
Orucun niyyəti: Ramazan ayının orucunu tuturam qürbətən iləllah.
İftardan qabaq oxunan dua: İlahi, Sənin uçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət Sahibi, günahlarımı bağışla!
1-ci gün: İlahi, mənim orucumu oruc tutanların orucundan, namazımı gecə-gündüz namaz qılanların namazından hesab et, məni qəflət yuxusundan oyat, bu ayda günahımı bağışla, ey Aləmlərin Rəbbi, məni əfv et, ey günahkarları əfv edən Allah!
2-ci gün: İlahi, məni bu ayda Öz rizana yaxınlaşdır, qəzəbindən və cəzalarından uzaq et. Ey Rəhmlilərin Rəhmlisi, məni bu ayda Öz ayələrini oxumağa müvəffəq et!
3-cü gün: İlahi, bu ayda mənə güclü ağıl və ayıq-sayıqlıq ver, pis şeylərdən və qafillikdən uzaq et. Ey səxavətlilərin səxavətlisi, Öz səxavətin xatirinə bu ayda nazil etdiyin hər xeyirdən mənim də nəsibimi ver!
4-cü gün: İlahi, bu ayda mənə Sənin (oruc tutmaq barədə) əmrini yerinə yetirməyə qüvvət ver, Səni zikr etməyin şirinliyini mənə daddlr, səxavətinə görə Sənə şükr etməyə məni ruhlandlr, məni bu ayda Özün hifz et va qoru, ey bəsirətlə nəzər edən Allah!
5-ci gün: İlahi, bu ayda məni günahlarının bağışlanmasını istəyənlərdən qərar var, Öz saleh va itaətkar bəndələrindən, Özünə yaxınlaşdırdığın dostlarından et, mehribanlığın xatirinə, ey mərhəmətlilərin mərhəmətlisi!
6-cı gün: İlahi, bu ayda məni Sənə asiliyə məruz qoymaqla rüsvay etmə, Öz cəza qamçınla məni vurma, Öz lütfün və köməyin sayəsində Sənin qəzəbini doğuracaq şeylərdən bu ayda məni uzaq et, ey rəğbət bəsləyənlərin rəğbətlisi!
7-ci gün: İlahi, bu ayın orucunu tutmaqda va namazını qılmaqda mənə kömək ol, məni səhvlərdən və günahlardan uzaqlaşdır. Bütün bu ayı Səni zikr etməyi mənə qismət et, Öz köməyin sayəsində, ey azmışları doğru yola çıxaran Allah!
8-ci gün: İlahi, bu ayda məni yetimlərə münasibətdə mərhəmətli olmağı, çörək verməyi, sülhrərvər olmağı, hörmətli adamlarla oturub-durmağı qismət elə, Öz qüdrətin sayəsində, ey ümid edənlərin pənahı!
9-cu gün: İlahi, bu ayda mənə Öz geniş mərhəmətindən pay ver, Öz açıq-aşkar dəlil-sübutlarınla yol göstər, Səni razı salacaq bütün şeylərə doğru məni apar, Öz məhəbbətin xatirinə, ey arzusu olanların pənahı!
10-cu gün: İlahi, bu ayda məni Öz həsənatlarının sayəsində Sənə təvəkküI edənlərdən, Sənin yanında bu ayda uğur qazananlardan və Özüna yaxınlardan qərar ver, Öz yaxşılığınla, ey istak sahiblərinin son qayəsi!
11-ci gün: İlahi, bu ayda mənə Öz köməyin sayəsində yaxşılıq etməyi sevdir, məndə bu ayda pisliyə və asiliyə ikrah doğur, qəzəbini və cəhənnəm odunu məndan uzaq et, ey xilas olmaq istəyənlərin xilaskarı!
12-ci gün: İlahi, bu ayda məni həya və iffətlə zinətləndir, itaət və razılıq libasını geyindir. Bu ayda məni ədalət və insaf yolu ilə apar, qorxduğum hər şeydən məni hifz et. Səni Öz ismətinə and verirəm, ey (ürəklərində) Allah qorxusu olanların himayədarı!
13-cü gün: İlahi, bu ayda məni natəmizlik və iyrənc şeylərdən pak et, alın yazısı ilə məni bu ayda olacaqlara səbirli et və Öz köməyinlə məni bu ayda təqvayə və əməlisaleh insanlarla dostluğa müvəffəq et, ey miskinlərin gözlərinin işığı Allah!
