E.XEYALE
Təsadüfən tapdığım Qadin.Net saytını çox bəyənirəm. Vaxtımın az olmasına baxmayaraq, ən azından gündə bir dəfə bura gələ bilirəm. Bu saytdan çox məlumatlar əldə etmişəm. Burda ən çox mətbəx bölməsini bəyənirəm, redaktorlara gəldikdə isə hələ də onlara işim düşməyib, yəqin ki, bu da tənbəlliyimdən irəli gəlir. Saytdan narazılığım ondan ibarətdir ki, şərh yazanda QN-lərimiz artmır, balansımız da imkan vermir ki, əlavə parametrlərdən istifadə edək. Bir də online sms-in pulsuz olmasını çox istərdim. Ümumilikdə saytımızdan çox razıyam. Yaradıcı heyətə çox təşəkkürlər ki, biz xanımlar üçün belə əlverişli sayt yaradıblar… Uğurlarınız bol olsun...
Jale memmedova
Mən bu sayta daxil olanda burda bu qədər vaxt keçirəcəyimi bilmirdim. Getdikcə mənə daha doğma gəldi, çox bəyəndim. Qadin.Net-dən çox gözəl məlumatlar əldə etdim. Bilmədiklərimi burdan öyrəndim və bu saytdan çox razıyam. Redaktorların işlərindən çox razıyam və narazı olduğum redaktor yoxdur və inanıram ki, bu hər zaman belə olacaq. Bu vaxta kimi şikayətim olmayıb və əminəm ki, bundan sonra da bu belə də olacaq. Qadin.Net-də Allaha şükür ki, hər şey var, çox razıyam. Mən Qadin.Net-dən çox məmnunam. Saytımız hər zaman uzunömürlü saytlardan biri olsun, inşALLAH.
L.M
Qadin.Netin istifadəçisi olaraq, sayt mənim çox xoşuma gəlir. Bir qadın üçün maraqlı nə varsa bu saytda tapıb oxumaq olur. Bütün redaktorlardan razıyam, heç bir şikayətim də yoxdu. Onu deyə bilərəm ki, bir istifadəçi olaraq, Qadin.Net saytından çox məmnunam. Arzum budur ki, sayt uzunömürlü, daha maraqlı və rəngarəng olsun.
Gümüş
Mən bu sayta təsadüfən girdim və bir çox qadın saytları varkən, mən Qadın.Net-i seçdim. Çünkü buradakı qadınlar daha mehriban və səmimidirlər. Bütün redaktorlardan razıyam, heç bir şikayətim yoxdur. Yazılan bütün yazılar çox maraqlı, faydalı və gözəldir. Bu saytı ərsəyə gətirən hər kəsə təşəkkürlərimi bildirirəm və bir xüsüsi təşəkkürüm də var ki, onu da Nəzrinə edirəm, çünkü mənə bəzi mövzularda kömək edib. Diqqətinizə görə çox sağ olun.
♥ Terane в‚Є H ♥
Mən Qadin.Net saytını "Süfrəmiz" verilişində eşidirdim. Sonra bir gun qaynanam üçün maska axtarırdım və bu saytı gördum, nə yaxşi ki görmuşəm. Elə həmin gundən (26.09.2012) bu saytın heyranı oldum. Yəni burda hələ 6 aylıq körpəyəm, amma çox bilmiş körpəyəm. Bu sayt sayəsində bilmədiklərimi öyrəndim. Səhər duran kimi ilk bura gəlib yenilikləri öyrənir, dostlarla yazışıram. Bu sayta tanıdığım və güvəndiyim xanımları da dəvət etdim. Bura çox mehriban ailədir. Hər kəs bir-birinə kömək etmək, bildiklərini böluşmək istəyir. Burda bəyənmədiyim heç nə yoxdu. Sadəcə sağ düymə bağlansa yaxşıdı. Çünki kopi olunmasın. Burda dostlarım oldu. Görmədən də dostluq etmək olarmış. Redaktorlara söz ola bilməz. Hər birinə ayrı-ayrılıqda hörmətim var. Ən əsası da Gülü dediyim Gulşən29 bacıya. Almaz xanım, Afət xanim və baş redaktor Ceylan xanımdan çox razıyam. Əgər unutduqlarım oldusa, bağışlasınlar. Heç kimdən şikayət etməmişəm. Arzum bu saytda yaşlanmaqdı, yəni sayt uzunömürlü olsun ki, biz də dostlar qazanaq və bilmədiklərimizi öyrənək. Bir də çox isdərdim ki, irəlidə burda yaxın olduğum dostlarımla göruşək. İnşallah olar. Bax belə - bu da mənim sevimli saytım haqda yazım.
