
Letargiya yuxusu insan bədəninin yuxuya bənzər, hərəkətsiz vəziyyətdə olması, qıcıqlara cavab verməməsi, dəqiq müayinə zamanı belə, aşkarlana bilinməyən həyat funksiyalarının tam itməsi ilə müşahidə olunan haldır. İnsanın dərisi solğunlaşır, soyuq olur, sifət cizgiləri kəskinləşir, göz bəbəkləri işığa reaksiya vermir. Bu halda insan huşunu itirir və naməlum müddətə yuxuya gedir. Tənəffüsünü və nəbzini xüsusi tibbi avadanlıqlar olmadan aşkar etmək mümkün olmur. Letargik yuxu bir neçə saatdan bir neçə həftəyə qədər, hətta illərlə davam edir.
Tutmalar bir qayda olaraq güclü sinir sarsıntısından və ya ciddi üzülmə nəticəsində qəflətən başlayır. Bu hal sağlam adamlarda da rast gəlinə bilər. Letargik yuxuya daha çox əsəbi cavan qadınlar məruz qalırlar.
Bu cür hallarda qədimlərdə insanın nəfəs alıb-almadığını təyin etmək üçün dodaqlarına güzgü yaxınlaşdırılırdı. Aydındır ki, bu da həmişə nəticə vermirdi.
Bu xəstəlik barəsində hələ keçmiş zamanlardan qaynaqlanan hekayələr çoxdur. İki əsr bundan əvvəl Fransada yaşamış varlı notariusun qızı Cülyetta Düvel kasıb heykəltaraşa aşiq olur, lakin valideynləri bu nigahın əleyhinə olurlar. Onlar qızın qaçacağından qorxub, onu otağında dustaq edirlər. Qız bütün günü ağlayır, yeməkdən imtina edir. Üçüncü gün qulluqçu yemək gətirərkən qızın döşəmədə həyat əlamətləri olmadan uzandığını görür. Həkim Cülyettanın öldüyünü bildirir və nəticədə qızı ailə qəbirstanlığında dəfn edirlər.
Ölümündən 3 gün sonra Cülyettanın öz əli ilə yazdığı məktubunu valideynləri gördükdə təəccübdən donurlar. Cülyetta yazırdı ki, dəfndən sonra onun sevgilisi dua etməkçün ibadətgaha gəlmiş, sevdiyinin üzünü görmək üçün tabutun qapağını qaldırmış və bu zaman əlində tutduğu şamın 1 damcı mumu Cülyettanın yanağına düşmüşdür. Qız o saniyə gözlərini açmışdır. Əlbəttə ki, bundan sonra cavanlar evlənmiş və valideynlər artıq onlara mane olmamışlar.
Ginnesin rekordlar kitabına düşmüş, rəsmi qeyd olunmuş ən uzun letargik yuxu hadisəsi 1954-cü ildə Nadejda Artyomovna Lebedina (1920-ci ildə anadan olub) ilə baş vermişdir. Nadejda həyat yoldaşı ilə etdiyi boyük davadan sonra aldığı güclü stress nəticəsində 20 illik yuxuya getmiş və ancaq 1974-cü ildə ayılmışdır. Həkimlər onun tam sağlam olduğunu bəyan etmişlər.
Müəyyən fərziyyələr olmasına baxmayaraq letargiyanın səbəbləri və müalicəsi tibbə tam aydın deyil. Həmçinin oyanmanın nə zaman baş verəcəyini də proqnozlaşdırmaq qeyri-mümkündür.
Tibbdə dəm qazından, böyük qan itkisindən, isteriya tutmalarından, ürəkgetmə sonrası letargik yuxuya düşmə halları qeyd olunur. Yuxuya gedən insanlarda qocalma mexanizmi ləngiyir. 20 il yuxu ərzində belə zahirən insan dəyişmir, amma oyanandan sonra 2-3 il ərzində öz bioloji yaşını bərpa edir. Oyananlardan bir çoxu bəyan ediblər ki, yuxuda ikən ətrafda baş verən hər şeyi hiss edib və duyublar, lakin barmaqlarını belə tərpətməyə gücləri olmayıb.
