Dj musi
Artıq Qadin.Net-lə 3 ildir tanış olmuşam. Buranı gələn gündən bəyənmişəm, saytda cana yaxın insanlar var. Hamıdan çox razıyam, mən heç kimdən pislik görməmişəm və çalışmışam ki,məndən də narazı qalmasınlar. Saytda DJ-lik edirəm. Bu statusumu bəyənirəm və işimi sevə-sevə yerinə yetirirəm.Qadin.Net saytı həmişə zirvələrdə olsun, necə ki, zirvədədir. Artıq 4 yaşı oldu, balaca bala öz övladlarımızla birgə böyüyür.
в™«в™«в™«DJ Ayka(Sevgi)в™«в™«в™«
Bu sayta gəldiyim heç bir il deyil. Aprel ayında qeydiyyatdan keçmişəm. Amma gələn kimi hamı ilə tez ünsiyyət qurdum. Buradakı mehribançılıq və uğurlarım məni sayta bağladı. Saytda sevmədiyim bir-iki şey var. Əvvəl onlardan başlayım. Saytda sevmədiyim şey hər şeyin pullu olmasıdır. Əvvəl şərhlərə əsasən QN-lər artırdı, indi o da yoxdur. Daha sonra söhbət otağının pullu olmasını bəyənmirəm. Qızların çoxu söhbət otağının pullu olmasına gorə sayta gəlmir. Başqalarının QN-i var,amma digərlərinin yoxdur axı. Onlar da çox istəyir ki, söhbət otağına daxil olsunlar. Redaktorlara gəldikdə, hamısı bizim üçün çalışır,hamısını çox sevirəm. Milana xanımı,Könül xanımı,Selvi xanımı,Afət xanımı,Almaz xanımı... Milana xanımla Könül xanımın üzərimdə əməyi çox böyükdür. Toyumdan bir-iki gün öncə başım çox qarışıq idi. Xəbərimdə düzəliş etməli idim, amma vaxtım yox idi. Çox sağ olsun, mənim yerimə Könül xanım düzəliş etdi. Sevinc xanmın da xəbərlərimdə əməyi çox böyükdür. Hamısına təşəkkür edirəm. Saytımızda ən çox sevdiyim radiodur. Çünki o radioda DJ-əm . Qəmli olduqda belə efirə girərkən kefim düzəlir. Qadın.Net, sən birdənəsən! İdarə heyətinə öz təşəkkürümü bildirirəm ki, bizi belə xanımlarla tanış etdi.
Ayka Necef
Mən Qadin.Net saytına 3 ay olar ki, daxil oluram. Bu müddət ərzində burdan çoxlu məlumatlar,xəbərlər, lazımlı məsləhətlər almışam.Bununla bərabər, özüm də xəbərlər yerləşdirmişəm. Bu xəbərlərlə yəqin ki,çoxunuz tanışsınız. Mən xəbərləri bura yerləşdirəndə çox sevindim. Çünki ilk xəbərlərim öz əl işlərimə aid idi. Sizin yazdığınız gözəl şərhlər mənə stimul verdi.Təbii ki,Qadin.Netin sayəsində. Çox şükür ki, hələ heç kimdən narazılığım yoxdur.Əksinə, burada çalışan hər bir insana çox təşəkkürümü bildirirəm. İlk əvvəllər yeni olduğum üçün çox çətinlik çəkirdim.Əvvəl Louis Vuitton mənə çox yardımçı oldu.Sağ olsun, indi də yardımlarını məndən əsirgəmir.Sonra lovable_madam, siz də mənə çox kömək etmisiniz, bunu deməyə bilmərəm. Düzünü desəm, kompüterdən çox anlayışım olmadığı üçün əvvəl çətinlik çəkdim, bu zaman lovable_madam mənə yardımçı olmuşdu. Sağ olsunlar, redaktorlar hər bir çətinliyimdə mənə yardım edirlər. Buket xanım, Afət xanım, Almaz xanım, Milana xanım, hər birinizə təşəkkür edirəm. Milana xanıma xüsusi təşəkkür edirəm, çünki mənim daha çox əziyyətimi çəkib.Bütün işlərinizdə uğurlar arzu edirəm. Hər şeyi bəyənirəm. Bəyənməmək olar bu qədər əziyyətləri,yenilikləri?! Bütün redaktorların işindən razıyam.Öz vəzifələrini layiqincə yerinə yetirirlər.Heç bir şikayətim yoxdur.Ümumilikdə Qadin.Netdən çox-çox məmnunam.
