Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Mirzə Ələkbər Sabir
(1862-1911)
Mirzə Ələkbər Sabir (Tahirzadə) 1862-ci il mayın 30-da qədim Azərbaycan şəhəri Şamaxıda anadan olmuşdur. Xırda alverlə məşğul olan atası Məşədi Ələkbər Hacı Zeynalabdin Tahirzadə kasıblıq ucbatından ailəsini güclə dolandırsa da, uşaqlarını oxutmağa çalışmışdır. İlk təhsilini 1869-1874-cü illərdə Şamaxıda mollaxanada almış Mirzə Ələkbər daha sonra görkəmli Azərbaycan ziyalısı Seyid Əzim Şirvaninin "üsuli-cədid" məktəbinə daxil olmuş və 1875-1877-ci illərdə burada təhsil almışdır. Məktəbdə mütərəqqi üsullarla qurulmuş təhsil sistemi Sabirin dünyagörüşünün formalaşmasına böyük təsir göstərmişdir.
1884-cü ildə 22 yaşında ikən o səyahətə çıxmışdır. Mirzə Ələkbər Sabir Qafqaz, İran, Orta Asiya və İraqın şəhərlərində olmuş, müsəlman ölkələrində həyat tərzini, mövcud problemləri müşahidə etmişdir. Aşqabat, Buxara, Səmərqənd, Mərv, Səbzəvar şəhərlərində Sabir bir çox özbək və türkmən ziyalıları ilə dostluq əlaqələri yaratmışdır. 1886-cı ildə vətənə qayıdan Sabir artıq belə qənaətə gəlmişdi ki, müsəlman ölkələrini, demək olar, eyni problemlər bürümüşdür. Onları aradan qaldırmaq üçünsə ilk növbədə təhsil sistemi təkmilləşdirilməlidir.
Şamaxıda yaşayan Sabir burada sabun bişirməklə güzəran keçirirdi. Aza qane olan ziyalı insan bu dövrdə öz düşüncələrini, görüb-götürdüklərini şeirləri vasitəsilə ifadə etməyə çalışırdı. İlk şerini hələ 8 yaşında yazan Sabir onları qohumlarından başqa heç kəsə göstərmirdi. 1901-ci ildə Azərbaycanın maarifpərvər şairi Abbas Səhhətlə görüşən Sabir şeirlərini ona göstərmiş və ondan bu şeirləri çap etdirməkçün məsləhət almışdır. Abbas Səhhəti Sabirin şeirlərindəki vətənpərvərlik, incə yumor hissi və satiranın orijinal tərzdə vəhdət təşkil etməsi cəlb etmişdir. Şamaxı ziyalılarından Ağəli bəy Nasehin təşkil etdiyi ədəbi məclisin üzvü olan Sabir maarifpərvərlik ruhunda yazdığı "Şükrillah ki, afitabi süxən" misrası ilə başlayan şerini 1903-cü ildə Tiflisdə "Şərqi-Rus" qəzetində çap etdirmişdir. Firidun bəy Köçərli və Sultanməcid Qənizadə ilə dostluq Sabirin ictimai həyatla bağlı düşüncələrinin formalaşmasına böyük təsir göstərmişdir.
1905-1907-ci illərin təlatümlü hadisələrində geniş ictimai və ədəbi fəaliyyət göstərən Sabir əvvəlcə "Həyat", sonra isə "İrşad" qəzetlərində şeir və məqalələr dərc etdirmişdir. 1906-cı ildən başlayaraq şair "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq edir. Onun bu jurnalda çap olunmuş "Millət necə tarac olur-olsun, nə işim var" adlı şeri dillər əzbəri olmuşdu.
1906-1910-cu illərdə Sabir "Molla Nəsrəddin" jurnalında 156 şeir çap etdirmişdir. Şeirlərinə görə mürtəce qüvvələr tərəfindən təqiblərə məruz qalan şair onları daim dəyişilən təxəllüslərlə (cəmi 40-a yaxın təxəllüs arasında ən çox istifadə etdiyi "Hophop", "Ağlar güləyən", "Boynuburuq" təxəllüsləri idi) çap etdirmək məcburiyyətində qalmışdır. "Molla Nəsrəddin" jurnalında iştirakı Sabirin yaradıcılığının ən yetkin, məhsuldar dövrüdür. Hələ 1905-ci ildə çap olunmuş "Beynəlmiləl" şeri Sabiri xalqlar dostluğunun təbliğatçısı kimi tanıtmaqdan əlavə, onun realizm, tərəqqi və demokratiya uğrunda mübarizə aparacağına işarə edən manifest ruhlu əsər idi.
