Avtomobil idmanında qəzaların sayını minimuma endirməyə çalışan Beynəlxalq Avtomobil Federasiyası (FIA) yaxın gələcəkdə xüsusi informasiya bazası yaradacaq.
ANS PRESS-in Azərbaycan Avtomobil Federasiyasının saytına istinadən verdiyi məlumata görə, həmin bazada beynəlxalq avtomobil yarışlarında qeydə alınan qəzaların statistikası toplanacaq. Daha dəqiq desək, dünyanın 8 ölkəsindən 139 milli federasiya növbəti iki il ərzində təşkil ediləcək yarışlarda baş vermiş qəzaların statistikasını informasiya bazasına ötürmək və lazım gəldikdə həmin bazada yığılan ümumi rəqəmlərlə tanış olmaq imkanı əldə edəcək.
FIA prezidenti Jan Todt bildirib ki, bu ideya avtomobil idmanında qeydə alınan qəzaları sistemləşdirməyə, analiz etməyə və mövcud problemdən çıxış yollarını tapmağa kömək edəcək: "Etiraf edək ki, son zamanlar idman yarışlarında qəzaların sayının artdığını müşahidə edirik. Odur ki, sosial-ictimai həyatla yanaşı, idmanda da konkret addımlar atmaq zəruridir. Bu zaman isə ümumi sözlərə deyil, faktlara söykənmək lazımdır. Məhz bu səbəbdən də informasiya bazası yaratmaq ideyası özlüyündə mühüm əhəmiyyət kəsb edir”.
Onun sözlərinə görə, hazırda dünyada qəzaların qarşısını tamamilə almaq mümkün deyil, lakin bu prosesi nisbətən zəiflətmək olar: “Avtomobil idmanında qəzalar olub və bundan sonra da olacaq. Təsəvvür edin, onlarla pilot eyni anda start xəttindən mübarizəyə başlayır və əsas məqsəd yüksək sürətlə hərəkət etmək, finiş xəttinə birinci çatmaqdır. Odur ki, bu cür mübarizələrdə qəzaların baş verməsi də adi haldır. FIA-nın əsas məqsədi isə həmin hadisələri imkan daxilində minimuma endirmək və hər kəsi məsuliyyətli olmağa çağırmaqdır”.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
İŞİD özünü məhv edir
Dişləri necə fırçalamaq lazımdır?
Bakı-Məşhəd aviareysinin açılması üçün şərtlər açıqlandı
Rusiyaya daha bir şok
Dünyanın ən yaşlı kişisi öldü
Acun və Esen mövzusu yenidən qabardı-FOTO
İlham Əliyev doğum gününü belə qeyd etdi - FOTO
Sağlam qidalanma - xoşbəxt ürək
Yaponların uzun ömür sirri
Ermənilərin yaydığı videodakı hərbçimiz düşmənin yalanını ifşa etdi
Tusi və Fəxr Razi arasında fikir ayrılığı
Sürətli makiyaj necə edilir?
Uşaqlara bunları demək olmaz!
Hava haqqında
O, mənə xəyanət edir!
Şahzadə Diananın sviteri 90 minə satılıb-FOTO
Təbabətdə istifadə olunan qidalar
Beynəlxalq Bankın borcları dövlətə ötürüləcək
Azərbaycanda daha 13 nəfər koronavirusdan öldü: 596 yeni yoluxma
Naxçıvanda qeydiyyatda olanların nəzərinə!
Məktəbli forması alarkən diqqətli olun: "Pis qoxu, rəngi çıxır"
Operativ Qərargah xəbərdarlıq etdi
1 yaşlı körpə MÖHTƏŞƏM şəkil çəkir-FOTO
12 günlük evlilik QALMAQALI Boşanma ilə Nəticələndi-FOTO
30 min müəllimi sevindirən qərar
HAVA necə olacaq? 20 Mart
Koronavirusun ilk əlaməti qızdırma deyil – Ağlınıza gəlməyəcək simptom
Yeni dişi çıxan körpələrə necə kömək etməli?
HAVA necə olacaq?
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Azərbaycanda benzin ucuzlaşacaqmı?
"Adamtanıyan" silahlar
Lamborghini
Türkiyə sərhəddə rentgen quraşdırır
Azərbaycanlı hakerlər 30-dək erməni saytını dağıdıblar
Keçibuynuzu haqqında bilmədikləriniz
Bu günün tarixi (17.02.2015)
Yol polisi sizi törətmədiyiniz qayda pozuntusunda ittiham edirsə... - MÜZAKİRƏ
2017-ci ilin ən gözəl toy şəkilləri
Toy tortları
Puluna qənaət etmək istəyənlərin nəzərinə
Vitaminlər
Dünyada cəmi 4 ölkədə əkilən meyvə Azərbaycanda yetişdirilir
Madonna şousuna 5 milyon xərclədi
Alçanın faydaları
Evlilikdə məntiqsiz düşüncə və inanclar
Dünyada bankomat fırıldaqçılığı artıb
60 mindən çox mağaza bağlandı-SƏBƏB
Portağal mürəbbəsi (foto resept)
Ana-oğul idilər, cinsiyyət dəyişdirib ata-qız oldular - FOTO















- ŞƏRHLƏR