PERVANE ELIYEVA ...
Ümumiyyətlə 3 aydır ki, mən bu saytdayam. Redaktorların hamısının işindən çox razıyam. Buradakı hər bir şey - mövzular, şərhlər çox yüksək səviyyədədir.Ən önəmlisi, hamı bir-birilə çox mehribandır.Heç kimdən nə şikayət etmişəm,nə də ki, etmək fikrində deyiləm. İndiyə kimi məni nə maraqlandırırsa, hər şey haqqında burdan məlumatlar,xəbərlər oxuyuram.Sağ olsun Qadin.Net!Sağ olsun redaktorlarımız!Çox gözəl maraqlı və dəyərli xəbərlər hazırlayırlar.Sizə uğurlar arzulayıram.Xəbərləriniz çox olsun, axarlı olsun.Çox şadam ki, bu gün sizin aranızdayam.
а®њUnique Womanа®њ
Qadın.Net-dən çox razıyam.Burada çox dostlar qazanmışam. Burada olan hər şeyi bəyənirəm, hər şey ürəyimcədir. Redaktorlardan da çox razıyam, çox mehribandırlar Xəbərlərimi mən fikirləşdiyimdən də yaxşı redaktə ediblər, şikayətim yoxdur. İndiyəcən heç kimdən şikayət etməmişəm, amma etmək istəmişəm. Saytımızda günün statusu olmağını istərdim, yəni hər gün bir statusa uyğun şəkil təqdim edilir, istifadəçilər də fikrini bildirirlər.Bir də yazdığımız şərhləri hər istifadəçi göndərdikdən sonra özü redaktə edə bilsəydi, daha yaxşı olardı. Olur ki, nəyisə səhv yazırıq. Qadın.Netdən məmnunam.Başqa qadın saytlarında adminlərin kobudluğunu görmüşəm.Amma burada heç vaxt belə şey olmayıb.Hamısı çox təmkinli, mədənidirlər. Qadın.Netin bütün baş heyətinə, redaktorlara, biz istifadəçilər üçün əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Saytımız uzunömürlü olsun, inşAllah.
YEGANA
Mən 1 il olar ki, bu saytda qeydiyyatdan keçmişdim,amma vaxt məhdudiyyətindən, bəzi səbəblərdən o qədər də saytımızdan istifadə etmirdim.Amma indi demək olar ki, çox vaxtım burada keçir. Bura mənə çox doğma olub.Səhər işimi-gücümü görüb tez otururam, bir sözlə, heç nəyi gözümdən qaçırmaq istəmiram.Burada özümə çoxlu dostlar qazanmışam,maraqlı reseptlər, eşitmədiyim,bilmədiyim mövzular öyrənmişəm,nədən narazı ola bilərəm ki? Əməyi keçən hər bir kəsə təşəkkürümü bildirirəm,bacılarımın uğurları mənim də uğurumdu,hamınıza uğurlar arzulayıram!
Qidi
Mən bu saytı 4 aydır tanıyıram və çox sevirəm.Bu vaxtadək heç kimdən şikayət etməmişəm. Redaktorlardan yalnız Almaz xanımı tanıyıram və heç bir narazılığım olmayıb .Bu saytda yalnız söhbət otağına daxil ola bilmədiyimdən narazıyam. Burada çox gözəl dostlarım var. Bu saytda hər şey ürəyimcədir. Qadın.Net,ömrün uzun olsun!