O, Azərbaycanın digər qəzet və jurnalları ilə də əməkdaşlıq edirdi. Mirzə Ələkbər Sabir 1906-1908-ci illərdə "Dəbistan", "Rəhbər", "Füyuzat", "Tazə həyat"da, 1909-1910-cu illərdə "Həqiqət" və "Zənbur"da şeirlər və tərcümələrlə çıxış etmişdir. Azərbaycan ədəbiyyatının incilərindən sayılan "Niyə mən dərsdən qaçdım", "Axundla keşişin vədi" kimi felyetonlarını o, Cəlil Məmmədquluzadə ilə birlikdə yazmışdır.
1908-ci ildə Sabir Bakı quberniyası ruhani idarəsində xüsusi komissiya qarşısında imtahan verərək şəriət müəllimi olmaq hüququ qazanır və Şamaxıda "Ümid" adlı məktəb açır. Yeni üsullu tədris sistemi əsasında qurulmuş bu məktəb Şamaxının ictimai həyatında çox mühüm rol oynamışdır. Lakin məktəbdəki fəaliyyəti böyük qüvvə və zəhmət tələb edir, bu isə şair kimi onu qane etmirdi.
Yaradıcılığının ilk çağlarında lirik şair kimi tanınan Mirzə Ələkbər Sabir qəzəl, qəsidə, rübai, mərsiyə, növhə janrlarında şeirlər yazmışdır. Lakin tədricən ictimai satiraya daha çox meyl edən şair satira yazmağa başlayır və 1905-ci ildən artıq inqilabi satiranın əsasını qoyur. Qasım bəy Zakir, Baba bəy Şakir, Seyid Əzim Şirvaninin ədəbi irsinin davamçısı olan Sabir çarizmin milli zülmünün, sosial ədalətsizliyə əsaslanan yaramaz ictimai quruluşun qəniminə çevrilmişdir. Xalqı soyub-talayanlara, ictimai tərəqqiyə mane olanlara qarşı kəskin mövqe tutan şair xurafat və mövhumat, köhnəlmiş adət-ənənələr, həmçinin müstəbid çar, şah və sultan rejimlərinin əleyhinə satirik şeirlər yazırdı. Eyni zamanda milli və sosial azadlıq ideyalarının və mübarizəsinin tərənnümü də Sabir şerinin başlıca mövzularından olmuşdur.
Azərbaycan ədəbiyyatının, eyni zamanda ictimai və bədii fikrinin ən böyük simalarından olan Sabir tənqidi realizmin qüdrətli nümayəndəsi kimi ədəbi irsimizdə dərin iz qoymuşdur. Humanizm və azadlıq ideyaları Sabir realizminin canıdır. Sabirin şeirləri Azərbaycan ədəbiyyatı və mətbuatında inqilabi-demokratik meyillərin möhkəmlənməsinə ciddi təsir göstərmişdir. Eyni zamanda romantizm, dini-sxolastik və formalist şeirlər əleyhinə çıxış edən şair xalq mənafeyinə xəyanət, istismarçılara isə yaltaqlıq edən yazıçı və şairləri "əxlaqsız" adlandırırdı.
O, həqiqi sənətkar üçün vətənpərvərliyi, xəlqiliyi, "əsrin aynası" olmağı müqəddəs vəzifə sayırdı, "Pisi pis, əyrini əyri, düzü həmvar" yazmağı tövsiyə edirdi. Şair "Nə yazım?", "Atmış niqabi-hüsnün", "Ey alnı ay" şeirlərində özünün ədəbi-tənqidi və estetik fikirlərini izah etmişdir. Böyük bədii ümumiləşdirmə qüvvəsinə malik Sabir realizmi xalqın müxtəlif zümrələrindən olan satirik tipləri ifşa edir, onların tarixi inkişaf prosesində mövqeyi və daxili aləmi haqqında oxucuda canlı, inandırıcı təsəvvür yaradırdı. Onun yaratdığı bu tipik obrazlar isə tarixi, milli və etnoqrafik koloriti, həqiqətə uyğunluğu ilə diqqətəlayiqdir.
"Bakı fəhlələrinə", "Təraneyi-əsilanə", "Fəhlə, özünü...", "Əkinçi", "Ağlaşma", "Bizə nə?", "Dilənçi" və s. şeirlərində Sabir fəhlə və kəndlilərin ağır həyat tərzini canlandırmağa müvəffəq olmuşdur. Azərbaycanı vahid görmək arzusu ilə yaşayan sair öz şeirlərində Cənubi Azərbaycanda şah rejiminə qarşı aparılan mübarizəni alqışlamış və hətta azadlıq mübarizəsinin lideri Səttarxana şeir həsr etmişdir.
