Azərbaycanın mədəniyyət xadimləri Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın Milli Geyim Gününün təsis edilməsi ideyasını dəstəkləyiblər.
Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, G. Xəlilovanın sözlərinə görə, Azərbaycan xalqının milli dəyərlərinin, mədəniyyətinin, incəsənətinin və qədim irsinin təbliğ edilməsi bu gün prioritet vəzifələrdən biridir: "Azərbaycanın milli geyimi iftixar predmetidir, xalqın və ölkənin müxtəlif region sakinlərinin özünəməxsusluğunu əks etdirir. Onu da nəzərə almaq lazımdır ki, XXI əsrdə yaşayırıq və milli kostyumu təkcə bayramlarda deyil, həm də gündəlik həyatda geyinmək üçün onun stilizasiyasına diqqət ayrılmalıdır. Azərbaycanda Milli Geyim Gününün təsis edilməsi ideyası tərəfimdən hələ 2006-cı ildə verilib və bununla əlaqədar bir çox iş görülüb. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi 2016-cı ildə bu ideyanı dəstəkləyərək mənə rəsmi məktub göndərib. Bu, çox sevindiricidir və düşünürəm ki, belə bayram tarixinin təsis edilməsinin vaxtı çatıb. Bundan başqa, Milli Geyim Gününün təsis edilməsi ölkədə turizm sənayesinin inkişafına xeyli töhfə verə bilər".
Azərbaycanın məşhur mədəniyyət xadimləri bu ideyanı dəstəkləyiblər. Onlar həmin günü necə gördükləri və hansı tarixin seçilməsi barədə Trend-in apardığı sorğuda danışıblar.
Xalq artisti, "Şöhrət" ordenli, xanəndə Səkinə İsmayılova: "Biz getdikcə daha çoz öz köklərimizə can atırıq, mənbələrimizə qayıdırıq, bu da çox sevindiricidir və Milli Geyim Gününün təsis edilməsindən xəbər verir. Çoxdan lazımdır! Dünyanın bir çox ölkəsində Milli Geyim Gününə həsr olunmuş müxtəlif festivallar və karnavallar keçirilir ki, bu da mədəniyyətin və turizm sənayesinin inkişafına yardım edir. Xalq mahnıları və muğam ifaçıları adətən milli geyimlərdə çıxış edirlər, özü də xaricdə ökənin siması, mədəniyyət və ənənələrin elçisi sayılırlar. Milli kostyumlar həmişə qiymətli tarixi mənbələrdən biri olub, axı xüsusi parça, rəng və ya ornamentin köməkliyi ilə xalqın ətraf mühit və insan haqqında baxışlarını öyrənmək, adət və ənənələr, özünəməxsusluq və milli mentalitet haqqında tanış olmaq mümkündür. Konkret bayram gününə gəlincə, Novruz bayramı ərəfəsində keçirmək, yaxud öz tarixini təsis etmək olar".
Xalq artisti, "Şöhrət" ordenli, aktrisa Afaq Bəşirqızı: "Gözəl ideyaya görə Gülnarə xanıma təşəkkürümü bildirirəm! Bu mənim çoxdankı arzumdur! Mən istərdim ki, təkcə rəqqaslar və artistlər səhnəyə milli geyimdə çıxmasınlar, qoy bütün qadınlarımız müxtəlif bayramlara belə gözəl libaslar geyinsinlər. Hər bir regionumuz özünəməxsus mili geyimi və ənənələri ilə fərqlənir. Bu sahəni mütləq qorumaq və inkişaf etdirmək lazımdır. Bütün dizaynerlər və rəssamlar həmin günü öz bacarıqlarını, xalq tətbiqi sənəti ustaları isə Azərbaycana həsr olunmuş öz işlərini nümayiş etdirə bilərlər. Azərbaycan qadınlarının əsl gözəlliyini göstərmək üçün həmin gün bayram yürüşünün, paradların, müxtəlif dəfilə və yaradıcılıq gecələrinin, milli geyimdə gözəllik müsabiqələrinin keçirilməsi ilə əlamətdar ola bilər. Həmin günü Martın 8-nə və ya Novruz bayramı ərəfəsinə salmaq mümkündür, ən yaxşı öz tarixi olsun, hadisələrin mərkəzi isə İçərişəhər olar. Bizim və gələcək nəsil üçün Milli Geyim Gününün təsis edilməsini çox vacib hesab edirəm".
