İlk güzəştli mənzillərin mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı təmin edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikintisi davam edən ilk layihəsi - Yasamal Yaşayış Kompleksinin 9 binadan və 584 mənzildən ibarət olan birinci məhəlləsinin mənzillərinin mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı təmin edilib. Bununla əlaqədar, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinə hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışlar təqdim olunub.
MİDA-dan Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qabaqcadan qeydiyyat sənədləri tikintisi davam edən mənzillərin alqı-satqısının rəsmiləşdirilməsi üçün əsasdır. Eyni zamanda, mövcud qanunvericiliyə uyğun olaraq, qabaqcadan qeydiyyat arayışı tikinti mərhələsində olan mənzillərin girov qoyularaq "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyəti və "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq müqaviləsini imzalamış müvəkkil banklar tərəfindən güzəştli ipoteka kreditlərinin verilməsinə imkan yaradır.
Mənzillər üzrə hüquqların qabaqcadan qeydiyyatı təsdiq olunmuş tikinti layihəsi və tikintiyə icazə əsasında aparılır, mənzillərin layihəyə uyğun şəkildə inşa olunmasına zəmanət verir. Yaşayış binası tikilərək istismara verildikdən sonra, mənzilə sahib olan vətəndaşın qabaqcadan qeydiyyat arayışı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə əvəzlənəcək.
Mənzil İnşaatı Dövlət Agentliyi 29 yaşayış binasından ibarət Yasamal Yaşayış Kompleksinin tikintisi davam edən növbəti mənzillərinin mülkiyyət hüququnun qabaqcadan qeydiyyatının təmin edilməsi istiqamətində işləri davam etdirəcək və müvafiq arayışların mərhələli şəkildə alınmasını təmin edəcək.
XƏBƏR LENTİ
Küçə sənəti - 1
Şotlandiyada ev qiymətinə ada satılır - Fotolar
Qış gəldi, amma istilik yox
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri bəlli oldu
BÜRCLƏR bizə nə vəd edir?-30 Oktyabr
Arıqlamağa mane olan səbəblər
Alla Puqaçova hər oxuduğu mahnı üçün 1 milyon alırmış?
Məzuniyyəti harada keçirməli?
Ayda baza tapıldı?
2012-ci il yataq otağı modelləri
Gerard Depardiye Türk vətəndaşı olmaq istəyir-FOTO
Sudan niyə xlor qoxusu gəlir? - AÇIQLAMA
Dəbli kişi paltoları
Avropanın təkcə bu ölkəsində koronavirusa yoluxma halı qeyd olunmayıb
FİFA ilin komandasını seçir
Günün qoroskopu: ciddi səylərə ehtiyac yoxdur
HAVA necə olacaq?
Mark 2030-cu ilə qədər yeni sosial platforma yaradacaq
Hava haqqında
Beren Saatın şən halı TƏƏCCÜBLƏNDİRDİ
Azərbaycanda məmur övladlarının əsgər getmələri ilə bağlı rəsmi açıqlama
Dünyanın ən bahalı kirayə evi odur?
Sibel Can cavabı ilə təəccübləndirdi-FOTO
Ahmet Kural Sılnın böhtanından danışdı-MÜSAHİBƏ
Qadınlar nədən qorxur?
Günün qoroskopu: çoxdan arzuladığınız bir işi həyata keçirə bilərsiniz
Lobyalı tərəvəz şorbası (foto resept)
Ukraynada yayın ortasında qar yağdı
Abituriyentlər, bu xəbəri qaçırmayın!
Həcc ziyarətinin qiyməti bəlli oldu
Azərbaycan insan kapitalı indeksinə görə MDB ölkələri arasında üçüncü yeri tutdu
“E-Təbib” mobil tətbiqi necə işləyəcək? - AÇIQLAMA
"Pizza" (foto-resept)
Şəhid anasından nümunəvi addım: Birdəfəlik yardımı Ordumuza bağışladı
İdmançımız dünya çempionu oldu
Məşhur cütlük evləndi
Məşhurların böyüyən ailəsi
Qaymorit nədən əmələ gəlir?
BÜRCLƏR bizə nə vəd edir? -23 MAY
Məntiqi rəngləmələr - 2
Eser Yenenler ata olacaq!
Azərbaycanda işsizlərə sığorta pulu veriləcək
Kürəkdəki sızanaqlardan necə xilas olmalı?
"Ən möhtəşəm veriliş Tarkanla oldu" - Beyazıt Öztürk
Vaqif Mustafazadənin 75 illik yubileyi qeyd olunacaq
Haruki Murakamidən tövsiyələr
Bakı Bulvarında yenilik
Dəri növlərinə uyğun maskalar
Facebook istifadəçilərinin narahatlığına əsas yoxdur
Bu gün Azərbaycanda Milli Teatr Günüdür