Keçmişdə letargik yuxuda olanları ölmüş hesab edib dəfn edirdilər. Hazırda belə hadisələr istisnadır. Letargik yuxuya ən kiçik şübhə belə olduqda insanı xəstəxanaya aparırlar və onunla bir sıra prosedurlar keçirilir. Xüsusi ilə elektrokardioqramma və elektroensefaloqramma. Bu müayinələr beynin və ürəyin ən zəif fəallıq əlamətlərini belə qeyd etməyə imkan verir.
Sakit və stressdən uzaq həyat letargiyanın ən yaxşı zəmanətidir…
Özünüzü stressdən qoruyun…
XƏBƏR LENTİ
Bu gün Azərbaycanda Gənclər Günüdür
Antiperspirantların təhlükəsi
İlham Əliyevin himayə etdiyi tədbir olacaq
Şəhzadə Harry və Meghanın toyu
102 yaşlı əkizlərdən uzunömürlülüyün sirrini
Gəlin ki, olmuşam...
Avqust ayının qalibləri!
Bakıda doqquz marşrut xəttinin istiqaməti dəyişdirilib
Dünya gündəminə BOMBA KİMİ DÜŞDÜ: 12 min əsgər göndərilir
Demet Akalın izləyicisini məhkəməyə verdi-SƏBƏB
"Azərbaycan və Ermənistan prezidentlərinin bu ay görüşəcəyinə ümid edirik"
50 nəfər əlilə mənzil verilib
Cennifer Lopez hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Naxçıvanda zəlzələ oldu
Səhiyyə Nazirliyindən dərmanların qiyməti ilə bağlı açıqlama
Çiyələk souslu blinçik(foto resept)
Hadise və Kaan nişan hazırlığına başladılar
2018-ci il bu telefonların ili olacaq - FOTO
Anasının FOTOsunu paylaşdı, hər kəs HEYRƏTLƏNDİ
İnternet dükanlarında kim nə alır?
Gülşənə bacısının ölüm xəbərini verdilər
Çoxuşaqlı ailələr: sevgi, yoxsa çıxılmazlıq?
Bir az dərin düşünək
Məşhur aktrisa 80 yaşlı biznesmenə ərə getdi-FOTO
Bakıda dollar və rubl əməliyyatları məhdudlaşdı
Evinizdə incəsənət əsərləri
Şəhər meri at, qoyun və eşşəkləri yasaqladı
Gəncənin "Avropa Gənclər Paytaxtı - 2016" seçilməsi ilə əlaqədar flaşmob keçirilib
Satışı qadağan edilən polietilen torbalarla bağlı VACİB AÇIQLAMA
Beyons 100 milyon dollar qazanacaq
Çimərliklərə axın başlayıb
Taleyini necə dəyişmək olar?
Bu günün hava proqnozu
Günün ulduz falı - 14.10.2013
Kitab fərqli dünyalara açılan qapıdır!
Türkiyədə uçan kömür şaxtasından 9 nəfər çıxarıldı
Yaponiya əhalisinin koronavirusa qarşı pulsuz vaksinasiyasını planlaşdırır
Ağ siçan ilinin Bürclər Üzrə PROQNOZU
Türkiyə prezidenti şəhidlərin və öldürülən terrorçuların sayını açıqladı
Quranı ayaqladı, polis tutdu
Gənclərə Prezident mükafatları verildi
“Hercai” efirlə vidalaşır
Qənaətcil qadınlara məsləhətlər
Bu gün virtual “Son zəng” keçiriləcək
İki ekranlı smartfon təqdim olundu
Gülməyin insana təsiri
77 qəpiyə gələn mal Azərbaycanda 20 manata satılır
Ekologiyamız "sağlam" olarsa..
Prezident İlham Əliyevdən Qarabağ qaziləri və şəhid ailələri ilə bağlı ÖNƏMLİ SƏRƏNCAM
Kirayə yolla satılan mənzillərin QİYMƏTİ