Gülçin
Mən Qadın.Net saytında 4 ay olacaq ki, qeydiyyatdan keçmişəm. Lakin bu saytdakı faydalı xəbərlərdən çoxdan yararlanırdım.Bəzi xəbərlər olurdu ki,onları görmək üçün qeydiyyat tələb olunurdu.Mən də yoldaşımın icazəsi və köməyi ilə qeydiyyatdan keçdim.Sonra mənə daha da maraqlı oldu.Belə olacağını bilsəydim,heç zaman itirməzdim. Həmişə arzum jurnalist olmaq olub.Qəzetdə çalışmaq,yazılarımın dərc olunmasını istəmişəm.Bu sayt bizim üçün bu şəraiti yaradıb,Allah əziyyəti olan hər kəsdən razı olsun.Mən saytımızın savadlı,istedadlı,bacarıqlı istifadəçilərindən çox razıyam.Readktorlarımızdan 3 nəfərə bu vaxta kimi müraciət etmişəm,razı da qalmışam.Şərhlərə görə QN verilməməsi mənim xoşuma gəlir,yersiz şərh yazanlar azalıb.Heç kimdən şikayət etməmişəm, inşAllah etmərəm də.Saytda yeni, qadınları maraqlandıran xəbər bölmələrinin açılmasını istərdim,dəyişiklik olsun.Bir də 2009-cu ildə yazılan xəbərlərin silinməsini istərdim. İstərdim ki, onlar yeniləri ilə əvəz olunsun və gün ərzində çox sayda xəbərlər dərc olunsun.
G.....M
Öncə deyim ki, mən bu saytda artıq 1 ildir varam.Əvvəllər səhərdən axşama kimi bu saytda olardım. İndi buna o qədər də vaxtım olmur. Bu saytdan yaxşı mənada çox şey öyrənmişəm. Bəyənmədiyim elə bir şey yoxdur.Məncə, bu sayt get-gedə daha da müasir formada inkişaf edir.Əsl dostluq etməsək də hansısa fikirlərimizi, problemlərimizi bir-birimizlə paylaşdığımız dostlarım var.Çox təəssüflə deyirəm, redaktorlarımızı o qədər də yaxşı tanımıram,amma 2-3 dəfə sualla müraciət etmişəm, çox ətraflı başa salıblar.İndiyə kimi heç kimdən və heç nədən şikayətim olmayıb.Həyatda qüsursuz heç nə yoxdur - hərdən xırda problemlər olur, o da tez ötüb keçir.Bu saytın daha da gözəl, daha da müasir olmağını istərdim.Bu saytda əməyi,zəhməti olan hər bir kəsə uğurlar arzulayıram.
Ayka
Fevral ayının 7-də saytda 4 ayım tamam oldu. Bacım (Gulusum niki) məni qeydiyyatdan keçirdi. İlk öncə, düzünü desəm, heç maraqlı gəlmirdi, ancaq yeni dostlar tanıdıqca,maraqlı xəbərlərə şərh əlavə edincə artıq buradan ayrıla bilmirdim.Mən kompüterin qarşısına keçən kimi qızım deyir: “Mama, Qadın.Netə girirsən? Mən “Maşa”ya baxmaq istəyirəm axı”. Gecə-gündüz, hər dəqiqə burdayam, artıq heç nəylə maraqlanmıram, işimi görüb keçirəm Qadin.Netə. Buranı istifadəçiləri sakit,tərbiyəli, əxlaqlı olduğu üçün sevirəm və özəlliklə yemək reseptlərini heç qaçırmıram. Bura işimə çox yarayır. Mən hamıdan razıyam, heç kimdən şikayətim yoxdur. Allah bu saytda əməyi keçən hər kəsə kömək olsun, uzunömürlü olsun.Yaşasın Qadin.Net.
๑۩۞۩๑PrINcESs๑۩۞۩๑
Mən bu saytı çox bəyənirəm. 3-4 aydan sonra burada bir ilim tamam olur. İndiyə qədər narazılığım olmayıb .Burda qadına lazım olan bütün xəbərlər mövcuddur.Mən də burdan çox yararlanmışam .Yeni məlumatlar öyrənmişəm.Çoxlu dostlar qazanmışam.Redaktorlardan da çox razıyam.İndiyə qədər iki xəbərim çıxıb. Xoşuma gəlməyən yerli-yersiz yazılan şərhlərdir. Şikayət etməmişəm, yəqin etmərəm də. Uğurların davamlı olsun, Qadin.Net!
S.S.90...S A M I R...
