
Azərbaycanda dərmanların qiymətlərinin dövlət tərəfindən vahid mexanizmlə tənzimlənməsinə dair sənədlər paketinin bu yaxınlarda Nazirlər Kabineti tərəfindən imzalanması gözlənilir. Bunu Trend-ə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. E.Ağayev xarici ölkələrlə müqayisədə, eləcə də ölkə daxilində dərmanların qiymətləri arasında kəskin fərqlərin olmasının səbəblərinə aydınlıq gətirib: "Bu bir tərəfdən qiymətlərin yuxarı olması yerli istehsalın olmaması və dərmanların əsasən kənardan gətirilməsi ilə əlaqədardır. Digər tərəfdən dünyanın başqa ölkələrindəki dərmanların qiymətləri ilə müqayisədə bizdə hətta ucuz qiymətlərə də rast gəlmək olur. Bir sıra məqamlarda isə ölkəyə dərman idxal edən şirkətlərin də günahıdır ki, dərmanların qiymətini süni surətdə artırmaqla məşğuldurlar. Səhiyyə Nazirliyi bununla əlaqədar mütəmadi olaraq həmin şirkətlərə öz xəbərdarlığını edir". Onun fikrincə, qiymətlərin yuxarı olmasının digər səbəbi bəzi hallarda şirkətlərlə həkimlər arasında sövdələşmənin olmasıdır: "Dərman şirkətləri ilə həkimlər arasında sövdələşmə olur. Nazirlik bunların da qarşısını almaq üçün daim tədbirlər görür, bununla əlaqədar həkimlərlə iş aparmaq üçün baş mütəxəssislər məlumatlandırılırlar. Bu, xüsusən antibiotiklərlə əlaqədar daha çox müşahidə olunur və bizi həddən artıq narahat edir. Gələcəkdə qiymətlərin vahid mexanizmlə tənzimlənməsi, yəqin ki, bu problemlərin aradan qaldırılmasına kömək edəcək".Nazir müavini bildirib ki, hazırda Azərbaycanda dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi bağlı sənədlər paketi artıq hökumətə təqdim olunub və bu yaxınlarda imzalanması gözlənilir: "Bazar iqtisadiyyatının qanunları bütün sahələrdə olduğu kimi, dərman bazarında da əsas meyardır. Qiymətlər rəqabət əsasında müəyyənləşdirilir. Lakin bir sıra digər ölkələrin təcrübəsi nəzərə alınaraq, Azərbaycan da dərmanların vahid qiymətinə keçməklə əlaqədar addımlar atıb. Səhiyyə Nazirliyi, eləcə də İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən lazım olan sənədlər paketi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Hazırda həmin sənədlərə Nazirlər Kabinetində baxılır. Yəqin ki, bu yaxınlarda artıq imzalanmaq üçün təqdim olunacaq".
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
Rihannanın gözəllik sirləri
Mehriban Əliyeva Londonda "Bu gün burada" adlı sərginin açılışında iştirak edib
QAT ermənilərin qatıldığı konfransı dağıtmağa cəhd etdi
Şuşaya Azərbaycan bayrağının sancılmasının görüntüləri - VİDEO
Həyatın mənşəyini açıqlayan “ilk hüceyrə”
Özəl bağçalarla bağlı açıqlama
Melaniya Trampın Diana sevgisi
Yeni Quantanamo?
Tədris ili 2 həftə uzadıla bilər - Nazirdən açıqlama
Kolumbiyada güclü zəlzələ
Praktik mətbəx əşyaları
Sumqayıt və Xırdalan sakinlərinə ŞAD XƏBƏR
İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi
Baş ağrısının əmələ gəlmə səbəbləri
Toyuqlu mantı (foto resept)
Türkiyədə İLK: Uzaq mənzilli raket sınaqdan keçirildi
Tatarların sürgünü soyqırım kimi tanındı
Məktəblilərin yaz tətili günləri açıqlandı
Asan salat (foto resept)
5 əsas qaydanı bil və hamını cəlb et!
Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 148 yeni yoluxma
"Qalatasaray" Bakıya gəldi
Dünyanın ən faydalı 10 yeməyi - siyahı.
“Instagram”a qadağa qoyuldu
Kişiləri gəlin gedən məmləkət - FOTO
Günün qoroskopu: düzgün olmayan qərarlar verə bilərsiniz
Rusiya öz Wikipedia-sını açır: Böyük Rus Ensiklopediyası
4D ultrasəs nə işə yarayır?
Pendirli toyuq (foto resept)
Fransada içki qadağan olundu
Bu, milyon ildə bir olur
Kor həyatlar
Sabahın HAVAsı
Azərbaycanda koronavirusa yoluxma və ölüm sayında yeni rekord
İngilis dili-Ss
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi
İnternetin yaradıcısı təkzib etdi
Bakı sakinlərinə müraciət - Küçəyə çıxmayın
Afina
YouTube televiziyanı məhv edəcək?
Saç dərisini dəyişdirmək istəyən qıza həkimlər "YOX" dedilər-SƏBƏB
Hicablı xanımlar üçün geyim dəstləri
Onlar sonuncu ola bilərlər
8 yaşlı uşaq Dünya səyahətinə çıxmaq istədi-AMMA
Gəlinin əlini xınayla bəzəyək
Şəkərli diabet
Kəs və yapışdır-12
Acından ölən ağaclar və ya sərvətimiz...
Türkiyədə ailə faciəsi: Bir ayda beş nəfər koronavirusdan öldü
2017-ci ildə hansı bürclərə ikinci yarını tapmaq qismət olacaq?















- ŞƏRHLƏR