ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Aİ Şurasının sədri Donald Tuskla keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısı xatırladıb ki, Ermənistanda 2008-ci ildə keçirilən “seçkilər”də insanlar qətlə yetirilmişdi: “Belə olan halda, bu insan bu haqda ümumiyyətlə, heç danışmamalıdır. Azərbaycanla Ermənistanı eyni tərəziyə qoymaq məsələsinə gəldikdə, mənə elə gəlir ki, bu ittihamın Azərbaycan tərəfindən gəlməsi daha təbii görünərdi. Çünki beynəlxalq ictimaiyyət aydın şəkildə işğalçı ilə işğala məruz qalan arasında fərq qoymalıdır. Hal-hazırda biz danışıqlar formatı üzərində müzakirə aparırıq ki, münaqişənin dinc yolla həllinə nail olaq. Lakin münaqişənin məhz səbəbləri yaddan çıxarılmalı deyil. Erməni separatçıları Dağlıq Qarabağda Ermənistan tərəfinin dəstəyi ilə Azərbaycana qarşı təcavüzə keçdilər və münaqişənin ilk qurbanları azərbaycanlılar oldu. İşğal etnik təmizləmə siyasəti ilə, Xocalıdakı soyqırımla nəticələndi. Azərbaycan ərazisinin 20 faizi işğal altında düşdü və biz bu işğalın nəticələri ilə üzləşdik. Və çox aydın şəkildə görünür ki, Azərbaycan ərazisinin böyük bir hissəsi Ermənistanın işğalı altındadır. Oradan azərbaycanlılar qovulub. Onlar bizim tarixi, dini abidlərimizi yerlə yeksan ediblər. Yeri gəlmişkən, bunlar ATƏT-in iki faktaraşdırıcı missiyasının hesabatında öz əksini tapıb. İndi isə onlar Azərbaycanı ittiham edirlər ki Azərbaycan blokada tətbiq edir. Azərbaycanı ksenofobiyada ittiham edirlər. Azərbaycan Ermənistandan fərqli olaraq çoxmillətli, çoxkonfessiyalı ölkədir. İndiki dünyada necə ola bilər ki, bir ölkənin əhalisinin 99 faizi bir millətə aid olsun? Lakin Azərbaycan qürur hissi ilə qeyd edir ki, çoxmillətli ölkədir. Azərbaycan bundan fərəhlənir. Azərbaycanda bütün dinlərin, konfessiyaların nümayəndələri yaşayır. Onlar Azərbaycan vətəndaşlarıdır”.
Prezident bir daha qeyd edib ki, təcavüzə məruz qalanla təcavüzkar arasında fərq qoyulmalıdır: “Təcavüzkar ədalət məhkəməsi qarşısında cavab verməlidir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsi qəbul olunub. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələbi qeyd olunur. İşğala, təcavüzə heç bir əsaslandırılma verilə bilməz. Nə qədər tez Ermənistan bu reallığı anlasa, o qədər onların özləri üçün yaxşı olar. Çünki torpaqları işğal altında saxlamaqla Ermənistan özünü regional əməkdaşlıqdan, Azərbaycandan, qonşularından təcrid edir. Bunun nəticəsində Ermənistanda hərtərəfli yoxsulluq baş verir. Ermənistan əhalisinin 50 faizindən çoxu yoxsulluq səviyyəsindən də aşağı səviyyədə yaşayır. Bu təcavüzün, işğalın nəticəsidir. Ermənistan rəhbərliyinin uzaqgörənliyi varsa, nəhayət, anlayacaq ki, qonşuları ilə münasibətlər normallaşdırılmasa, Ermənistanın gələcəyi sual altında olacaq”.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
MTRŞ telekanallara xəbərdarlıq etdi
Dünyaca məşhur cütlüyün qızı doğuldu
Bu günün hava proqnozu
Keçmiş birinci xanım konsert verəcək
”Facebook”un səhmləri bahalaşdı
Uşaqlara dadlı və faydalı keks(foto resept)
Neft yenidən bahalaşıb
Bürclərin qorxuları
Şadlıq saraylarında işləyənlərin aqibəti necə olacaq?-VİDEO
Adları göy cisimlərinə verilmiş azərbaycanlılar - SİYAHI
"Qalatasaray"ın qisasını "Trabzonspor"dan alacağıq"
Braziyalı fotoqrafın baxdığı bucaq
Bakıda Avropa Oyunları ilə bağlı tanınmış rəssamların şousu
Tom and Jerry
Yeni tədris ili ilə bağlı əsas hədəflər müəyyənləşdi
Tanış olun: 14 yaşında biznes qurdu, indi 250 milyon dollar qazanır
Toyqabağı arıqlamaq istəyirsiz?
Bulvar uzana-uzana gedir
Beyni məşq etdirir, xərçəngdən qoruyur
Məşhur aktrisa hər kəsi TƏƏCCÜBLƏNDİRDİR-FOTO
Nazirliyin səlahiyyəti azaldıldı: daha yoxlama apara bilməyəcək
Fitness testi
Oruc tutarkən immuniteti necə qorumalı?
Geyim dəstləri
Tarixin ən SOYUQ havası Amerikada
Cazibədar xanımlara sırğa modelləri
BMW yeniliyi göstərdi
Sərdar Ortaçın xanımı blogerlik edəcək
Dərini yaşlandıran səbəblər
Ev şəraitində yığa biləcəyiniz saç modelləri
"Zerkalnı" nömrə həvəskarlarına şad xəbər
İranın birinci vitse-prezidenti Ermənistanla bütün sahələrdə əlaqələri inkişaf etdirməyə çağırıb
Pelin Akıl “Eşkiya dünyaya hükümdar olmaz” serialında
Telefonunuzu açıq tutun, polis sizə yazacaq
Çiyələkli peçenye (foto resept)
Ağcaqanadları uzaqlaşdırmağın 4 yolu
Ramazanın 6-cı gününün duası
Qəbul imtahanının VAXTI açıqlandı
Azərbaycan səfirliyi soydaşlarımız üçün ödənişsiz avtobuslar təşkil etdi
Yerevanda Paşinyana qarşı etiraz aksiyası başlayıb - CANLI
Paltaryuyan maşına aspirin həbi atdı, nəticə inanılmazdır!
Kluni əkizləri ilə bağlı çətinliklərdən danışdı -FOTO
Tailand silkələndi
"WhatsApp"dakı şəkilləriniz təhlükədədir
Bazarlığa bu cihazla gedəcəyik-Məhsulların təzəliyini bildirir
Matrix makiyajı
Nurgül Yeşilçayın "əri" tapıldı
Ultra HD-yə tələbat artır
"Texnikabank"ın əmanətçilərinə kompensasiyaların ödəniləcəyi tarix açıqlandı
Sabahın HAVAsı















- ŞƏRHLƏR