14-cü gün: İlahi, bu ayda səhvlərimi mənə irad tutma, məni səhvlərdən və büdrəmələrdən qoru, bəla və dərdlərə düçar etmə, and verirəm izzətinə, ey müsəlmanların İzzəti, Şərəfi Olan AIlah!
15-ci gün: İlahi, mənə bu ayda təqvah olanların itaətini bəxş et, qəlbimi bu ayda itaət edənlərə məxsus tövbə üçün geniş aç. Sən özün aman ver, ey ürəklərində Allah qorxusu olanların ümidgahı!
16-cı gün: İlahi, bu ayda məni əməlisaleh adamlarla rastlaşmağa müvəffəq et və məni şər adamlarla rastlaşmaqdan uzaq et, Öz rəhmətinlə mənə bu ayın xatirinə axirətdə qərar evində sığınacaq ver, Allahlığın xatirinə ey aləmlərin Rəbbi!
17-ci gün: İlahi, mənə bu ayda saleh əməllərə doğru yol göstər, ehtiyac və əməllərimi yerinə yetir, ey etdikləri barədə izaha və suala ehtiyacı olmayan, ey aləmlərin batinində olanları bilən! Mühəmmədə (s) və onun pak ailəsinə salavat və rəhmət bağışla!
18-ci gün: İlahi, məni bu ayda Öz səhərlərinin bərəkəti üçün oyat, qəlbimi Öz işıqlarının ziyası ilə nurlandır, bütün əzalarımı o nurun ziyasında sabit qıl. Səni öz nuruna and verirəm, ey ariflərin qəlblərini işıqlandıran Allah!
19-cu gün: İlahi, bu ayın bərəkətindən nəsibimi bol et, mənim yolumu xeyir-bərəkətlərinə doğru asanlaşdır və məni Öz yaxşılıqlarını qəbul etməkdən məhrum etmə, ey açıq-aşkar haqqa hidayət edən Allah!
20-ci gün: İlahi, bu ayda mənim üçün cənnət qapılarını aç, cəhənnəm qapılarını bağla, məni bu ayda Quran tilavətinə müvəffəq et, ey möminlərin qəlblərinə rahatlıq salan Allah!
21-ci gün: İlahi, bu ayda Sənin rizanı qazanmaq üçün mənə yol göstər, şeytanın məni azdırması üçün yol qoyma, cənnəti mənim üçün mənzil və dinclik yeri qərar var, ey möhtac olanların ehtiyaclarını ödəyən Allah!
22-ci gün: İlahi, bu ayda fəzilət qapılarını üzümə aç, mənə Öz bərəkətlərini nazil et, məni bu ayda Sənin razılığına səbəb olacaq işlərə müvəffəq et, Öz cənnətlərinin ən gözəl guşələrində sakin et, ey ehtiyac içində olanların dualarını müstəcəb edən Allah!
23-cü gün: İlahi, bu ayda mənim günahlarımı yu (pak et), məni eyblərdən təmizlə, qəlbimi ürəklərdəki təqva qorxusu ilə imtahana çək, ey günahkarların büdrəmələrini bağışlayan Allah!
24-cü gün: İlahi, bu ayda Səndən Səni razı salacaq şeyləri diləyirəm, Səni incidəcək şeylərdən Sənə pənah gətirirəm. Bu ayda məni Sənə itaət etməyə, Sənə asilik etməməyə müvəffəq etməyini diləyirəm, ey diləyənlərə səxavət göstərən Allah!
25-ci gün: İlahi, bu ayda məni Sənin dostlarını sevən, düşmənlərinə düşmən olan və peyğəmbərlərinin sonuncusunun yolu ilə gedənlərdən qərar ver, ey peyğəmbərlərin qəlblərini məsum qılan AIlah!
26-cı gün: İlahi, bu ayda mənim səylərimi mükafata layiq qıl, günahlarımı bağışla, əməllərimi məqbul, eyblərimi üstü örtülmüş qərar ver, ey eşidənlərin eşidəni!
27-ci gün: İlahi, bu ayda mənə Qədr gecəsinin fəzilətini əta et, çətin işlərimi asanlaşdır, üzrlərimi qəbul et, günahları və günah yükünü üstümdən götür, ey Öz saleh bəndələrinə mehriban olah Allah!
28 ci gün: İlahi, bu ayda nafilə əməllərdən mənim nəsibimi bol et, qiyamət günü suallarına hazır olmaq üçün mənə lütf göstər, vəsilələr arasında sənə yetişmək üçün vəsiləmi bu ayda yaxın et, ey israrlıların dualarını eşitməkdən məmnun olah Allah!
