Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Seyid Əzim Şirvani
Seyid Əzim Şirvani 1835-ci ildə Şamaxıda anadan olmuşdur. 7 yaşında ikən atası Seyid Məhəmməd vəfat etmiş və Seyid Əzim ana tərəfdən babası Molla Hüseynin yanına, Dağıstanın Yaqsay kəndinə getmişdir. Bu dövrdə Cənubi Dağıstan Azərbaycanla sıx əlaqədə olmuş, bir çox Azərbaycan ziyalıları orada fəaliyyət göstərmiş, dağıstanlı uşaqlar Azərbaycan təhsil ocaqlarında savada yiyələnmişlər. Dağıstanda yaşayan hər bir xalqın öz fərqli dili olmuşdur. Onlar bir-birləri ilə ünsiyyət vasitəsi kimi isə Azərbaycan dilindən istifadə etmişlər. Bu cəhətə Qafqazda olmuş rus şairi M.Y. Lermontov da diqqət yetirmiş və Qafqazda işlədilən Azərbaycan dilini Avropada ünsiyyət vasitəsi kimi işlədilən fransız dili ilə müqayisə etmişdir.
1853-cü ildə Seyid Əzim Şamaxıya qayıtmışdır. O, təhsilini davam etdirmək məqsədi ilə 1855-ci ildə Bağdada getmişdir. Burada dini təhsil aldıqdan sonra müsəlman ölkələrinə səyahətə çıxmışdır. Seyid Əzim Dəməşq (o dövrdə Şam adlanırdı) və Qahirədə (Misir ərazisi) olmuş, bir çox alim və şairlərlə görüşmüşdür. Müsəlman ölkələrindəki vəziyyəti öz gözləri ilə görən, onların problemlərini ilk növbədə savadsızlıq və elmi-texniki geriliklə bağlayan Seyid Əzim Qərb mədəniyyətinə də kor-koranə üstünlük vermirdi. Onun fikrincə, Qərbin texniki nailiyyətləri və Şərqin (ilk növbədə islam ölkələrinin) mənəvi dəyərləri birləşdirilməli və Şərq ölkələrini tərəqqiyə aparmalıdır. Təhsili bu istiqamətdə quran məktəblər o dövrdə üsuli-cədid (yeni üsul) məktəbləri adlanırdı.
Seyid Əzim 1869-cu ildə Şamaxıda öz hesabına yeni üsul məktəbi açır. Məktəbdə təhsil ən yeni, mütərəqqi üsullarla aparılırdı. Cismani cəzalar qadağan idi. Dövrün tələblərinə cavab verən elmlər öyrədilirdi. Qeyd etmək lazımdır ki, sonralar Azərbaycanın görkəmli ədibləri olmuş Mirzə Ələkbər Sabir və Sultanməcid Qənizadə bu məktəbdə təhsil almışdılar.
1877-ci ildə Seyid Əzim Şirvani Azərbaycan dilində "Uşaqların baharı" adlı dərslik tərtib edir. Dərslikdə uşaqlara vətənlərinə məhəbbət hissi aşılanır, onlara öz tarixləri və mədəni irsindən qürur duymaq, vətəninə layiqli övlad olmaq ideyaları təlqin edilirdi. Lakin kitab çar senzurasından keçmədi. Çar senzorları dərslikdə olan Azərbaycanlılarda milli qürur hissinin oyadılması ideyasını təhlükəli hesab etdilər. Nəticədə dərslik qadağan edildi, onun nəşrinə heç bir şərtlə icazə verilmədi.
Seyid Əzim məktəbini idarə edib, orada dərs deməklə yanaşı, Azərbaycanın dövri mətbuatında silsilə məqalələrlə çıxış edirdi. Bu məqalələr "Əkinçi" qəzeti, həmçinin "Ziya" və "Kəşkül" qəzetlərində çap olunurdu. Məqalələrində o, cəhalətdən qurtarmaq üçün təhsilə diqqətin yetirilməsini, savadsızlığın ləğvini tələb edir, sosial ədalətsizliyə, istər çar məmurlarının, istər də yerli ağaların haqsızlıqlarına qarşı çıxırdı.
