"Kasıbınkı yaydır" fikrini əsas tutan hər kəs yay fəslinin gəlişini səbirsizliklə gözləyirdi ki, bazarlarda ucuzluq olacaq. Ən azından meyvə-tərəvəzin qiymətində müəyyən endirimlər olacaq. Ancaq bu bir gözlənti olaraq qaldı. Çünki paytaxt bazarlarında meyvə-tərəvəzin qiyməti bahadır.
Milli.Az musavat.com-a istinadən bildirir ki, aparılan müşahidələr ötən illə müqayisədə kənd təsərrüfatı məhsullarının qiymətində 30-40 faiz bahalaşma olduğunu deməyə əsas verir. Bir neçə bazar və marketdə apardığımız müşahidə zamanı həm də məhsul qıtlığı olduğunu gördük. Bu qıtlıq xüsusən də meyvələrdə hiss olunurdu. Qiymətlərə gəlincə isə pomidor marketdə 1 manat 30 qəpiyə, bazarlarda 2 manat 30 qəpik və 2 manat 50 qəpik arasında satılır. Xiyar bir həftə əvvələ qədər bazarda 40 qəpiyə idisə, indi 70-80 qəpiyə, lobya 70 qəpiyə, badımcan bazarda 50 qəpik, mağazada isə 59 qəpik və 1 manat 57 qəpiyə satılır.
Meyvələrin də qiyməti "zirvədədir". Belə ki, meyvələrdən gilasın qiyməti 3-6 manat arasında dəyişir. Ərik 3 manata, üzüm 6 manata, əzgil 4 manata, alça 2 manata satılır.
Bazarlardakı məhsul qıtlığı ilə yanaşı alıcıların da sayında kəskin azalma müşahidə edilirdi. Baş çəkdiyimiz "Yaşıl bazar"da satıcı işləyən Cahangir Əliyev də alıcı və məhsul qıtlığının yaşandığını dedi: "İki həftə əvvələ qədər qiymətlər tamamilə fərqli idi. Daha ucuz idi. Düzdür, keçənilki ucuzluq yoxdur. Məsələn, keçən il bu vaxtı xiyarı 30 qəpikdən almaq olurdu. İndi isə 70 qəpikdir. Bunun səbəbi yağış və dolunun yağması ilə əlaqəlidir. Ona görə də qıtlıqdır".
Meyvə satıcısı Əhməd Məmmədov məhsulun az olduğunu dedi: "Bu yay meyvələr çox azdır. Həm də baha gəlir. Baha aldığımız üçün də baha satırıq. Keçən il alçanı 50 qəpiyə satırdıq, bahadır deyirdilər. Meyvələrimiz Azərbaycanın tələbatını ödəyə bilmir. Az məhsulumuz ola-ola hələ Rusiyaya daşıyırlar. Gərək birinci özümüzün tələbatını ödəyək, sonra xaricə sataq. Bizdə əksinədir. Birinci meyvə-tərəvəzlə Rusiyanı təmin edirlər, artıq qalan az miqdarda kənd təsərrüfatı məhsullarını da baha qiymətə özümüzə satırlar".
Alıcılar da mövcud vəziyyətdən narazı idilər. Onlar artıq öz ərzaq səbətlərində müəyyən ixtisarlar etdiklərini deyirdilər. Alıcı Məlahət Abbasova bəzi meyvələri ixtisar etdiyini dedi: "Mürəbbə bişirmək üçün meyvə almaq istədim. Amma qiymətlər elə bahadır ki, yaxına getmək olmur. Həm də azdır. Axşam gələndə mən bazarda gilas tapa bilmirəm. Başqa vaxt çox olurdu. Ümid edirəm ki, gələn aya qiymətlərdə müəyyən ucuzluq olacaq".
Maraqlıdır, kənd təsərrüfatı məhsullarının birdən-birə bu qədər bahalaşmasına səbəb nədir?
Ekspertlər bunun səbəbinin müxtəlif olduğunu düşünürlər. Kimisi kənd təsərrüfatı məhsullarımızın daxili bazarı ödəyə bilmədiyini və bu kimi məhsulları xaricdən almalı olduğumuzu düşünür, kimisi isə bahalaşmanın səbəbini məhsullarımızın Rusiya bazarına daşınmasında görür.
