Artıq arıçılıq məhsullarının sərgi-satış yarmarkasına çıxarılmış 120 ton balın böyük hissəsi satılıb.
Qadin.Net trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov deyib.
Onun sözlərinə görə, yarmarkaya ümumilikdə 120 ton bal çıxarılıb və bu günə qədər anbarlardan yarmarkaya 107 ton bal verilib: "Hazırda anbarlarda cəmi 13 ton bal qalıb və bazar gününə kimi həmin balın da satışa çıxarılacağını gözləyirik. Anbardakı bal arıçıların sifarişi əsasında onlara verilir. Yarmarkanın ilk günündə satış üçün anbardan arıçılara 30 ton bal verilmişdi, indi isə bu rəqəm 107 tona çatıb. Aradakı fərqi və gündəlik satış həcmini nəzərə alsaq, iki həftə ərzində sərgi-satış yarmarkasında 70 tona yaxın balın satıldığını söyləyə bilərik. Təbii ki, bu rəqəmlər nisbidir və dəqiq satış həcmi yarmarkanın yekununda məlum olacaq".
Vüqar Hüseynov bildirib ki, vətəndaşlar arasında yarmarkaya maraq böyükdür və bu satışın həcminə müsbət təsir göstərir.
KTN rəsmisi bildirib ki, 5-28 oktyabr tarixlərində keçirilən yarmarkada qiymətlər sərbəstdir: "Nazirlik heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin müəyyənləşməsində iştirak etmir. Arıçılara da bildirmişik ki, satdıqları bala qiymət qoymaqda sərbəstdirlər. Liberal iqtisadiyyatdır, kim öz məhsulunu neçəyə istəsə təklif edə bilər. Bu baxımdan yarmarkanın ilk günlərində balın orta qiyməti 25 manat olaraq formalaşmışdı, amma son günlər qiymətlərdə ucuzlaşma müşahidə olunur. Artıq yarmarkada 20, hətta 15 manata da bal almaq mümkündür. Qiymətlərin ucuzlaşması balın keyfiyyəti ilə bağlı məsələ deyil. Birincisi, arıçı qiyməti müəyyən edərkən alıcılıq qabiliyyətini nəzərə almalıdır. İlk günlər bunu nəzərə alanlar daha çox miqdarda bal sata biliblər. İkincisi, bəzi arıçılar artıq yarmarkaya gətirdikləri məhsulun 80 faizini satıblar, o səbəbdən qiyməti aşağı salaraq son məhsulu da satıb, evlərinə qayıtmaq istəyirlər. Buna görə vətəndaşlar balın qiymətinin ucuzlaşmasından narahat olmasınlar, bu, keyfiyyətlə bağlı deyil, sırf yarmarkanın başa çatmaq üzrə olması ilə əlaqədar məsələdir".
Vüqar Hüseynov bu il keçirilən yarmarkada iki mühüm nəticəyə nail olduqlarını bildirib: "Müxtəlif nəticələr var, yarmarkanın təşkili və gedişatı ilə bağlı məsələlər tədbir başa çatdıqdan sonra daha geniş təhlil olunacaq. Amma iki nəticə dəqiqdir, iki məsələdə real nəticəyə nail ola bilmişik. Birincisi, satışa keyfiyyəti aşağı olan bal nümunələrinin çıxarılmasının qarşısı qəti şəkildə alınıb, vətəndaşlar yarmarkada yalnız və yalnız xalis, təmiz baklın satıldığına əmin ola bilərlər. İkincisi, əvvəlki illərdə keçirilən yarmarkalarda ən böyük problemlərdən biri tədbir keçirilən ərazinin yaxınlığında, küçələrdə, səki üzərində, metro girişlərində saxta bal alverçilərinin vətəndaşlara ucuz qiymətə keyfiyyətsiz məhsul təqdim etməsi idi. Bu il biz bu problemin həllinə nail ola bildik. Saxta bal alverçilərinin vətəndaşları aldatmasının qarşısını almaqda Daxili İşlər Nazirliyinin böyük rolu olub və bu prosesdə bizimlə birgə iştirak edən polis əməkdaşlarına xüsusi təşəkkürümüzü bildiririk".
