Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Mişel Baçeletə rəsmi məktub ünvanlayıb.
Baş prokurorluqdan verilən məlumata görə, Kamran Əliyev bildirib ki, Ermənistan tərəfindən insan hüquqları və beynəlxalq humanitar hüququn normalarının, eləcə də BMT-nin Konvensiyalarının müddəalarının kobud şəkildə pozularaq Ermənistanın hərbi siyasi rəhbərliyi və diasporu tərəfindən xarici ölkələrin vətəndaşları olan erməni əsilli “könüllülər”in Azərbaycan Respublikasının ərazisində döyüş əməliyyatlarında iştirak etmələri üçün dəvət edilməsi və maliyyələşdirməsi müəyyən edilib.
Həmçinin, diqqətə çatdırılıb ki, qanunsuz silahlı birləşmələrin və qrupların yaradılması bir çox xarici ölkələrin qanunvericiliyində olduğu kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də cinayət əməlləri kimi qiymətləndirilir.
Bununla bağlı, Azərbaycan Respublikasına qarşı döyüş əməliyyatlarında Ermənistan tərəfindən tək və ya qrup şəklində iştirak edən bəzi muzdluların ad və soyadları, vətəndaşları olduqları ölkələrin siyahısı açıqlanıb.
Belə ki, Fransa vətəndaşları-Artur Ohanisyan, ASALA terror təşkilatının üzvü Gilbert Minasyan (onunla birlikdə adları istintaqa məlum olmayan 15 nəfər şəxs); “Zouaves Paris” ekstremist qrupunun lideri Mark de Kakkerey - Valmenir; Gürcüstan vətəndaşlığından artıq məhrum edilmiş Vaaqn Çaxalyan, İran İslam Respublikasının vətəndaşı Harmik Hovsepiyan, Belarus vətəndaşı Serov Sergey Valeriyeviç, ABŞ vətəndaşı Aruşan Badasyan və digərlərinin muzdlu kimi döyüş əməliyyatlarında iştirak etmələri məlum olub.
Həmçinin, Ermənistan işğalından azad edilmiş ərazilərə baxış keçirilən zaman aşkar edilmiş 2 meyit üzərində muzdluların etnik mənşəyini sübut edən işarələr aşkar edilib ki, bu və qeyd edilən digər faktlar muzdluların iştirakını bir daha təsdiq edib.
Göstərilən faktlarla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb və hazırda həmin işlər üzrə istintaq davam etdirilir.
Eyni zamanda, Baş Prokuror Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən mülki əhalimizin hədəfə alınması və qadağan edilmiş fosfor bombalarından istifadə edilməsini xüsusilə qeyd edib.
Həmçinin, diqqətə çatdırılıb ki, hazırkı vaxtadək “SCUD” və “Smerç” raket qurğularından yalnız döyüş meydanında deyil, eləcə də mülki şəxslərə qarşı istifadə edilib, həmin faktlar “Human Rights Watch” və “Amnesty İnternational” nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qeydə alınmaqla həmin əməllər “qəddar və ağlasığmaz” kimi qiymətləndirilib.
Noyabrın 7-də 16 yaşlı Şahmalı Rəhimovun Bərdə rayonuna növbəti mərmi atılması nəticəsində həlak olması və bununla da, ölən mülki şəxslərin sayının 93 nəfərə çatması vurğulanıb.
Qeyd edilib ki, Ermənistan həm döyüş meydanında, həm də münaqişə zonasından kənarda yerləşən Tərtər, Ağcabədi və Goranboy rayonlarını qadağan edilmiş və son dərəcə təhlükəli olan fosfor bombalarından beş dəfə istifadə etməklə müxtəlif vaxtlarda atəşə tutub.
Baş Prokuror, həmin halları sübut edən ətraflı foto və videomaterialları təqdim etməklə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarından göstərilən faktların gələcək bəyanat və hesabatlarında qeyd edilməsini və törədilmiş cinayətlərlə bağlı səlahiyyət çərçivəsində Ermənistan rəhbərliyinə qarşı tədbir görülməsini xahiş edib.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Çinlilər Heydər Əliyev Mərkəzinin oxşarını yaradıblar
Robert Jurakın əl işləri
Yaralı əsgərimiz Şuşa qələbəsini xəstəxana pəncərəsində qeyd etdi - VİDEO
Sabahın hava proqnozu
Ali məktəblərdə II qrup üzrə yerlər boş qalacaq - AÇIQLAMA
Daha bir serial Final edir
TQDK-dan yenilik
Britaniya səmasında mələk göründü
Azərbaycanda sərnişindaşıma tarifləri ucuzlaşıb
Miqrantlara sərfəli alternativ bazar ola bilər
Azərbaycanda yanvar ayında hava necə olacaq?
Ay ətrafındakı dairənin SİRRİ-FOTO
Zehni inkişaf etdirən qidalar
Hazal Kaya Kıvanç Tatlıtuğdan danışdı
Havaların şaxtalı keçməsi onların işini asanlaşdırıb
Bayhan fərqli imiclə səhnəyə qayıdır - FOTO
Qadin.Netlilərlə səyahət(Son)
Yaşlı modellər
Kokos südündə balıq şorbası (foto resept)
Əvvəll döydü, sonra xilas etdi
Ev işləri kalori yandırmağa kömək edirmi?
30 yaşından sonra necə arıqlayaq?
Co Bayden: “Mən bölücü yox, birləşdirici prezident olmağa söz verirəm”
Məşhur həkimdən liposaksiya etdirənlərə xəbərdarlıq
Azərbaycanda əmək haqları artacaq
Niderland Türkiyədən üzr istədi
"Torpaqlarını azad etmək Azərbaycanın haqqıdır"
Qəribə, qorxulu heyvan tutuldu
HAVA necə olacaq?
Hər bürcün öz gizli silahı olduğundan xəbəriniz var?
Dünyanın ən cazibədar qara dərili qızı və qara dulu
Demet Akalın səhər yeməyinə verdiyi pulla GÜNDƏMDƏDİR_FOTO
Tuba Büyüküstünün seriala kiminlə çəkiləcək? - FOTO
Müəllimlər ixtisara düşür?
Hıçqırıqdan xilas olmağın yolları
iPhone-da yeni oyun: əsas alət çexoldur
Cəbhədə gərgin gecə
Qocalma əleyhinə preparat hazırlandı
Ulduz cütlük koronavirusa yoluxdu
Rapunzel sindromu
Bakı bulvarının ziyarətçilərini yenilik gözləyir
ABŞ-da 40 milyon üçün dilənən ermənilər
2014-cü ilin gəlinlik modelləri
Müalicəsi olmayan bəla
"Google"dan yenilik
Məktəblərdə pozuntular aşkarlandı - RƏSMİ
Suriya müxalifəti sülhdən boyun qaçırır?
Dünya 100 il əvvəl
Tək qaş dəbi
Üzü Qara ev














