Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışına başlanılır.
Qadin.Net bildirir ki, MİDA-dan Milli.Az-a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1,2,3 və 4 saylı binalarında mənzillərin satışı mayın 7-də saat 10:00-da başlayacaq və avqustun 7-də saat 10:00-dək davam edəcək.
Satışa 260 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin olunub. Bütün binalar Azərbaycan Dövlət Tikinti normalarına uyğun layihələndirilib və inşa olunur. Bununla bağlı Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin müsbət rəyləri mövcuddur. Eyni zamanda, mənzillərə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilib.
Vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunub. Belə ki, 1 otaqlı mənzilin qiyməti 29925 manatdan, 2 otaqlı mənzilin satış qiyməti 47282 manatdan, 3 otaqlı mənzilin qiyməti 65626 manatdan başlayır. Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda illik faiz dərəcəsi 4%, müddəti 3-30 il, minimal ilkin ödəniş 10% olmaqla 1 otaqlı mənzilə 129-136 manat, 2 otaqlı mənzilə 203-236 manat, 3 otaqlı mənzilə 282-288 manat aylıq ödəniş etməlidir.
Mənzilə güzəştli şərtlərlə ipoteka krediti vasitəsi ilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.
Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satış qiyməti belədir: 1 otaqlı mənzil 26932 manat, 2 otaqlı mənzil 42554 manat, 3 otaqlı mənzil 59063 manat.
MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalında yaradılmış "Güzəştli mənzil" sistemi vasitəsi ilə elektron qaydada həyata keçirilir. Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.
XƏBƏR LENTİ
Bakı ilə Nitsa arasında birbaşa aviareys açılır?
2015 yaz-yay çantaları
Aslı Enver yenidən ekranlara qayıdır
Azərbaycanda 1500 test keçiriləcək
Kələmli sadə salat(foto resept)
Vivienin bürc illustrasiyaları
Ermənistanın yeni Xarici işlər naziri azərbaycanlı imiş - FOTO
İdman edərək yaddaşınızı gücləndirin.
Cennifer Lopezdən dirək rəqsi – VİDEO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya Moskvada Müqəddəs Mələksima Knyaginya Olqa ordeni təqdim edilib - FOTO
"Neftçi"nin yeni baş məşqçisinin adı bəlli oldu
"Matrisa" yenidən çəkilir
"Recep İvedik 5" Azərbaycanda nümayiş olunacaq?
Ev üsulu toyuq kolbasası (foto resept)
Düşməni vahiməyə salan döyüşçü Paşa kimdir?
Qızılca və məxmərək peyvəndi almayanların diqqətinə!
Yeni Maserati GranCabrio
2019-cu ilin ilk TRENDİ
Sentyabr ayı üçün bayramlar və tarixi günlər
Flaşmob sevənlər üçün film
Sinəyə qulluq
Qış xəstəliklərindən qoruyan 3 ərzaq
Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 22 il ötür
Qrip ilə koronavirusun fərqi nədir?
İnsanlıq dərsi: 200 min dollar tapdı və...
Faydalı dizayna malik əşyalar
"Ig Nobel" mükafatı
Qırğızıstanda rus dilinin rəsmi statusu ilə bağlı qərar verildi
Bu qidalar asılılıq yaradır!
“Azərcell” ləğv olunur - SON DƏQİQƏ
Heç nə əbəs yerə yaradılmayıb
Qəbələ rayonuna 2 milyon manat ayrıldı
Diş fırçası insanı infarkt xəstəliyindən qoruyur.
Gimnastika və onun sağlamlaşdırıcı əhəmiyyəti
"Simpsonlar 2" gəlir - 12 illik fasilədən sonra
Ramzan Kadırov Zabit Səmədovu Kikboksinq Klubuna rəhbər təyin edib
20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir
Məşhur aktrisanın toyu oldu
Deniz Seki ana ola bilməyəcək-SƏBƏB
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Vanna otağı təmizliyi qaydaları
Aqressiv uşaqları belə yedizdirin
Keçmiş sevgilisi toya gəlinlikdə gəldi-FOTO
Maqnoliya pudinqi (foto resept)
Körpəyə süd verən anaların yeməli olduğu qidalar
Karantin rejiminin hansı halda daha da yumşaldılacağı açıqlandı - RƏSMİ
Düyülü toyuq dolması (foto resept)
NASA həll edə bilmədiyi məsələ üçün tələbələrə 180 min dollar təklif edir
Evdar qadınlara müavinət veriləcək?-Ətraflı
"Qarabağ" tarix yazdı