Titi
Aprel ayında mənim Qadin.Net-də olmağımın 1 ili tamam olacaq. Buraya salat resepti axtaranda gəlib çıxdım və qeydiyyatdan keçdim. Əvvəllər buraya hərdən gəlib yalnız mövzuları oxuyurdum. Daha sonralar oxuduğum mövzulara şərh də yazmağa başladım. Onu deyim ki, ilk gündən saytın dizaynı, maraqlı və müxtəlif mövzular, ən əsası isə saytda olanların bir-biri ilə səmimi və mehriban münasibəti məni özünə cəlb etmişdi. Bura davamlı olaraq gəlməyim indi çox sevdiyim bacım SeRRaS-ın mənə "qonaq gəlmisən, niyə salam verməmisən?" deməsi ilə başladı. Getdikcə daha tez-tez gəlməyə başladım və indi artıq ayrıla bilmirəm. Saytda özümə çoxlu dostlar, bacılar, hətta "baldız", "qaynana" tapmışam. Buraya sanki qəsdən gözəl insanları toplayıblar. Bilmədiklərimi öyrənməkdə mənə kömək edən, xoş və səmimi münasibət göstərən bütün dostlarıma təşəkkürümü bildirirəm. Burada hər şeyi bəyənirəm. İndiyə kimi xəbər dərc etdirmədiyimə görə düzü redaktorları tanımıram, inşALLAH gələcəkdə tanıyaram. Heç kimdən şikayətim olmayıb və inanmıram ki, nə vaxtsa da olsun. Düşünürəm ki, Qadin.Net saytı düzgün istifadə etməyi bacaranlar üçün çox dəyərli bir saytdır. Mən də bu ailənin bir üzvü olduğum üçün özümü çox xoşbəxt hesab edirəm.
aynus18
Qadin.Net-də 1 ildən çox olar ki, qeydiyyatdan keçmişəm. Burda çoxlu dostlar qazanmışam. Faydalı xəbərlər oxumuşam. Hər şey əladır, sadəcə köhnə dizayn olsaydı yaxsı olardı, yeni niklər, adlar hamısı qarışıb. Saytın ömrü uzun olsun inşALLAH, əməyi olan hər kəsə təşəkkür edirəm.
FIRUZA
Qadin.Net-in mənim həyatımda olduqca böyük əhəmiyyəti vardı. Az qalıb bir il olacaq, amma elə bilirəm ki, çoxdan varam burda, bəlkə də çoxlarınız mənim kimisiniz, bir gün bu sayta gəlməyəndə elə bilirəm nəsə itirmişəm. Azdan-çoxdan bildiklərimi bura xəbər kimi göndərmişəm, bundan sonra lap yaxşı çalışacam ki, statusumu artırım. Yaman tənbəl olmuşam. Redaktorlardan da Xəyalə xanım, Almaz xanım, Afət xanım mənə çox kömək ediblər, onlardan razıyam, sağ olsunlar. Qadin.Net-də özümə dostlar tapmışam, onların arasında vətənimizdə yaşayanlar da, xaricdə yaşayanlar da vardır, hal-əhval tuturuq, rast gələndə bilmədiklərimi öyrənirəm, hər mövzuda xəbərlər var burda. Hətta köklük proleminə bu saytda son qoydum, bu mənim üçün bir qələbədir. Nəhayətdə deyə bilərəm ki, nə yaxşı ki, sən varsan, Qadin.Net!
GulNur..
Mən Qadin.Net-ə Kmaro-nun sayəsində gəlmişəm. Əvvəl elə yaxşı sayt olduğuna ümidim yox idi. Sonradan sayta bir gün girməsəm qala bilmirdim. Burda yeni-yeni dostlar tapmışam. Qadin.Net mənim yemək kitabçamdı. Qadin.Net mənim rəssamlıq məktəbimdi. Qadin.Net-dən çox şeyləri öyrənirəm. Bu saytda mən bir çox məlumatları öyrənirəm, artıq yemək bişirməyi də öyrənmişəm. Qadin.Net sayəsində arıqlamışam. Artıq Qadin.Net mənim ikinci həyatım olub. Bu saytın bütün adminstrasiyasına öz təşəkkürümü bildirirəm ki, belə bir sayt ərsəyə gətiriblər. Bu saytda olan bu xəbər də ən reytinqlidir.Təşəkkürlər.
♥ Fatime.M ♥
Salam, Qadin.Net-lilər.Bu saytı niyə bəyənirəm? Öncə onu deyim ki, burda nəzarət var, adminlər işlərinin öhdəsindən lazımınca gəlirlər, hər zaman mənalı, lazımlı xəbərlər paylaşırlar... Bu sayta toxuculuq xəbəri ile əlaqədar gəlmişəm. İlk gördüyüm andan saytı bəyəndim və qeydiyyatdan keçdim. Burada özümə yeni dostlar qazandım. Sizin sayənizdə şirniyyat hazırlamağı bacardım. Dini xəbərləri də paylaşmağı davam edin ki, oxuduqca ruhumuz dincəlsin. Səsiniz yüksəklərdən gəlsin, Qadin.Net-lilər.
