Komitənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, DGK mütəmadi olaraq daxili bazarın monitorinqini aparır, xüsusən bayram və mövsumi dəyişikliklər ərəfəsində daxili bazarın vəziyyətinin öyrənilməsini və idxal ilə daxili bazar münasibətlərini prioritet məsələ kimi nəzarətdə saxlayır.
Novruz bayramı ilə əlaqədar DGK tərəfindən bu yaxınlarda araşdırma aparılıb və quru meyvələrin sahibkarlar tərəfindən bəyan edilən gömrük dəyəri və faktiki bazar qiymətləri arasında müqayisəli təhlil aparılıb. Sonuncu aparılan araşdırmalar üzrə qiymətlər aşağıdakı cədvəldə verilib:Bir il ərzində 50-dən artıq yerli şirkətlər quru meyvə idxal edib. Bu da daxili bazarda inhisarçılığın olmamasını bir daha göstərir.Qeyd etmək lazımdır ki, malların gömrük rəsmiləşdirilməsi sahibkarlar tərəfindən gömrük orqanlarına bəyan olunan gömrük dəyəri əsasında aparılır və gömrük ödənişləri gömrük dəyəri əsasında hesablanır. Gömrük dəyəri anlayışı malın faktiki bazar qiyməti anlayışından fərqli iqtisadi kateqoriyadır və onun digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da malların faktiki satış qiymətindən fərqlənməsi tam təbiidir.Belə ki, malların satış qiyməti sahibkarlar tərəfindən müəyyən edilir və gömrük dəyəri ilə yanaşı, eyni zamanda müxtəlif gömrük ödənişlərini (gömrük rüsumları, ƏDV, gömrük rəsmiləşdirilməsinə görə yığımlar və s.) ehtiva edir. Bu qiymətlər digər iqtisadi amillərlə yanaşı, əsasən tələb və təklif arasında nisbətdən və bazarın liberallıq dərəcəsindən asılıdır. Eyni zamanda daxili bazarda satış qiymətlərinə həmin malların təklifi ilə bağlı alıcıların rasional gözləntiləri, mövsümi dəyişikliklər, bayram öncəsi alıcılar arasında ajiotaj və s. kimi daha mürəkkəb faktorlar təsir edir.Məsələn, cədvəldən də göründüyü kimi, “badam, qabığı təmizlənmiş:” ölkəmizə idxal olunarkən gömrük orqanlarına bəyan edilən qiyməti 28 manat olduğu halda bazarlarda 18-23 manata satılır. Bu da respublikamızda yetərincə istehsal olunan badamın rəqabətdə üstünlüyü ələ alaraq bazarlarda artıq özünə yer tapması deməkdir və bu amil bir daha sübut edir ki, idxal qiymətləri satış qiymətlərinin formalaşmasında mühüm rol oynamır.Əlavə olaraq, idxal əməliyyatları adətən malların böyük partiyalarla alqı-satqısını ehtiva edən müqavilələr çərçivəsində həyata keçirilir. Həmin müqavilələrlə müəyyən olunan qiymətlər malların daxili bazarda pərakəndə satış qiymətlərindən fərqlənir.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
Alimlər 23 ölkəyə xəbərdarlıq etdi
Barak Obama yay məzuniyyəti zamanı oxuyacağı kitabların siyahısını bölüşüb
Günün ulduz falı
Keçi südünün faydaları
Baş katib: "Türkdilli ölkələr iqtisadiyyat və humanitar sahələrdə əməkdaşlığı gücləndirəcəklər"
Markdan iddialı AÇIQLAMA
BMW-dən yalnız avropalılar üçün
Messiyə 500 milyon avroluq təklif gəldi
Avtobuslara kameralar quraşdırılır
Günün qoroskopu: Büdcənizə nəzarət edin!
Ən böyük sərnişin təyyarəsi BAKIDA
117 yaşını belə qeyd etdi-FOTO
Məhkəmədə qalib gəldi, hicabı çıxardı
Bu ölkədə qadınların çılpaq gəzməsinə icazə verdilər
Bakıda təhlükəli uşaq qidası satılır
Yeni yemək bişirənlərə 6 tövsiyə
Sinoptiklər hansı hava şəraitini vəd edirlər?
Pensiyaçıların nəzərinə!
Hansı ölkə necə nahar edir?
Sevgi ve eqoizm
Yemiş yeyin, çünki...
Rusiya Müdafiə Nazirliyi yeni qırıcılar alır - 100 milyardlıq razılaşma
Gözəlliyimizi qoruyaq
Duyğu xarici qavramalar
Polad Həşimovun yaşadığı bina təmir olunur - VİDEO
Hadise yenə ƏSƏBLƏŞDİ-FOTO
Koronavirusa qarşı peyvənd nə qədər davamlıdır? – AÇIQLAMA
Qar topu şirniyyatı ( foto resept)
Yer kürəsində mövcud olan bütün ağac növlərinin SAYI bilindi
Yeni xüsusi informasiya bazası yaradılır
"Yallı" YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib
Haydi Klum keçmiş ərini məhkəməyə verdi
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA
Ağlamağı qəbahət hesab edənlər, oxuyun!
İçliklə doldurulmuş üçbucaq blinçiklər (foto resept)
Kim ki yüz il yaşamırsa...
Bakılılara şad xəbər: nömrə köçürmək 10 dəfə ucuzlaşıb
Balinanın mədəsindən çıxanlar hamını TƏƏCCÜBLƏNDİRDİ
HAVA necə olacaq?
Lavrov Azərbaycan XİN rəhbəri ilə Qarabağdakı vəziyyəti müzakirə edib
Qurudulmuş Xarı bülbülün kədərli hekayəsi: “Qardaşım itkin düşdü, Xarı bülbül bir də olmadı” - VİDEO
Məşhur aşbaz boşanır-SƏBƏB
Nadir rəngdə olan dəniz pişiyi böyük marağa səbəb oldu - FOTO/VİDEO
Fizika üzrə Nobel mükafatı laureatı AMEA Fizika İnstitutunda olub
HAVA necə olacaq?-8 Noyabr
Ayrılıq xəbərindən sonra ilk dəfə birlikdə görüntüləndilər - FOTO
ATƏT-in saytı haker hücumuna məruz qalıb
Hamilələr daha ağıllıdırlar?
Uşağı olmadığı üçün müalicə alan qadın 201 kq oldu - FOTO