Bu işdə hamıdan çox zəhməti olan və işə şirkətin adi modelyeri kimi başlayan Tom Ford isə əvvəlcə dizayn üzrə menecer, 1994-cü ildə isə Don Mellounun yerinə keçərək bədii rəhbər vəzifəsinə yüksəldi. Əslində Ford yeni heç nə kəşf etməmişdi. Elə onun özünəməxsusluğu da bunda idi. Onun «Gucci»nin ilk vaxtlarda məşhur simalar üçün hazırladığı çanta və makasin istehsalını davam etdirirdi. Yeganə fərq həmin əşyaların artıq ipəkdən hazırlanmamasındaydı. «Ayaqqabı qarderobun əsas hissəsini təşkil edir» — bu, onun tez-tez təkrar etdiyi bir ifadə idi. Modelyer kostyumu tikməzdən əvvəl artıq hansı ayaqqabının yaraşacağını düşünürdü. Onun üçün bu işdə əsas rəng palitrasının düzgün seçilməsi idi. Təsadüfi deyil ki, qəhvəyi və rəngli ayaqqabıların istehsalı məhz Tom Fordun adı ilə bağlıdır. O, hazırladığı ayaqqabıların görünüşü, xüsusilə də kablukun forması üzərində də uzun-uzun düşünərdi. 1995-96-cı illərdə Ford ilin modelyeri fəxri adına layiq görülür. Elə təxminən həmin vaxtlarda 70-ci illərə həsr olunmuş və özündə, əsasən qəhvəyi və açıq-qəhvəyi rəngləri ehtiva edən yeni kolleksiya təşkil olunur. Sadəliyi və erotik nişanələri olan dəbdəbəni Tomdan başqa heç kim bir araya gətirə bilməzdi. 1997-ci ildə isə modelyer moda aləminə qızıl bəzək əşyaları bəxş edir. Onun hazırladığı qızıl aksesuarlar tünd rəngli geyimlərlə çox gözəl görünürdü. Müasir dövrdə «uniseks» adlandırılan stilin yaranma tarixi də məhz «Gucci» moda evinin adı ilə bağlıdır. Bundan başqa, Ford daima səyahətlərdə olan iş adamları üçün yeni kostyum modeli hazırlamışdı. O, hamını düşünürdü. Sadəlik və dəbdəbənin vəhdəti Fordun yaratdığı modellərin əsas əlaməti idi.
Gucci moda evi
Təəssüf ki, belə bir istedadlı insan «Gucci» moda evində uzun müddət işləyə bilmir. Tanınmış PPR(Pinault-Printemps-Redoute) yüksək gəlirləri olan şirkəti bütün aksiyalarını ələ keçirmək qərarına gəlir. 2004-cü ildə PPR-in «Gucci»nin yerdə qalan aksiyalarını ələ keçirir və 8,9 milyard dollar qarşılığında bütün şirkətin yeganə sahibinə çevrilir. Bununla da «Gucci»nin tarixində yeni bir eranın başlanğıcı qoyulur. Bir vaxtlar şirkəti böyük bir təhlükədən qurtarmış Ford və De Solee yeni rəhbərliklə dil tapa bilmədikləri üçün moda evini tərk edirlər. Amma onların əvəzinə gələn Cakomo Santuççi və Tom Mendenholl da şirkətin yeni sahibini qane etmir. Oktyabr ayının sonlarında həmin cütlük işdən qovulur. Moda evinin yeni dizayneri isə «Yves Saint Laurent» şirkətinin modelyeri Mark Li olur. Yeni rəhbərliyin gəlişindən sonra şirkəti yalnız Ford və De Solee tərk etməmişdi. Gedənlər arasında bir çox istedadlı mütəxəssislər, o cümlədən Aleksandr Makkuin də vardı. Amma sonrakı hadisələrin necə cərəyan etməsindən asılı olmayaraq, «Gucci» bu gün də moda aləminin ən nüfuzlu markası sayılır. Ümid edirik ki, bu hər zaman belə olacaq.
Müəllif: Zeynəb Rəhimova
Mənbə;Bona Mente juranlı
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İlk dəfə Ali məhkəməyə qadın başçılıq edəcək
Azərbaycanda müəllimlər üçün yeni müsabiqə elan edildi
Azərbaycanda 10 milyona yaxın nömrə var
Dəbli kişi ayaqqabıları
Dəb lüğəti (1-ci hissə)
Tapmacalar
Şahan Gökbakar 20 illik FOTO paylaşdı
Rezidenturaya qəbul olmuş şəxslərin qeydiyyatı yekunlaşıb
Qarnınızı əritmək üçün bunları yeyin!
Şəxsi gigiyenanın psixologiyaya təsiri
Dəriyə qulluq üçün 2 maska
Milçəklərlə danışıram... mənə deyir, ananı öldür - 18 yaşlı rəssamın DƏHŞƏT DOLU HƏYATI
Soğanın faydaları
Ermənistan tərəfində döyüşən muzdluların vətəndaşı olduqları ölkələrin adları açıqlanıb
Bu qız minlərlə adamı müsəlman edib
Türkiyənin məşhur müğənnisindən Qarabağ mesajı
Bir gündə 4 milyard qazandı-FOTO
Maraqlı divar saatları
Acun sevgilisi ilə istirahətdə - FOTO
Bibər turşusu (foto-resept)
Nəfəs kəsən 3D küçə rəsmləri
Seda Sayandan qəribə etiraf
Hamiləlikdə idman təklifləri
Bal yarmarkası başa çatır
Bu gün Azərbaycanda Konstitusiya Günü qeyd olunur
Qurana hörmətsizlik edənlər cərimə olundular
Emin yeni klipini təqdim etdi-VİDEO
Bir sıra icazələr ləğv olundu - RƏSMİ
Günün ulduz falı
Pilotun ustalığı 113 insanın həyatını xilas etdi
Necati Şaşmaz yeni serialda Şəms Təbrizi olacaq
Azərbaycanda yeni məktəblər şəbəkəsi yaradılacaq
Google istifadəçilərinə şad xəbər
Dünyada ilk selfi muzeyi açıldı – FOTO
Azərbaycan yeni silah istehsalına başlayır
HAVA necə olacaq?- 16 MART
Möhtəşəm ziyafət ayaqqabıları
Dadlı və asan tort (foto resept)
Rəngarəng qablar (2)
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda dəyişikliklər edildi
Oğlan uşaqlarının inkişafında üç mərhələ - 2
Adriana Lima və Metin Hara ayrılıb-SƏBƏB
Azərbaycan polislərinə müjdə
Kişilər niyə oğlan uşağı istəyirlər?
Azərbaycan tarixindən yüz şəxsiyyət-3
Azərbaycanda bu müəllimlərdən vergi alınacaq
Sinan Akçıl kökəldi-FOTO
Qırıcılarımız cəbhədə
"Kurtlar Vadisi"nin "Ömər baba"sı Bakıda - FOTO
“Facebook”da “bəyənmirəm” düyməsi nə ilə əvəzlənəcək?















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]