Əməkdar incəsənət xadimi, "Şöhrət" ordenli, yazıçı Natiq Rəsulzadə: "Bu, çox orjinal və yaxşı ideyanı tam dəstəkləyirəm! Təəssüf ki, bir çox ölkədə insanlar milli ənənələrdən uzaqlaşırlar, həyat sürətlə ötüb keçir və müasirlik öz torlarını o qədər örtür ki, mənbələrimizi unuduruq. Milli kostyumlar xalqların özünəməxsus mədəniyyətlərinin vizual əksidir, ölkəmizdə buna həmişə xüsusi diqqət ayrılıb. Buna görə də belə günün təsis edilməsini aktual hesab edirəm. Fikrimcə, bu hər şeydən əvvəl gənclər arasında böyük maraq doğuracaq. Onlar təkcə Novruz bayramında deyil, həmin gün də müxtəlif aksiyalar, rəngarəng sərgilər, parlaq dəb nümayişləri və s. keçirərdi. Bu cür səmərəli ideyaların həyata keçirilməsi cəmiyyətimizin gələcək inkişafı üçün çox önəmlidir".
Xalq artisti, müğənni Faiq Ağayev: "Bu, əla ideyadır! Bizim çox zəngin və qədim mədəniyyətimiz, o cümlədən tarixdə təcəssüm etmiş milli geyimimiz var. Üstəlik çox istərdim ki, gənclərin nikah mərasimlərində və toylarda məhz milli geyimlərdə iştirak etmək dəbi yaransın. Bu, çox gözəldir və ənənələrə hörmətdir! Uşaqlıqdan milli geyimi aşılamaq, ona maraq doğurmaq lazımdır, bu da özlüyündə tərbiyəvi funksiyanı, milli irs və adətlərə hörməti daşıyır. Həmin günü adət və ənənələrə rəngarəng formada əməl edərək Novruz ərəfəsindəki çərşənbələrdən ( su, od, külək və torpaq) birinə salmaq olar. Bu, gözəl ölkəmiz barədə bütün dünyaya məlumat vermək üçün daha bir imkandır, çünki bizə müxtəlif ölkələrdən xeyli sayda qonaq gəlir".
Xalq artisti, bəstəkar Aygün Səmədzadə: "Çox gözəl ideyadır və həmin günü Azərbaycanda dövlət bayramı - Respublika Gününün qeyd edildiyi 28 May tarixinə salmaq olar. Gözəl hava, bahar, çiçəklər və hamı milli geyim və kostyumlarda! Həmin gün müxtəlif müsabiqələr, festivallar, sərgilər və dəb gecələri, ölkə şəhərlərinin küçələrində milli geyimlərdə karnaval yürüşləri keçirmək mümkündür. Sevindirici haldır ki, milli geyimə maraq daha çox gənc nəslin nümayəndələri arasında özünü göstərir. Üstəlik bu bizim üçün sadəcə dəbə ehtiram əlaməti deyil, həm də gündəlik həyatın rəmzinə çevrilməlidir. Milli kostyum təkcə geyim deyil, həm də bütöv xalq və ayrıca insan, ənənələr və xarakter, arzular və gözəllik haqqında xəbər verən böyük tarixdir".
Xalq artisti, rəqqasə Təranə Muradova: "Əla ideyadır! Məlum olduğu kimi, xalq rəqslərinin ifası zamanı səhnədə xüsusi milli geyimlərdə və kostyumlarda çıxış edirik, buna görə də mən xoreoqraf kimi həmin günün aprelin 29-da qeyd edilən Beynəlxalq Rəqs Günündə - bütün rəqs üslublarına həsr olunmuş bayramda təsis edilməsini istərdim. Mədəniyyət həyatının vacib hadisələri ilə bağlı istənilən başqa gün də olar. Həmin gün hamını parlaq milli kostyumlarda, buta, nar kimi milli ornamentli üslublaşdırılan müasir geyimlərdə görmək gözəl olardı. Düşünürəm ki, ənənələr, folklor mahnılar və rəqslərin olacağı gözəl bayram uzun müddət insanların yaddaşında qalacaq və irsimizin, mədəniyyətimizin və incəsənətimizin gözəl təbliğatına çevriləcək".
