Hələlik çimərlik mövsümü rəsmi olaraq açılmasa da, çimmək üçün olmasa da indidən çimərliyə gedənlər var. Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları standartlara cavab verən çimərlikləri müəyyən etmək üçün birgə monitorinqlərə başlayıb.
"Artıq aidiyyatı qurumlar çimərliklərdə monitorinqlərə başlayıb"
Milli.Az bildirir ki, GEM-nin şöbə müdiri Ziyəddin Kazımov ANS PRESS-ə açıqlamasında deyib ki, bir həftədən çoxdur başlayan monitorinqlər qanuni və qeyri-qanuni çimərliklərdə aparılır.
"Hazırda biz elə dəniz kənarındayıq. Sudan nümunələr götürürük. Artıq 3 çimərlikdən nümunələr götürülüb və yoxlanılması üçün laboratoriyalara verilib. Mövsüm açılana kimi digərlərində də monitorinqlər keçiriləcək. Biz yekun nəticələri elan edib, vətəndaşları maarifləndirəcəyik".
Ziyəddin Kazımov əlavə edib ki, monitorinqlər zamanı çimərlik zolaqlarının sanitar-texniki vəziyyəti yoxlanılır, götürülən su nümunələri fiziki, kimyəvi və toksikoloji müayinələrdən keçirilir. Ötən il keçirilən monitorinqlər zamanı Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin "Sahil" və Səbail rayonunun Şıx çimərliklərindən başqa digər çimərliklər istifadəyə yararlı elan edilmişdi.
Daha öncəki illərdə də adəkilən çimərliklərdə istirahət təhlükəli elan edilmişdi. Sutəmizləyici qurğuların quraşdırılmadığı məntəqələrdə (Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində) mikrobioloji baxımdan çirklənmə qeydə alınıb.
Bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan artıq müəyyən edilmişdir.
Builki monitorinqlərin nəticələri isə yeni çimərlik mövsümü başlayana qədər, yəni yaxın iki həftə ərzində elan ediləcək.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Uşaq bezlərində təhlükə aşkarlandı
Kakaolu keks (foto-resept)
Ətli çörək (foto resept)
Qoruyucu maskalar həyatımızdan nə vaxt çıxacaq?
Giorgi Marqvelaşvili seçicilərin 65 faizinin dəstəyini qazanıb
Cadu, əməl varmı?
Keta ilə geyimləri necə kombinlənməli?
Avropalı bayrama nə qədər xərcləyir?
Namaz qılmayanın orucu qəbul olurmu?
Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik etdi
Muratdan Handeyə jest
Putin Azərbaycana hərbi donanma ilə gəlir
2021-ci ildə Azərbaycanda doğulan ilk uşaq
Hava haqqında
“Peyvənd kampaniyası sentyabrın əvvəlində başlamalıdır” - Tanınmış professor
Ingilis dili-XXII-2 Dərs
Qida formasında bijuteriyalar
Dünyada bir ilk - hiss edilən protez (FOTO)
Petek Dinçöz Şəkiyə gəlir
Ölü dəriləri təmizləyən noxud maskası
Peçenye konfetlər(foto resept)
Qozlu tort (foto resept)
İlham Əliyevin oğlu imtahan verdi
Əncirli keks (foto-resept)
Qalın dabanlı ayaqqabı modelləri
"Oskar" mükafatı: ən yaxşılar seçildi - FOTO
"Qadin.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları (3)
Kişilərin saçı tökülürsə...
Uşağınız tez-tez ağlayırsa...
Marketlərdən alış-veriş edərkən buna diqqət edin
Bakıya yeni ikimərtəbəli qatarlar gətirildi
Arzularını gerçəkləşdirən yaşlılar
Yaponiyada güclü zəlzələ oldu
“Doğduğun Ev Kaderindir”də yeni aktyor
HAVA necə olacaq?-3 Yanvar
Beren Saat həftəyə 200 min qazanır
Dünyanın ən gözəl qadını seçildi, bu xəbərə güldü
2020-nin ən məşhur çantaları
Prezident yeraltı keçidin açılışında iştirak etdi (FOTO)
Yeni doğulan körpə ilə təmas
Hamilə xanımlar, oriental rəqs edin
Nəvəyə baxan nənələrə dövlət pul ödəyəcək
Məşhur müğənni üçüncü dəfə ana olacaq-FOTO
Daha hansı filmlərimiz rənglənməlidir?
Gicitkənin saçlara faydası
Yeni 10 manatlıq əskinaslardan qorxanlar var-FOTO
İsti havalarda idmana diqqət!
Şaftalı cemi ilə piroq (foto resept)
Bizim Tarla - ETİBARINIZ ADIMIZDIR!
Kitab rəfi modelləri
- ŞƏRHLƏR