ANS PRESS-in məlumatına görə, bu məqsədlə müsəlman ölkələrinin başçıları Rusiya paytaxtına toplaşacaqlar. Moskvanın ən böyük məscidinin açılış mərasiminə dəvət olunanlar arasında Azərbaycan, Səudiyyə Ərəbistanı, İordaniya, Fələstin, Qətər, Küveyt, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, İran və digər dövlətlərin başçıları var. “İzvestiya” qəzeti yazır ki, Rusiya Federasiyası Müftilər Şurası məscidin açılış mərasiminin
Müqəddəs Qurban bayramı ərəfəsində keçiriləcəyi bildirib. Şuradan İslam dövlətləri başçılarının Moskvada keçirilən görüşünün təkcə mədəni və dini hadisə olmadığını, geosiyasi əhəmiyyət daşıdığı vurğulanıb.
Təntənəli açılış mərasimin sentyabrın 23-də keçirilməsi nəzərdə tutulub. ABŞ, Türkiyə,Hindistan, Sudan, Çad, Liviya, İraq nümayəndə heyətləri iştiraklarını təsdiqləyib.
Rusiya Federasiyası Müftilər Şurasının və Rusiya Federasiyası Müsəlmanlarının Mənəvi İdarəsi sədrinin birinci müavini Ruşan Abbyasov deyib ki, bu, yalnız mədəni, mənəvi hadisə deyil, həm də əhəmiyyətli geosiyasi görüş olacaq. Bu, yalnız Rusiya müsəlmanları üçün deyil, həm də dünya müsəlmanları üçün əlamətdardır. Bu, o deməkdir ki, indi Rusiya yenidən islam dünyasında mühüm rol oynayır. Bu hadisə Rusiyanın və islam dünyasının münasibətlərinin inkişafı üçün yeni impuls olacaq.Siyasətçi Yelena Semerikova deyib ki, bu, çoxmillətli, müxtəlif dinli dövlət üçün əhəmiyyətli hadisədir. Rusiya islam dünyası ilə əməkdaşlıqda maraqlıdır. Bu, hər şeydən əvvəl dünya təhlükəsizliyidir, iqtisadi və siyasi əməkdaşlıqdır. Bu əməkdaşlığın potensialı böyükdür. Biz beynəlxalq terrorizmə qarşı vahid cəbhəylə çıxış etməliyik və eyni zamanda uydurulmuş "sivilizasiyaların mübarizəsinə" pravoslavlığı və İslamı cəlb etmək cəhdinə qarşıyıq.
Məsciddə bütün dizayn işlərini Türkiyə rəssamları yerinə yetiriblər. Məscidi Avropada böyüklüyünə görə ən böyük dini obyekt olacaq. Onun sahəsi təqribən 19 min kvadratmetr təşkil edir. Altı minarəli məsciddə kişi və qadın ibadət zalları ilə yanaşı, konfrans zalı, sərgi qalereyası olacaq.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bürc simvolları makiyajla
İnternetə nəzarət güclənir
4 gün iş olmayacaq
Cüdo üzrə Avropa Çempionatı Bakıda keçiriləcək
Tortla birlikdə elə bir şey uddu ki...-FOTO
Bakı bulvarının ziyarətçilərini yenilik gözləyir
Azərbaycan tarixindən yüz şəxsiyyət-45
Cennifer Lopez yeni FOTOsessiyası ilə heyran etdi
Ronaldu "Yuventus"-a keçdi
Botoks təsirli təbii maskalar
Abituriyentlərin qeydiyyat müddəti bu gün bitir
Ebru Sallı tətil şəkillərindən danışdı
Dəbli koftalar
Üzdəki tükləri aradan qaldıran maska
Prezident İlham Əliyev Gürcüstanın yeni seçilmiş dövlət başçısını təbrik edib
Tornado onlarla turistə xəsarət yetirdi - VİDEO
Qat-qat xəmirli boğça paxlava (foto resept)
Qadın komadan sonra uşaqlarının varlığını unutdu və ...
Ekslüziv şou-maşın
Prezident İlham Əliyev əməliyyat-taktiki təlimi izləyib
Manikür 3-cü hissə
Bir səs yazısı ABŞ-ı qarışdırdı: "O lənətə gəlmiş İvanka..."
Hadisə fanatını həbs etdirdi
11 ayın sultanı yetişdi-Ramazan ayının gündəlik duaları
Niyə qadınlar daha çox yaşayır?
Nanəli ayran (foto-resept)
Günümüzü əks etdirən rəsmlər
Koronavirusla bağlı son STATİSTİKA
İşinizə yarayacaq ideyalar
Ucardan aksiya xəbəri gəldi
Məşhur futbolçu xəyanət xəbərlərinə cavab verdi-FOTO
Azərbaycanda benzinin keyfiyyəti getdikçə pisləşir
Novruz kökəsi (foto resept)
Qız güləşçilərimiz İzmirdən 5 medalla qayıtdı
Azərbaycanda pensiyaların ödəniş tarixi dəyişdi
Zakir Həsənov hərbi təlimləri izləmək üçün İzmirə gedir
Günün qoroskopu: əlverişli tanışlıq olacaq
Uşaqlarınız üçün maraqlı yataqlar
Çörəklə bağlı rəsmi açıqlama
Kriştianu Ronaldudan inanılmaz fədakarlıq
Neft bahalaşmağa başladı
Benzin yenidən bahalaşdı
Kişilər nə istəyirlər? 2-ci hissə
Kraliça yenə işçi axtarır-47 min manat
13 yaşlı bloger aya 1000 dollar qazanır-FOTO
Şəhid generalımız və polkovnikimiz dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
Prezidentlər Xəzəri bölüşəcəklər
Kayli Cenner nişanlandı – FOTO
HAVA necə olacaq?-9 yanvar
Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına nə vaxt icazə veriləcək? - RƏSMİ















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]