Xalq artisti, dirijor Yalçın Adıgözəlov: "Çox gözəl ideyadır və belə günü çoxdan təsis etmək lazımdır, çünki milli kostyum xalqımızın tarixi sərvəti, qədim Azərbaycan mədəniyyətinin bütöv təbəqəsidir və ölkə regionlarının özünəməxsusluğunu əks etdirir, müxtəlif dövrlərin əlamətlərini daşıyır. Mən Kiyevdə çox olmuşam və görmüşəm ki, insanlar Milli Geyim Günündə doğma torpağa sevgi əlaməti olaraq fəxr, vətənpərvərlik və qürur hissi ilə Ukrayna köynəyində gəzirlər. Əgər Azərbaycanda belə gün təsis edilsə, ailəm milli elementləri olan geyim və kostyumlar geyinərək işə gedəcəyik, yaxud şəhərdə gəzəcəyik, bu hadisəni qeyd edəcəyik. Fikrimcə, bu, ümumxalq və çox gözəl gün olacaq. Onu Novruz bayramı ərəfəsində, məsələn, ölkədə çoxlu turistin olduğu axır çərşənbədə keçirmək olar. Həmin gün bütün Bakı və regionlar bir böyük parlaq bayrama qərq olacaq"
XƏBƏR LENTİ
Modern qonaq otağı modelləri
Ermənistanda savaş başladı
Təmiz bir dəri üçün beş qulluq məsləhəti
Qara nöqtələr üçün qəhvə maskası
Bu günün hava proqnozu
Azərbaycanda yay vaxtına keçid ləğv olundu
Yaşıl çay necə içilməlidir?
Yeni sanksiyalar: hədəf Rusiya
Bu müəllimlər üçün yeni müsabiqəyə başlanılır
Murat Bozdan qəribə addım
Prezidentdən Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı SƏRƏNCAM
Almaniyaya miqrantlarla yanaşı UNO-lar da gəlməyə başlayıb
Abort qadağan edildi
"Aydınlanma səyahəti" kitabından seçmələr (2)
Hansı pasiyentlərin evdə müalicəsinə icazə veriləcək?- AÇIQLAMA
Trampın tərəfdarları Konqresin binasına belə daxil oldu - VİDEO
Xərçəng xəstəliyinin əlamətləri
Bunları edərək özünüzü bədbəxt etməyin!
Kollaj texnikası ilə çanta hazırlayaq
Məşhurların qidalanma sirləri
Hamilələrə necə davranmalı?
Qubada şəhid olan hərbi qulluqçu dəfn edilir
Azərbaycan filmləri qardaş ölkədə
Qış üçün tərəvəz kürüsü (foto resept)
Bakıda ucuz avtomobillər satılır
Selena Gomez yeni FOTO-larını paylaşdı
Bu il 10 min ailə dağılıb
Boksçularımız dünya çempionatının növbəti mərhələsində
Castin Biber xanımından danışdı-FOTO
Arqan yağı maskası
Bilik gününə hazırlıq: Gül mağazalarında indidən canlanma yaşanır
Mehriban Əliyeva iki şəhid ailəsinə yeni ev tikilməsi ilə bağlı göstəriş verdi - FOTO
Bişmiş tərəvəz salatı (foto-resept)
"Qarabağ" azarkeşlərinə möhtəşəm sürpiz
1000 manat istəyənlərin nəzərinə
“İrəli” İctimai Birliyi və ASAİF Gürcüstandakı gənclərlə görüş keçirib
Azərbaycanın Hərbi Komandanlığı işğal altında olan mülki əhaliyə müraciət etdi
Qubada zəlzələ olub
Yağış suları Gəncədə 2 evi yararsız hala saldı
İran Xəzər sahilində AES tikəcək
Acı bibərlə bağlı yeni faktlar
"Oscar" 30 ildən sonra İLK DƏFƏ
Bu kitab rekord vurdu
Kann festivalı başlandı - FOTO
Günün ulduz falı
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
ABŞ-da "Qara Cümə" xəbərdarlığı
Tulumba (video resept)
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
- ŞƏRHLƏR