1. Mütəxəssislər tez-tez antipersirantların ziyanları haqqında danışır. Antiperspirantları hətta süd vəzi xərçənginin inkişafında günahlandırırlar.
Milli.Az Sağlamolun.Az-a istinadən bildirir ki, Almaniya və İngiltərə alimlərinin fikirinə görə, antiperspirantlardan süi-istifadə edən qadınlarda süd vəzi xərçənginin riski artmış olur. Məsələ burasındadır ki, sprey-dezorantlardan fərqli olaraq antiperspirantların tərkibində alluminium və sink istifadə olunur. Bu maddələr tər vəzilərini bağlayır ki, nəticədə tərin ifrazı dayanır.
Mütəxəssislərin müşahidələrinə görə, allüminium və sink maddələri toxumalarda yığılmaq xüsusiyyətinə malikdir. Alimlərin fikirinə görə, bu da xərçəngin inkişafına səbəb ola bilər. Alimlər süd vəzi xərçəngindən əziyyət çəkən qadınların süd vəzilərinin toxumalarının analizini etdikdə bu toxumalarda allüminiumun sağlam qadınlarla müqayisədə artıq miqdarda olduğunu aşkar ediblər. Alimlər bu araşdırmaları davam etdirməyi planlaşdırır.
2. Antiperspirantlar çox ciddi allergik reaksiyalara səbəb ola bilər. Dəriniz səpibsə və qaşınmağa başlayıbsa, antiperspirantdan dərhal imtina edin.
3. Antiperspirantların digər təhlükəsi hidradenit xəstəliyidir. Bu xəstəlik zamanı qapanmış tər vəzisi iltihablaşır, orada irin yığılır.
Zədələnmiş sahədə əvvəl kiçik düyün (və ya düyünlər) əmələ gəlir, dəri qaşınır, qızarır. Bir neçə gün ərzində düyünlər böyüyür, daha ağrılı olur, irinli proses başlayır. Xəstənin hərarəti qalxır, halsızlıq, zəiflik, baş ağrısı inkişaf edir, zədələnmiş nahiyədə güclü ağrı hiss olunur. Müalicəsiz buraxılmış bu xəstəlik ağır fəsadlar verə bilər (infeksiyanın daha dərin yayılması, hətta sepsis - mikrobların qan axını ilə bütün orqanizm boyu yaılması).
Bu səbəbdən hidradenitin ilk simptomlarında dermatoloqa və ya cərraha müraciət etmək lazımdır. Hidradenitin müalicəsinə xəstəliyin erkən mərhələlərində başlanmalıdır. Hidradenitin müalicəsində antibiotiklərdən istifadə olunur. Həmçinin zədələnmiş sahə tez-tez antiseptik məhlullarla təmizlənməlidir. Bir çox hallarda cərrahi müalicə tətbiq olunur - irinlik yarılır, irın çıxarılır.
4. Tərləmə orqanizmin müdafiə reaksiyasıdır ki, orqanizmdə istinin mübadiləsini təmin edir. İsti havada tər dərini soyudur və bu da bədənimizin normal hərarətinin saxlanmasına kömək edir. Bu təbii prosesə olan müdaxilə çox ziyanlıdır və hətta istivurmaya səbəb ola bilər. Bu səbəbdən mütəxəssislər isti havada və idman məşqləri zamanı antiperspirantdan istifadə etməyi tövsiyə etmirlər.
Alimlər ümumiyyətlə antiperspirantlardan yalnız çox zəruri hallarda istifadə etməyi, digər hallarda tərlə mübarizədə təbii üsullardan (soda, zəy və s.) istifadə etməyi tövsiyə edirlər.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Azərbaycanda məcburi köçkünlərə xəbərdarlıq
Cəbhə xəttində gərginlik
Alişan uşaqlıq FOTOsunu yaydı
Günün qoroskopu: hədər yerə pul xərcləməyin
Çin bu sahədə dünya lideridir
Yanukoviçi prezident rütbəsindən məhrum edildi
İngiltərədə 130-a yaxın kitabxana bağlandı
İstifadə olunmuş maskaları yığıb yenidən satırlar? - VİDEO
Putinin daha bir istedadı üzə çıxdı - VİDEO/FOTO
İdeal insan modeli
Hər bir dodaq boyası ayrılıqda stil tələb edir
Azərbaycanda koronavirusdan 1 nəfər öldü - 76 yeni yoluxma
Məşhur aktyor karantin günlərindən danışıb
Müasir ev dizaynları
Əmrah 3 milyona təyyarə alır-FOTO
Necati Şaşmaz "Eşkıya dünyaya hükümdar olmaz"a gəlir?
Çiyələkli, bananlı şeyk (foto resept)
Demi Murun cadulu qalstuku-FOTO
Snayder 36 minlik təzminat ödəyəcək-FOTO
Azərbaycanda mobil telefon bazarının liderləri
Gəlin namizədləri üçün
"İstanbullu gəlin" serialı Final edir
Kainatın ən bəxtəvər yeri tapıldı - FOTO
Milli Geyim Gününün təsis edilməsi ideyası dəstəkləndi - FOTO
Windows 8 üçün də Viber oldu
Baxışlar və gözlər
Gözəl dizaynlı çayniklər
Qarağat mussu (foto resept)
iPad satışları azalır
Pəhləvanlarımız 10 medal qazandılar
Demet Akalın Serenay və Cem Yılmaz münasibətinə söz atdı
Dünyaya baxşınızı dəyişəcək filmlər
Çində COVID-19-un ikinci dalğasının olmamasının səbəbi izah edildi
"Kinoya marağın artırılması üçün yeni kinoteatrların yaradılması zəruridir"
“Google” bağlanır
Qeyri-adi xalılar
Saç uzadan kök maskası
Ən duyğusuz bürc odur - XARAKTERİSTİKA
150 minlik nişan üzüyü ilə gündəm oldu-Əslində isə-FOTO
Gülben Ergen AÇIQLAMA vermədi
Uşaq otağı üçün çilçıraqlar
Koronavirus hava ilə yoluxur? - ÜST-dən açıqlama
Ulduzların qəribəlikləri
Yerin iqlimi üçün yeni təhlükə aşkar edildi
Alış-veriş mərkəzləri insanların xarakterindən xəbər verir
Ali Sunal Kamal Sunal üçün paylaşım etdi-FOTO
Komitə: "Erkən nikahlarla bağlı statistika bizi çox narahat edir"
Uşaqları maska taxmağa necə razı salmalıyıq?
Həftəsonu Azərbaycanda hava şəraiti necə olacaq?
Adobe Photoshop (Dərs-18)