Öz vətəninin tarixi ilə yaxından tanış olan, onu təbliğ etməyə çalışan Seyid Əzim Şirvani 1887-ci ildə "Tarixi-Şirvannamə" adlı tarixi əsərini yazır, lakin bu əsərin də çapına icazə verilmir.
Seyid Əzim Şirvani 1885-ci ildə tərtib etdiyi "Təzkirə"-də görkəmli Azərbaycan şairlərinin əsərlərini toplamışdır. O burada 270-dən çox şairin qısa tərcümeyi-halını və əsərlərindən nümunələr vermişdir. Kitabda Xaqani Şirvani, Fələki Şirvani, Zülfüqar Şirvani, Bədr Şirvani, Füzuli, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov və b.-nın ədəbi irsi barəsində müfəssəl məlumat vardır.
Seyid Əzim Şirvani bədii yaradıcılığa hələ 1855-ci ildən başlamış, Azərbaycan və fars dillərində şeirlər yazmışdır. Klassik Azərbaycan poeziyası və XIX əsrin I yarısında ədəbi məktəb halında formalaşan tənqidi realizm ənənələrindən bəhrələnən Seyid Əzim poeziyası ilə Azərbaycan şerini daha da zənginləşdirmişdir. Onun lirik şeirlərində (qəzəl, qəsidə, tərkibbənd, müxəmməs, müsəddəs, müstəzad, rübai, qitə) məhəbbət, həyat eşqi tərənnüm olunur. Lakin onun satirik şeirləri xalq arasında daha populyar idi.
Satirik şeirlərində Seyid Əzim həm mülkədarları, həm də çar məmurlarını ifşa etmişdir. Onun "Əkinçinin hadisəsi", "Padşah və əkinçi", "Şamaxı bəyləri", "Şirvan qazıları və divan polislərinin bəzi əhvalatı haqqında müxəmməs", "Şamaxının yeni bəyləri haqqında həcv", "Şamaxının vəziyyətindən şikayət" və s. şeirlərini əhali böyük həvəslə əzbərləyirdi. Şair bu cür şeirlərində özünəməxsus satirik dildə zəhmət adamlarının hüquqlarını müdafiə edir, hökumət idarələrində kök salmış rüşvətxorluq, özbaşınalıq və s. yaramazlıqları qamçılayırdı.
Özü ruhani olsa da, Seyid Əzim Şirvani ruhani adına xələl gətirənləri tənqid edirdi. Onun yaradıcılığında bu cür mənfur ruhaniliyin ifşası xüsusi yer tutur. "Müctəhidin təhsildən qayıtması", "Köpəyə ehsan", "Allaha rüşvət", "Yerdəkilərin göyə şikayətə getmələri" və s. şeirlərində o öz xeyrini güdən, dinin tələbələrindən xəbəri olmayan, islama zidd hərəkət edən "ruhaniləri" və onların əməllərini pisləyirdi.
Seyid Əzim Şirvani müsbət insani keyfiyyətləri təbliğ edən şeirlər də yazırdı. "Müəllimə hörmət”, "Oğluma", "Möhsünə cavab", "Fəqih ilə oğlu" şeirlərində şair tərəqqiyə düşmən olan, lakin bununla belə özlərini "ziyalı" adlandıranlara, mövhumat və cəhalətə gülürdü.
Seyid Əzim "Həsən bəy Məlikov Zərdabiyə", "Əkinçi" qəzetinə yardım üçün", "Ziya" qəzetinə" və s. şeirlərində maarif və mədəniyyəti təbliğ edir, əsl ziyalıların vətənə necə böyük xeyir verdiyini vurğulayırdı.