Qadın.Net saytı dəyərləndirə bilənlər üçün çox əlverişli saytdır.Bir xanıma lazım olan bütün məlumatları buradan əldə etmək olar. İndi deyəcəklər ki, bəs sənin nə işin var burda? Mən bu saytı təsadüfən, Google-da axtarış apararkən tapdım və nə yaxşı ki, bu saytı tapmışam. Sayənizdə özümə dostlar qazandım.
Saytda hər şeyi bəyənirəm, istifadəçilər də çox mehribandırlar (bəzilərini çıxmaq şərti ilə). Redaktorlardan da razıyam,əsas da Milana xanımdan. Çox sağ olsun, nə vaxt sualım olsa, hamısını cavablandırıb. Saytda bəyənmədiyim online SMS-in pullu olmasıdır. Əvvəllər heç olmasa şərh yazanda balansımıza QN yazılırdı, artıq o da yoxdur. Ümumilikdə saytdan çox razıyam. Saytın yaradıcılarına təşəkkürlər ki, belə gözəl sayt yaradıblar. Hər zaman yeniliklərə imza atasınız, uğur hər zaman sizinlə olsun!
Ardı var...
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
Bu da Audi Q1 krossoveri
Metroya girərkən cərimələnməkdən qorxun
Bakıda zaman durdu - FOTO
İlanların qovladığı iquananın videosu mükafata layiq görüldü
Azərbaycanın qaz kəmərinin altında itmiş şəhər tapıldı
Məşhurlar gözəl qalmağı necə bacarırlar? (3)
Göygölün 5 küçəsi qoruğa çevrilir
Bu da Toyota Avalon
ABŞ-ın əfsanəvi kosmonavtı vəfat edib
Büdcə ilə bağlı YENİLİK: 2022-ci ilin yanvarın 1-dək təxirə salınır
Ətəklə necə dəbli görünmək olar?
İlham Əliyev məmurlara son xəbərdarlığını etdi
Turistlərə pis xəbər
Çempionlar Liqası canlı yayımda
Klassik mebel modelləri
MDB ölkələrinin vətəndaşları üçün Rusiyada qalma müddəti məhdudlaşdırıla bilər
Depressiyanıza səbəb yediklərinizdir!
Evində nüvə reaktoru hazırlayan yeniyetmə rekord qırdı
Səhiyyə Nazirliyi yeni peyvənd sifariş verib
Qış aylarına rəng qatan çiçəklər
"Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Minsk Qrupu çərçivəsində mümkündür"
Günün ulduz falı
Daha güclü BMW M4
Orta məktəblərdə iş dəftərlərinin istifadəsi ilə bağlı açıqlama
Bengü müsahibə verdi-FOTO
El gölü
Yaddaşımızı qidalarla necə möhkəmləndirək?
Marsda göl tapıldı
Şokoladlı portağallı keks (foto resept)
Demet Akalına hücüm etdilər-FOTO
Kəs və yapışdır-16
Qara şokolad və badam
56 yaşlı Səda Sayan FOTO paylaşdı
Məşhurlarla dolu arxiv FOTO - 1998-ci il, eyni gəminin tayfaları
Bürclərə görə 2019-cu ilin ən şanslı cütlükləri
İrəvan namaza icazə vermədi
Bakıda Yəhudi Mədəniyyət Mərkəzinin tikintisi üçün torpaq sahəsi ayrılıb
İdman ayaqqabıları alarkən nələrə diqqət edilməlidir?
İki boksçusumuz dünya birinciliyində yarımfinala yüksəldi
12 barmaqlı uşaqların valideyləri: "Onların belə doğulması üçün dua edirik" - FOTO
Britaniyalı siyasətçi Azərbaycanı Qərbin ən etibarlı müttəfiqi və dostu hesab edir
Dayanın, sığorta gəlsin
Bakıya "otaq temperaturu" vəd elədilər
Öz maketini hazırlayan ana
Qadınların 44%-də olan xəstəlik
Bülənt Ərsoy xəstəxanaya yerləşdirilib
Gülümsəmək həyat keyfiyyətini artırır
Bakı üçün yeni nüvə təhlükəsi
Fərqli və gözəl yeni il ağacları
Xamada toyuq filesi (foto resept)

- ŞƏRHLƏR