29-cu gün: İlahi, məni bu ayda Öz rəhmətinlə əhatə et, mənə müvəffəqiyyət və ismət müyəssər et, qəlbimi töhmət zülmətlərindən pak et, ey Öz mömin bəndələrinə mehribanlıq göstərən Allah!
30-cu gün: İlahi, ağamız Mühəmməd va onun pak ailəsi xatirinə bu aydakı orucumu Sənin və peyğəmbərinin razı qaIdığı şəkildə qəbul et! Dinimizin fürü va üsullarının təməllərini möhkəm qərar ver. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur!
Şəvval ayının 1-i (28 və ya 29 iyul) Fitr bayramıdır.
Obaşdanlıq (İmsak) vaxtının son həddi sübh namazından 20 dəqiqə əvvəldir.
Digər şəhərlər üçün Bakı vaxtına edilən əlavələr:
Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şəbran +4, Şirvan +4, Füzuli + 11, Göysay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, ismayıllı +6, imişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qüsar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəkil +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Mustafa Şentop: “Lalsınız, karsınız, ya korsunuz? Ermənistana “dur” deyilməlidir”
Metroda gediş haqqını nəqliyyat kartları ilə də ödəyə biləcəksiniz
Bakı və Sumqayıtda 16 minə yaxın XI sinif şagirdi monitorinq imtahanı verəcək
İlon Mask dünyanın dördüncü ən varlı insanı oldu
Uşaq bağçaları optimallaşdırılacaq
Tez qocalmağa səbəb olan qidalar
Əsgərlər üçün də qurbanlar kəsilib
Azərbaycan tarixindən yüz şəxsiyyət-34
Trampın qızı Mayamidə “milyarder bunkerində” torpaq alıb - FOTO
Kişilər də nə vaxtsa qadınlar qədər yaşayacaqlarmı?
Kanada Rusiyada dünya çempionu oldu
İnstagram izləyicilərinə XƏBƏRDARLIQ edildi-SƏBƏB
Gözəl sırğalar
Rusiyada azərbaycanlı komandirə qarşı böyük hörmətsizlik!
BÜRCLƏR bizə nə vəd edir?-21 Mart
Yeni doğulmuş körpələrdə qusmanın səbəbləri
Bu ilin "ən stil" məşhurları seçildi
Dünyanın ən böyük iti öldü
Çimərliklərin yoxlanılmasına başlanıldı
Bu da Ferrari CascoRosso
Bekhemlə Zidan üz-üzə
Pul qazanmaq üçün istehsal edilən fərqli modellər
Bu ölkədə kabab yeyənlər dövlətə vergi verirlər
Xərçəng bürcü qadınına hansı hədiyyələri almalı?
Təhlükəli dəniz canlıları
Alma formalı iynə balıncı
Hələ doğulmamış körpələri FENOMEN oldu
Sarkisyan Ərdoğanın dəvətini “nəzakətlə” rədd etdi
Şəhid dostunu göz yaşları ilə xatırlayan qazi - VİDEO
İranlı "Ancelina Coli" həbs edildi-SƏBƏB
Bütün Türkiyə qara geyinəcək
Yaylıq istafədə etməyin 5 yolu
Nazir: "Devalvasiya mənfi təsir etdi"
Azərbaycan telekanallarında yenilik
İlham Əliyev paytaxta gətirilən yeni metro qatarlarında yaradılan şəraitlə tanış oldu
Qarabağda qəfil gizli görüş
Azərbaycan peyki vasitəsilə Gürcüstan telekanallarının yayımına başlanıldı
Avtobus dayanacaqlarında kart aparatlarının quraşdırılmasına başlanılıb
Monika Belluççinin qızı reklama çəkildi – FOTO
Qarındakı yağlar üçün pomidor suyu
"Snikers" tortu(foto resept)
“Facebook”da rus erməni savaşı
Çağrılmamış qonaqlar və qonaqlıq(II)
Güclü zəlzələ Sakit okeanın sükutunu pozdu
Depressiyadan xilas yolu: pişik terapiyası
Sarı saçlar üçün xüsusi maskalar
Azərbaycandan sərt etiraz
Saç çubuqları
Avropa İttifaqı 10 ölkəyədək kiçilə bilər
Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər hazırlanacaq















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]