Azərbaycan tarixinin ən qanlı səhifələrindən birinin 25-ci il dönümü gəlib çatdı. Bu dəfə ANS-in “Qızıl Fond”una istinad edərək, yanvarın 19-dan 20-nə keçən gecəni bir daha xatırlayaq.
Yanvarın 19-da artıq çoxları dəqiq bilirdi ki, Bakı ətrafında cəmləşmiş hərbi qruplaşma hər an hücuma keçə və atəş aça bilər. Çünki, ilk atəş ayın 17-dən 18-nə keçən gecə açılmışdı. Bunun izahını Bakının hərbi komendantı general Sokolov belə vermişdi. “Əmri mən vermişəm, girov götürülə biləcəyimdən qorxduğum üçün”. Əslində bu, ordunun hər an silah işlədə biləcəyinin ilk əlaməti idi. Amma həmin günlərdə əsas diqqət buna yox, Mərkəzi Komitənin qarşısındakı mitinqə yönəlmişdi. Yanvarın 19-u şəhər yenə mitinq ab-havasındaydı. Mərkəzi Komitədə isə nə Primakov, nə Girenko, nə də Vəzirov gözə dəyirdi. Bircə Polyaniçko və bir də içəridə 300-dən artıq rus əsgəri var idi.Etibar Məmmədovun sözlərinə görə, həmin vaxt o özü də bu binada olub və əsgərlərin onun gözü qarşısında atəş nöqtələrini necə tutduqlarını, pəncərələrin qabağında avtomat və pulemyotlar yerləşdirdiyini müşahidə edib. Onda Etibar Məmmədov Mərkəzi Komitənin ikinci katibinə deyib ki, onsuz da Vəzirovu hakimiyyətdən uzuqlaşdırmısız. Çıxıb bunu xalqa elan edin, mitinq də dağılsın.“O zaman Palyaniçko dedi ki, Vəzirov onsuz da gedib. Ancaq biz sizin istəyinizin nəticəsi kimi elan edə bilmərik” – deyə keçmiş AXC İdarə Heyətinin üzvü Etibar Məmmədov bildirib.
İşarə verilmişdi. Etibar Məmmədov isə deyir ki, bunu atəş nöqtələrini tutan əsgərlərin mitinqi dağıtmaq istəyi kimi qiymətləndirdim. O aşağı enib əhalinin artıq hərəkətə yol verməmələrinə nəzarət etməsi üçün milis işçilərini məlumatlandırdığını da deyir. Özü isə telestudiyaya tələsməliydi. Saat 8-də çıxışı vardı.
Televiziyanın enerji bloku saat 19:27 dəqiqədə partladılır. Saat 20-də isə Bakıda fövqəladə vəziyyətin tətbiq olunması haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı imzalanır. Təbii ki, televiziya öz fəaliyyətin dayandırdığından fərman haqqında əhalini xəbərdar etmək mümkün olmur.
Beləliklə, yanvarın 19-dan 20-nə keçən gecə ordu Bakı üzərinə yeriyir. Hərbi qruplaşmanın tərkibinə 295-ci motoatıcı diviziya, 76, 104, və 106-cı qvardiya hava-desant diviziyalarının üç polku, xüsusi təyinatlı 22-ci briqada, Qara dəniz donanmasının 882-ci dəniz piyadaları batalyonu, DTK-nın 7-ci idarəsinin “Alfa” qrupu və s. hərbi hissələr daxil idi.
SSRİ hərbi birləşmələrinin Bakıya yeridilməsi nəticəsində paytaxtda və respublikanın rayonlarında 131 nəfər öldürülür, 744 nəfər yaralanır. Həlak olanların 124 nəfəri kişi, 7-si qadın, 7-si yetkinlik yaşına çatmamış uşaqlar idi. Sonradan ekspertiza müəyyən edir ki, qoşunlar tərəfindən tətbiq olunmuş MJV -13 güllələrinin ağırlıq mərkəzi dəyişdirilmiş, bu isə maneəyə toxunarkən güllələrin uçuş istiqamətini dəyişmişdi.
Təəssüf ki, 20 yanvar faciəsi dünyanın Mixail Qarbaçova münasibətini dəyişmir. Törətdiyi cinayətə görə beynəlxalq aləm onu qınamır. Əksinə, Buş və Tetçer bu münasibətlə onu təbrik edir. Can verməkdə olan bir ölkənin rəhbərini. İki il sonra Allah onu daha sərt cəzalandıracaq. İmperiya taxtından yerə salacaqdı.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Azərbaycanda pasportlarla bağlı vahid qanun formalaşır
Evdar xanımlar üçün praktik məsləhətlər
Nanəli kekslər (foto resept)
Film seyr edərkən yemək yeməyin!
Əvvəl 5, sonra 2 rayon qaytarıla bilər
Hava haqqında
Koronavirusa qalib gələn ilk ölkə məlum oldu
Paşinyan Qarabağdan çıxmayan erməni əsgərlərdən Putinə şikayətləndi: “İtaət etmirlər”
Fitness məşqləri
Sizin enerji sahənizin olduğundan xəbəriniz varmı?
Həyat əhəmiyyətli obyekt rəhbərlərinə tövsiyə
Qadin.Netlilərin həyata keçən və keçməyən arzuları (3-cü hissə)
YouTube-da YENİLİK!
BÜRCLƏR bizə nə vəd edir?-6 yanvar
Rayon adamları Bakıda sosial ev ala bilməyəcəklər
Kəs və yapışdır-9
Ancelina Coli ilə Bred Pitt haqqında gizli fakt üzə çıxdı
Ailə tərbiyəsi necə olmalıdır?
"Cemli bulka"(foto-resept)
Qadın.Netli qızların sevgi yolu
Dərsliklərdə qadağa
Payız - dərini nəmləndirmə zamanı
Məsamələri kiçildən 3 təbii maska
Müdriklər demişlər (3-cü hissə)
Amaliya Pənahova yenə dəyişdi
Türkiyədə avtobuslarda internetə pulsuz çıxış olacaq
TQDK sonuncu imtahanını keçirəcək
Müsəlman prezidentlər Moskvaya toplaşır
Pensiyaçılarla bağlı yeni statistika
Xəzərdə zəlzələ olub
Kişilərə qızıl bəzək əşyalarının haram edilməsinin səbəbi nədir?
Ağ-qara şəklini paylaşdı, Sezen Aksuya bənzədildi
Şahzadə Harri və Meqan Markl ikinci dəfə toy etməyə hazırlaşır
Böyük Kəsik - Bakı istiqamətində hərəkət biryollu bərpa olunub
Prezidentin köməkçisindən manat açıqlaması
Alman kilsəsindən müsəlmanlara dəstək
Qadin.Netlə birlikdə hamiləlik (XXI həftə)
Bu günün hava proqnozu
Şokolad souslu fındıqlı tort (foto resept)
“Napoli”nin stadionuna Maradonanın adı verildi
Çiyələkli pizza (foto resept)
Günün qoroskopu: hissiyyatınızı işə salın
Güləşçilərimiz yenə birincidir
Putin Leyla Əliyevaya medal verdi
Günün qoroskopu:Çox yaxşı gündür!
Yeni Volvo-nun sirri açıldı
Bu günün tarixi
I Avropa oyunları zamanı bazarlarda monitorinq olacaq
Məktəbəhazırlıq kurslarına uşaqların qoyulması məcburi olacaq?
İlham Əliyev Sarkisyana mesaj göndərdi















- ŞƏRHLƏR