Ehmedova fidan
Əvvəl onu deyim ki, saytdan razı olmasaydım, 2 aydan çoxdur ki, burda olmazdım. Çox qadın saytları ilə maraqlanmışam, ancaq belə ürəyimə yatan, xanımlarımıza lazım olan ikinci sayt görmədim. Saytda bütün əziyyəti keçənlərə çox-çox minnətdaram, belə səviyyəli yazılar, həqiqətən də, biz xanımlara lazımdır. Yazan istifadəçi dostlarımıza da təşəkkürlər. Mənə bilmədiklərimdə cox kömək oldular. Onu da qeyd edim ki, şikayət nədi - sizlərə ancaq və ancaq alqış və təşəkkür düşür. Nə yaxşı ki, sən biz qadınların həyatında varsan, Qadin.Net. Sənsiz bir günümüz olmasın.
UMMU FATIME
Artıq 8 aydır ki, Qadin.Net-ə daxil olmuşam, heç də peşman deyiləm, çünki burada gözəl xasiyyətli xanımlarla tanış oldum. Bu saytda bəyənmədiyim bir şey var: o da bəzi dini mövzularda dəlillərin yazılmamasıdır. Bundan başqa hər şey yaxşıdır. Redaktorlar da gördüyüm qədər işlərini gözəl yerinə yetirirlər. Heç birini tanımasam da, işlərinə hörmət edirəm. Ancaq bəzi yerlər pulludur, ondan narazıyam, pulsuz olsaydı daha yaxşı olardı. Qadin.Net-də bir istifadəçi ilə mübahisəm düşüb dini mövzuyla bağlı, o da doğru olanı qəbul etmədiyi üçün. Amma ondan şikayət etmək heç ağlımdan da keçməyib, çünki Qadin.Net-ə nəyisə öyrənmək, bilmək üçün qeydiyyatdan keçib. Qadin.Net-də istədiyimiz hər şey var, daha nələr istəyək ki?! Qadin.Net-in belə, hətta bundan da yaxşı olmasını istəyərəm.
Ardı var…
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Müraciət edənlərin sayı 23 mini keçdi
2 həftədə sürətli zəiflədəcək 10 təklif
Riyaziyyat bəyi şoka saldı
Fikirlərimizi necə gözəl ifadə edə bilərik?
Yay üçün hündür daban ayaqqabılar
Naməlum obyekt yunanları dəhşətə gətirdi-FOTO
İcra hakimiyyətləri ləğv olunacaqmı?
Çin yeni peyk buraxdı
Mətbəxdə bilmədiklərimiz
Göz allergiyası və səbəbləri
Unikal əməliyyat: ağzı bağlayan şiş kəsildi
Günün ulduz falı
Bananla hazırlaya biləcəyiniz 3 maska
Cemli piroq (foto resept)
İnstaqramdan möhtəşəm yenilik
Soyuq duşun dəriyə faydaları
Paşinyan Rusiyaya səfər edəcək
Gəlin, birlikdə hazırlayaq
Qəbuldan kəsilənlər də ali təhsil ala biləcəklər? - FOTO
Mənfi və müsbət qüvvələri necə idarə etmək olar?
Kate Hudsonun gözəllik sirləri
Maşininiz varsa, bu xəbəri mütləq oxuyun – QƏNAƏT REJİMİ
Keks qabında börək (foto resept)
Ancelina Colidən ŞOK QƏRAR
Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycanda insan ömrünün uzadılması ilə məşğul olacaqlar
Hər kəs bu gimnastdan danışır-FOTO
KTMT-dən Rusiyaya məxsus təyyarənin vurulmasına reaksiya - VIDEO
Möcüzə enerji-3
Britaniyanın nüfuzlu jurnalında Azərbaycanın bəzi rayonlarının Ermənistan tərəfindən işğalından 20 il ötməsi barədə elan yerləşdirildi
Lily-Rose Deppin gözəllik sirləri
Ətli, badımcanlı qızartma (foto resept)
Dadlı kartoflu yemək (foto resept)
Türkiyə ilə Azərbaycanın birgə istehsalı olan “Qızıl Qatar” filmi ekranlara çıxacaq
Sudoku necə oynanır?
İlham Əliyev məmurlara son xəbərdarlığını etdi
Ukraynada hakimiyyət və müxalifət razılığa gəlmədilər
Niyə məhz Qadın.Net?
Britni Spirs hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO/VİDEO
O xoşbəxt olarsa, bəşəriyyət xoşbəxt olar…
Polis narkotik maddəni yandırdı, bütün şəhər sərxoş oldu
Demet Akalından sərt mesaj - FOTO
Dünyanı silkələyən kəşf - FOTO
Uşaqlarda zəhərlənmə əlamətləri və ilk yardım
TQDK-dan təhsil sənədi ala bilməyənlərə
Günün qoroskopu:Pullarınızı ağılla, məntiqlə xərcləyin
Məşhur həkim qırmızı ətin faydasından danışdı
Bergüzar Korel ilk dəfə bacısı haqqında danışdı
Nazir müavinindən toylara icazə verilməsi ilə bağlı AÇIQLAMA
Manatın taleyi necə olacaq?
- ŞƏRHLƏR