Seyid Əzim Şirvaninin ictimai-əxlaqi görüşlərini əks etdirən mənzum hekayə və öyüdləri, nağıl və təmsilləri də dövrümüzə qədər gəlib çatmışdır. "Böyük loğmanın hadisəsi", "Oğru və fəqir", "Ulağını itirmiş bir kişi", "Dilənçi tacir", "Zahidin nağılı", "Xoruz və çaqqal", "Qaz və durna", "Aslan və qarışqa", "Dəvə və balası", "Aslan və iki öküz" və s. əsərlərində müəllif dostluq, mərdlik, nəzakət, təvazökarlığı təbliğ edir, tənbəllik, tüfeylilik, avaraçılıq və s. naqis sifətləri pisləyir.
Seyid Əzim Şirvani Füzulidən sonra Azərbaycan poeziyasında qəzəl janrının ən böyük yaradıcılarından biridir. Yaradıcılığı Azərbaycan şerinin inkişafına güclü təsir göstərmiş Seyid Əzim Şirvani 1888-ci ildə Şamaxıda vəfat etmiş və doğma şəhərinin yaxınlığındakı qəbiristanlıqda dəfn olunmuşdur.
XƏBƏR LENTİ
Uşaqların öz məhkəməsi olsun
Separatçı rejimin “müdafiə naziri” yaralandığına görə vəzifədən uzaqlaşdırılıb
Hamilə olduğunu düşünürdü əslində isə 18 kq-lıq...-FOTO
Adriana Lima qızlarından danışdı-FOTO
Ətir hazırlayaq
2018-ci ildə boşanan məşhurlar - FOTO
Paytaxtımızın 7 möcüzəsi - FOTO
Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb
Miqrantlara sərfəli alternativ bazar ola bilər
Sultan Basmati düyüləri - Süfrələrin şah dadı!
Hadise bacısı ilə barışdı-FOTO
Azərbaycanda yeni qurum yaradılır
Kələmli piroq (foto-resept)
Dost dedikdə - 1
Hər kəsin sevdiyi serial cütlüyü onlar oldu-FOTO
Xərçəng bürcü qadını
Azərbaycan sinoptiklərindən xəbərdarlıq
Xətasız düşünmə sənəti (1)
Saç üçün maskalar
"Quba alması"na müştəri tapılmır
“Bülbüllər” kubok matçında qalib gəldi
Məşhur müğənni PULSUZLUQDAN ŞİKAYƏT ETDİ
Prezident İlham Əliyev: “Azərbaycanda təkcə türk yox, Rusiya, İsrail, Belarus, Ukrayna silahları var”
Aktrisa FOTOsu ilə diqqət çəkdi
Qiyməli kələm (foto-resept)
Uşaqlara bu dərmanları verməyin!
Qırışları aradan qaldıran maska
"Bizim Tarla" - Soyulmuş pomidor
Alişandan sürpriz evlilik təklifi
Tarkandan qızına milyonluq hədiyyə
Tayson Eminemi nokauta saldı - VİDEO
95 yaşlı milyarder evləndi-FOTO
Erməni katalikos Şeyxdən kömək istədi
Əhmədlidə unikal piyada keçidi belə olacaq - FOTO
Təhsil Nazirliyindən məktəblərdəki vakansiyaların gizlədilməsi ilə bağlı AÇIQLAMA
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
Bu gün ilin ilk Ay tutulması baş verəcək
Həftənin ən zövqsüz ulduzu oldu-FOTO
Soçi olimpiadasında iştirak edəcək Azərbaycan idmançılarının geyimləri təqdim edilib
"Şəfa" stadionunun adı dəyişdirilir?
Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM + VİDEO
Dəniz canlılarının qəbiristanlığından sualtı görüntülər
Fotosu Şekspir muzeyində saxlanılan azərbaycanlı - FOTO
Gözəllik maskaları
Dünyanı titrədən xəbər
Toxuma işlərim
Məşhur aktrisa aylar sonra ilk dəfə-FOTO
Dukan pəhriz ilə 25 kq arıqladım! (2-ci mərhələ)
İlham Əliyev bir qrup hərbçini “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib
Milli Ordunun yaranmasından 102 il ötür...
- ŞƏRHLƏR