İqtisadçı ekspert Rəşad Həsənov bazarlarda müşahidə olunan bahalaşmanın bir neçə səbəbi olduğunu dedi: "Hazırda bazarlarda müşahidə olunan bahalaşmanın bir neçə səbəbi var. Birinci səbəb ondan ibarətdir ki, yerli istehsal daxili bazarın tələbatını ödəyə bilmir. Xüsusilə də yaz aylarında yağışların, dolunun yağması, havanın şaxtalı keçməsi kənd təsərrüfatına ciddi zərər vurdu ki, bu da kənd təsərrüfatı məhsullarının, xüsusən də meyvə-tərəvəzin 2016-cı il mövsümünün daha qıt olması ilə nəticələnib. Bu baxımdan da hazırda bazarda təklif olunan məhsulların həcmi azdır. Bahalaşmanın ilk səbəbi də məhz bundan qaynaqlanır. İkinci səbəb isə Rusiya bazarlarına çıxış imkanlarının nisbətən artmasıdır. Belə ki, Rusiya ilə Türkiyə arasındakı münasibətlərin kəskinləşməsi fonunda Azərbaycandan Rusiyaya daşınan meyvə-tərəvəz məhsullarının həcmində artım müşahidə olunur. Bu, Gömrük Komitəsinin açıqladığı rəqəmlərdə də öz əksini tapıb. Bu baxımdan da az olan daxili tələbatı ödəmək gücü olmayan bir ölkənin həm də ixrac imkanlarının genişlənməsi öz-özlüyündə bazarlarda qıtlığı daha da dərinləşdirən amillərdəndir. Üçüncü amil isə devalvasiya ilə əlaqəlidir. Devalvasiya təsərrüfat subyektlərinin xətlərini artırmaqla, məhsulun maya dəyərinin artırılmasına gətirib çıxarır. Digər tərəfdənsə, bazarların rəqabət mühitinin pisləşməsinə səbəb olur. Belə ki, xaricdən idxal olunan ərzaq və meyvə-tərəvəz məhsullarının qiymətləri, dediyim kimi, xarici valyuta ilə müəyyənləşdiyindən bahalaşdı. Bu bahalaşma da daxildə istehsal olunmuş məhsulla xaricdən gətirilmiş məhsulların qiymətləri arasında fərq yaratdı. Hazırda daxildə istehsal olunmuş məhsulların qiymətlərində artımları ona görə müşahidə edirik ki, xaricdən gələn məhsulların qiyməti bahadır və qiymətlər yuxarıya doğru artır".
İqtisadçı ekspert qiymətlərin ötən illə müqayisədə kəskin bahalaşdığını bildirdi: "Hər iki səbəb hazırda kənd təsərrüfatı məhsullarının qiymətinin ötən illə müqayisədə kəskin şəkildə bahalaşmasına gətirib çıxarır. Müşahidələr onu göstərir ki, təxminən 30 faizlik orta bahalaşmadan söhbət gedir. Bəzi məhsullarda isə bu, 70 faizə qədər bahalaşıb".
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Pulsuz Wi-Fi turistləri artırır
“McDonaldКјs” işçisi- 1600 dollar ziyan vurub
7 yaşlı qız alimləri pərt etdi
Bu gündən etibarən çağırışçılar hansı hərbi hissəyə düşdüklərini rahat öyrənə biləcəklər
Solaxaylıq:mif və reallıqlar
İstanbulun polis rəisi öpüşlərlə yola salındı
Bu serialın da çəkilişləri dayandırıldı
Hollivud ulduzundan ermənilərə təhqir
Manatın kursu düşdü, Bakıda dollar satışı dayandırıldı
Bekhemin sürücülük vəsiqəsi əlindən alındı-SƏBƏB
Mövlana sözləri -1
Yaponiyalı alim insanı sürətlə qocaldan QİDALARI AÇIQLADI:
Rusiya ağır epidemiya ilə üz-üzə
Azərbaycan dünya ticarətinə cəlb edilmə indeksi üzrə mövqeyini yaxşılaşdırıb
Azərbaycana gələn pullar azaldı
Xalq artisti Ağaxan Salmanlı vəfat etdi
Bu günün hava proqnozu
Metropolitenin yeni rəisi kimdir?
Günün qoroskopu: özünüzü çox yormayın
Uşaqlar hədiyyə almaq üçün Şaxta babaya hücum çəkdilər
Xəstəliklərin psixoloji səbəbi var!
Atanın övladlarına ad günü hədiyyəsi
Payızın trend ayaqqabıları
Məşhur tərzi: Kate Middleton
Özcan Deniz BOŞANDI
Sidney viran qaldı
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub
"Nevzine" şirniyyatı (foto resept)
Novruz Yarmarkasının vaxtı məlum oldu
Duz insanı tez qocaldır.
Fəlakət robotu ən güclü oldu
20 Yanvar faciəsinin görünməyən tərəfləri
Prezidentin nəvəsinin ad günündən FOTO
Sözlərimiz və nəsihətlərimiz övladlarımıza necə təsir edə bilər?
Qəzzada atəşkəs pozuldu
Eurovision-2016: Səmra Rəhimli finala çıxdı
Üç gün iş olmayacaq
HAVA necə olacaq?-11 yanvar
Ahmet Kuraldan ilk açıqlama - FOTO
Toxuduqlarım
HAVA necə olacaq? 2 İyun
Məşhur modeldən şok ETİRAF-FOTO
Məktəblərdə yeni dərs ilinə hazırlıq başlanıldı - VİDEO
Azərbaycanlı futbolçu oyun zamanı namaz qıldı
Turş qidalar dişlərin düşmənidir
Bir həftədə 27 milyon insan izlədi
İçlikli kartoflar (foto resept)
Bayraq Günü münasibətilə velo-yürüş olacaq
Koronavirusa yoluxanların müalicəsi dövlət hesabına aparılır - RƏSMİ
Çin sürətlə mobilləşir