Mürtəce qüvvələrin bütün təhqirlərinə, ətrafını bürüyən "tənə seli"nə baxmayaraq, şair yaradıcılıq məramına, vətəndaşlıq borcuna daim sadiq qalmış, sonadək ideallarının qələbəsinə inanmışdır.
Sabirin poeziyasında lirik motivlər də qüvvətlidir. Çox hallarda onun lirik şeirlərində zalımlara nifrət məzlumlara məhəbbət hissi ilə üzvi birləşmişdir. Onun "Neylərdin, İlahi", "Yaşadıqca xərabə Şirvanda", "Ruhum" və s. şeirləri bilavasitə lirik janrda yazılmışdır. Sabir uşaqlar üçün də yazmışdır. Onun uşaq şeirləri XX əsrin əvvəllərində yaranmaqda olan Azərbaycan uşaq ədəbiyyatının ən yaxşı nümunələrindəndi.
Sabirin şeir dili canlı xalq dili və klassik Şərq şerinin ifadə xüsusiyyətləri əsasında formalaşmış zəngin, rəngarəng, duzlu-məzəli dildir.
Azərbaycan xalqının milli şüurunun, özünüdərkinin formalaşmasında, istiqlal uğrunda mübarizəsində müstəsna əhəmiyyətə malik Mirzə Ələkbər Sabir 1911-ci il iyulun 12-də Şamaxı şəhərində vəfat etmiş və "Şaxəndan" ("Şahi Xəndan) şəhər qəbiristanlığında dəfn olunmuşdur.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Düşmən Ağcabədini atəşə tutur - RƏSMİ
İnternet xidməti ilə bağlı yeni qaydalar hazırlanır
Hansı üzük hansı barmağa taxılmalıdır?
Beyonce geyimi ilə diqqət çəkdi-FOTO
Tramp 2 milyon dollar cərimələndi-SƏBƏB
Portağal pəhrizi
Kriştianu Ronaldu yeni rekorda imza atdı
Doğru bilinən yanlışlar
XIX əsrin ortalarında coğrafi ideyaların inkişafı
Çiyələkli Rustik Tart (foto-resept)
Buğra Gülsoy yenidən evlənir-FOTO
1 dəqiqəyə 120 min söz oxuyan azərbaycanlı şagirdi siz də tanıyın!
Zehnin gücü ilə zəngin olmağın yolları
Xanımlar üçün avtomobillər
Uşağınızın ağıllı olmağını istəyirsinizsə...
Bunları bilirsinizmi?
Su börəyi ( foto resept)
Xocavənddə düşmən təxribatı: Şəhidimiz var, altı erməni məhv edildi - RƏSMİ
Sağlam pəhriz
130 ölkədə 14 milyard ağac əkən gənc
Bu gün Bakıda 40 dərəcə isti olacaq
Azərbaycanda koronavirusa görə karantinə alınanların sayı 3500-ə çatır - RƏSMİ
Közlənmiş tərəvəzli yumurta
Cəbhədə son VƏZİYYƏT
85 yaşlı qadın fenomen oldu - VİDEO
Pandemiya Ronaldonun istirahətinə mane olmadı-FOTO
Kəs və yapışdır-25
Nə edəcəyimi bilmirəm
Hava dəyişir - XƏBƏRDARLIQ
2012-ci ilin gəlinlikləri
“Əl-Cəzirə” kanalında ermənilərin Ağdamdakı vəhşiliklərindən danışılıb - VİDEO
WhatsApp-da yenilik
Yol polisi istirahət zonasında reyd keçirdi
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
Əbu Nəsr Əl-Farabi-Şərq fəlsəfəsi (4)
Prezident İlham Əliyev Novruz Məmmədovun Baş nazir təyin edilməsi haqqında sərəncam imzalayıb
Tarkan qızından danışdı: "Gün sayıram"
Azərbaycanın tanınmış rəssamı vəfat etdi
Bədənin 5 sehrli nöqtəsi haqqında bilmədikləriniz
İstanbuldakı partlayışı terrorçu qadın törədib
Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur - RƏSMİ
Səhiyyə Nazirliyindən gənc analara XƏBƏRDARLIQ: COVID-19 diaqnozu qoyulsa belə...
Məşhur yazara vəzifə verildi
Rosalianın sevimli kostyumları
Əfsanəvi boksçu Məhəmməd Əli vəfat edib
Düşmənin məhv edilən hərbi texnikaları - SİYAHI
Disney gözəllərinin oxşarları
Həftənin son iş günündə hava necə olacaq?
Bakıda bayramqabağı "endirim" oyunu















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]