KTN rəsmisi bu il yarmarkanın Azərbaycan Arıçılar Assosiasiyası ilə əmkdaşlıq formatında keçirildiyini xatırladıb: "Yarmarkanın uğurlu təşkilində verdiyimiz bu qərarın da böyük rolu olub. Əsl arıçılar hər bir məsələdə bizdən köməklərini əsirgəməyiblər. Hesab edirik ki, növbəti illərdə Azərbaycan Arıçılar Assosiasiyası ilə əməkdaşlığı daha da genişləndirməyə ehtiyac var".
XƏBƏR LENTİ
Birce Akalay yeni imicdə-FOTO
Zakir Həsənov silahlandı
Kəlağayıların əsil qiyməti
Lobyalı şorba
Nescafeli Muffin (foto-resept)
Qadınların hamilə qala bilməməsinin SƏBƏBİ ÜZƏ ÇIXDI
Nərmini öldürən İlkinlə bağlı DƏHŞƏTLİ FAKTLAR
Mənfi düşüncələrə vida edin
Rəqəmli tortların hazırlanma qaydası
Azərbaycanda İİV-ə yoluxanların statistikası açıqlandı
Teflon örtüyü olan qablarda təhlükə
Yer kürəsi bu tarixdə məhv olacaq: Sayılı günlər qaldı - DƏHŞƏTLİ PROQNOZ
Məşhur futbolçu bu gün evlənir
Günün ulduz falı - 31.01.2014
Novruz bayramında 9 gün ardıcıl iş olmayacaq
Dəbli geyimlər - 1-ci hissə
Azərbaycanda rekord koronavirusa yoluxma: Yeddi nəfər öldü
Nikoil bank MilliÖN ödəniş sisteminə qoşuldu
Dünya gəlinləri
Milyarder Ukrayna gözəli ilə evləndi-FOTO
Hündürdaban ayaqqabılar
Alim: 1000 il sonra...
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
“WhatsApp”da YENİLİK
Beyni ölmüş ana sağlam uşaq dünyaya gətirdi
Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
"Çukur"un yeni mövsüm tizeri - Video
Şəki bazarı "od tutub yanır"
Bakıya ilk qar yağdı
“Palmali” böyük layihəyə start verdi
Gözəl xanımlar üçün
Sertab Erener onları məhkəməyə verdi
​Yevlaxda 13 yaşlı bəylə 14 yaşlı gəlin evləndi - FOTO
Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?
Qırmızı şərabla bağlı böyük yalan ortaya çıxdı
Beren Saat yeni layihə ilə hər kəsi sevindirdi-FOTO
Qadınların hislərini ələ verən 9 vəziyyət
İstədiyinizdə deyil, acdığınızda yeyin!
Metroda mahnı oxudu, həyatı dəyişdi - VİDEO
Bakının bu marşrutları da kartla ödəniş sisteminə keçir - SİYAHI
Pəhrizdən sonra sinənin görünüşünü necə saxlamalı?
Jirinovski SSRİ-i yaratmağa çağırdı, Azərbaycanı da ora qatdı
Gələcəyin mətbəxi evin ailə üzvlərini yadda saxlayacaq
Putin bu uşağın ən böyük arzusunu reallaşdırdı-FOTO
Həftənin ilk iş günü üçün hava necə olacaq
Qeyri-adi üzüklər
"WhatsApp"dakı şəkilləriniz təhlükədədir
Rayonlara qar yağacaq
Tüklənən geyimlər necə təmizlənməlidir?
Cavanlıq sirri qulaq arxasında gizlənib















- ŞƏRHLƏR